Məhkəmə qərarları › İş №2(019)-87/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-87/2024

15.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-87/2024 15.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 09 iyun 2005-ci il tarixdə Balakən rayonunda doğulmuş qızı X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Balakən şəhərində yaşayır. Qızı 09 iyun 2005-ci il tarixdə doğulmuş X9 anadangəlmə ağır dərəcəli əqli gerilik (Daun Sindiromu) diaqozu ilə xəstədir. O, Balakən rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır, *-ci qrup əlildir. Xəstəliyi ilə bağlı sosial müavinət almışdır. Doğulduğu vaxtdan qızı Rəna kənar şəxs tərəfindən qulluq və baxıma ehtiyacı olmuşdur. O, *8 yaşına qədər dövlətdən sosial müavinət almışdır. Hal-hazırda qızına özü baxır və ona qulluq göstərir. Qızı onun himayəsində yaşayır. Hal-hazırda qızı Rənaya təkrar olaraq əlillik dərəcəsi təyin edilsə də, ona dövlət tərəfindən təyin olunmuş sosial müavinəti ala bilmir. Belə ki, qızının *8 yaşı tamam olduğundan və o, yetkinlik yaşına çatmış olduğundan onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Buna görə də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat verərək, həmçinin əlavə olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X* buna yol vermədiyindən məhkəmə iclasına gətirilmədiyini bildirərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6 ərizənin təmin olunmasına və ərizəçinin qızı -09 iyun 2005-ci ildə Balakən rayonunda doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X3 buna yol vermədiyindən məhkəmə iclasına gətirilməmişdir. Ona görə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X9 iştirakı olmadan hazırki işə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti buna yol verirsə, məhkəmə iclasına çağrılıır. İş materiallarında olan Balakən RPŞ tərəfindən *3.02.20*2-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, həmin vəsiqənin sahibi Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmaqla xx.xx.*976-cı ildə ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Balakən RPŞ tərəfindən verilmiş AA seriyalı 30479*5 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, həmin vəsiqənin sahibi X9 Azərbaycan Respublikasının vətəndaşı olmaqla xx.xx.2005-ci ildə Balakən şhərində doğulmuşdur. İş materiallarında olan Balakən rayon VVADQ şöbəsi tərəfindən 28 mart 2006-cı il tarixdə verilmiş AZ-İ 724443 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 09 iyun 2005-ci il tarixdə doğulmuş, atası qrafasında X*0, anası qrafasında Ərizəçi yazılmışdır. İş materiallarında olan Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən Balakən RMX-sı publik hüquqi şəxsin direktoru Dilbər Quliyevaya ünvanlanmış xx.xx.2023-cü il tarixli 6*2 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli göndərişinə əsasən ünvan 4 ünvanında yaşayan 2005-ci il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdə Şəki RPX-də NPK tərəfindən müayinə olunmuşdur. D-z:Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu F-72.*İQ əmsalı-26%.Daun sindromu Q-90. İş materiallarında olan *7.08.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 23.**.2023-cü il tarixli 747 nömrəli rəyindən görünür ki, 09 iyun 2005-ci ildə doğulmuş X9 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, daun sindromu ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xəstəliyi keçirməsi nəticəsində öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir; X2 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, daun sindromu ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizəçini və Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır və ona görə də ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır və Balakən şəhərində yaşayır. Ərizəçinin 09 iyun 2005-ci il tarixdə Balakən şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı olan qızı X9 orta dərəcəli əqli gerilik, daun sindromu diaqnozu ilə xəstədir və Balakən rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır, *-ci qrup əlildir. Rəna Nağıyeva xəstəliyi ilə bağlı sosial müavinət almışdır. Doğulduğu vaxtdan Rəna Nağıyevanın kənar şəxs tərəfindən qulluq və baxıma ehtiyacı olmuşdur. Rəna Nağıyeva *8 yaşına qədər dövlətdən sosial müavinət almışdır. Hal-hazırda qızı Rəna Nağıyevaya ərizəçi baxır və ona qulluq göstərir, Rəna Nağıyeva ərizəçinin himayəsində yaşayır. X8 təkrar olaraq əlillik dərəcəsi təyin edilsə də, ona dövlət tərəfindən təyin olunmuş sosial müavinəti ala bilmir. Belə ki, Rəna Nağıyevanın *8 yaşı tamam olduğundan və o, yetkinlik yaşına çatmış olduğundan onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Buna görə də ərizəçi qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuş və hazırki ərizə ilə bağlı *00 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 23.**.2023-cü il tarixli 747 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, 09 iyun 2005-ci ildə doğulmuş X9 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, daun sindromu ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xəstəliyi keçirməsi nəticəsində öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir; X2 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, daun sindromu ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.*-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.*.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyəti orqanları), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*8.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*9-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 445.0.2-ci maddəsinə əsasən barəsində məhdud fəaliyyət qabiliyyəti hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaybaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə baxırlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ərizəçi X5 qızı-09 iyun 2005-ci il tarixdə Balakən rayonunda doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi qızı-09 iyun 2005-ci il tarixdə Balakən rayonunda doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar