Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-93/2022 19.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh Sədrəddin oğluna qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Məhəməli qızı Cavabdeh Sədrəddin oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X7 adına verilmiş 28 oktyabr 2002-ci il tarixli 309 nömrəli Qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Məhəməli qızı iddianı müdafiə edərək izahatında göstərdi ki, atası X1 rayonu Qabaqçöl qəsəbəsində 0,0699 ha ( 7 sot) torpaq sahəsinin hüquqi sahibi olmuşdur. O, 03 yanvar 2021-ci il tarixdə vəfat etmişdi. Vəfat etməmişdən əvvəl ona aydın olmuşdur ki, onun Sədrəddin Eminov ilə bağladığı kirayə müqaviləsi əsasında ona ayırdığı torpaq sahəsi X13 tərəfindən özgəninkiləşdirilmişdir. Bununla əlaqədar atası X10 torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə gedişi zamanı aydın olmuşdur ki, həmin torpaq sahəsinə münasibətdə S. Eminov bələdiyyə qərarları əsasında atasına məxsus olan torpaq sahəsinə mülkiyyət hüququ əldə etmiş, elə həmin əsasla iddia təmin edilməmişdir.Həmin qərardan apellyasiya şikayəti verilmişdir. Həmçinin atası X1 rayonu Qabaqçöl bələdiyyəsinin 28 fevral 2002-ci il tarixli, 02 saylı protokol qərarının, habelə Balakən rayonu Qabaqçöl bələdiyyəsinin 05 mart 2002-ci il tarixli, 3 nömrəli sərəncamının etibarsız sayılması (etibarsızlığın tanınması) barədə iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddia təmin edilmişdir. Həmçinin ərazidə ona məxsus 1973-cü ildə inşa edilmiş və texniki pasport qeydiyyatında olan yaşayış evi və ərazidə yerləşən 42,3 kv.m olan qeyri-yaşayış binası vardır. Həmin 42.3 kv/m qeyri-yaşayış sahəsi və onun yanında olan 58 kv/m torpaq sahəsi, cəmi 100 kv/m ərazini o, 12 dekabr 2012-ci ildə Balakən rayonu Sarıbulaq kənd sakini Cavabdeh 1 il müddətinə, ayda 40 AZN və 1 kisə un almaqla icarəyə vermişdir. Bunu təsdiq edən rəsmi müqavilə mövcuddur. Bağladıqları müqavilənin müddəti bitdikdən sonra, Cavabdeh ona məxsus ərazini tərk etməyi xahiş etmişdir, həmin vaxt iş üzrə iddiaçı, M.Şoxiyevin doğma qızı İddiaçı, onun həyat yoldaşı Katexliyev Ramazan ilə birlikdə Cavabdeh Sarıbulaq kəndindəki evinə gələrək ona məxsus həmin ərazini çörək sexi avadanlığından boşaldıb, qaytarılmasını istəmişdir. Lakin Cavabdeh 42,3 kv/m qeyri-yaşayış sahəsini və ona bitişik olan 0,7 kv/m ərazini qaytarmaq istəməmişdir. Artıq o, 50 kv/m ərazinin özününkü olduğunu bildirir, həmin torpaq sahəsinin icarəçisi olmasına baxmayaraq atası S.Eminov tərəfindən bələdiyyə aktı əsasında öz üzərinə keçirdiyini bildirmiş və buna sübut olaraq, 05 mart 2002-ci il 3 nömrəli Qabaqçöl bələdiyyəsininin sərəncamı ilə mərhum atası X7 şəxsi mülkiyyətinə keçməsini göstərmişdir. Beləliklə S.Eminov ilə atası M.Şoxiyev arasında bağlanmış icarə müqaviləsinə əsasən X2 Məhəməli Məhəmməd oğlundan 50 kv metr sahənin icarə götürərək nə qədər işləsə, işlətməkdən ötrü ticarət obyekti tikərək işləyir. O, işləyənməsi vaxtında ticarət obyektini dağıdaraq öz şəxsi vəsaiti, aparmaq şərti ilə, 2002-ci ilin 4-cü ayından ehtibarən ayda 50 min ödəmək şərti ilə X4 özünə düşən pay torpağından 50 kv metr yeri almışdır.Göründüyü kimi atası M.M.Şoxiyev ilə S.Cavabdeh arasında icarə müqaviləsi bağlanmasına baxmayaraq sonuncu bələdiyyə aktına əsasən atasına məxsus torpaq sahəsini qanunsuz olaraq özgəninkiləşdirmişdir.Belə ki, 27 fevral 2002-ci il tarixdə icarə haqqında razılaşma olmasına baxmayaraq, Balakən rayonu Qabaqçöl bələdiyyəsinin 28 fevral 2002-ci il tarixli, 02 saylı protokol qərarının, habelə Balakən rayonu Qabaqçöl bələdiyyəsinin 05 mart 2002-ci il tarixli, 3 nömrəli sərəncamının atası X6 məxsus torpaq sahəsini öz mülkiyyətinə keçirmişdir.Beləliklə tərəflər arasında razılaşma (təklif və təklifin qəbulu) olmuş və həmin öhdəliklər icra edilmişdir. Lakin öhdəliklərin icra edilməməsi tərəflərin arasında qanuna əsaslanmayan hüquq münasibətinin aşkar olunmasına və mübahisələndirilməsinə gətirib çıxarmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının iddia tələbini əsassız hesab edir. 28 oktyabr 2002-ci il tarixli 309 nömrəli Qeydiyyat vəsiqəsi onun mərhum atasına qanuni əsaslarla verilmişdir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək mülki işin məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin edilməsinin mümkün olmayacağını göstərərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 122 nömrəli 30 may 2019-cu il tarixli arxiv arayışından görünür ki, Balakən rayonu Qabaqçöl bələdiyyəsinin 05 mart 2002-ci il tarixli, 3 nömrəli sərəncamına əsasən X6 məxsus həyətyanı torpaq sahəsindən 5,0X10,0 metr,50 kv/m torpaq sahəsi azaldılaraq mağaza binası tikmək üçün S.Cavabdeh adına keçirilməsi, ayrılmış torpaq sahəsi tikinti tikmək üçün S.Cavabdeh istifadəsinə verilməsi, rayon memarlıq şöbəsindən tikiləcək bina üçün smeta–layihə sənədlərinin hazırlanmasına köməklik edilməsinə və X5 və Vətəndaş hüquqlarının Qeydiyyatı İdarəsindən texniki sənədlərin hazırlanmasına köməklik edilməsinin xahiş edilməsi qərara alınmışdır. İşdə olan,Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2002-ci il tarixli 309 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Balakən rayonu Qabaqçöl qəsəbəsi Ə.Əfəndiyev küçəsində yerləşən qeyri yaşayış binası tam mülkiyyət hüququ ilə X7 adına qeydə alınmışdır. İşdə olan Şəki İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(116)-106/2021 nömrəli qərarından görünür ki, həmin qərar ilə iddianin qismən təmin olunması, Balakən Rayon Qabaqçöl bələdiyyəsinin 28.02.2002-ci il tarixli, 02 saylı protokol qərarının X4 həyətyanı torpaq sahəsindən X11 mağaza binası tikmək üçün 50 kv.m torpaq sahəsinin ayrılması barədə sərəncam verilməsi hissəsində və Balakən rayonu Qabaqçöl bələdiyyəsinin Şoxiyev Məhəməli Məhəmməd oğluna məxsus həyətyanı torpaq sahəsindən 50 kv.m torpaq sahəsinin azaldılaraq mağaza binası tikmək üçün Eminov Sədrəddin Həmzət oğlunun adına keçirilməsi barədə 05.03.2002-ci il tarixli 3 saylı sərəncamının iddiaçı Şoxiyev Məhəməli Məhəmməd oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 38 kv.m hissəsində etibarsız sayılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki,mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Balakən rayonu Qabaqçöl bələdiyyəsinin 05 mart 2002-ci il tarixli, 3 nömrəli sərəncamına əsasən iddiaçının mərhum atası X6 məxsus həyətyanı torpaq sahəsindən 5,0X10,0 metr,50 kv/m torpaq sahəsinin azaldılaraq mağaza binası tikmək üçün S.Cavabdeh adına keçirilməsi, ayrılmış torpaq sahəsinin tikinti tikmək üçün S.Cavabdeh istifadəsinə verilməsi, rayon memarlıq şöbəsindən tikiləcək bina üçün smeta–layihə sənədlərinin hazırlanmasına köməklik edilməsinin və X5 və Vətəndaş hüquqlarının Qeydiyyatı İdarəsindən texniki sənədlərin hazırlanmasına köməklik edilməsinin xahiş edilməsi qərara alınmışdır. Həmin sərəncam əsasında Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Balakən rayonu Qabaqçöl qəsəbəsi Ə.Əfəndiyev küçəsində yerləşən qeyri yaşayış binası tam mülkiyyət hüququ ilə Eminov Sədrəddin Həmzət oğlunun adına qeydə alınmış, ona 28 oktyabr 2002-ci il tarixli 309 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Şəki İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(116)-106/2021 nömrəli qərarı ilə iddianin qismən təmin olunması, Balakən Rayon Qabaqçöl bələdiyyəsinin 28.02.2002-ci il tarixli, 02 saylı protokol qərarının X4 həyətyanı torpaq sahəsindən X11 mağaza binası tikmək üçün 50 kv.m torpaq sahəsinin ayrılması barədə sərəncam verilməsi hissəsində və Balakən rayonu Qabaqçöl bələdiyyəsinin Şoxiyev Məhəməli Məhəmməd oğluna məxsus həyətyanı torpaq sahəsindən 50 kv.m torpaq sahəsinin azaldılaraq mağaza binası tikmək üçün Eminov Sədrəddin Həmzət oğlunun adına keçirilməsi barədə 05.03.2002-ci il tarixli 3 saylı sərəncamının iddiaçı Şoxiyev Məhəməli Məhəmməd oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 38 kv.m hissəsində etibarsız sayılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1- 25.2-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən : 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərar almışdır: 1.Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hazırkı mübahisənin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı Məhəməli qızının cavabdeh Cavabdeh Sədrəddin oğluna qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə işə ümumi məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddia ərizəsinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı Məhəməli qızının cavabdeh Cavabdeh qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməli və iddiaçıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261- 262, 263-264, 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Sədrəddin oğluna qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olan inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Hümbət Səlimov