Məhkəmə qərarları › İş №2(019)-96/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-96/2024

07.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-96/2024 07.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X5 və Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi oğlu-08 iyul *994-cü il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu-08 iyul *994-cü il tarixdə Balakən şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. X3 ilə rəsmi nikahından 08 iyul *994-cü il tarixdə X8 adında bir oğlu anadan olmuşdur. X4 anadangəlmə daun sindromu diaqnozu (ağır dərəcəli əqlri gerilik) ilə xəstədir. Oğlu Balakən Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olmaqla, *-ci qrup daimi əlildir, pensiya alır. Oğlu Məhəmməd qeyd etdiyi diaqnozla xəstə olduğundan öz hərəkətlərinin mənasını başa düşmür və onu o, idarə edir. O, oğlunun xəstəliyi, təqaüdünün alınması və sair ilə bağlı müxtəlif təşkilatlara müəyyən sənədləşmə işlərinin aparılması üçün müraciət edərkən oğlu Məhəmməd ağıl zəifliyi olduğundan sənədlərə imza edə bilmir. Buna görə də onun fəliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Buna görə də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X* ilə bağlı danışa bilmədiyini, suallara cavab verə bilmədiyini göstərərək,ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasına və ərizəçinin oğlu-08 iyul *994-cü il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X8 məhkəmə iclasında iştirak etmiş, lakin danışa bilməmiş və suallara cavab verə bilməmişdir. İş materiallarında olan AA07*7874 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, həmin vəsiqənin sahibi X8 Azərbaycan Respublikasının vətəndaşı olmaqla 08 iyul *994-cü il tarixdə Balakən şəhərində doğulmuşdur. İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, həmin vəsiqənin sahibi Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmaqla xx.xx.*968-ci il tarixdə doğulmuşdur və Balakən şəhərində yaşayır. İş materiallarında olan XVİİİ-JQ 38*32* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 08 iyul *994-cü il tarixdə doğulmuşdur, atası X7, anası Ərizəçidır. İş materiallarında olan Xəstənin ambulator siasionar tibbi kartasından çıxarışdan görünür ki, X6 anadangəlmə daun sindromu diaqnozu (ağır dərəcəli əqlri gerilik) qoyulmuşdur. İş materiallarından görünür ki, Ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının *8.04.2024-cü il tarixli 244 nömrəli rəyindən görünür ki, X8 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, daun sindromu ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xəstəliyi keçirməsi nəticəsində öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir; X2 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, daun sindromu ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizəçini və Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır və ona görə də ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır və Balakən şəhərində yaşayır. Ərizəçinin 08 iyul *994-cü il tarixdə Balakən şəhərində doğulmuş və hazırda Balakən şəhərində yaşayan Azərbaycan Respublikasının vətəndaşı olan X4 ağır dərəcəli əqli gerilik, daun sindromu diaqnozu ilə xəstədir, İ qrup əlildir və pensiya alır. X8 ərizəçinin himayəsində yaşayır. Ona ərizəçi və onun həyat yoldaşı qulluq edirlər. X8 öz hərəkətlərinin faktiki xarakterini dərk etmir və onları idarə edə bilmir. Ona görə də X5 fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunması və ona qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən ərizəçi oğlu-X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının *8.04.2024-cü il tarixli 244 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, X8 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, daun sindromu ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xəstəliyi keçirməsi nəticəsində öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir; X2 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, daun sindromu ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Həmçinin Ərizəçi hazırki ərizənin verilməsi ilə bağlı *00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.*-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.*.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyəti orqanları), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*8.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*9-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti buna yol verirsə, məhkəmə iclasına çağrılıır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 445.0.2-ci maddəsinə əsasən barəsində məhdud fəaliyyət qabiliyyəti hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaybaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə baxırlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi oğlu-08 iyul *994-cü il tarixdə Balakən şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi oğlu-08 iyul *994-cü il tarixdə Balakən şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar