Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-781/2021 07.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi oğlu X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, mü ə y y ə n e t d i : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21 may 1991-cı il tarixdə doğulmuş oğlu X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, onun mərhum X2 rəsmi nikahından 21 may 1991-ci ildə X8 adında oğlu vardır. Həyat yoldaşı X9 2017-ci ildə ölmüşdür. X12 anadangəlmə uşaq serebral iflici, tetraparez, oliqofreniya diaqnozu ilə xəstədir. X13 rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olmaqla 1-ci qrup daimi əlildir, pensiya alır. Oğlu Şamil qeyd etdiyi diaqnozla xəstə olduğundan öz hərəkətlərinin mənasını başa düşmür və o, oğlunu idarə edir. O, oğlunun xəstəliyi, təqaüdünün alınması və sairlə bağlı müxtəlif təşkilatlara müəyyən sənədləşmə işlərinin aparılması üçün müraciət edərkən oğlu Şamil ağıl zəifliyi olduğundan sənədlərə imza edə bilmir. Buna görə də Şamil Temirovun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X3 məhkəmə-psixiatrik ekspertizasının rəyini nəzərə alaraq, 21 may 1991-ci ildə Balakən şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasına çağrılmış fəaliyyət qabiliyyəti olayan hesab edilməsi haqqında işinə baxılan şəxs X8 səhhəti buna yol vermədiyindən məhkəmə iclasında iştirak edə bilməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1,185.4 və 320.2-ci maddələrinə əsasən hazırki işə fəaliyyət qabiliyyəti olayan hesab edilməsi haqqında işinə baxılan şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X4 Hüquqi Şəxsi tərəfindən 23.06.2021-ci il tarixdə verilmiş 807 nömrəli arayışdan görünür ki, Balakən rayon sakini 1991-ci il təvəllüdlü X8 həqiqətən anadangəlmə «uşaq serebral iflici. Tetraparez. Oliqofreniya» diaqnozu ilə qeydiyyatdadır.1999-cu ildən 2014-ci ilə müavinət alır. İ qrup əlildir. İşdə olan Azərbaycan Respubiikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 16 saylı regional ərazi filialı tərəfindən 23.06.2021-ci il tarixdə verilmiş **********0 nömrəli arayışdan görünür ki, X8 İ qrup ümumi xəstəlikdən əlilliyə görə 280 manat məbləğində 12.05.2014-cü il tarixdən daimi sosial müavinət alır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon VVAQ şöbəsi tərəfindən 05 iyul 1991-ci il tarixdə verilmiş XVİ-JQ seriyalı 276133 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 21 may 1991-ci il tarixdə anadan olmuş, atası X9, anası Ərizəçi yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 13 may 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 864252 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 10 may 2017-ci ildə ölmüşdür. İşə əlavə olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 avqust 2021-ci il tarixli, 504 nömrəli rəyindən görünür ki, X8 uşaqlıqdan orta dərəcəli kəmağıllılıq, davranış pozuntuları ilə, uşaq serebral iflicinin qalıq əlamətləri, tetraparez XBT-10 (Psixi və davranış pozuntuları beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X8 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. İşdə olan 23.06.2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizənin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin, qəyyumluq və himayə komissiyasının nümayəndəsinin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 21 may 1991-ci ildə doğulmuş oğlu X8 anadangəlmə uşaq serebral iflici, tetraparez, oliqofreniya diaqnozu ilə xəstədir. X8 Balakən rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində dispanser qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar olaraq X8 1-ci qrup əlildir və əmək qabiliyyəti yoxdur. X8 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını tam anlaya və onları tam idarə edə bilmir. 21 may 1991-ci ildə doğulmuş X5 xəstəliyi, yəni psixi qüsuru ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə təyin olunmuş ambulator məhkəməpsixiatrik ekspertizasının 25 avqust 2021-ci il tarixli, 504 saylı rəyinə əsasən X8 uşaqlıqdan orta dərəcəli kəmağıllılıq, davranış pozuntuları ilə, uşaq serebral iflicinin qalıq əlamətləri, tetraparez XBT-10 (Psixi və davranış pozuntuları beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir, bununla əlaqədar olaraq X8 halhazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 21 may 1991-ci ildə Balakən şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 21 may 1991-ci ildə Balakən şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-781/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-781/2021
07.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver