Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-95/2020 10.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X16 qızının katibliyi, Ərizəçi2, maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi2 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxxxx 1979-cu ildə doğulmuş X2 və xx xxxx 1993-cü ildə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Ərizəçi1 özünün razılığı ilə əsl Ərizəçi2 ilə əvəz edilmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək izahatında göstərdi ki, övladları xx xxxxxxxx 1979-cu ildə doğulmuş X6 və xx xxxx 1993-cü ildə doğulmuş X9 birinci qrup əlildirlər. Arvadı X7 onların fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə X8 vəfat etmişdir.Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-69/2019 saylı qərardadına əsasən ərizəçi X1 şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki iş açıq məhkəmə iclasında baxılaraq ərizəçi məhkəməyə gəlmədiyindən, maraqlı şəxsin nümayəndəsi isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən mülki iş baxılmamış saxlanmışdır. X4 və X5 hal-hazırda özü baxır. xx xxxxxxxx 1979-cu ildə doğulmuş X2 və xx xxxx 1993-cü ildə doğulmuş X3 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, onlara qəyyum təyin olunması zərurəti yaranmışdır. Buna görə də onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasını nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ərizəyə etiraz etməyərək izahatında göstərdi ki, X6 və X10 anadangəlmə xəstədirlər. O, anadangəlmə dərin kəmağıllılıq diaqnozu ilə xəstədir. X9 da anadangəlmə inbesillik səviyyəsində kəmağıllılıq dioqnozu ilə xəstədir. X6 və X9 ambulator şəraitdə psixiatr qeydiyyatındadırlar. Xəstəlikləri ilə əlaqədar olaraq hər ikisi İ qrup əlildir və əmək qabiliyyətləri yoxdur. X6 və X9 xəsətəlikləri ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. xx xxxxxxxx 1979-cu ildə doğulmuş X2 və xx xxxx 1993cü ildə doğulmuş X3 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, onlara qəyyum təyin olunması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsi rayonlararası Ruhi-Əsəb Dispanserinin xx xxxx 2020-ci il tarixli 300 saylı rəyindən görünür ki, X9 anadangəlmə xroniki xəstəlik olan X13, Davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (Balakən MRX-nın poliklinikasından verilmiş xx.xx.2001-ci il tarixli 649 saylı ambulator karta), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, narahat və gərginlik müşahidə olunması, ekspertiza otağını tərk etməyə cəhdlər etməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin çox daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və tənqidi təfəkkürünün olmaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=35% və s.) imkan verir. X9 uşaqlıqdan X13, Davranış Pozuntuları ilə XBT-10 (Psixivi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X9 FƏALİYYƏT QABLİYYƏTİ OLMAYAN Şəxs hesab edilə bilər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsi rayonlararası Ruhi-Əsəb Dispanserinin xx xxxx 2020-ci il tarixli 299 saylı rəyindən görünür ki, X6 anadangəlmə xroniki xəstəlik olan X13, Davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (Balakən MRX-nın poliklinikasından verilmiş xx.xx.1990-cı il tarixli 413 saylı ambulator karta), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, narahat və gərginlik müşahidə olunması, bir yerdə qərar tutmaması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxamaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin çox daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkifaşdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=32% və s.) imkan verir. X6 uşaqlıqdan X13, Davranış Pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X6 FƏALİYYƏT QABLİYYƏTİ OLMAYAN Şəxs hesab edilə bilər. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin və qəyyumluq və himayə komissiyasının nümayəndəsinin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, X9 və X6 anadangəlmə X13, ifadə olunmuş davranışın pozuntusu ilə XBT-10 dioqnozu ilə xəstədirlər. X9 və X6 ambulator şəraitdə psixiatr qeydiyyatındadırlar. Xəstəlikləri ilə əlaqədar olaraq X9 və X6 İ qrup əlildirlər və əmək qabiliyyətləri yoxdur. X9 və X6 xəstəlikləri ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmirlər. xx.xx.1979-cu il təvəllüdlü X2 və xx.xx.1993-cü il təvəllüdlü X3 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, onlara qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsi rayonlararası Ruhi-Əsəb Dispanserinin xx xxxx 2020-ci il tarixli 299 və 300 saylı rəylərinə əsasən X6 və X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1979-cu ildə doğulmuş X6 və xx.xx.1993-cü ildə doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu ildə doğulmuş X6 və xx.xx.1993-cü ildə doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsinlər. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-95/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-95/2020
10.08.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver