Məhkəmə qərarları › İş №2(019)-809/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-809/2025

10.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-809/2025 10.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdeh1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi və Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, müqavilənin dəyişdirilməsi və pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi və Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2019-cu il tarixədək İddiaçı1 sahibliyində və istifadəsində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi, döngə 6 ünvanındakı iki otaqlı fərdi yaşayış evinin alqı-satqısından əldə olunmuş malyyə vəsaiti hesabına iddiaçının etibarından sui-istifadə edərək Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsindəki fərdi yaşayış evinin altındakı torpaq sahəsini öz mülkiyyətinə alan Cavabdeh1 adına bağlanmış Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin (şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar olaraq) etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar olaraq Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsindəki fərdi yaşayış evinin altındakı torpaq sahəsinin alqı-satqı müqaviləsinin İddiaçı1 adına dəyişdirilməsi barədə Qətnamə çıxarılmasını, cavabdehlər Cavabdeh1 və X2 uşaqları ilə birlikdə 2019-cu ilin yanvar ayından etibarən hazırki vaxtadək Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsindəki fərdi yaşayış evində yaşadıqları 6 il, yəni 60 ay müddət kirayə müddəti kimi qəbul olunmaqla aylıq 350 manat olmaqla yaşadıqları 60 ay üçün 21000 manat icarə haqqı cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki iş baxılması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaranmış fürsətdən istifadə edərək sənədlər Abşeron Rayon Məhkəməsindən Balakən Rayon Məhkəməsinə gəlib çatanadək yeni iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmədə o müdafiə etdiyi şəxslərin adından müstəqil tələb irəli sürən üçüncü şəxslər X3 və İddiaçı2 qeyd olunan iddia tələbinə qarşı məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Mülki işdə eyni əmlak üzrə tələblər qoyulduğundan, işlərin birləşdirilərək baxılması mümkün olmadığından Balakən Rayon Məhkəməsinin icraatında olan e-2(019)-809/2025 saylı mülki işin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən e-2(019)- 578/2025 saylı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçı Cavabdeh2 iddia tələbinin rədd edilməsi, 15 yanvar 2019-cu il tarixədək İddiaçı1 sahibliyində və istifadəsində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi, döngə 6 ünvanındakı iki otaqlı fərdi yaşayış evinin alqı-satqısından əldə olunmuş malyyə vəsaiti hesabına İddiaçı1 etibarından sui-istifadə edərək Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsindəki fərdi yaşayış evinin altındakı və ətrafındakı torpaq sahəsini öz mülkiyyətinə alan Cavabdeh1 adına bağlanmış Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar olaraq Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsindəki fərdi yaşayış evinin altındakı və ətrafındakı torpaq sahəsinin alqı-satqı müqaviləsinin müstəqil tələblər irəli sürən 3-cü şəxs İddiaçı1 adına dəyişdirilməsi və daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən alınaraq müstəqil tələblər irəli sürən 3-cü şəxs İddiaçı1 mülkiyyətinə və sahibliyinə verilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 259.0.4-cü maddəsinə əsasən məhkəmə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa ərizəni baxılmamış saxlayır. 259.0.11-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Göstərilənlərə istinad edərək, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Vəkil1 məhkəmə hazırlıq iclasında iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, müqavilənin dəyişdirilməsi və pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı1 tərəfindən (xx.xx.2024-cü il tarix, **********39 nömrəli qəbzlə) ödənilmiş 100 manat və (xx.xx.2024-cü il tarix, ********** nömrəli qəbzlə) ödənilmiş 153 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar