Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-730/2021 06.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Notariat Ofisinə qarşı beh müqaviləsinin ləğv edilməsi, behin iki mislinin və çəkilmiş xərcin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Qarayev X3 Şəlalə Ənvər qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə aralarında bağlanmış 21 fevral 2019-cu il tarixli 3M-18 saylı beh müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müqaviləyə əsasən ödənilmiş behin iki misli-9400 (doqquz min dörd yüz) manat, 17600 (on yeddi min altı yüz) manat əsassız varlanmaya görə xərc, cəmi 27000 (iyirmi yeddi min) manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ünvan 1ində yaşayır. Kənd təsərrüfatı ilə məşğul olur. ünvan 1ində aparılan aqrar islahat nəticəsində cavabdehlərə 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 1.22 ha hissəsi çöl ərazisindən verilmişdir. 2001-ci ildən həmin torpaq sahəsi onun və ailə üzvlərinin istifadəsində olmuşdur. 1.22 ha torpaq sahəsi üçün o zaman cavabdehlərə pul vermişdir. Həmin ərazi çöl sahəsi olmuş, 2005-ci ildən başlayaraq 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 150 ədəd fındıq ağacları əkmişlər. Bir neçə il sonra həmin torpaq sahəsini notariat qaydasında rəsmiləşdirmək üçün cavabdehlərə müraciət etmişdir. Lakin həmin vaxt cavabdehlər torpaq sahəsini ona satdıqlarını, bir daha geri istəməyəcəklərini bildirdilər. Orada əkdiyi fındıq ağacları böyüdükdən sonra cavabdehlər ona bildirdilər ki, həmin torpaq sahəsini geri tələb edirlər. Onlarla bir müddət danışıq apardıqdan sonra torpaq sahəsinə 5000 (beş min) manat ödəməklə notarial qaydada rəsmiləşdirmək qərarına gəlmişlər. Buna görə də 21 fevral 2019-cu il tarixdə cavabdehlərlə Balakən rayon Notariat Ofisinə gedərək, orada beh müqaviləsi bağlamışlar. Beh müqaviləsinə görə Balakən rayon Tülü kəndində yerləşən 1.30 ha pay torpaq sahəsinin 12275.92 kvm hissəsinin ona 5000 (beş min) manata satılmasına dair alqı-satqı müqaviləsinin 21 aprel 2019-cu ilədək notariat qaydasında təsdiq edilməsi və icrasını təmin etmək məqsədi ilə cavabdehlərə 4700 (dörd min yeddi yüz) manat pul beh vermişdir. Cavabdehlər 4700 manat beh pulu aldıqdan sonra müxtəlif bəhanələr gətirərək, alqı-satqı müqaviləsini bağlamaqdan dolayısı ilə imtina etməyə başladılar. Məhkəməyə iddia qaldırdığı günə qədər cavabdehlərə beh müqaviləsinin şərtlərinə əməl etməyə, torpağın alqı-satqı müqaviləsinin bağlanması üçün notariat orqanına getməyə və müvafiq sənədləri hazırlamağı təklif etsə də, onlar beh müqaviləsinin şərtlərin pozdular, ondan bəziləri əlavə olaraq 2000 manat pul istədilər, bəziləri isə ümumiyyətlə beh müqaviləsini qərəzli olaraq icra etməyəcəklərini bildirdilər. Beh müqaviləsinin 3.1 -ci maddəsinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərinin icrasından imtina edərsə, o bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməli, eyni zamanda dəbbə pulu (cərimə) verilməlidir. Beh müqaviləsinin 4.3-ci maddəsinə əsasən müqavilə təsdiqi və ya icra edilməsi üçün beh almış tərəf məsuliyyət daşıdığı halda, o digər tərəfə aldığı behin iki mislini ödəməlidir. Eyni zamanda cavabdehlərə məxsus olan torpaq sahəsində 2005-ci ildə 150 ədəd fındıq ağacı əkmişdir və 16 illik hər fındığın əkilib-yetişdirilməsinə, onun boya- başa çatdırılmasına, fındıq kollarının müəyyən edilmiş dərinlikdə basdırılmasından başlayaraq hər il fındıq kollarının diblərinin və ətraf sahələrin kol-kosdan təmizlənməsinə, ağacların diblərinə üzvi gübrənin verilməsi, ağacların vaxtı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işlərinin aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluq göstərmişdir. Fındıq ağaclarına sadaladığı aqrotexniki qulluq göstərilməsinə bu müddət ərzində hər ağaca görə 70 manat xərc çəkmişdir. İstifadəsində olan torpağın keyfiyyətinin yaxşılaşdırılmasına, onun alaq otlarından, kolkosdan, orada olan daşlardan təmizlənməsinə və başqa ərazidən torpaq gətirərək oranı bağ formasına salınmasına, bağ salınacaq sahənin hamarlanmasına 1500 manat xərc çəkmişdir. Eyni zamanda həmin torpaq sahəsində 100 ədəd çinar ağacı əkmişdir, çinar ağaclarının yetişdirilməsindən başlayaraq hazırda bir ağacın dəyəri 50 manat edir. Hazırda çinar ağacları tam böyümüş vəziyyətdədir. Torpaq sahəsinin ətrafına təxminən 300 metr məsafəyə kanal çəkmiş və həmin kanalın çəkilməsinə 600 manat xərcləmişdir. Beləliklə 1.22 ha torpaq sahəsinə çəkdiyi xərclər 150 ədəd fındıq ağacına görə 10500 manat, 100 ədəd çinar ağacına görə 5000 (beş min) manat, torpağın yaxşılaşdırılmasına görə 1500 manat, torpaq sahəsinə kanal çəkilməsinə görə 600 manat, cəmi 17600 (cn yeddi min altı yüz) manat edir. Torpaq sahəsini cavabdehlərə verəcəyi halda cavabdehlər çəkdiyi xərclərə görə əsassız varlanacaqlar. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə ərzə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində texniki səhv olaraq İddiaçı tərəfindən 2005-ci il tarixdən başlayaraq 1.2275 ha (12275.92 kv.metr) torpaq sahəsində 150 fındıq ağacı əkildiyini, həmin fındıq ağacının dəyərinin 10500 təşkil etdiyinin göstərildiyini, əslində İddiaçı tərəfindən 2003-cü ildə həmin 1.2275 ha (12275.92 kv.metr) torpaq sahəsində 170 ədəd fındıq ağacları əkildiyini, bir fındıq ağacının orta bazar dəyərinin 100 manat, 170 ədəd fındıq ağaclarının orta bazar dəyərinin 17000 manat olduğunu göstərərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə aralarında bağlanmış 21 fevral 2019-cu il tarixli 3M-18 saylı beh müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müqaviləyə əsasən ödənilmiş behin iki misli-9400 (doqquz min dörd yüz) manat, 170 ədəd fındıq ağaclarının orta bazar dəyərini təşkil edən 17000 manat xərc və yaxşılaşdırmaya görə çəkilmiş xərc 600 manat olmaqla cəmi 17600 (on yeddi min altı yüz) manat pulun ümumilikdə cəmi 27000 (iyirmi yeddi min) manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, təmsil etdiyi iddiaçı tərəfindən 2003-cü il tarixdə 170 fındıq ağaclarının əkildiyini, fındıq ağacının orta bazar qiymətinin 100 manat təşkil etdiyini göstərərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, ünvan 1ində aparılan aqrar islahat nəticəsində ona və digər cavabdehlərə 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin çöl ərazisində yerləşən 1.2275 ha (12275.92 kv.metr) hissəsi ödənilən müəyyən pul məbləği müqabilində 2001-ci ildə İddiaçı və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. İddiaçı 2005-ci ildən başlayaraq 1.2275 ha (12275.92 kv.metr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 170 ədəd fındıq ağacları əkmişdir. Bir fındıq ağacının orta bazar qiymətinin 100 manat olmasını qəbul edir. Eyni zamanda İddiaçı ilə onlar arasında 21 fevral 2019-cu il tarixli beh müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı verdiyi 4700 manat məbləğində beh pulu əsasında onlar 21 aprel 2019-cu il tarixədək 1.2275 ha (12275.92 kv.metr) torpaq sahəsini İddiaçı satmaları barədə öhdəlik götürmüşlər. Lakin cavabdehlər kimi onlar həmin torpaq sahəsinin İddiaçı satılması barədə müqavilə bağlamamış və notariatda təsdiq etməmişlər. Belə ki, bunun üçün İddiaçı onlara daha 2000 manat pul ödəməli idi. Lakin İddiaçı həmin 2000 manat pulu ödəmədiyi üçün onlar həmin alqı-saqı müqaviləsini bağlamamışlar. Onlar İddiaçı heç bir pul vəsaiti ödəməyəcəklər. İddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Hazırki iş üzrə 17 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddianın qəbul etməyib, ünvan 1ində aparılan aqrar islahat nəticəsində onlara-cavabdehlərə 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsini, həmin torpaq sahəsinin çöl ərazisində yerləşən 1.22 ha hissəsinin ödənilən müəyyən pul məbləği müqabilində 2001-ci ildə İddiaçı və onun ailə üzvlərinin istifadəsinə verildiyini, İddiaçı 2005-ci ildən başlayaraq 1.2275 ha (12275.92 kv.metr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 170 ədəd fındıq ağacları əkdiyini, bir fındıq ağacının orta bazar qiymətinin 100 manat olmasını qəbul etdiklərini, eyni zamanda İddiaçı ilə onlar arasında 21 fevral 2019-cu il tarixli beh müqaviləsinin bağlandığını, həmin müqaviləyə əsasən İddiaçı verdiyi 4700 manat məbləğində beh pulu əsasında onların 21 aprel 2019-cu il tarixədək 1.2275 ha (12275.92 kv.metr) torpaq sahəsini İddiaçı satmaları öbarədə öhdəlik götürdüklərini, lakin cavabdehlər kimi həmin torpaq sahəsinin İddiaçı satılması barədə müqavilə bağlamadıqlarını və və notariat qaydada təsdiq etmədiklərini, belə ki, bunun üçün İddiaçı onlara daha 2000 manat pul ödəməli olduğunu, Elsevərin həmin 2000 manat pulu onlara ödəmədiyi üçün onların həmin adlqı-saqı müqaviləsini bağlamadıqlarını, iddianın əsassız olduğunu göstərərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncuü şəxs Balakən rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin, Cavabdeh1 və 17 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1ində 1.2275 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 75 №li reyestr kitabının 12 №li vərəqində ümumi birgə mülkiyyət hüququ üzrə X1, X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş 18.07.2006cı il tarixli 212 nömrəli arayışdan görünür ki, X4 xüsusi mülkiyyətə verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-210 Döviət aktında olan 1.30 hek. torpaq sahəsinə məhkəmə tərəfindən həbs-qadağa olması haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə heç bir sənəd və məlumat daxil olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş notarial qaydada təsdiq olunmuş 21 fevral 2019-cu il tarixli beh müqaviləsindən görünür ki, həmin müqavilə birinci tərəf- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X9 ilə ikinci tərəf-İddiaçı arasında bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən beh verən (İddiaçı) ünvan 1ində yerləşən 1.30 ha pay torpaq sahəsinin 12275.92 kv.m hissəsinin ona 5000 (beş min manat) manata satılmasına dair alqı-satqı müqaviləsinin 21 aprel 2019-cu ilədək notariat qaydasında təsdiq edilməsi və icrasını təmin etmək məqsədilə beh alanlara (Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5) 4700 (dörd min yeddi yüz manat) manat verdi; müqavilənin 2.1-ci bəndinə əsasən behin məbləği beh verənin və beh alanların qarşılıqlı razılığı əsasında müəyyən olundu; müqavilənin 2.2-ci bəndinə əsasən beh verən həmin müqavilə notariat qaydasında təsdiq edilənə qədər beh məbləğini bütünlüklə beh alanlara verdi; müqavilənin 2.3-cü bəndinə əsasən beh əmlakın alqı-satqı müqaviləsi üzrə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verildi; müqavilənin 2.4-cü bəndinə əsasən həmin müqavilə behin verilməsini təsdiq edn sənəddir; müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərinin icrasından imtina edərsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməli, eyni zamanda dəbbə pulu (cərimə) verilməlidir; müqavilənin 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 423, 491-492-ci maddələrinin məzmunu tərəflərə izah edildi;müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin təsdiqi və ya icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıdığı halda, beh digər tərəfdə qalır; müqavilənin 4.3cü bəndinə əsasən müqavilənin təsdiqi və ya icra edilməsi üçün beh almış tərəf məsuliyyət daşıdığı halda, o, digər tərəfə aldığı behin iki mislini ödəməlidir; müqavilənin 7-ci bəndinə əsasən beh alan və beh verənə müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri izah edildi; müqavilənin 8-ci bəndinə əsasən beh alan və beh verən müqavilənin doğuracağı hüquqi nəticələrlə bağlı xəbərdar edildilər. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon Notariat Ofisi tərəfindən verilmiş 21 fevral 2019-cu il tarixli 206 nömrəli məktubdan görünür ki, ünvan 1i ünvanında yaşayan İddiaçı tərəfindən notariat qaydasında təsdiq ediləcək beh müqaviləsi üzrə ödənilməli olan 4700 (dörd min yeddi yüz manat) marat məbləğində pulu müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 1i ünvanında yaşayan Cavabdeh3 verilməsi üçün banklarında olan AZ68İBAZ**********5992073345 №-li depozit hesabına qəbul olunması xahiş edilmişdir. İşdə olan 21.02.2019-cu il tarixli mədaxil orderindən görünür ki, İddiaçı Nəcmaddin oğlu tərəfindən xüsusi notariusun hesabına 4700 manat ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Beynəlxalq Bankı 21.02.2019-cu il tarixli 92 reyestr nömrəli kassa məxaric çekindən görünür ki, Cavabdeh3 həmin 4700 manatı qəbul etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 7/864, 9/6179 №-li saylı rəyindən görünür ki, ünvan 1ində yerləşən 1.2275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fındıq bağı 2003-cü ildə salınmışdır. Ağacların 18 yaşı var, tam məhsul verir, bağın xarici görünüşünə görə yaxşı aqrotexniki qulluq göstərilmişdir. Ağacların gövdə ətrafına üzvi və mineral gübrə verilmiş, hektara 125-140 ədəd ağac əkilmişdir. 1,2275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 170 fındıq kolu əkilmişdir ki, bu da aqrotexniki normalara uyğundur. Bağda seyrəklik müşahidə olunmur. Ağacların çətirinin quruluşu, budaq sayı, yan pöhrələrin vaxtında budanması sahənin alaq otları və digər bitki qalıqlarından təmizlənməsi sahəyə aqrotexniki qulluq edilməsini sübut edir. Ağacların inkişafının vəziyyəti aqrotexniki qulluq göstərilməsi, məhsuldarlığı artıran əlamətlərdir. Ona görə də həmin sahədə il ərzində hər ağacdan orta hesabla 8-10 kq olmaqla, cəmi 1200-1500 kq məhsul əldə etmək mümkündür. Fındığın 1350 kq-nın (1200+1500) orta bazar qiyməti təxminən 4050,00 manat müəyyən edilir. İmkişaf səviyyəsindən, sayından, məhsuldarlığından və sair asılı olaraq 1 fındıq kolunun orta bazar qiyməti təxminən 100,00 manat müəyyən edilir. Bağdakı ağacların görünüşü inkişaf səviyyəsinə əsasən həmin ağaclara hər ağac hesabı ilə 2,3 kq mineral gübrə il ərzində cəmi 500 kq, hektara isə 25-30 ton hesabı ilə üzvü (peyin) gübrə gövdə ətrafına səpilmiş, gövdə ətrafı yumşaldılmış, budama işləri aparılmışdır ki, bu işlərə təxminən 800,00 manat xərc tələb olunur. Təsərrüfat təyinatlı torpaqların orta bazar qiymətinin müəyyən edilməsi barədə Mərkəzdə ekspertiza tədqiqatı aparılmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 10 noyabr 2021-ci il tarixli, 7/864, 9/6179 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil edir. İş materiallarında olan 10.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ünvan 1ində aparılan aqrar islahat nəticəsində cavabdehlərə 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin 1.22 ha hissəsi çöl ərazisindən verilmiş, 2001-ci ildən cavabdehlərə verilən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.2275 ha hissəsi ödənilən pul müqabilində İddiaçı və ailə üzvlərinin istifadəsinə verilmişdir. İddiaçı tərəfindən 2003-cü ildə 1.2275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 170 ədəd fındıq ağacları əkilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışla ünvan 1ində 1.2275 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 75 №li reyestr kitabının 12 №li vərəqində ümumi birgə mülkiyyət hüququ üzrə X1, X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə hər hansı həbs və ya başqa qadağa qoyulmamışdır. 21 fevral 2019-cu il tarixdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X9 ilə İddiaçı arasında notarial qaydada təsdiq olunmuş beh müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən beh verən (İddiaçı) ünvan 1ində yerləşən 1.30 ha pay torpaq sahəsinin 12275.92 kv.m hissəsinin ona 5000 (beş min manat) manata satılmasına dair alqı-satqı müqaviləsinin 21 aprel 2019-cu ilədək notariat qaydasında təsdiq edilməsi və icrasını təmin etmək məqsədilə beh alanlara (Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5) 4700 (dörd min yeddi yüz manat) manat vermiş, müqavilənin 2.1-ci bəndinə əsasən behin məbləği beh verənin və beh alanların qarşılıqlı razılığı əsasında müəyyən olunmuş, müqavilənin 2.2-ci bəndinə əsasən beh verən həmin müqavilə notariat qaydasında təsdiq edilənə qədər beh məbləğini bütünlüklə beh alanlara vermiş, müqavilənin 2.3-cü bəndinə əsasən beh əmlakın alqı-satqı müqaviləsi üzrə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verilməsi, müqavilənin 2.4-cü bəndinə əsasən həmin müqavilənin behin verilməsini təsdiq edn sənəd olması, müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərinin icrasından imtina edərsə, onun bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməli olması, eyni zamanda dəbbə pulu (cərimə) verilməsi müəyyən olunmuş, müqavilənin 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 423, 491-492-ci maddələrinin məzmunu tərəflərə izah edilmiş, müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin təsdiqi və ya icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıdığı halda, behin digər tərəfdə qalması, müqavilənin 4.3-cü bəndinə əsasən müqavilənin təsdiqi və ya icra edilməsi üçün beh almış tərəf məsuliyyət daşıdığı halda, onun digər tərəfə aldığı behin iki mislini ödəməli olması müəyyən edilmiş, müqavilənin 7-ci bəndinə əsasən beh alan və beh verənə müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri izah edilmiş, müqavilənin 8-ci bəndinə əsasən beh alan və beh verənin müqavilənin doğuracağı hüquqi nəticələrlə bağlı xəbərdar edilməsi göstərilmişdir. İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xüsusi mülkiyyətində olan 1.2275 ha torpaq sahəsinin alqı-satqısı üçün 21 fevral 2019-cu il tarixli beh müqaviləsinə əsasən cavabdeh tərəfə 4700 (dörd min yeddi yüz) manat vermişdir. Lakin cavabdehlər beh müqaviləsi üzrə həmin pulu aldıqdan sonra beh müqaviləsində göstərilən 1.2275 ha torpaq sahəsinin 5000 manata İddiaçı satılmasına dair alqı-atqı müqaviləsini 21 aprel 2019-cu ilədək notarila qaydada təsdiq etməmiş və icrasını təmin etməmiş, həmin torpaq sahəsinə dair iddiaçı ilə notarial qaydasında alqı-satqı müqaviləsi bağlamaqdan imtina etmişlər. Cavabdehlərin öz müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində faktiki olaraq iddiaçı 21 fevral 2019-cu il tarixli beh müqaviləsi üzrə ümid etməyə çatanlardan xeyli dərəcədə məhrum olmuş və onun hüquqları pozulmuşdur. İş üzrə təyin edilmiş məhkəmə bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 7/864, 9/6179 №-li saylı rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1ində yerləşən 1,2275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fındıq bağı 2003-cü ildə salınmışdır. Ağacların 18 yaşı var, tam məhsul verir, bağın xarici görünüşünə görə yaxşı aqrotexniki qulluq göstərilmişdir. Ağacların gövdə ətrafına üzvi və mineral gübrə verilmiş, hektara 125-140 ədəd ağac əkilmişdir. 1,2275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 170 fındıq kolu əkilmişdir ki, bu da aqrotexniki normalara uyğundur. Bağda seyrəklik müşahidə olunmur. Ağacların çətirinin quruluşu, budaq sayı, yan pöhrələrin vaxtında budanması sahənin alaq otları və digər bitki qalıqlarından təmizlənməsi sahəyə aqrotexniki qulluq edilməsini sübut edir. Ağacların inkişafının vəziyyəti aqrotexniki qulluq göstərilməsi, məhsuldarlığı artıran əlamətlərdir. Ona görə də həmin sahədə il ərzində hər ağacdan orta hesabla 8-10 kq olmaqla, cəmi 1200-1500 kq məhsul əldə etmək mümkündür. Fındığın 1350 kq-nın (1200+1500) orta bazar qiyməti təxminən 4050,00 manat müəyyən edilir. İnkişaf səviyyəsindən, sayından, məhsuldarlığından və sair asılı olaraq 1 fındıq kolunun orta bazar qiyməti təxminən 100,00 manat müəyyən edilir. Bağdakı ağacların görünüşü inkişaf səviyyəsinə əsasən həmin ağaclara hər ağac hesabı ilə 2,3 kq mineral gübrə il ərzində cəmi 500 kq, hektara isə 25- 30 ton hesabı ilə üzvü (peyin) gübrə gövdə ətrafına səpilmiş, gövdə ətrafı yumşaldılmış, budama işləri aparılmışdır ki, bu işlərə təxminən 800,00 manat xərc tələb olunur. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil edir. İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyətin heç bir növünə üstünlük verilmir; mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir; dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdin sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərini, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən Mülki Məcəllənin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (Mülki Məcəllənin 14.2.1-ci maddəsi) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələb ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən müqavilə məhkəmə qaydasında ləğv edildikdə, müqavilənin ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər xətm edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razalışması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə işdəki sübutlarla müəyyən olunmuş işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, 21 fevral 2019-cu il tarixli beh müqaviləsi üzrə 4700 manat pul iddiaçı tərəfindən alındıqdan sonra cavabdehlər beh müqaviləsində göstərilən 1.2275 ha torpaq sahəsinin 5000 manata İddiaçı satılmasına dair alqı-atqı müqaviləsini 21 aprel 2019-cu ilədək notarial qaydada təsdiq etməmiş və icrasını təmin etməmiş, həmin torpaq sahəsinə dair iddiaçı ilə notarial qaydasında alqı-satqı müqaviləsi bağlamaqdan imtina etmişlər. İddiaçı üzərinə götürdüyü öhdəliyi icra etsə də, cavabdehlər həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla da iddiaçı müqavilə üzrə ümid etməyə çatanlardan xeyli dərəcədə məhrum olmuş və onun hüquqları pozulmuşdur. Ona görə də iddiaçının 21 fevral 2021-ci il tarixli beh müqaviləsinin ləğv edilməsi tələbi əsaslıdır və təmin olunmalıdır. Həmçinin işdəki sübutlardan görünür ki, hazırki halda həmin müqavilənin təsdiq edilməməsi və icra edilməməsi üçün beh almış tərəf-cavabdehlər məsuliyyət daşıyılar. Belə olan halda qanun normasının tələbinə (Mülki Məcəllənin 492.2-ci maddəsi) və 21 fevral 2019-cu il tarixli beh müqaviləsinin 4.3-cü bəndinə əsasən beh almış tərəf kimi cavabdehlər aldıqları 4700 manat behin ikisi mislini-9400 manatı iddiaçıya ödəməlidirlər. Ona görə də iddiaçının cavabdehlərə qarşı yönəltdiyi ödənilmiş behin iki misli-9400 manat tələbi də əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddiaçının 17600 manat xərc tələbinə hüquqi qiymət verərək, hesab edir ki, həmin tələb 17000 manat hissədə təmin edilməlidir. Belə ki,işdəki sübutlardan,o cümlədən kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 7/864;9/6179 saylı rəyindən görünür ki, iddiaçı tərəfindən 2003-cü ildə sözügedən 1.2275 ha (12275.92 kv.metr) torpaq sahəsində 170 fındıq kolu (ağacı) əkilmişdir ki, həmin fındıq kollarının (ağaclarının), yəni əmlakın orta bazar dəyəri 17000 manat təşkil edir, həmçinin iddiaçı tərəfindən ağaclara gübrə verilməsi, gövdə ətrafı yumşalma, budama işlərinin aparılmasına 800 manat xərc çəkilmişdir. Belə olan halda iddiaçı tərəfindən əmlak üzrə xərclər 17800 manat təşkil edir ki, iddiaçı da bu məbləğin 17600 manatını;170 ədəd fındıq kollarının (ağaclarının) orta bazar dəyərini təşkil edən 17000 manatı və 600 manat yaxşılaşdırma xərcini cavabdehlərdən tələb edir. Lakin işdəki sübutlardan görünür ki, 170 fındıq kollarında (ağaclarında) ifadə olunan əmlakın orta bazar dəyəri 17000 manat təşkil edir və qanuna görə (Mülki Məcəllənin 157.7-ci maddəsi) yaxşılaşdırmaları ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakının dəyərindən artıq olmamaq şərtilə onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçı sözügedən torpaq sahəsindən çıxdıqdan sonra 17000 dəyərində olan 170 ədəd fındıq kolları (ağacları) cavabdehlərdə qalacaq ki, cavabdehlərin də həmin 17000 manat məbləğində iddiaçının hesabına əsassız varlanmaları şübhəsizdir. Ona görə də yuxarıda istinad olunan qanun normalarına (Mülki Məcəllənin 157.7, 1091-1093-cü maddələr və sair) istinad edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehlərə qarşı yönəltdiyi 17600 manat xərc tələbi 17000 manat tələbi hissəsində təmin edilməli, 17000 manatdan artıq iddia tələbi hissəsində isə təmin edilməməlidir. İddiaçı 600 manat hissəsində xərclər tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmiş, 600 manat hissəsində iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaya etirazlarının əsası kimi 21 aprel 2019-cu il tarixədək 1.2275 ha (12275,92 kv.metr) torpaq sahəsini İddiaçı satmaları alqı-satqı müqaviləsinin bağlanması üçün İddiaçı onlara daha 2000 manat pul ödəməli olduğunu, Elsevərin həmin 2000 manat pulu onlara ödəmədiyi üçün onların həmin alqı-saqı müqaviləsini bağlamadıqlarını göstərmişlər. Məhkəmə hesab edir ki, cavabdehlərin iddia tələbinə bu etirazı tamamilə əsassızdır və işdəki sübutlarla təsdiqini tapmır. Belə ki, 21 fevral 2019-cu il tarixli beh müqaviləsində iddiaçının ödədiyi 4700 manat beh müqabilində cavabdehlərin 1.22 ha torpaq sahəsinin 5000 manata satılması barədə alqı-sat müqaviləsini 21 aprel 2019-cu ilədək notaril qaydada təsdiq etməsi və icra etməsi öhdəliyi qeyd olunmuşdur. Həmin müqavilədə sözügedən torpaq sahəsinin 5000 manatdan əlavə daha 2000 manat ödənilməklə satılması barədə heç bir razılaşma və öhdəlikdən söhbət getmir. İddiaçı tərəf də bu alqı-satqının baş tutması üçün iddiaçının cavabdehlərə daha 2000 manat ödəməli olmasını qeyd etmir. Əksinə iddiaçı və onun nümayəndəsi cavabdehlərin müqailə şərtlərini pozaraq iddiaçıdan əsassız olaraq daha 2000 manat tələb etmələrini göstərirlər. İşdəki hər hansı sübutla 1.2275 ha (12275.92 kv.metr) torpaq sahəsi üzrə alqı-satqının olması üçün iddiaçının cavabdehlərə daha 2000 manati ödəməli olması və müqavilənin təsdiqi və icra edilməsi üçün cavabdehlərin məsuliyyət daşımaması, əksinə iddiaçının məsuliyət daşımasını təsdiq edən hər hansı mötəbər sübut yoxdur və cavabdehlər də belə sübutu məhkəməyə təqdim etməmişlər. Şərh olunanlar sözügedən cavabdehlərin iddiaya bu etirazlarının əsassız olmasını göstərir. Məhkəmə onu da bildirir ki, ümumiyyətlə cavabdehlər iddia tələblərinə etirazın əsaslandırıldığı hər hansı halın mövcudluğu barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, iddianın əsassızlığını sübut edə bilməmişlər. Halbuki qanuna görə (MPMnin 77.1-ci maddəsi) bu vəzifə cavabdehlərin üzərinə düşür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış 21 fevral 2019-cu il tarixli 3M-18 savlı beh müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 21 fevral 2019-cu il tarixli 3M-18 savlı beh müqaviləsinə əsasən ödənilmiş 4700 manat məbləğində behin iki misli-9400 manat və 170 ədəd fındıq kollarının (ağaclarının) orta bazar dəyərini təşkil edən 17000 manat xərc, cəmi 26400 manat pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 29,33 manat dövlət rüsumu tutulub İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə 70,0 manat ekspertiza xərcinin 68,44 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və 1,56 manatı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsaəsn məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət e tdi: İddia qismən təmin olunsun; İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış 21 fevral 2019-cu il tarixli 3M- 18 saylı beh müqaviləsi ləğv edilsin; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 21 fevral 2019-cu il tarixli 3M-18 saylı beh müqaviləsinə əsasən ödənilmiş 4700 manat məbləğində behin iki misli-9400 manat və 170 ədəd fındıq kollarının (ağaclarının) orta bazar dəyərini təşkil edən 17000 manat xərc, cəmi 26400 manat pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 29,33 manat dövlət rüsumu tutulub İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin; iş üzrə 70,0 manat ekspertiza xərcinin 68,44 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və 1,56 manatı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-730/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-730/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver