Məhkəmə qərarları › İş №2(019)-842/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-842/2021

21.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-842/2021 21.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh1, X14, üçüncü şəxslər X25, X18, X19 və X10 qarşı miras payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X20 məxsus olmuş Balakən rayonu Mahamalar kəndində yerləşən 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0.09 ha həyətyanı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında cavabdehlər Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh1, X14, üçüncü şəxslər X25, X11 qarşı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş X4 xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi həyətyanı torpaq sahəsinin 2/7 hissəsinə, X4 ümumbirgə mülkiyyətində olan RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6na məxsus payı üzərində miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmənin 02.12.2021-ci il tarixli iclas protokol qərarına əsasən, X19, 13.12.2021-ci il tarixli iclas protokol qərarına əsasən, X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, o, və qardaşı X22 X4 birinci nikahından, X26, X18, X19 və X24 ikinci nikahından dünyaya gəlmiş övladlarıdır. Cavabdeh1 isə onun həyat yoldaşıdır. X31 isə onun nənəsi olmaqla, sonuncu 05.02.2011-ci il tarixdə vəfat etmiş, 13.02.2013-cü il tarixdə qanun üzrə vərəsi olan oğlu X21 Balakən rayonu Dövlət notariat ofisi tərəfindən 2V-43 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X7 27.05.2020-ci il tarixdə ölmüş, sonuncudan qalmış mirasın qəbuluna dair tərəfindən notariat ofisinə rəsmi ərizə təqdim olunmuş, ərizə əsasında vərəsəlik işi açılmışdır. Digər vərəsələr mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişlər. Hazırda, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evi tam şəkildə, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsi, 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin), 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) və 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) isə 2/7 hissədə (mərhum X23 payına münasibətdə) X4 mülkiyyətindədir və miras kütləsini təşkil edir. Miras əmlakın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisə vardır. Bu səbəbli məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisi, Cavabdeh1, X24, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X25, X18, X19 və X22 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh1 24.09.2021-ci il tarixdə məhkəməyə rəsmi etiraz təqdim edərək etirazında göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi torpaq islahatı zamanı onun və ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmişdir. İddiaçı mərhumun əvvəlki arvadından olan uşağıdır. Onlar 1979-cü ildə evlənmiş, 1985-ci ildə məhkəmə qaydasında ayrılmışlar. Onların nikahından iki övladı olmuş və onların özlərinə məxsus evləri vardır. İddiaçı bir gün də olsun miras əmlakda yaşamamış, mirası qəbul etməmişdir. Onun miras əmlakla bağlı heç bir əlaqəsi olmamışdır. X2 qalmış miras əmlakı o və qızı X24 qəbul etmişlər. 1985-ci ildən hazırki vaxtadək miras əmlakda yaşamaqla orada abadlıq işləri görmüş, mərhumun dəfn mərasimini keçirmiş, mirası əmlaka dair vergiləri ödəməklə mirası faktiki idarə etmişlər. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 22.01.1986-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X22 31.10.1981-ci il tarixdə anadan olmuş, X7, anası X28r. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 16.10.1980-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdə anadan olmuş, X7, anası X29r. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17.12.1982-cı il tarixli JQ 466129 saylı nigah haqqında şəhadətnamədən görünür ki, X27 və X33 arasında nikah Balakən rayonu Mahamalar kənd sovetliyində 16 oktyabr 1980-ci il tarixdə 18 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Zənbiyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 20.02.2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evi tam şəkildə X15, həyətyanı torpaq sahəsi isə 2/7 hissədə X15, 1/7 hissədə Cavabdeh1, 1/7 hissədə X16, 1/7 hissədə X8, 1/7 hissədə X9, 1/7 hissədə X13 adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18.09.2015-ci il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) 1/7 hissədə X23, 1/7 hissədə X15, 1/7 hissədə Cavabdeh1, 1/7 hissədə X16, 1/7 hissədə X8, 1/7 hissədə X9, 1/7 hissədə X13 adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 22.09.2015-ci il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) 1/7 hissədə X23, 1/7 hissədə X15, 1/7 hissədə Cavabdeh1, 1/7 hissədə X16, 1/7 hissədə X8, 1/7 hissədə X9, 1/7 hissədə X13 adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 23.09.2015-ci il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) 1/7 hissədə X23, 1/7 hissədə X15, 1/7 hissədə Cavabdeh1, 1/7 hissədə X16, 1/7 hissədə X8, 1/7 hissədə X9, 1/7 hissədə X13 adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18.06.2020-ci il tarixli AZ-İİ seriyalı 069278 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X27 27.05.2020-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 21.11.2020-ci il tarixli AZ-İİ seriyalı 095558 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X31 05.02.2010-cu il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİHB-nın Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27.07.2021-ci il tarixli, 758 nömrəli arayışından görünür ki, X4 ölümündən sonra ondan qalmış miras əmlakı arvadı Cavabdeh1, qızı X24 mərhumun dəfn xərclərini çəkmiş, yas mərasimini keçirmiş, torpaq sahəsinə dair vergiləri ödəyərək mirası faktiki olaraq qəbul etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİHB-nın Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27.10.2021-ci il tarixli, 113 nömrəli arayışından görünür ki, X4 ailə başçısı olduğu təsərrüfatda Cavabdeh1, X25, X18 və X24 qeydiyyatdadırlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 27.10.2021-ci il tarixli, 1331 nömrəli məktubundan görünür ki, 05.02.2011-ci il tarixdə vəfat etmiş mərhum X23 və 27.05.2020-ci il tarixdə vəfat etmiş X15 mirasına İddiaçı mirasın qəbuluna dair alınmış ərizə əsasında vərəsəlik işi açılmışdır. Digər vərəsələr mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 05.11.2021-ci il tarixli, 1405 nömrəli məktubundan görünür ki, 05.02.2011-ci il tarixdə vəfat etmiş mərhum X23 mirasına 13.02.2013-cü il tarixdə qanun üzrə vərəsi olan oğlu X21 Balakən rayonu Dövlət notariat ofisi tərəfindən 2V-43 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə, iddiaçını və onun-vəkilini dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsi, 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin), 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) və 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) X23, X15, Cavabdeh1, X16 X8, X9 və X13 ümumi birgə mülkiyyətinə verilmişdir. X5 Məhəmməd Limat oğlunun anası olmaqla 05.02.2010-cu il tarixdə ölmüşdür. İddiaçı və X1 Məhəmməd Limat oğlunun birinci nikahından, X26, X18, X19 və X24 ikinci nikahından dünyaya gəlmiş övladları, Cavabdeh1 isə onun həyat yoldaşıdır. 05.02.2011-ci il tarixdə vəfat etmiş mərhum X23 mirasına 13.02.2013-cü il tarixdə qanun üzrə vərəsi olan oğlu X21 Balakən rayonu Dövlət notariat ofisi tərəfindən 2V-43 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X27 27.05.2020-ci il tarixdə ölmüş, ondan qalmış mirasın qəbuluna dair İddiaçı tərəfindən notariat ofisinə rəsmi ərizə təqdim olunmuş, ərizə əsasında vərəsəlik işi açılmışdır. Digər vərəsələr mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişlər. Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evi tam şəkildə, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsi, 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin), 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) və 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) isə 2/7 hissədə (mərhum X23 payının vərəsəlik qaydasında X3 nəzərə alınmaqla) X4 mülkiyyətində olmuşdur və miras kütləsini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında mövcud olan hüquq müəyyənedici sənədlərə əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr), 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) və 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) 1/7 hissədə mərhum X23 xüsusi mülkiyyətində olsa da, onun mirasına 13.02.2013-cü il tarixdə qanun üzrə vərəsi olan oğlu X21 Balakən rayonu Dövlət notariat ofisi tərəfindən 2V-43 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən həmin miras əmlak da sonuncunun mülkiyyəti hesab olunur. Belə ki, qanunvericiliyin tələbinə görə vərəsə mirasın bir hissəsini rəsmi olaraq qəbul etdiyindən o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərvaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərvaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərvaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərvaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (1159.1.1). Azərvaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərvaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci madddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı atasının ölümündən sonra notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə atasından qalmış mirası rəsmi olaraq qəbul etmişdir. X6 öz mirasına dair vəsiyyətnamə qoymamış, onun birinci növbədə vərəsələri İddiaçı, Cavabdeh1, X24, X25, X18, X19 və X22 olmaqla 7 nəfər təşkil edir. Belə olan halda sonuncular qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» qərarında qeyd olunur ki, 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir» 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır; müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və X30 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X38rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları). Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı X4 qanun üzrə birinci növbə vərəsəsi hesab edildiyindən, atasının ölümündən sonra ondan miras qalmış əmlakı rəsmi olaraq qəbul etdiyindən, X4 birinci növbə 7 vərəsəsi olduğundan, mirasın bölüşdürülməsi haqqında vərəsələr arasında ixtilaflar olduğundan, qanun üzrə vərəsəlik zamanı onlar bərabər pay hüquqlu vərəsələr sayıldığından, X4 mülkiyyətində olan və ondan miras qalmış RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0.0932 ha həyətyanı torpaq sahəsinin 2/7 hissəsindən, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsindən İddiaçı 1/7 hissədə miras payı müəyyən edilməli, X4 mülkiyyətində olan və ondan miras qalmış RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0.0932 ha həyətyanı torpaq sahəsinin 2/7 hissəsindən, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsindən digər 6/7 miras payı isə açıq saxlanılmalıdır. İşdə olan 14.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından həmçinin görünür ki, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təyin edilmiş vəkil-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki mülki işin məhkəmə icraatı zamanı İddiaçı göstərilən hüquqi yardımla bağlı 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 67.2-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Azərbaycan Respublikası MPM-nin 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. İnsan Hüquqlarının və X30 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:…c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək. D.Belçiya qarşı işdə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qərara almışdır ki, Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatlar, o cümlədən şəxsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ məhkəmədə icraatı aparılan mülki işlərə də aid edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, X24 və Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisindan alınıb İddiaçı ödənilməli, hazırki iş üzrə İddiaçı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X37 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Resublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X4 mülkiyyətində olan və ondan miras qalmış RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0.0932 ha həyətyanı torpaq sahəsinin 2/7 hissəsindən, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsindən İddiaçı 1/7 hissədə miras payı müəyyən edilsin. X4 mülkiyyətində olan və ondan miras qalmış RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0.0932 ha həyətyanı torpaq sahəsinin 2/7 hissəsindən, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsindən digər 6/7 miras payı açıq saxlanılsın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, X24 və Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisindan alınıb İddiaçı ödənilsin; hazırki iş üzrə İddiaçı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X37 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar