Məhkəmə qərarları › İş №2(019)-735/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-735/2021

07.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-735/2021 07.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X15 qızının və maraqlı şəxs Balakən rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X6 iştirakı ilə Ərizəçi oğlunun bacısı Balagözova Ruhəngiz Salman qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 22 iyul 1972-ci il tarixdə Balakən rayonunun Qazma kəndində doğulmuş bacısı Balagözova Ruhəngiz Salman qızının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahatında onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Qazma kəndində yaşayır. 22.07.1972-ci il tarixdə doğulmuş bacısı X7 anadangəlmə “Oliqofreniya insibillik səviyyəsi” diaqnozu ilə xəstədir. X23 rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatdadır, 2-ci qrup daimi əlildir. Təqaüd alır, onun himayəsində yaşayır. X16 qeyd etdiyi diaqnozla xəstə olduğundan öz hərəkətlərinin mənasını başa düşmür. Onun həm xəstəliyi, təqaüdünün alınması, həmçinin mülkiyyətində olan əmlakın idarə edilməsi ilə bağlı müxtəlif təşkilatlara müəyyən sənədləşmə işlərinin aparılması üçün müraciət edərkən bacısı Ruhəngizin ağıl zəifliyi və ruhi xəstəliyi olduğundan sənədlərə imza edə bilmir. Ona görə də onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Bu səbəbdən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X12 məhkəmə-psixiatrik ekspertizasının rəyini nəzərə alaraq, 22 iyul 1972-ci il tarixdə Balakən rayonunun Qazma kəndində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən fəaliyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X7 izahat verə bilməmiş və məhkəmənin və proses iştirakçılarının suallarına cavab verməmişdir. «Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2.1 və 2.2-ci maddələrinə əsasən bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. İş materiallarından görünür ki, hazırki iddia ərizəsi «Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəlki tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hazırki işə ərizənin məhkəmənin icraatına daxil olduğu vaxt qüvvədə olan prosessual qanun normalarının tələbləri qaydasında baxılmasını qanuni və əsaslı sayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 10 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 22.04.2021-ci il tarixdə verilmiş müayinə aktından çıxarışdan görünür ki, X1 insibillik səviyyəsi diaqnozu ilə xəstədir. Əlillik dərəcəsi: ikinci, əlillik səbəbi: ümumi xəstəlik, əmək zəmanəti: əmək qabiliyyətli deyil, əlilliyin müddəti: 15.Xİ-1999-cu ildən müddətsiz. İşdə olan Azərbaycan Respubiikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 Şəxsinin 16 saylı regional ərazi filialı tərəfindən 08.04.2021-ci il tarixdə verilmiş **********8 nömrəli arayışdan görünür ki, X7 İİ qrup ümumi xəstəlikdən əlil 130 manat məbləğində 15.11.1999-cu il tarixdən daimi sosial müavinət alır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qazma kənd soveti tərəfindən 07 avqust 1972-ci il tarixdə verilmiş İ-JQ seriyalı 304698 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Balagözova Ruhəngiz Salman qızı 22 iyul 1972-ci il tarixdə anadan olmuş, atası Balagözov Salman Məhəmməd oğlu, anası X9 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qazma kənd soveti tərəfindən 22 iyun 1978-ci il tarixdə verilmiş V-JQ seriyalı 452705 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Salman oğlu xx xxx 1978-ci il tarixdə anadan olmuş, atası Balagözov Salman Məhəmməd oğlu, anası X9 yazılmışdır. İşdə olan Balakən Rayon İcra Hakimiyyəti başçısının Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 16.06.2021-ci il tarixdə verilmiş 560 nömrəli arayışdan görünür ki, X4 aşağıda qeyd edilən ailəsi vardır:anası-X9, qardaşı- Ərizəçi oğlu, qardaşı arvadı-X10, qardaşı oğlu- X14, qardaşı qızı- X13 və qardaşı oğlu- Balagözov Ömər Elçin oğlu İşə əlavə olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 avqust 2021-ci il tarixli, 512 saylı rəyindən görünür ki, Balagözova Ruhəngiz Salman qızı uşaqlıqdan yüngül dərəcəli əqli gerilik (ifadə olunmuş debillik səviyyəsində), davranış pozğunluqları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X15 qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. İşdə olan 16.06.2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi oğlu hazırki ərizənin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin, qəyyumluq və himayə komissiyasının nümayəndəsinin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 22 iyul 1972-ci ildə doğulmuş bacısı X7 anadangəlmə “Oliqofreniya insibillik səviyyəsi” diaqnozu ilə xəstədir. X2 Mərkəzi Rayon Xəstəxanasının psixiatriya kabinetində dispanser qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar olaraq X15 qızı 2-ci qrup əlildir və əmək qabiliyyəti yoxdur. X15 qızı xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 22 iyul 1972-ci ildə doğulmuş Balagözova Ruhəngiz Salman qızının xəstəliyi, yəni psixi qüsuru ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin öz təşəbbüsü ilə təyin etdiyi ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 avqust 2021-ci il tarixli, 512 saylı rəyi ilə müəyyən olunmuşdur ki, X7 uşaqlıqdan yüngül dərəcəli əqli gerilik (ifadə olunmuş debillik səviyyəsində), davranış pozğunluqları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 22 iyul 1972-ci il tarixdə Balakən rayonunun Qazma kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 22 iyul 1972-ci il tarixdə Balakən rayonunun Qazma kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar