Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1001/2025 01.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akta görə hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X5 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akta görə hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərişıq" ASC sayğacın borcu kimi məndən tələb etdiyi 3656 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda Elektrik Enerjisindən istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmişdir və tərəfindən Elektrik hesabat sayğacına heç zaman müdaxilə olunmamışdır. xx.xx.2018-ci ildə R № 101144, xx.xx.2018ci ildə R № 111265, xx.xx.2018-ci ildə R № 125251, xx.xx.2019-cu ildə R № 136837, xx.xx.2019-cu ildə R № 137150, xx.xx.2019-cu ildə NDM 016827, xx.xx.2019-cu ildə R № 157401, xx.xx.2020-ci ildə NDM 017673, xx.xx.2020-ci ildə R № 192213, xx.xx.2021-ci ildə R № 216333, xx.xx.2021-ci ildə R № 247581, xx.xx.2022-ci ildə R № 256229, xx.xx.2022-ci ildə R № 256599, xx.xx.2022-ci ildə R № 258664 və xx.xx.2022-ci ildə R № 268885 nömrəli Aktlar tərtib edilib, aktlar tərtib olunan zaman heç vaxt həmin aktlardan tanış olmamışdır, özlərindən yazıb qol çəkib sistemə daxil etmişdilər. Bu barədə dəfələrlə aidiyyatı orqanlara, belə ki Azərişıq ASC-nin Beyləqan rayon bölməsinə, Azərişıq ASC-nin Bakı şəhərində ki Müştəri Xidmətlər bölməsinə və Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciətlər etməsinə baxmayaraq qeyri qanuni tərtib olunan aktların hesabalanmış məbləğlərinin aydınlaşdırılmasına nail ola bilməmişdir. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən mülkiyyətimdə olan mənzilin işıq sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Aktların tərtib olunmasında iştirak etməmişdir. O, 1-ci qrup əlildir, yataq xəstəsidir, müalicə və reabilitasiya mərkəzlərinə getdiyi vaxtlarda mənzilində yaşayış olmamışdır. Həmin vaxtlarda Azərişıq ASC-nin Beyləqan nümayəndələri işıq sayğacının dövriyyəsinin olmamasını bəhanə gətirirərək ona məxsus mənzilə quraşdırılmış sayğacın abonent koduna 3656 manat borc yazılmışdır. Hesablanmış məbləğin ödənilməsində çətinlik çəkir. Aldığı əllilik pulu müalicəsinə çatmır. Elə aylar olur ki, işıq sayğacına ödəniş edə bilmədiyi üçün işıqsız qalır. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sayğac küçədə yerləşir, aktlar tərtib edilən müddət ərzində anasının xəstəliyi ilə əlaqədar Bakı şəhərində yaşamışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "Azərişıq” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 14 fevral 2019-cu il tarixli, R № 136837 nömrəli aktın surətindən görünür ki, EEİQ-a uyğun olaraq elektrik hesabat sayğacına baxış keçirilən zaman tərəflərindən müəyyən olunmuşdur ki, sayğacın alt qapaq möhürü qırılıb, sayğacın giriş yuvasına əlavə xətt bağlayaraq sayğacdan kənar xətdən istifadə olunur. Sayğacdan kənar xətdən keçən yük J=4A. Tələb: qüsur bərpa edilsin. 18 iyun 2019-cu il tarixli, R № 137150 nömrəli aktın surətindən görünür ki, EEİQ-a uyğun olaraq elektrik hesabat sayğacına baxış keçirilən zaman tərəflərindən müəyyən olunmuşdur ki, sayğacın möhürü qırılaraq, sayğacdan kənar xətt qoşulmuşdur. Keçən yük amperası ilə ölçülmüşdür, J=2,5A. Tələb: qüsur bərpa edilsin. Tələb: Sayğacdan kənar xətt ləğv olunaraq sayğacın möhürü bərpa olunsun. 09 oktyabr 2019-cu il tarixli, R № 157401 nömrəli aktın surətindən görünür ki, EEİQ-a uyğun olaraq elektrik hesabat sayğacına baxış keçirilən zaman tərəflərindən müəyyən olunmuşdur ki, sayğacın alt qapaq möhürü qırılıb, giriş çıxış yuvaları, eyni yuvada birləşdirilib. J-1,8A. Tələb: Sayğac bərpa olunsun. 05 avqust 2020-ci il tarixli, R № 192213 nömrəli aktın surətindən görünür ki, EEİQ-a uyğun olaraq elektrik hesabat sayğacına baxış keçirilən zaman tərəflərindən müəyyən olunmuşdur ki, sayğacın alt qapaq möhürü qırılaraq, sayğacdan kənar xətdən istifadə edir. Yoxlama zamanı keçən yük amperasa ilə ölçüldü. Faktiki keçən yük J=3,6A. Tələb: Sayğacdan kənar xətt ləğv edilsin, sayğac möhürlənərək bərpa olunsun. 11 mart 2021-ci il tarixli, R № 216333 nömrəli aktın surətindən görünür ki, EEİQ-a uyğun olaraq elektrik hesabat sayğacına baxış keçirilən zaman tərəflərindən müəyyən olunmuşdur ki, sayğacın alt qapaq möhürü qırılıb, sayğacdan çıxan naqilləri giriş yuvasına salınmışdır. J=7A. Tələb: Sayğac bərpa olunsun. 13 dekabr 2021-ci il tarixli, R № 247581 nömrəli aktın surətindən görünür ki, EEİQa uyğun olaraq elektrik hesabat sayğacına baxış keçirilən zaman tərəflərindən müəyyən olunmuşdur ki, abonent sayğacdan kənar xəttən istifadə edir.EEİQ-ni pozaraq sayğacın alt qapaq möhürünü qıraraq giriş və çıxış xəttini eyni yuvaya qoşmuşdur. Baxış keçirilən zaman sayğacdan keçən yük J=16,20A. Tələb: Kənar xətt ləğv olunaraq, sayğac bərpa olunsun və sayğac möhürlənsin. 21 fevral 2022-ci il tarixli, R № 256229 nömrəli aktın surətindən görünür ki, EEİQ-a uyğun olaraq elektrik hesabat sayğacına baxış keçirilən zaman tərəflərindən müəyyən olunmuşdur ki, sayğacın alt qapaq möhürünü qırılaraq giriş və çıxış xəttini eyni yuvaya salınaraq birbaşa kənar xətt götürüldüyü müəyyən olunmuşdur. Ölçmə zamanı sayğacdan keçən yük J=13,80A. Tələb: Sayğac bərpa olunaraq möhürlənsin. 17 mart 2022-ci il tarixli, R № 256599 nömrəli aktın surətindən görünür ki, EEİQ-a uyğun olaraq elektrik hesabat sayğacına baxış keçirilən zaman tərəflərindən müəyyən olunmuşdur ki, abonent çıxış fazı xəttinə birbaşa möhürü qıraraq girişə daxil edib. Sayğacın sxeminə müdaxilə etmişdir. Ölçü zamanı ampermasadan keçən yük J=10A. Tələb: Kənar xətt ləğv edilsin. 17 iyun 2022-ci il tarixli, R № 258664 nömrəli aktın surətindən görünür ki, EEİQ-a uyğun olaraq elektrik hesabat sayğacına baxış keçirilən zaman tərəflərindən müəyyən olunmuşdur ki, abonent EEİQ-ın pozaraq sayğaca gələn EVX-in yaralayaraq kənar xətt aparmışdır. Kənar xəttdən keçən yük J=2,5A, Uz 0,22, PZ 0,55 kvt. Tələb: Kənar xətt ləğv edilsin. 25 avqust 2022-ci il tarixli, R № 268885 nömrəli aktın surətindən görünür ki, EEİQ-a uyğun olaraq elektrik hesabat sayğacına baxış keçirilən zaman tərəflərindən müəyyən olunmuşdur ki,abonent sayğacın alt qapaq möhürünü qıraraq sayğacın giriş yuvasından birbaşa xətt çəkərək sayğacdan kənar ev enerjisindən istifadə edir. Keçən yük J=10.0A, U=0,22, P=2,2 kvt. Tələb: Sayğac giriş xətti bərpa olunsun və möhürlənsin. Abunə haqqında sənəddən görünür ki, X3 14 fevral 2019-cu il tarixli, R № 136837 nömrəli akt üzrə 130,13 manat, 18 iyun 2019-cu il tarixli, R № 137150 nömrəli akt üzrə 91,52 manat, 09 oktyabr 2019-cu il tarixli, R № 157401 nömrəli akt üzrə 41,93 manat, 05 avqust 2020-ci il tarixli, R № 192213 nömrəli akt 320,02 manat, 11 mart 2021-ci il tarixli, R № 216333 nömrəli akt üzrə 513,63 manat, 13 dekabr 2021-ci il tarixli, R № 247581 nömrəli akt üzrə 418,12 manat, 21 fevral 2022-ci il tarixli, R № 256229 nömrəli akt üzrə 365,12 manat, 17 mart 2022-ci il tarixli, R № 256599 nömrəli akt üzrə 260,34 manat, 17 iyun 2022-ci il tarixli, R № 258664 nömrəli akt üzrə 57,02 manat, 25 avqust 2022-ci il tarixli, R № 268885 nömrəli akt üzrə 260,34 manat borc hesablanmış və xx.xx.2025-ci il tarixdə aktlara görə hesablanmış 293,55 manat borc silinmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları"nın 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 14 fevral 2019cu il, 18 iyun 2019-cu il, 09 oktyabr 2019-cu il, 05 avqust 2020-ci il, 11 mart 2021-ci il, 13 dekabr 2021-ci il, 21 fevral 2022-ci il, 17 mart 2022-ci il, 17 iyun 2022-ci il və 25 avqust 2022-ci il tarixlərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu **********05042) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, həmin ünvanda kənar xətdən istifadə faktı aşkar edilmiş, bununla əlaqədar aktlar tərtib edilmiş və aktlara əsasən iddiaçıya ümumilikdə həmin aktlara görə 2458,25 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, aktlar tərtib edilərkən cavabdehin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, aktlar yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin) iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması da aktdan müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş 14 fevral 2019-cu il tarixli, R № 136837 nömrəli, 18 iyun 2019-cu il tarixli, R № 137150 nömrəli, 09 oktyabr 2019-cu il tarixli, R № 157401 nömrəli, 05 avqust 2020-ci il tarixli, R № 192213 nömrəli, 11 mart 2021-ci il tarixli, R № 216333 nömrəli, 13 dekabr 2021-ci il tarixli, R № 247581 nömrəli, 21 fevral 2022-ci il tarixli, R № 256229 nömrəli, 17 mart 2022-ci il tarixli, R № 256599 nömrəli, 17 iyun 2022-ci il tarixli, R № 258664 nömrəli, 25 avqust 2022-ci il tarixli, R № 268885 nömrəli aktlar etibarlı deyildir. Məhkəmə həmçinin 17 mart 2025-ci il tarixdə qeyd edilən aktlar üzrə 293,59 manat məbləğində borcun silinməsinə nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və qeyd edilən aktlar əsasında hesablanmış 2164, 58 manat məbləğində (2458,17 (qeyd edilən aktlar üzrə borc)-293,59(aktlar üzrə silinmiş borc)=2164,58) borc silinməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən aktlarla yanaşı, digər xx.xx.2018-ci ildə R № 101144, xx.xx.2018-ci ildə R № 111265, xx.xx.2018-ci ildə R № 125251, xx.xx.2019-cu ildə NDM 016827, xx.xx.2020-ci ildə NDM 017673 saylı aktların da əsassız tərtib olunduğu bildirərək, həmin aktlar üzrə hesablanmış borcun silinməsini xahiş etsə də, həmin aktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın təmin edilmiş iddianın qiyməti də 2164,58 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 41,64 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 14 fevral 2019-cu il tarixli, R № 136837 nömrəli, 18 iyun 2019-cu il tarixli, R № 137150 nömrəli, 09 oktyabr 2019-cu il tarixli, R № 157401 nömrəli, 05 avqust 2020-ci il tarixli, R № 192213 nömrəli, 11 mart 2021-ci il tarixli, R № 216333 nömrəli, 13 dekabr 2021-ci il tarixli, R № 247581 nömrəli, 21 fevral 2022-ci il tarixli, R № 256229 nömrəli, 17 mart 2022-ci il tarixli, R № 256599 nömrəli, 17 iyun 2022ci il tarixli, R № 258664 nömrəli, 25 avqust 2022-ci il tarixli, R № 268885 nömrəli akta əsasən hesablanmış 2164,58 manat məbləğində borc iddiaçı X4 məxsus **********05042 saylı abunə hesabından silinməli, habelə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 41,64 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 14 fevral 2019-cu il tarixli, R № 136837 nömrəli, 18 iyun 2019-cu il tarixli, R № 137150 nömrəli, 09 oktyabr 2019-cu il tarixli, R № 157401 nömrəli, 05 avqust 2020-ci il tarixli, R № 192213 nömrəli, 11 mart 2021-ci il tarixli, R № 216333 nömrəli, 13 dekabr 2021-ci il tarixli, R № 247581 nömrəli, 21 fevral 2022-ci il tarixli, R № 256229 nömrəli, 17 mart 2022-ci il tarixli, R № 256599 nömrəli, 17 iyun 2022-ci il tarixli, R № 258664 nömrəli, 25 avqust 2022-ci il tarixli, R № 268885 nömrəli aktlara əsasən hesablanmış 2164,58 (iki min yüz altmış dörd manat 58 qəpik) manat məbləğində borc iddiaçı X4 məxsus **********05042 saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 41,64 (qırx bir manat 64 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1001/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1001/2025
01.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver