Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-724/2021 16.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Balakən rayon XDS Rəyasət Heyətinin 22 fevral 1994-cü il tarixli, 47 nömrəli iclas protokolunun qərarının və Balakən Rayon İcra Hakimiyyəti Memarlıq va Tikinti şöbəsinin 04 fevral 2021 -ci il tarixli ayrıc aktının X11 məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon XDS Rəyasət Heyətinin 22 fevral 1994-cü il tarixli, 47 nömrəli iclas protokolunun qərarının və Balakən Rayon İcra Hakimiyyəti Memarlıq va Tikinti şöbəsinin 04 fevral 2021 -ci il tarixli ayrıc aktının X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayon XDS Rəyasət Heyətinin 22 fevral 1994-cü il tarixli, 47 nömrəli iclas protokolunun qərarının və Balakən Rayon İcra Hakimiyyəti Memarlıq va Tikinti şöbəsinin 04 fevral 2021 -ci il tarixli ayrıc aktının X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü madəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. Onun valideynləri- atası X15 09.09.2006-cı ildə, anası isə X16 29.06.2013-cü ildə vəfat etmişlər. Atasının sağlığında ona Balakən şəhəri “Kübrə birliyi” adlı ərazidən Balakən rayon XDS Rəyasət Heyətinin 22 fevral 1994-cü il tarixli, 47 nömrəli iclas protokolunun qərarına əsasən ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Atası sağlığında həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd almamış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmamışdır. O, atasından qalma, Balakən şəhəri, "Kübrə birliyi" adlı ərazidən X12 Balaken rayon XDS Rəyast Heyətinin 22 fevral 1994-cü il tarixli, 47 nömrali iclas protokolunun qərarına əsasən ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsinə köməklik göstərilməsi baradə ərizə ilə ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət etmişdir. 18 saylı Ərazi İdarəsindən 05.04.2021-ci il tarixli məktuba əsasən çıxarış verilməkdən imtina edilmişdir. İmtinaya səbəb olaraq göstərilmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Balakən rayon XDS Rəyasət heyyətinin 22 fevral 1994-cü il tarixli, 47 nömrəli iclas protokolunun qərarına və Balakən Rayon İcra Hakimiyyəti Memarlıq va Tikinti şöbasinın 04 fevral 2021 -ci il tarixli ayrıc aktına əsasən Balakan şəhəri ("Kübrə birliyi" adlı ərazidə) ünvanında yerləşən 0,06 ha torpaq sahasi X11 deyil, X6 ayrılmışdır. Buna görədə çıxarış və plan-ölçü sənədinin verilməsindən imtina edilmişdir. Mərhum atasının adı “Arzu” olmuşdur. Onun bütün sənədlərində adı “Arzu” kimi qeyd edilmişdir. Lakin atası el arasında “Arzuman” deyə çağrılmışdır. Özü də həmişə özünü “Arzuman” kimi təqdim etmişdir. Balakən rayon XDS Rəyasət Heyətinin 22 fevral 1994-cü il tarixli, 47 nömrəli iclas protokolunun qərarına və Maraqlı şəxs1 04 fevral 2021-ci il tarixli ayrıc aktına əsasən Balakən şəhəri ("Kübrə birliyi" adlı ərazidə) ünvanında yerləşən 0,06 ha torpaq sahəsi atası X11 məxsusdur. “X8” səhvən yazılmışdır. Həmin torpaq sahəsi onun istifadəsindədir, ora o, baxır, vergisini ödəyir. Ona görə də hüquqmüəyyənedici sənədin atası X11 məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hazırki hüququ faktın müəyyən olunması ona atasından qalmış həmin torpaq sahəsini vərəsəlik qaydasında öz adına sənədləşdirmək üçün lazımdır. Balakən XDS Rəyasət Heyəti ləğv edildiyindən və onun atası Arzu Quliyev öldüyündən bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Qeyd edilənləri nəzərə alıb iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Balakən rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Balayev məhkəməyə məktub ünvanlayaraq göstərmişdir ki, Ərizəçi “Balakən rayon XDS Rəyasət heyətinin 22 fevral 1994-cü il tarixli 47 nömrəli iclas protokolunun qərarının və Maraqlı şəxs1 04 fevral 2021-ci il tarixli ayrıc aktının X6 deyil, X11 məxsus olması faktınınn müəyyən edilməsi”nə dair mülki işlə əlaqədar bildirlər ki, qeyd edilən ayrıc aktının Maraqlı şəxs1 tərəfindən “Balakən rayon XDS Rəyasət heyətinin 22 fevral 1994-cü il tarixli qərarı ilə şəhər ərazisindən, rayon kənd kimya birliyinin yanındakı sahədən torpaq verilmiş vətəndaşların siyahısı”na əsasən verildiyi, həmin siyahıda 49-cu sırada X4 adının qeyd olunduğu müəyyən edilmişdir. “Balakən rayon XDS Rəyasət Heyətinin 22 fevral 1994-cü il tarixli 47 nömrəli iclas protokolunun qərarında və Maraqlı şəxs1 tərəfindən verilmiş 04 fevral 2021-ci il tarixli ayrıc aktında adı qeyd edilmiş X4 X15 olması faktının müəyyən edilməsinə etiraz etmədiklərini bildirir və işə onların iştirakı olmadan baxılmasını xahiş edirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi Ehtiram Səmədov məhkəməyə məktub göndərərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqataİa Ərazi İdarəsində daşınmaz əmlak üzərində dövlət qeydiyyatı üzrə daxil olan müraciətlərlə bağlı görülən iş həcminin artması, eyni zamanda ərazi idarəsinin cavabdeh qismində cəlb edildiyi digər məhkəmə proseslərində nümayəndənin iştirakı ilə əlaqədar olaraq 15 iyul 2024-ci il tarixində, saat 14.10-da baxılacaq 2(019)-724/2021 saylı mülki işin məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etmələrinin mümkün olmayacağını göstərərək nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Balakən rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X7 ifadələrində göstərmişlər ki, Ərizəçi atası X13r. X15 09.09.2006-cı ildə, onun arvadı X16 isə 29.06.2013-cü ildə vəfat etmişlər. X1 ona Balakən şəhəri “Kübrə birliyi” adlı ərazidən Balakən rayon XDS Rəyasət Heyətinin 22 fevral 1994-cü il tarixli, 47 nömrəli iclas protokolunun qərarına əsasən 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Lakin X2 həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd almamış, bu torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmamışdır. Həmin qərarda və ayrıc aktında X10 adı səhvən X3 yazılmışdır. X15 və X8 eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Bələdiyyəsinin mülkiyyətində olan ərazidən həyətyanı məqsədi ilə torpaq sahəsinin satılmasına Balakən rayon Memarlıq və Tikinti şöbəsinin 05 fevral 2021-ci il tarixli 13 nömrəli rəyindən görünür ki, Balakən Rayon XDS Rəyasət Heyətinin 22 fevral 1994-cü il tarixli 47№-li prtokolunun qərarı əsasında, Balakən şəhərində «Kübrə birliyi» adlı ərazidən mərhum X6 ayrılan 0,06ha torpaq sahəsi - şimaldan Ə.Vahid küçəsi ilə, cənubdan F.Qarayevə məxsus həyətyanı sahə ilə, şərqdən həyətyanı sahə ilə, qərbdən həyətyanı sahə ilə həmsərhəddir. Ərazidə heç bir tarixi və təbiət abidələri yoxdur. Ərazi şimaldan cənuba doğru mailidir və relyefi sakitdir. Ərazidən həyətyanı üçün torpaq sahəsinin ayrılması məqsədə uyğundur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 04.02.2021-ci il tarixli ayrıc aktında göstərilir ki, komissiya üzvləri: 1. A. Balayev - Balakən RİH başçısının birinci müavini 2. D.Omarov - Balakən RİH-nin Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən 3. N.İbrahimov - Balakən şəhər İƏD üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən 4. Ş. Musalimova - Balakən Bələdiyyəsinin sədri tərtib edirlər həmin aktı ondan ötrü ki, Balakən Rayon XDS Rəyasət Heyətinin 22 fevral 1994-cü il tarixli 47№-li protokolunun qərarı əsasında, Balakən şəhərində «Kübrə birliyi» adlı ərazidən mərhum X6 ayrılan 0,06 ha torpaq sahəsi: şimaldan - Ə.Vahid küçəsi ilə; cənubdan - F.Qarayevə məxsus həyətyanı sahə ilə; şərqdən - həyətyanı sahə ilə; qərbdən - həyətyanı sahə ilə həmsərhəddir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X24 filialı tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 12 fevral 2021-ci il tarixli 122 nömrəli arxiv çıxarışında göstərilmişdir ki, İclasın gündəliyi; 1.Şəhərdə vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında. F.Əhmədov. Rayon XDS Rəyasət Heyətinin iclası Qərara alır; 1. Rayon torpaq komissiyasının rəyi nəzərə alınaraq Aşağıda adları qeyd olunan vətəndaşlara şəhərin genişləndirilməsi üçün “ Azad”kolxozunun ərazisindən şəhərə birləşdirilmiş 10 (on) hektar sahədən 0,06 hektar norması ilə həyətyanı torpaq sahəsi ayrılsın; 49.X8. 2. Ayrılmış sahələrin yerində düzgün ölçülüb göstərilməsi,həmin sahədə fərdi evlərin planauyğun tikilməsinə nəzarət rayon memarlıq və tikinti şöbəsinə tapşırılsın. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon VVADQ Şöbəsi tərəfindən 26 sentyabr 2006-ci il tarixdə verilmiş AZ-İ 209645 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 09 sentyabr 2006-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 iyul 2013-cü il tarixdə verilmiş AZ-İ 613877 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 29 iyul 2013-cü ildə ölmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1992-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. Onun valideynləri- atası X15 09.09.2006-cı ildə, anası isə X16 29.06.2013-cü ildə vəfat etmişlər. X25 sağlığında ona Balakən şəhəri “Kübrə birliyi” adlı ərazidən Balakən rayon XDS Rəyasət Heyətinin 22 fevral 1994-cü il tarixli, 47 nömrəli iclas protokolunun qərarına əsasən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Atası sağlığında həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd almamış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmamışdır. O, atasından qalmış, Balakən şəhəri, "Kübrə birliyi" adlı ərazidən X12 Balaken rayon XDS Rəyast Heyyətinin 22 fevral 1994-cü il tarixli, 47 nömrali iclas protokolunun qərarına əsasən ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsinə köməklik göstərilməsi baradə ərizə ilə ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət etmişdir. 18 saylı Ərazi İdarəsindən 05.04.2021-ci il tarixli məktuba əsasən çıxarış verilməkdən imtina edilmişdir. İmtinaya səbəb olaraq göstərilmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Balakən rayon XDS Rəyasət Heyətinin 22 fevral 1994-cü il tarixli, 47 nömrəli iclas protokolunun qərarına və Balakən Rayon İcra Hakimiyyəti Memarlıq va Tikinti şöbəsinın 04 fevral 2021 -ci il tarixli ayrıc aktına əsasən Balakan şəhəri ("Kübrə birliyi" adlı ərazidə) ünvanında yerləşən 0,06 ha torpaq sahasi X11 deyil, X6 ayrılmışdır. Buna görədə çıxarış və plan-ölçü sənədinin verilməsindən imtina edilmişdir. Mərhum atasının adı “Arzu” olmuşdur. Onun bütün sənədlərində adı “Arzu” kimi qeyd edilmişdir. Lakin əhali arasında “Arzuman” deyə çağrılmış, özü də həmişə özünü “Arzuman” kimi təqdim etmişdir. Balakən rayon XDS Rəyasət Heyətinin 22 fevral 1994-cü il tarixli, 47 nömrəli iclas protokolunun qərarına və Maraqlı şəxs1 04 fevral 2021-ci il tarixli ayrıc aktına əsasən Balakən şəhəri ("Kübrə birliyi" adlı ərazidə) ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ərizəçinin atası X11 məxsusdur. Həmin hüquqmüəyyənedici sənədlərdə “X8” səhvən yazılmışdır. Həmin torpaq sahəsi hazırda ərizəçin istifadəsindədir, ora o, baxır, vergisini ödəyir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırki hüququ faktın müəyyən olunması ərizəçiyə atasından qalmış həmin torpaq sahəsini vərəsəlik qaydasında öz adına sənədləşdirmək üçün lazımdır. Balakən XDS Rəyasət Heyəti ləğv edildiyindən və ərizəçinin atası Arzu Quliyev öldüyündən ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Balakən rayon XDS Rəyasət Heyətinin 22 fevral 1994-cü il tarixli, 47 nömrəli iclas protokolunun qərarının və Balakən Rayon İcra Hakimiyyəti Memarlıq va Tikinti şöbəsinin 04 fevral 2021 -ci il tarixli ayrıc aktının X11 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Balakən rayon XDS Rəyasət Heyətinin 22 fevral 1994-cü il tarixli, 47 nömrəli iclas protokolunun qərarının və Balakən Rayon İcra Hakimiyyəti Memarlıq va Tikinti şöbəsinin 04 fevral 2021 -ci il tarixli ayrıc aktının X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-724/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-724/2021
16.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver