Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-694/2020 16.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi,İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı miras payının müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 Cavabdeh1 qarşı miras payının müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinədair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum anası X8 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə onun miras payının müəyyən edilməsi və miras əmlakın 1/3 hissəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum anası X8 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə onun miras payının müəyyən edilməsi və miras əmlakın 1/3 hissəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Cavabdeh2 məhkəməyə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində iddia ərizəsi təqdim etməsi nəzərə alınaraq, Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 55.1-55.2-ci maddələrinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər; onlar həmin kateqoriya mübahisələr üçün qanunda və ya müqavilələrdə nəzərdə tutulmuş, kommersiya məhkəməsində cavabdehlə mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasına əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, ünvan 1 mənzil 15 ünvanında qeydiyyatdadır. X2, anası X14muşdur. X2 xx xxxxxx 2006-cı ildə, anası X22 isə xx xxxx 2006-cı ildə ölmüşdür. Balakən rayon X21 xx xxxx 1998-ci il tarixli, 08 saylı qərarı ilə anası X16 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 10xx xxx 40110018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı hazırlanmışdır. Anası X22 xx xxxx 2006-cı ildə vəfat edəndən sonra ondan Balakən rayonu Gərəkli kəndində yerləşən, Balakən rayon X21 xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı əsasında verilmiş JN-10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0.14 ha torpaq sahəsi və torpaq sahəsində bir otaqdan ibarət ev miras qalmışdır. Anasının vəfatından sonra o, Bakıda anasının dəfnini təşkil edib, yasın bütün xərclərini çəkmişdir. Anasından miras qalmış Balakəndəki evdə qalaraq, 0.14 ha torpaq sahəsini faktiki olaraq idarə etmiş, əkib-becərmiş və torpağın vergilərini, eləcə də valideynlərindən qalmış evin kommunal xərclərini ödəmişdir. Bu zaman qonşuluqda yaşayan və mülkiyyətində torpaq sahəsi olan qardaşı Cavabdeh2 yasda iştirak etmiş, anasının torpaq sahəsini faktiki olaraq qəbul edib, becərmmişdir. Digər qardaşı- Rusiya Federasiyasında yaşayan Cavabdeh1 anasının yasında iştirak etməmiş və daim yaşadığı Rusiya Federasiyasında olmuşdur. O, anasından miras qalmış torpaq sahəsini öz adına sənədləşdirmək üçün sənədləri axtaran zaman özünün doğum haqqında şəhadətnaməsi və eləcə də dövlət aktını tapa bilmədiyindən, bir müddət həmin sənədləri bərpa etmək və tapmaq üçün vaxt sərf etmişdir. O, Belarus Respublikasında doğulduğundan oradan doğum haqqında şəhadətnamənin dublikatını almışdır. Eyni zamanda o, Balakən rayonu Gərəkli kəndində yaşamaqla torpaq sahəsini əkib-becərmiş, onun vergilərini ödəmişdir. 2011-ci ilin sonlarında X33 X23 almaq üçün sənədləri toplayaraq, Balakən rayon Dövlət Notariat Kontoruna müraciət etmişdir. xx xxx 2012-ci ildə Notariat Ofisi tərəfindən anasından miras qalmış 0.14 ha torpaq sahəsinə dair X33 X23 verilmişdir. Şəhadətnamədə anasından miras qalan əmlakın bütünlüklə ona verilməsi qeyd edilmişdir. Həmin şəhadətnaməni aldıqdan təxminən 20-25 gün sonra ona məlum olmuşdur ki, notarius yeni bir X33 X23 tərtib edərək, həmin şəhadətnamədə anasından miras qalan torpaq sahəsinin 1/2 hissəsinin irs olaraq ona verilməsini, qalan 1/2 hissənin açıq saxlanmasını qeyd etmişdir. Balakən rayon Dövlət Notariat Kontorunun ona verdiyi 0,14 ha torpaq sahəsinə dair X33 X23 qüvvədə olduğu müddətdə həmin tarixlə, yəni xx xxx 2012-ci tarixi ilə daha bir X33 X23 tərtib etməsi və həmin şəhadətnamənin də reyestr nömrəsini o verdiyi şəhadətnamənin nömrəsi ilə eyni- 2V-150 və vərəsəlik işinin nömrəsini 270/2011 qoymaqla faktiki olaraq bir vərəsəlik işi üzrə iki fərqli məzmunlu şəhadətnamə verməsi saxtakarlıqdır. Cavabdeh1 ona və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum anası X9 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinə dair onun adına verilmiş xx.xx.2012-ci il tarixli, 2V-150 saylı X33 X10 ləğv edilməsi, miras payının faktiki qəbul edilməklə vərəsəlik hüququnun tanınması və vərəsələr arasında payların naturada müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O da öz növbəsində cavabdeh Balakən rayon Notariat Kontoruna, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon Dövlət Notarat Kontorunun X9 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən, Balakən rayon X21 xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı əsasında anasına məxsus olmuş JN-10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş 0,14 ha torpaq sahəsinin 1/2 hissəsinə onun vərəsəlik hüququnun tanınmasına və həmin miras əmlakın 1/2 hissəsinə vərəsəlik X23 vermədən açıq saxlanılmasına dair xx xxx 2012-ci il tarixli, 2V-150 saylı Qanun Üzrə X1suz hesab edilməklə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsi ilə mərhum X8 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış X33 X10 etibarsız hesab edilməsi, mərhum X8 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh1 miras payının müəyyən edilməsi, miras əmlakın digər 2/3 hissəsinin açıq saxlanması qət edilmişdir. Eyni zamanda həmin qətnamə ilə X11 xx xxxx 2006-cu ildə vəfat etməsi, onun vərəsələri olan oğlanları- İddiaçı, Cavabdeh1 və Cavabdeh2 olması, Mariya Qarayevanın vəfatından sonra onun vərəsələri olan İddiaçı, Cavabdeh1 və Cavabdeh2 faktiki olaraq mirası qəbul etmələri müəyyən edilmişdir. Miras əmlakın 2/3 hissəsi açıq saxlanıldığından həmin miras əmlaka 1/3 hissə payı müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. X2, anası X15muşdur. X2 xx xxxxxx 2006-cı ildə, anası X25 isə xx xxxx 2006-cı ildə ölmüşdür. Balakən rayon X21 xx xxxx 1998-ci il tarixli, 08 saylı qərarı ilə anası X17 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 10xx xxx 40110018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı hazırlanmışdır. Anası X25 xx xxxx 2006-cı ildə vəfat edəndən sonra ondan Balakən rayonu Gərəkli kəndində yerləşən, Balakən rayon X21 xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı əsasında verilmiş JN-10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0.14 ha torpaq sahəsi və torpaq sahəsində bir otaqdan ibarət ev miras qalmışdır. Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsi ilə mərhum X8 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış X33 X10 etibarsız hesab edilməsi, mərhum X8 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh1 miras payının müəyyən edilməsi, miras əmlakın digər 2/3 hissəsinin açıq saxlanması qət edilmişdir. Eyni zamanda həmin qətnamə ilə X11 xx xxxx 2006-cu ildə vəfat etməsi, onun vərəsələri olan oğlanları- İddiaçı, Cavabdeh1 və Cavabdeh2 olması, Mariya Qarayevanın vəfatından sonra onun vərəsələri olan İddiaçı, Cavabdeh1 və Cavabdeh2 faktiki olaraq mirası qəbul etmələri müəyyən edilmişdir. O, anasından qalmış miras torpağı əkib-becərməklə faktiki qəbul etmişdir. Onun anasından qalmış mirası qəbul etməsi və mərhum anasının vərəsəsi olması qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsi ilə müəyyən olunur. Miras əmlakın 2/3 hissəsi açıq saxlanıldığından həmin miras əmlaka 1/3 hissə payı müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 İddiaçı ona qarşı iddiasını və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 ona qarşı iddiasını qəbul etməyərək, İddiaçı və X6 mərhum anası X4mış mirası qəbul etmədiklərini və anasının vərəsələri olmadıqlarını, onun mərhum anasının yeganə vərəsəsi olduğunu göstərərək, ona qarşı hər iki iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə həmin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxs Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN 10xx xxx 40110018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından görünür ki, Balakən rayon X21 xx xxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Balakən rayonu Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X13 mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 940976 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx xxxx 2006cı il tarixdə koronaro kardioskleroz xəstəliyindən ölmüş, bu barədə ölüm haqqında akt qeydlərri kitabında 2006-cı ilin 06 ayının 17 günündə 598 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən RİH Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 907 saylı arayışdan görünür ki, həqiqətən mərhum X22 vəfat etdiyi xx xxxx 2006-cı il tarixədək Balakən rayonu Gərəkli kəndi ünvanında daimi qeydiyyatda olmuşdur və onun aşağıda qeyd edilən vərəsələri vardır: oğlu-İddiaçı, oğlu Cavabdeh2 və oğlu Cavabdeh1. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən RİH Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 2110 saylı arayışdan görünür ki, mərhum X13 vərəsələri-oğlu İddiaçı, oğlu Cavabdeh2 və oğlu Cavabdeh1dur. Mərhumun vəfatından sonra qeydiyyatda yalnız Cavabdeh1 qalmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən RİH Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 1252 saylı arayışdan görünür ki, mərhum X22 vəfat etdiyi xx xxxx 2006-cı il tarixədək Balakən rayonu Gərəkli kəndində daimi qeydiyyatda olmuşdur və onun vərəsələri-oğlu İddiaçı, oğlu Cavabdeh2 və oğlu Cavabdeh1dur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Gərəkli Bələdiyyəsi tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş 28 saylı arayışdan görünür ki, kənd sakini Cavabdeh1 xx.xx.2008-ci ildə 0.52 qəp, xx.xx.2009-cu ildə 0.38 qəp, xx.xx.2010-cu ildə 0.38 qəp, xx.xx.2011-ci ildə 1.00 man, iyun 2012-ci ildə 0.38 qəp, o cümlədən 3.00 manat, 50 qəpik anası X13 adına olan torpaq vergilərini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Belarus Respublikası Qomel vilayəti Braqin rayonu Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2007-ci il tarixdə verilmiş İ-LYU ******* №-lidoğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı18 yanvar1958-ci il tarixdə anadan olmuş, atası X7, anası X22 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 2(019)- 220/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı doğma qardaş olmaları, onların anası X13 mülkiyyətində Balakən rayonu Gərəkli kəndində JN 10xx xxx 40110018 nömrəli Dövlət Aktına əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması, X13 xx xxxx 2006-cı ildə vəfat etməsi, onun vərəsələri-oğlanları İddiaçı, Cavabdeh1 və Cavabdeh2 olması, Mariya Qarayevnanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq mirası qəbul etməsi və miras əmlakdan öz paylarını almaq fikrində olması, cavabdeh İddiaçı 2012-ci ildə X33 X23 almaq üçün müraciət etməsi və notariat kontorunun qanunvericiliyin tələblərinə əməl etməyərək, digər vərəsələrə məlumat vermədən İddiaçı reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli X33 X23 verməsi, şəhadətnamədə xx xxxx 2006-cı ildə vəfat etmiş X13 vərəsəsinin İddiaçı olması və onun irs olaraq alacağı miras əimlakın Balakən rayon X21 xx xxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə verilmiş JN 10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən Balakən rayonu Gərəkli kəndi ünvanında yerləşən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0.14 ha torpaq sahəsinin X16 məxsus payın 1/2 hissəsindən ibarət olması, miras əmlakın qalan 1/2 hissəsinin vərəsəlik hüququ haqqındla şəhadətnamə verilmədən açıq saxlanmasının qeyd edilməsi, lakin həmin vaxt texniki səhv olaraq Balakən rayon X21 xx xxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə verilmiş JN 10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən Balakən rayonu Gərəkli ünvanında yerləşən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0,14 ha torpaq sahəsinin X16 məxsus payının bütünlüklə irs olaraq İddiaçı verilməsinin qeyd edilməsi, bu səbəbdən notariusun DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə xx xxxx 2012-ci il tarixli, 186 nömrəli məktub ünvanlayaraq, xx.xx.2012-ci il tarixdə 2V-150 reyestr nömrəsi ilə qeydə alınmış X33 X18 texniki səbəbdən miras əmlakın təsvirinin səhv yazılmasının qeyd edilməsi, həmin şəhadətnamə təqdim edildiyi halda heç bir rəsmiləşdirilmənin aparılmaması, şəhadətnamənin təqdim edən şəxsə geri qaytarılaraq, düzəlişlərin aparılması üçün onun Balakən rayon Notariat Kontoruna qaytarılmasının izah edilməsinin xahiş edilməsi, lakin İddiaçı sözügedən X33 X19 Balakən rayon Notariat Kontoruna qaytarmaması, bu səbəbdən iddiaçı Cavabdeh1 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi və eyni zamanda İddiaçı miras əmlakın bütünlüklə irs olaraq ona verilməsini iddia edərək, miras əmlakın 1/2 hissəsinin ona verilməsinin qeyd edildiyi xx.xx.2012-ci il tarixdə 2V-150 reyestr nömrəsi ilə qeydə alınmış X33 X10 ləğv edilməsini xahiş etməsinin müəyyən edilməsi faktlarına əsaslanmaqla, iddiaçı Cavabdeh1 iddiası qismən təmin edilmiş, mərhum X8 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış X33 X10 etibarsız hesab edilməsi, mərhum X8 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh1 miras payının müəyyən edilməsi, miras əmlakın digər 2/3 hissəsinin açıq saxlanması, Cavabdeh1 iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış X33 X10 ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (107)-2319/2019 nömrəli qətnaməsindən görünür ki, cavabdeh (digər iddia üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından həmçinin görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 hazırki iddianın qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişlər. Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı miras payının müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 Cavabdeh1 qarşı miras payının müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 və Cavabdeh1 doğma qardaşlardır. Onların anası X11 mülkiyyətində Balakən rayonu Gərəkli kəndində JN 10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. X26 xx xxxx 2006-cu ildə vəfat etmişdir. İşdəki sübutlara əsasən qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan fakt olaraq mərhum X11 vərəsələri oğlanları- İddiaçı, Cavabdeh1 və Cavabdeh2 olması və Mariya Qarayevanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq ondan qalmış mirası qəbul etmələri və miras əmlakdan öz paylarını almaq fikrində olmaları müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsi ilə mərhum X8 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış X33 X10 etibarsız hesab edilməsi, mərhum X8 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh1 miras payının müəyyən edilməsi, miras əmlakın digər 2/3 hissəsinin açıq saxlanması qət edilmişdir. Miras əmlakın 2/3 hissəsi açıq saxlanıldığından həmin miras əmlaka İddiaçı və Cavabdeh2 hər birinin 1/3 hissə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X20 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X27”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən X30 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və vərəsəlik, o cümlədən bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. X33 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə X33 zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar X33 zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına X33 hüququ daha mənsub olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay X33 zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1195-ci maddəsinə görə məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci madldəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrəxx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İş materiallarından görünür ki, X11 vərəsələri oğlanları- İddiaçı, Cavabdeh1 və Cavabdeh2 olması və Mariya Qarayevanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq ondan qalmış mirası qəbul etmələri qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsinin əsaslandırma hissəsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktdır. Ona görə də qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş həmin fakt- X11 vərəsələri oğlanları-İddiaçı, Cavabdeh1 və Cavabdeh2 olması və Mariya Qarayevanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq ondan qalmış mirası qəbul etmələri hazırki işdə preyudisial əhəmiyət daşıyır və bu xüsusda məhkəmə üçün məcburi xarakter daşıyır. Yəni həmin fakt sübut əhəmiyyəti daşımaqla, işdə iştirak edən şəxslər, o cümlədən Cavabdeh1 tərəfindən mübahisələndirilə bilməz. Ona görə də X11 vərəsələri oğlanları- İddiaçı, Cavabdeh1 və Cavabdeh2 olması və Mariya Qarayevanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq ondan qalmış mirası qəbul etmələri barədə həmin preyudisal əhəmiyyət daşıyan fakta əsaslanmaqla məhkəmə hesab edir ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2oviçin hər birinin mərhum anaları X8 miras qalmış 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə miras payları və vərəsəlik hüquqları yaranır. Bu xüsusda hər iki iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 iddialarıtəmin edilməli, mərhum anası X8 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı miras payı müəyyən edilməli və miras əmlakın 1/3 hissəsinə İddiaçı vərəsəlik hüquqları tanınmalı, həmçinin mərhum anası X8 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh2 miras payı müəyyən edilməli və miras əmlakın 1/3 hissəsinə Cavabdeh2 vərəsəlik hüququ tanınmalıdır. Həmçinin hər iki iddia təmin edildiyi üçün Cavabdeh1 10 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı və 10 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı iddiası təmin edilsin; mərhum anası X8 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı miras payı müəyyən edilsin və miras əmlakın 1/3 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınsın. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 iddiası təmin edilsin; mərhum anası X8 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh2miras payı müəyyən edilsin və miras əmlakın 1/3 hissəsinə Cavabdeh2 vərəsəlik hüququ tanınsın. Cavabdeh1 10 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı və 10 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-694/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-694/2020
16.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver