Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-808/2021 26.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ X31 Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı və digər iddiaçılar İddiaçı3 Kamı̇ l qızının və Əzı̇ zova Günay Kamı̇ l qızının nümayəndəsi İddiaçı1, İddiaçı2, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə iddiaçılar İddiaçı1 Kamı̇ l oğlunun, Şütüyev Kamı̇ l Ramazan oğlunun, İddiaçı3 Kamı̇ l qızının və Əzı̇ zova Günay Kamı̇ l qızının cavabdehlər Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu X7, Cavabdeh2 İdrı̇ s oğluna, Cavabdeh3 İdrı̇ s qızına, Cavabdeh4 İdrı̇ s oğluna və Xanayeva (Balayeva) Mehrı̇ ban İdrı̇ s qızına qarşı 24 aprel 2019-cu il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 Kamı̇ l oğlu, Şütüyev Kamı̇ l Ramazan oğlu, İddiaçı3 Kamı̇ l qızı, Əzı̇ zova Günay Kamı̇ l qızı cavabdehlər Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu X7, Cavabdeh2 İdrı̇ s oğluna, Cavabdeh3 İdrı̇ s qızına, Cavabdeh4 İdrı̇ s oğluna və Xanayeva (Balayeva) Mehrı̇ ban İdrı̇ s qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 24 aprel 2019-cu il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 Kamı̇ l oğlu, Şütüyev Kamı̇ l Ramazan oğlu, İddiaçı3 Kamı̇ l qızı və Əzı̇ zova Günay Kamı̇ l qızı iddialarını onunla əsaslandırmışlar ki, iş üzrə Cavabdeh2 2018ci ildə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2, X29 Oğluna, X12 və X13 qarşı “ Balakən rayonu Qazma kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinə dair cavabdehlərlə mərhum 24 iyul 2014-cü ildə ölmüş anası X9 arasında bağlanmış 15 fevral 2001-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsi çıxardığı 09 avqust 2018-ci il tarixli, 2(019)-1114/2018 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilən iddianı təmin etmişdir. İddia ərizəsinə əlavə edilmiş 09 avqust 2018-ci il tarixli Balakən Rayon məhkəməsinin üz səhifəsindən məlum olur ki, qətnamə 13 avqust 2018-ci il tarixdə tərtib edilmiş, həmin tarixdən sonra tərəflərə göndərilmişdir, poçt idarələri də ən tez halda 16 avqust tarixdə qətnamələri tərəflərə verə bilərdi. Amma Cavabdeh2 onlara məlum olmayan hansı bir yollasa həmin qətnamədən apellyasiya şikayəti verildiyi halda qətnamənin tərəflərə təqdim edilməsindən bir ay müddət belə keçmədən məhkəmənin dəftərxanasının zərflər üçün möhrü ilə qətnamənin 09 sentyabr tarixdə qüvvəyə minməsini təsdiq etdirə bilmişdir. Cavabdeh2 həmin qətnamədən verilən şikayətlə bağlı məhkəmə iclaslarında iştirak etmir. Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-c il tarixli qətnaməsindən verdikləri şikayətə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası çıxardığı 25 oktyabr 2018-ci il tarixli 2(107)- 2591/2018 nömrəli Qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin qətnaməsini ləğv etmiş, şikayətlərini təmin etmiş və alqı-satqı müqaviləsinin bağlanmasına dair Cavabdeh2 iddiasını təmin etmişdir. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilən kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası çıxardığı 01 mart 2019-cu il tarixli 2( 102)-l711/2019 saylı qərarı ilə şikayəti təmin etmədən, Apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Beləliklə Cavabdeh2 tərəfindən verilən iddia məhkəmələr tərəfindən rədd edilmiş və mübahisə edilən torpaq iş üzrə cavabdehlərin mülkiyyətində saxlanılmışdır. Bundan sonra Cavabdeh2 həmin torpağın anasına məxsus olmadığını bilə-bilə qəsdən, qərəzli olaraq qanunazidd cinayət tərkibli əməllər etməklə 18 saylı DƏDRX-dən dolayısı ilə ölmüş anasının adına mübahisə edilən 10057.49 hektar torpaqla bağlı RX seriyalı ******* nömrəli qanunazidd Çıxarış əldə edir. Bu hal onlara məlum olan kimi, onlar DƏDRX 18 saylı ərazi idarəsi tərəfindən X8 verilmiş ******* nömrəli Çıxarışın ləğv edilməsi ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. Balakən Rayon Məhkəməsi çıxardığı 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə qeyd edilən çıxarışın ləğvini rəsmiləşdirmişdir. Balakən Rayon Məhkəməsinin qətnaməsindən Cavabdeh2 tərəfindən verilən Apellyasiya şikayətinə baxan Mülki Kollegiya 16.10 2019-cu il tarixli qətnaməsi ilə şikayəti təmin etməmiş, Cavabdeh2 tərəfindən verilən Kassasiya Şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası Kassasiya şikayətini təmin etməmişdir. X2 adına hazırlanmış ******* nömrəli çıxarış ləğv edilir. Bütün bunlara baxmayaraq Cavabdeh2 cinayət tərkibli əməllərini davam etdirir. Belə ki, ləğv edilmiş ******* saylı çıxarış əsasında Qazma kəndində yerləşən 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 24 aprel 2019-cu il tarixli, 2v-207 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 adlarına payı 1/4 olmaqla, 30 aprel 2019- cu il tarixli **********24 nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bu qanuna zidd “Vərəsəlik şəhadətnaməsi" Balakən regional “Asan Xidmət” mərkəzi notarial ofisinin xüsusi notariusu X10 tərəfindən tərtib edilmişdir. Həmin Şəhadətnamə qanun pozuntusu ilə tərtib edilmişdir. İlk növbədə X6 JN 645 A cizgisində olan 1.0057 ha torpağın ona məxsus olmasını təsdiq edən hər hansı bir sənəd mövcud deyil. Miras qoyan X9 2014-ci ilin 24 iyul tarixində öldüyü vaxt Vərəsəlik Şəhadətnaməsi ilə cavabdeh vərəsələrə verilmiş 1.0057 ha torpaq sahəsi üzərində X6 hər hansı bir mülkiyyət hüququ olmuşdurmu? Notarial ofisinin xüsusi notariusu ümumiyyətlə miras qoyan X6 ölən günə qədər (sağlığında) mülkiyyətində mövcud olan əmlakı araşdırmadan, onun mülkiyyəti olmayan 1.0057 ha torpaq sahəsini onun mirası kimi qəbul edərək F.Balayevanın qanun üzrə vərəsələrinə 24 aprel 2019-cu il tarixli 2v-207saylı Qanun üzrə vərəsəlik şəhadətnaməsi açmış, nəticədə Notariat haqqında qanunun tələblərini pozmuşdur. F.Balayeva ölən zaman onun mülkiyyətində daşınmaz və daşınar əmlak olmuşdur.Amma bu günədək cavabdeh vərəsələr anasından qalmış miras əmlaka vərəsəlik açdırmamışlar. Məhkəmə iclasında iddiaçı və digər iddiaçılar İddiaçı3 Kamı̇ l qızının və Əzı̇ zova Günay Kamı̇ l qızının nümayəndəsi İddiaçı1 və digər iddiaçı İddiaçı2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu X10, Cavabdeh3, Cavabdeh4 və Xanayeva (Balayeva) Mehriban İdris qızı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(019)-1114/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh2 mərhum anası X3 cavabdehlər İddiaçı1 Kamı̇ l oğlu, Şütüyev Kamı̇ l Ramazan oğlu, X14, Şütüyeva Yeganə Kamı̇ l qızı, X21 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları məqsədi üçün verilmiş JN 645 nömrəli Torpağa Mülkiyyət Hüququna X32 JN645A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(107)-2591/2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 Kamı̇ l oğlu, Şütüyev Kamı̇ l Ramazan oğlu, Şütüyeva Yeganə Kamı̇ l qızı, X21 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 09 avqust 2018ci il tarixli, 2(019)-1114/2018 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh2 mərhum anası X3 cavabdehlər İddiaçı1 Kamı̇ l oğlu, Şütüyev Kamı̇ l Ramazan oğlu, X14, Şütüyeva Yeganə Kamı̇ l qızı, X21 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 nömrəli Torpağa Mülkiyyət Hüququna X32 JN645A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01.03.2019-cu il tarixli, 2(102)-1711/2019 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 25 oktyabr 2018-ci il tarixli, 2(107)-2591/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(019)-607/2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə işdə olan sübutların biavasitə tədqiqi əsasında İddiaçı2 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının 08.05.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə 1.08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsinin verilməsi, Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2, X15, İddiaçı1, X13 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı Cavabdeh2 mərhum anası X3 cavabdehlər İddiaçı2, X16, X21, İddiaçı1, X17 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN645 nömrəli Torpağa Mülkiyyət Hüququna X32 JN 645A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi, qətnamənin qəbul edildiyi vaxtdan bir ay müddətində şikayət verilmədiyndən Mülki- Prosessual Məcəllənin 233.1-ci maddəsinə uyğun olaraq 10 sentyabr 2018-ci il tarixdə icra vərəqəsinin verilməsi və həmin icra vərəqəsi əsasında Cavabdeh2 RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etməsi, İddiaçı2 və digərlərinin apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(107)0-2591/2018 saylı qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh2 mərhum anası X3 cavabdehlər İddiaçı2, X16, X21, İddiaçı1 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən k/t təyinatlı torpaq sahəsinə dair verilmiş JN 645 nömrəli Dövlət Aktının 645A planşet hissəsində göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi tələbi ilə bağlı iddiasının təmin edilməməsi, lakin Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarış ləğv edlilmədiyindən iddiaçıların hazırki iddia ilə məhkəməyə müraciət etməsi halları müəyyən edilməklə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(107)-2671/2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 nümayəndəsi və vəkili X23 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(019)-607/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.02.2020-ci il tarixli, 2(102)-1272/2020-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 16 oktyabr 2019-cu il tarixli, 2(107)-2671/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş 24 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 25.07.2014-cü il tarixdə ölmüş X6 Balakən rayonu Qazma kəndində yaşayan oğlu Cavabdeh2, Balakən rayonu Xalatala kəndində yaşayan qızı Cavabdeh5, RF Tver şəhəri, Levitina küçəsi, ev 46, mənzil 236 ünvanında yaşayan oglu Cavabdeh4, Balakən rayonu Qazma kəndində yaşayan qızı Cavabdeh3 miras əmlakdan bərabər hissələrlə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 22.10.2018 tarixdə X8 verilmiş **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 1.0057 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22.10.2018-ci il tarixdə verilmiş RX seriyalı **********24 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Balakən rayonu Qazma kəndi ərazisində 1.0057 ha torpaq sahəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçı və digər iddiaçılar İddiaçı3 Kamı̇ l qızının və Əzı̇ zova Günay Kamı̇ l qızının nümayəndəsi İddiaçı1, İddiaçı2 və Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(019)-1114/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 mərhum anası X3 cavabdehlər İddiaçı1 Kamı̇ l oğlu, Şütüyev Kamı̇ l Ramazan oğlu, X14, Şütüyeva Yeganə Kamı̇ l qzı, X21 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları məqsədi üçün verilmiş JN 645 nömrəli Torpağa Mülkiyyət Hüququna X32 JN645A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqı-satqısının bağlanmş hesab edilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(107)-2591/2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 Kamı̇ l oğlu, Şütüyev Kamı̇ l Ramazan oğlu, Şütüyeva Yeganə Kamı̇ l qızı, X21 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(019)-1114/2018 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh2 mərhum anası X3 cavabdehlər İddiaçı1 Kamı̇ l oğlu, Şütüyev Kamı̇ l Ramazan oğlu, X14, Şütüyeva Yeganə Kamı̇ l qızı, X21 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 nömrəli Torpağa Mülkiyyət Hüququna X32 JN645A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01.03.2019-cu il tarixli, 2(102)-1711/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 25 oktyabr 2018-ci il tarixli, 2(107)-2591/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş 24 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 25.07.2014-cü il tarixdə ölmüş X6 Balakən rayonu Qazma kəndində yaşayan oğlu Cavabdeh2, Balakən Rayonu Xalatala kəndində yaşayan qızı Cavabdeh5, RF Tver şəhəri, Levitina küçəsi, ev 46, mənzil 236 ünvanında yaşayan oglu Cavabdeh4, Balakən rayonu Qazma kəndində yaşayan qızı Cavabdeh3 miras əmlakdan bərabər hissələrlə irs alması, şəhadətnamə verilən miras əmlakın ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 22.10.2018 tarixdə X8 verilmiş **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 1.0057 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsindən ibarət olması müəyyən edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22.10.2018-ci il tarixdə verilmiş RX seriyalı **********24 reyestr nömrəli Çıxarışla Balakən rayonu Qazma kəndi ərazisində 1.0057 ha torpaq sahəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(019)-607/2019-cu il tarixli qətnaməsi ilə işdə olan sübutların biavasitə tədqiqi əsasında İddiaçı2 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının 08.05.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə 1.08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsinin verilməsi, Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2, X15, İddiaçı1, X13 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh2 mərhum anası X3 cavabdehlər İddiaçı2, X16, X21, İddiaçı1, X17 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN645 nömrəli Torpağa Mülkiyyət Hüququna X32 JN 645A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqısatqısının bağlanmış hesab edilməsi, qətnamənin qəbul edildiyi vaxtdan bir ay müddətində şikayət verilmədiyndən Mülki-Prosessual Məcəllənin 233.1-ci maddəsinə uyğun olaraq 10 sentyabr 2018-ci il tarixdə icra vərəqəsinin verilməsi və həmin icra vərəqəsi əsasında Cavabdeh2 RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etməsi, İddiaçı2 və digərlərinin apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2 (107)0- 2591/2018 saylı qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh2 mərhum anası X3 cavabdehlər İddiaçı2, X16, X21, İddiaçı1 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən k/t təyinatlı torpaq sahəsinə dair verilmiş JN 645 nömrəli Dövlət Aktının 645A planşet hissəsində göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi tələbi ilə bağlı iddiasının təmin edilməməsi, lakin Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarış ləğv edlilmədiyindən iddiaçıların hazırki iddia ilə məhkəməyə müraciət etməsi halları müəyyən edilməklə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(107)- 2671/2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 nümayəndəsi və vəkili X23 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(019)-607/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.02.2020-ci il tarixli, 2(102)-1272/2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə olan 16 oktyabr 2019-cu il tarixli, 2(107)-2671/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X11 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:…14.2.3. mülki hüquq və vəzifələri müəyyənləşdirən məhkəmə aktları…14.2.9.qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:1159.1.1 birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.3-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələlələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 22.10.2018 tarixdə X8 verilmiş RX seriyalı ******* nömrəli **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə ləğv edildiyindən və qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış ləğv edildiyindən, iddiaçılar 24 aprel 2019-cu il tarixli, 2V- 207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini tələb etməkdə haqlıdırlar. Belə ki, həmin 24 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə 25.07.2014-cü il tarixdə ölmüş X1 qeyd edilən çıxarışla mülkiyyətində olduğu göstərilən Balakən rayonu Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 1.0057 ha olan torpaq sahəsindən ibarət miras əmlakdan Balakən rayonu Qazma kəndində yaşayan oğlu Cavabdeh2, Balakən rayonu Xalatala kəndində yaşayan qızı Cavabdeh5, RF Tver şəhəri, Levitina küçəsi, ev 46, mənzil 236 ünvanında yaşayan oglu Cavabdeh4 və Balakən rayonu Qazma kəndində yaşayan qızı Cavabdeh3 miras əmlakdan bərabər hissələrlə irs almaları müəyyən edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 22.10.2018 tarixdə X8 verilmiş **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın ləğv edilməsi halı ilə həmin 1.0057 ha torpaq sahəsinə X6 mülkiyyət hüquqlarının olmaması müəyyən edilir. Belə olan halda sözügedən 1.0057 ha torpaq sahəsinə mərhum X6 mülkiyyət hüququ və digər hüququ yaranmamışdır və həmin 1.0057 ha torpaq sahəsi mərhum Firuzə Balayevanın miras kütləsinə daxil deyildir. Ona görə də həmin 1.0057 ha torpaq sahəsi mərhum X4 qalmış miras əmlak kimi onun sözügedən vərəsələri-cavabdehlər arasında bölünə bilməz və həmin vərəsələrə 24 aprel 2019-cu il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilə bilməzdi. Ona görə də hazırki işdə iddianın təmin edilməsi üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Balakən regional «Asan xidmət» mərkəzi Notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş 24 aprel 2019-cu il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Həmçinin iddia təmin edildiyi üçün cavabdehlər Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu X5, Cavabdeh2 İdrı̇ s oğlundan, Cavabdeh3 İdrı̇ s qızından, Cavabdeh4 İdrı̇ s oğlundan və Xanayeva (Balayeva) Mehrı̇ ban İdrı̇ s qızından 10 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızına və Layıcova (Şütüyeva) Yeganə Kamil qızına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Balakən regional «Asan xidmət» mərkəzi Notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş 24 aprel 2019-cu il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin; cavabdehlər Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu X5, Cavabdeh2 İdrı̇ s oğlundan, Cavabdeh3 İdrı̇ s qızından, Cavabdeh4 İdrı̇ s oğlundan və Xanayeva (Balayeva) Mehrı̇ ban İdrı̇ s qızından10 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızına və Layıcova (Şütüyeva) Yeganə Kamil qızına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-808/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-808/2021
26.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver