Məhkəmə qərarları › İş №2(019)-767/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-767/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-767/2021 29.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra «xxxx» MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: «xxxx» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 11.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********93635 olan Samsung Qalaxy A6 markalı telefon üçün Cavabdeh 366 manat ödənilməmiş hissə, 110 manat cərimə, ümumilikdə 476 manat borcun, ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, «xxxx» MMC tərəfindən iddia ərizəsində cavabdeh kimi göstərilən Əliyev X1 rayonu Talalar ərazi dairəsi Talalar kəndində qeydiyyatda deyildir və orada yaşamır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh qeydiyyatda olduğu yer Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 3,5 ünvandır. Hazırki iddia ərizəsində də cavabdeh kimi göstərilən Cavabdeh faktiki ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Qaçqınlar Şəhərciyi göstərilmişdir. Belə olan halda iddiaçı hazırki iddia ərizəsi ilə Cavabdeh qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlar yuxarıda göstərilən qanun normalarına əsasən hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və «xxxx» MMC-yə hazırki iddia tələbi ilə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; «xxxx» MMC-yə hazırki iddia tələbi ilə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar