Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-7/2022 23.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X50 oğlunun katibliyi, ölmüş İddiaçı hüquqi varisi X13 nümayəndəsi Nümayəndəhməd qızının və ölmüş İddiaçı hüquqi varisi X13 nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh1, onun nümayəndəsi-vəkili Vəkil1 və Cavabdeh3 iştirakı ilə ölmüş İddiaçı hüquqi varisi X13 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V-733 reyestr nömrəli, 05 iyul 2012-ci il tarixli 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X9 və Xutrayeva Havva İsa qızına məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 Heybulla oğlu ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X33 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V-733 reyestr nömrəli, 05 iyul 2012-ci il tarixli 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum X3na və anası Xutrayeva Havva İsa qızına məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırki mülki işin icraatı ölmüş İddiaçı hüquqi varisi müəyyən edilənək dayandırılmışdır. Sonradan Balakən Rayon Məhkəməsinin müvafiq qərardadı ilə ölmüş İddiaçı onun hüquqi varisi X24 ilə əvəzlənmiş və işin icraatı təzələnmişdir. Məhkəmə iclasında ölmüş İddiaçı hüquqi varisi X13 nümayəndəsi-vəkili Vəkil2 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V-733 reyestr nömrəli, 05 iyul 2012- ci il tarixli 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum X3na və anası X54ma məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 Heybulla oğlu ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X28 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmçinin Cavabdeh3 başqa cavabdeh kimi işə cəlb olunması üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəldiyi və ölmüş iddiaçının hüquqi varisinin nümayəndəsi bunu əsaslandırdığı üçün Cavabdeh3 başqa cavabdeh kimi işə cəlb olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında ölmüş İddiaçı hüquqi varisi X13 nümayəndəsi-vəkili Vəkil2 iddianı onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 1956-cı ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdur, X3, anası isə X34r. Onlar qeyri rəsmi nikahla evlənmiş, nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından dörd uşaqları olmuşdur: xx.xx.1952ci ildə X10, 2512.1956-cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X14 doğulmuşdur. İddiaçı qardaşı X10 xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı X3 03 iyun 1997-ci ildə, anası X49 isə 23 fevral 2011-ci ildə ölmüşdür. ünvan 2ində aparılan torpaq islahatı nəticəsində İddiaçı X3na və anası X35 Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə 1.13 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.13 torpaq sahəsinə JN 730 KOD 40100048 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Qeyd edilən əmlaklar İddiaçı atasının və anasının ölümündən sonra miras qalmışdır. İddiaçı həmin əmlaklardakı payını vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə Cavabdeh2nə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Həmin sənədlər Cavabdeh2ndə araşdırılmış, ona 13 yanvar 2020-ci il tarixli, 14 nömrəli cavab məktubu verilmişdir. Məktubda göstərilir: Cavabdeh2nə müraciət edərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X29, xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum atası X11 mirasına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Bildirilir ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X29 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum atası X11 mirasına isə xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən vərəsələr arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət edə bilər. İddiaçı valideynlərinin ölümündən sonra onların dəfnini həyata keçirmişdir. Onların ölümündən sonra həmin təsərrüfata gedib-gəlmişdir. Həmin müddətdə İddiaçı qardaşı Cavabdeh1lə heç bir mübahisələri olmamışdır. Şəmsəddinin qardaşı ilə mirasla bağlı mübahisələri olmadığından, həm də hüquqi məlumatsızlığından Cavabdeh2nə mirasın qəbulu haqqında ərizə verməmişdir. İddiaçı qardaşı Cavabdeh1 ondan xəbərsiz Cavabdeh2nə müraciət etmiş, Cavabdeh2 tərəfindən mərhumların digər vərəsələrinin olub-olmaması araşdırmadan onun mərhum anası X29 mirasına xx.xx.2019cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, mərhum atası X11 mirasına xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Balakən rayon Qeydiyyat Şöbəsinin 01 saylı 10 yanvar 2020-ci il tarixli arayışından görünür ki, 1928-ci ildə anadan olmuş X29 xx.xx.1952-ci ildə X10, xx.xx.1956cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X14 adında uşaqları doğulmuşdur. Mərhumların üç nəfər vərəsələri olduğu halda, Cavabdeh2 tərəfindən mərhumlardan qalmış miras əmlaklara Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə, xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə, xx.xx.2019-cu il tarixdə 2V- 734 reyestr nömrəsi ilə bütün mirasa məcburi pay saxlanılmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.Cavabdehə verilmiş şəhadətnamələr qanunsuz sayılmalı və digər vərəsələrin də payı müəyyən edilməlidir. Həmçinin 25 noyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil1 məhkəməyə Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AA 619931 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətini təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, X9 və X35 məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı məhkəmənin icraatında iş olduğu halda Cavabdeh1 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.4763 ha hissəsini Cavabdeh3 Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X28 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmışdır. Buna görə də Cavabdeh3 Şəmsəddin oğlunun adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Cavabdeh1 Heybulla oğlunun 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.4763 ha hissəsini Cavabdeh3 satmasına dair Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X28 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4-Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi məhkəmə qaydasında mübahisələndirilməklə onlara hüquqi qiymət verilməlidir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ölmüş İddiaçı hüquqi varisi X13 nümayəndəsi Nümayəndəhməd qızı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun ölmüş İddiaçı hüquqi varisi X13 nümayəndəsi-vəkili Vəkil2 izahatı ilə eyniməzmunlu izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi- vəkili Vəkil1 iddianı qəbul etməyərək, ölmüş cavabdeh İddiaçı tərəfindən mərhum X3ndan və mərhum anası X20 qalmış mirası nə notariat orqanına ərizə verməklə, nə də onların miras əmlakına yiyələnməklə və faktiki idarə etməklə qəbul etmədiyini, mərhum X4 və mərhum X20 qalmış mirasın notariat oraqına ərizə verməklə və Xeybullah Xutrayevin bankdakı əmanətini almaqla yalnız Cavabdeh1 tərəfindən qəbul oldunduğunu, notariat kontoru tərəfindən mərhum atası və anasının mirasına dair yalnız Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyini, digər vərəsələrin mirası qəbul etmədiklərini, Cavabdeh1 qanuni əsaslarla atası və anasından qalmış mirası öz adına sənədləşdirdiyini və qanuni əsaslarla da miras qalmış 1.13 ha torpaq sahəsinin 0.4763 ha hissəsini notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satdığını, İddiaçı və onun vərəsələrinin belə bir iddia qaldırmaqda hüquqlarının olmadığını, həmçinin iddia müddətinin ötürüldüyünü, iddia müddətinin tətbiq olunması barədə ərizə verdiklərini, iddianın əsassız olduğuu bildirərək, iddianın təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh3 Cavabdeh1 notarial qaydada təsdiq olunmuş 03 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 xüsusi mülkiyyətində olan 1.13 ha torpaq sahəsinin 0.4763 ha hissəsini qanuni əsaslarla vicdanlı alıcı kimi aldığını və həmin 0.4763 ha torpaq sahəsinə olan mülkiyyət hüquqlarının xx.xx.2021-ci il tarixdə **********16 reystr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını, alqısatqı zamanı torpaq sahəsinə dair hər hansı mübahisənin olmasından məlumatı olmadığını, bu alqı-satqı zamanı heç bir qanun pozuntusunun olmadığını, torpaq sahəsinin dəyərini ödədikdən sonra həmin torpaq sahəsinə qanuni sahiblik etdiyini, onun torpaq sahəsinin vicdanlı alıcısı olduğunu bildirərək ona münasibətdə iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Balakən Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21, Şahid1, X36, X30, X22, X18, X37, X40, X41, Uruxova (Xutrayeva) Xacay Heybullah qızı, X38 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, İddiaçı və Cavabdeh1 onun qayınlarıdır, onlar əri X6 qardaşlarıdır. X64 2016-cı ildə ölmüşdür. X1 xx.xx.1997-ci il tarixdə vəfat etmiş, qaynanası olmuş X49 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhumların yas mərasimlərində iştirak etmiş, hər dəfə gələndə bir neçə gün kənddə qalmışdır. Heybulla Xutrayev öz sağlığında Şəmsəddinə ona məxsus torpaq sahəsində olan bir otaqdan ibarət evi vermiş, X11 ölümündən sonra Maksud Şəmsəddini atasından miras qalmış əmlaklara buraxmamış, onlar arasında miras üstündə narazılıq olmuşdur. Sonradan Maksud həmin torpaqda olan bir otaqlı evi sökmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, İddiaçı və Cavabdeh1 onun əmiləridir. Əmisi Şəmsəddin 1995-ci ildən sonra Rusiya Federasiyasına getmişdir. X2 xx.xx.1997-ci il tarixdə vəfat etmiş, nənəsi X49 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Onların hər ikisinin yas mərasimində əmisi İddiaçı iştirak etmişdir. X47 öz sağlığında ona məxsus torpaq sahəsində olan bir otaqdan ibarət evi əmisi Şəmsəddinə vermiş, babasının ölümündən sonra Maksud əmisi Şəmsəddini atasından miras qalmış əmlaklara buraxmamış, sonradan isə Maksud həmin torpaqda olan bir otaqlı evi sökmüşdür. Babasının ölümündən sonra isə Şəmsəddin ona məxsus olan torpaq sahəsində bir neçə il kartof əkmişdir. Hansı illərdə əkdiyini isə dəqiq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, İddiaçı onun bacanağı olmuşdur. İddiaçı Rusiya Federasiyasında yaşamış, atasının və anasının dəfn mərasimlərində iştirak etmiş, hər dəfə orada bir müddət qaldıqdan sonra Rusiyaya qayıtmışdır. Atasının ölümündən sonra ona məxsus olan torpaq sahəsində Şəmsəddin ağaclar əkmiş, torpağı əkib becərmiş, atasının ona verdiyi bir otaqlı evi təmir etdirmişdir. Lakin atasının ölümündən sonra digər qardaşı Maksudla torpaq sahəsinə görə aralarında mübahisə olmuş, Maksud sonradan Şəmsəddini miras əmlaklardan istifadə etməsinə maneçilik törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, İddiaçı onun bacısı oğludur. X23 xx.xx.1997-ci il tarixdə, X49 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Onların dəfnini Maksud təşkil etmiş, onlardan miras qalmış əmlakları da Maksud idarə etmişdir. İddiaçı Rusiya Federasiyasında yaşamış, valideynləri ölərkən dəfn mərasimində iştirak etmiş və qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid5 və Şahid4 ifadələrində X11 xx.xx.1997-ci il tarixdə, X29 isə xx.xx.2011-ci il tarixdə vəfat etdiklərini, onların dəfnini Maksudun təşkil etdiyini, onlardan miras qalmış əmlakları da Maksudun idarə etdiyini, İddiaçı Rusiya Federasiyasında yaşadığını, yalnız valideynləri ölərkən Balakən rayonuna qayıdaraq dəfn mərasimlərində bir neçə gün iştirak etdiyini, Şəmsəddinin valideynlərindən miras qalmış əmlaklarda heç bir təmir- tikinti işləri aparmadığını, vergilərini ödəmədiyini, torpaq sahəsini əkib-becərmədiyini bildirmişlər. İş materiallarına əlavə edilmiş Dağıstan Respublikası Mahaçqala şəhəri Ədliyyə Nazirliyi VVAQ İdarəsi VVAQ Şöbəsi tərəfindən verilmiş 05 mart 2020-ci il tarixli, İİ-BD 522689 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı 27 fevral 2020-ci ildə ölmüşdür. İş materiallarında olan JN-0730 KOD-40100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001ci il tarixli, 06 nömrəli qərarı ilə X11 mülkiyyətinə ünvan 2i ərazisindən 1.13 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar 2020-ci il tarixdə verilmiş 27 №-li arayışdan görünür ki, X23 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və xx.xx.1997-ci ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd: Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1997-ci il tarixli 15 nömrəli ölüm haqqında akt qeydinə əsasən X23 xx.xx.1997-ci ildə vəfat etmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar 2020-ci il tarixdə verilmiş 28 №-li arayışdan görünür ki, X49 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və xx.xx.2011-ci ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd: Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2011-ci il tarixli 05 nömrəli ölüm haqqında akt qeydinə əsasən X49 xx.xx.2011-ci ildə vəfat etmişdir. İş materiallarında olan ünvan 2 soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı Heybulah oğlu xx.xx.1956-ci ildə doğulmuş, X3, anası X49 yazılmışdır. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar 2020-ci ildə verilmiş 25 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X23 03 iyun 1997-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar 2020-ci ildə verilmiş 26 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X49 23 fevral 2011-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Balakən rayon Şərif kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2020-ci ildə verilmiş 08 nömrəli arayışdan görünür ki, X23 vəfat etdiyi 03 iyun 1997cı il tarixdə Balakən rayon Şərif kəndində daimi qeydiyyatda olmuşdur, mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: arvadı X49, oğlu İddiaçı Heybulah oğlu, oğlu Cavabdeh1 Heybulah oğlu İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci ildə verilmiş 01 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1928-ci il tarixdə Balakən rayonun Şərif kəndində anadan olmuş X49 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 23 fevral 2011-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: oğlu X12-xx.xx.1952, oğlu-X7-xx.xx.1956, oğlu Cavabdeh1 Heybulah oğlu-xx.xx.1958, qızı- X14-xx.xx.1961. Qeyd: “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh2 Dağıstan Respublikası Mahaçqala şəhəri Stepnoy qəsəbəsi ünvanında yaşayan İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndəməmməd qızına ünvanlanmış 13 yanvar 2020ci il tarixli 14 nömrəli məktubda göstərilir ki, Cavabdeh2nə müraciət edərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X29 və xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum atası X11 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Bildirilir ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X29 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum atası X11 mirasına isə xx.xx.2012-ci il tarixdə 2V-452 nömrəsi ilə əmanət hesabında pul vəsaitinə dair, xx.xx.2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən vərəsələr arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət edilə bilər. İş materiallarında olan 26 sentyabr 2009-ci il tarixli müqavilənin surətindən görünür ki, X49 ƏMDK-nin yanında DƏDRX-in Zaqatala Ərazi idarəsinin qeydiyyat №**********, qeydiyyat tarixi xx.xx.2009-il, reyestr kitabı-3, səhifə-135 olan çıxarışına və xx.xx.2009-il tarixli, 844 saylı arayışına əsasən ona məxsus olan ünvan 2ində 0.2497 ha torpaq sahəsində yerləşən 1993-cü ildə tikilən, 1 (bir) mərtəbəli, 5 (beş) otaqlı yaşayış sahəsi 111,54 kv.m, ümumi sahəsi-122,8 kvm-dən ibarət yaşayış evini oğlu Cavabdeh1 bağışladı. İş materiallarında olan 30 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilir ki, xx.xx.2011 tarixdə ölmüş X29 ünvan 2ində yaşayan oğlu Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx/xx/2022 tarixdə X35 verilmiş seriya nömrəsi JN:0730, KOD 40100048 olan Dövlət Aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.13 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. İş materiallarında olan 30 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilir ki, xx.xx.1997-ci il tarixdə ölmüş X11 ünvan 2ində yaşayan oğlu Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx/xx/2022 tarixdə X35 verilmiş seriya nömrəsi JN:0730, KOD 40100048 olan Dövlət Aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.13 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 fevral 2011-ci ildə verilmiş AZ-İ seriyalı 448644 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X49 23 fevral 2011-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Zaqatala rayonu Şərif kənd sovetliyi tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamədən görünür ki, X23 ilə X49 arasında nikah Zaqatala rayonu Şərif kənd sovetliyində 18 yanvar 1948-ci il tarixdə 1 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Xutrayeva soyadı verilmişdir. İş materiallarında olan ünvan 2 soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 Heybulah oğlu xx.xx.1958-ci ildə doğulmuş, X3, anası X49 yazılmışdır. İş materiallarında olan Balakən rayon Şərif kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2019-ci ildə verilmiş 328 nömrəli arayışdan görünür ki, X49 vəfat etdiyi 23 fevral 2011-cı il tarixdə Balakən rayon Şərif kəndində daimi qeydiyyatda olmuşdur, mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: əri- X23, oğlu- Cavabdeh1 Heybulah oğlu İş materiallarında olan Cavabdeh1 Heybulah oğlu tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2nə verilmiş ərizədən görünür ki, ünvan 2ində yaşayan xx.xx.1997-ci il tarixdə vəfat etmiş X8 qalmış miras payını qəbul edir. İş materiallarında olan Cavabdeh1 Heybulah oğlu tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2nə verilmiş ərizədən görünür ki, ünvan 2ində yaşayan xx.xx.2011-ci il tarixdə vəfat etmiş X20 qalmış miras payını qəbul edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli B-303 nömrəli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmasına, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyə) dair dövlət reyestrindən arayışdan görünür ki, ünvan 2i ünvanında yerləşən 1.13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ X11 və X29 adına daşınmaz əmlakın reyestrində - nömrəli reyestr kitabının - vərəqində qeydə alınmışdır. Məhdudiyyət (yüklülük) haqqında məlumat: xx.xx.2019-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmayıb. İş materiallarında olan Balakən rayon Şərif kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2019-ci ildə verilmiş 1022 nömrəli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1997-ci tarixdə vəfat etmiş mərhum atası X11 və xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum X29 ölümündən sonra mərhumların dəfn xərclərini çəkmiş, yas mərasimlərini yola salmış, mərhumlara məxsus təsərrüfatı qəbul edib sahiblənmiş, torpaq sahələrini əkib-bəcərmiş, məhsulunu toplamış, vergi borcunu ödəmiş, pay torpaqlarından istifadə etmiş, bununla da mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir. İş materiallarında olan Balakən rayon Şərif kənd bələdiyyəsi tərəfindən xx.xx.2019-ci ildə verilmiş 48 nömrəli arayışdan görünür ki, Cavabdeh1 mərhum anası 23.02.201 1-ci ildə vəfal etmiş X29 və 03.07.19-cu il tarixdə vəfat etmiş mərhum atası X11 ölümündən sonra mərhumlara məxsus pay torpağının vergi borclarını ödəmişdir. İş materiallarına əlavə olunan 10 mart 2021-ci il tarixli AN-İ№0924001 daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 2ində yerləşən, ümumi sahəsi 0.6526 ha olan torpaq sahəsini 4000 (dörd min) manata Cavabdeh3 satmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********16 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 2ində 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 103 №li reyestr kitabının 57 №li vərəqində xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********16 olan, 619931 qeydiyyat nömrəli xx.xx.2021ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2i 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ölmüş iddiaçının hüquqi varisinin nümayəndəsi-vəkilinin, ölmüş iddiaçının hüquqi varisinin digər nümayəndələrinin, cavabdehin, onun nümayəndəsi-vəkilinin və digər xcavabdehin izahatlarını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx xxxxxx 1956-cı ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdur. X3, anası isə X34r. Onların ər-arvad münasibətlərindən dörd uşaqları olmuşdur: xx.xx.1952-ci ildə X10, 2512.1956-cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X14 doğulmuşdur. İddiaçı qardaşı X10 xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı X3 03 iyun 1997-ci ildə, anası X49 isə 23 fevral 2011-ci ildə ölmüşdür. ünvan 2ində aparılan torpaq islahatı nəticəsində İddiaçı X3na və anası X35 Balakən rayonu Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə 1.13 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.13 torpaq sahəsinə JN 730 KOD 40100048 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Həmin əmlaklar İddiaçı atasının və anasının ölümündən sonra miras qalmışdır. İddiaçı həmin əmlaklardakı payını vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə Cavabdeh2nə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Həmin sənədlər Cavabdeh2ndə araşdırılmış, ona 13 yanvar 2020-ci il tarixli, 14 nömrəli cavab məktubu verilmiş və qeyd edilmişdir ki, İddiaçı Cavabdeh2nə müraciət edərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X29, xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum atası X11 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Bildirilir ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X29 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum atası X11 mirasına isə xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı atası və anasından miras qalmış əmlakları qəbul etdiyini, ondan başqa mərhumların digər vərəsələrinin olduğunu bildirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sözügedən hüquq normasının tələbinə görə ölmüş İddiaçı hüquqi varisi onun atasından və anasından miras qalmış əmlakları qəbul etdiyini sübut etməlidir. Ölmüş iddiaçının hüquqi varisi və onun nümayəndələri İddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə valideynlərindən qalmış mirası qəbul etdiyini sübut edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Ölmüş iddiaçının hüquqi varisinin nümayəndələri sübut olaraq şahidləri məhkəmə iclasına dəvət etmiş, lakin iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər X19, Şahid1 və Şahid2 ifadələrində xx.xx.1997-ci il tarixdə ölmüş X8 və xx.xx.2011-ci il tarixdə ölmüş X20 qalmış mirasın İddiaçı tərəfindən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə qəbul edilməsini təsdiq etməmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında o da müəyyən edildi ki, Cavabdeh2 xx.xx.1997-ci il tarixdə ölmüş X8 və xx.xx.2011-ci il tarixdə ölmüş X20 miras qalmış əmlaklara vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etmiş, mirası onu faktiki qəbul edən birinci növbəli vərəsə olan mərhumların oğlu Cavabdeh1 mərhum anası X29 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum atası X11 mirasına isə xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verməklə mirası qanuni bölüşdürmüşdür. Qeyd edilməlidir ki, xx.xx.1997-ci il tarixdə ölmüş X8 və xx.xx.2011-ci il tarixdə ölmüş X20 miras qalmış əmlakları bölüşdürərkən notarius tərəfindən ilk növbədə mirası faktiki qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilməlidir. Belə ki, mərhumların dörd nəfər övladları olsa da, onlardan üçü mirasın qəbulu ilə bağlı hər hansı hərəkətlər etməmiş, qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu barədə mirasın açıldığı yer üzrə notariat orqanına ərizə ilə müraciət etməmiş, mirası faktiki qəbul və idarə etdiklərini məhkəməyə sübut etməmişlər. Buna görə də mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiklərindən, eyni zamanda onların miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiklərindən onlar susmuş vərəsə hesab edilməlidir. Belə olan halda Mülki Məcəllənin 1273-1-ci maddəsi tətbiq edilməlidir. Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 1263-cü maddəsinə görə əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Məhkəmə iclasında xx.xx.1997-ci il tarixdə ölmüş X8 və xx.xx.2011-ci il tarixdə ölmüş X20 miras qalmış əmlaklarını qəbul etmiş yeganə vərəsə isə Cavabdeh1 müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu; 1) formal üsulunu və 2) qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasm faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakm mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Vərəsə ərizəni yalnız yazılı formada verməlidir. Vərəsə yazılı ərizədə göstərir ki, o, mirası qəbul edir. Əgər notariat kontoruna vərəsənin özü şəxsən gələrsə, notarius onun şəxsiyyətini müəyyənləşdirir, yoxlayır və bu barədə ərizədə müvafiq qeyd edir. Bu halda vərəsənin ərizədəki imzası notariat qaydasında təsdiqlənmir. Notarius vərəsənin imzasının həqiqiliyini yoxlayır, bu barədə onun şəxsiyyətini müəyyənləşdirən sənədi və bu sənədin rekvizitlərini göstərməklə qeyd edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qebul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: • miras əmlaka faktiki sahiblik etmək üsulu; • miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu onu ehtiva edir ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakmı faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi; vərəsənin miras əmlakı götürüb öz evinə aparması; miras qoyanın əmanət kitabçasını saxlamaq; miras qoyanın həyatyanı sahəsində işləmək və s. Azərbaycan Respublikasının vərəsəlik hüququ birbaşa müəyyən edir: vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (Mülki Məcəllənin 1243-cü maddəsinin 3-cü bəndi). Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Vərəsə bir sıra hallarda miras əmlakı ona yiyələnmədən və sahib durmadan da idarə edə bilər. Məsələn, vərəsə özünün yaşadığı yerdən başqa yerdə olan əmlakı idarə edə bilər. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 fevral 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər; - Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi, mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.1.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 28 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Eyni zamanda Notariat haqqında Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 96-ci bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 99-cu bəndinə əsasən vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır; əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər; yotariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 102-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir.Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X27 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyesri haqqında Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Məhkəmə qeyd edir ki, Konstitusiyasının 13 və 29-cu maddələrinin və mülkiyyətin müdafiəsi ilə bağlı digər qanun normalarının mahiyyəti hər bir mülki hüquq subyektinin mülkiyyət hüququnu tanımaqla bərabər onların mülki dövriyyədə eyni hüquqi rejimə malik olmalarını, həmçinin subyektiv hüquqların müdafiəsi ilə bağlı imkan və vasitələrin həcmində də (o cümlədən iddia müddətinin tətbiq olunmaması da) fərqlərin mövcudluğunu inkar edir. Bu müddəaların başqa cür qəbul edilməsi mülkiyyət növləri arasında ayrıseçkilik yaratmaqla yanaşı digər Konstitusiya normalarının deklarativliyinə gətirib çıxarmaqla bütövlükdə onların sistemliliyinə xələl gətirmiş olardı. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə Marks Belçikaya qarşı işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə Sporronq və Lonrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almışdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 39, 40 və 41-ci bəndlərində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxil qanunvericilikdə formal təsnifatdan asılı deyil:əmlakı təşkil edən bəzi hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Belə olan halda məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət» in təşkil olunması üçnü kifayət qədər əsaslıdır. İş materiallarından görünür ki, Cavabdeh1 mərhum atası və anasından qalmış mirası yeganə vərəsə olaraq qəbul etdiyindən həmin qəbul olunmuş miras onun mülkiyyətini təşkil etmiş və həmin miras əmlaka, o cümlədən miras qalan 1.13 ha torpaq sahəsinə onun mülkiyyət hüquqları qeydə alınmışdır. Qanunvericiliyin tələbinə əsasən də Cavabdeh1 öz mülkiyyəti üzərində sərəncam vermək, o cümlədən onu satmaq hüququ vardır. İşin faktoloji baxımından eyni zamanda məhkəmə iclasında Cavabdeh3 Cavabdeh1 notarial qaydada təsdiq olunmuş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 xüsusi mülkiyyətində olan 1.13 ha torpaq sahəsinin 0.4763 ha hissəsini qanuni əsaslarla vicdanlı alıcı kimi aldığını və həmin 0.4763 ha torpaq sahəsinə olan mülkiyyət hüquqlarının xx.xx.2021-ci il tarixdə **********16 reystr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını, alqı-satqı zamanı torpaq sahəsinə dair hər hansı mübahisənin olmasından Cavabdeh3 məlumatı olmadığını, bu alqı-satqı zamanı heç bir qanun pozuntusunun olmadığını, Cavabdeh3 torpaq sahəsinin dəyərini ödədikdən sonra həmin torpaq sahəsinə qanuni sahiblik etdiyi məlum olmuşdur. Ölmüş iddiaçının hüquqi varisi sözügedən miras əmlakla bağlı etibarsızlığını tələb etdiyi Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 Heybulla oğlu ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X33 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin qanunsuz və əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəis) bu vəzifə iddiaçının üzərinə düşür. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 Heybulla oğlu ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X33 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qanunda nəzərdə tutulmuş hüquqi əsaslar və faktiki hallar müəyyən edilməmişdir. Qanunda əqdlərin etibarsızılığ üçün əsaslar və şərtlər nəzərdə tutulmuşdur və yalnız qanunvericilikdə göstərilən hallar olduğu təqdirdə əqd etibarsız hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində (339.1-339.6-cı maddələr) hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsində (340.1-340.2-ci maddələr) uydurma və yalan əqdlərin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 341-ci maddəsində (341.1-341.2-ci maddələr) qeyri-ciddi əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342-ci maddəsində (342.1-342.2-ci maddələr) fəaliyyət qabiliyyəti olmayanfiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 343- cü maddəsində (343.1-343-2-ci maddələr) fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 344-cü maddəsində (344.1-ci maddə) on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 345-ci maddəsində (345.1-345.2-ci maddələr) on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cı maddəsində (346.1-346.4-cü maddələr) öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347-ci maddəsində (347.1- 347.7-ci maddələr) vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının şərtləri, əsasları və qaydaları təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hazırda Cavabdeh3 mülkiyyət hüquqları vardır və onun mülkiyyət hüquqları qanunla qorunur. Cavabdeh3 torpaq sahəsinə mülkiyyət hüquqlarına müdaxilə edilməsi üçün qanunda göstərilmiş hallar və əsaslar isə mövcud deyildir. Cavabdeh3 torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı reyestrin tamlığı və düzlüyü prezumpsiyası qüvvədədir və məhkəmə bu mülkiyyət hüquqlarının qeydiyyatının və çıxarışının etibarsızlığı üçün əsas görmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericilikdən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Eyri İrlandiyaya qarşı iş üzrə qərarda İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyənedilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Yuxarıda göstərilənlər iddia tələbinin heç bir faktiki və hüquqi əsaslara malik olmamasını və tamamilə əsassız olmasını təsdiq edir. Ona görə də iddia tələbi təmin olunmamalıdır. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarından məlum olur ki, Cavabdeh3 sözügedən 0.4763 ha torpaq sahəsini vicdanlı (alıcı) əldə edəndir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı alqı-satqı müqaviləsindən də göründüyü kimi, Cavabdeh1 ona məxsus olan ünvan 2ində yerləşən 0.4763 ha torpaq sahəsini Cavabdeh3 satmışdır. İşdəki sübutlardan birmənalı görünür ki, iddia predmetini təşkil edən 03 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmışdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Avropa Məhkəməsi) “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd etmişdir. Avropa Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Bununla yanaşı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarında göstərilmişdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, həmin qanun normalarına görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı pezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri- dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, ölmüş İddiaçı hüquqi varisi X13 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V-733 reyestr nömrəli, 05 iyul 2012- ci il tarixli 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum X3na və anası X54ma məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 Heybulla oğlu ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X28 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməli, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ölmüş İddiaçı hüquqi varisi X16 aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ölmüş İddiaçı hüquqi varisi X16 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-7/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-7/2022
23.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver