Məhkəmə qərarları › İş №2(020)-1016/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1016/2023

08.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1016/2023 08.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Xankişiyev Tural Şahsevar oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Vəliyeva( Abuzərova) Sfera Şura qızının iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair işə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Vəliyeva( Abuzərova) Sfera qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-ci il tarixli 65 nömrəli qərarına əsasən X12, X8, X7, X6 adına 1,52 ha torpaq sahəsinin verilməsinə dair JN: 123 KOD 60709018 nömrəli Dövlət akt qeyidlərinin Ərizəçi1, Vəliyeva (Abuzərova) Sfera Şura qızı, Əsgərova (Vəliyeva) Günel Məmməd qızı, X9 məxsus olması, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 13 fevral 1999-ci il tarixli 05 nömrəli qərarına əsasən X12, X10, X7, X6 adına verilmiş JN-246F KOD 60709018 nömrəli olan şəhadətnamədəki qeydlərin Ərizəçi1, Vəliyeva (Abuzərova) Sfera Şura qızı, Əsgərova (Vəliyeva) Günel Məmməd qızı, X9 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi1 məhkəmədə ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonunun Milabad qəsəbəsində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-ci il tarixli 65 nömrəli qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN: 123 KOD 60709018 nömrəli olan Dövlət aktı ilə 1,52 ha kənd təsərrüfatı istehsal təyinatlı torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında Ərizəçi1 səhvən X5, Vəliyeva (Abuzərova) Sfera Şura qızı səhvən X2, Əsgərova (Vəliyeva) Günel Məmməd qızı səhvən X1, X3 X4 qeyd edilmişdir. Bundan başqa Beyləqan rayon Aqrar İslahat Komissiyasının 13 fevral 1999-ci il tarixli 05 nömrəli qərarına əsasən“Torpağın mülkiyyətə verilməsinə dair ” JN-246F KOD 60709018 olan şəhadətnaməyə əsasən 0,19 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi1 səhvən X5, Vəliyeva (Abuzərova) Sfera Şura qızı səhvən X2, Əsgərova (Vəliyeva) Günel Məmməd qızı səhvən X1, X3 X4 qeyd edilmişdir. Ərizəçilər bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırılması üçün yalnız məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-ci il tarixli 65 nömrəli qərarına əsasən X12, X10, X7, X6 adına 1,52 ha torpaq sahəsinin verilməsinə dair JN: 123 KOD 60709018 nömrəli Dövlət akt qeyidlərinin Ərizəçi1, Vəliyeva (Abuzərova) Sfera Şura qızı, Əsgərova (Vəliyeva) Günel Məmməd qızı, X9 məxsus olması, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 13 fevral 1999-ci il tarixli 05 nömrəli qərarına əsasən X12, X10, X7, X6 adına verilmiş JN-246F KOD 60709018 nömrəli olan şəhadətnamədəki qeydlərin Ərizəçi1, Vəliyeva (Abuzərova) Sfera Şura qızı, Əsgərova (Vəliyeva) Günel Məmməd qızı, X9 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəflər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndəsini göndərməmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-245 F KOD 60709018 nömrəli saylı, 15 fevral 1998-ci il tarixli 05 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətlərindən görünür ki, Beyləqan rayonunun Şərq kəndində torpaq sahələri islahata gedərkən ərizəçiyə və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-ci il tarixli 65 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN: 123 KOD 60709018 saylı, Dövlət aktı ilə 1,58 ha pay torpaq sahəsi sahəsi ərizəçilərə verilmişdir. Həmin dövlət aktında və Şəhadətnamədə Ərizəçi1 səhvən X5, Vəliyeva (Abuzərova) Sfera Şura qızı səhvən X2, Əsgərova (Vəliyeva) Günel Məmməd qızı səhvən X1, X3 X4 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi Vəliyev X13 rayonun Milabad qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki,, Vəliyeva( Abuzərova) X15 rayonun Milabad qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, dövlət aktında və şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-ci il tarixli 65 nömrəli qərarına əsasən X12, X8, X7, X6 adına 1,52 ha torpaq sahəsinin verilməsinə dair JN: 123 KOD 60709018 nömrəli Dövlət akt qeyidlərinin Ərizəçi1, Vəliyeva (Abuzərova) Sfera Şura qızı, Əsgərova (Vəliyeva) Günel Məmməd qızı, X9 məxsus olması, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 13 fevral 1999-ci il tarixli 05 nömrəli qərarına əsasən X12, X8, X7, X6 adına verilmiş JN-246F KOD 60709018 nömrəli olan şəhadətnamədəki qeydlərin Ərizəçi1, Vəliyeva (Abuzərova) Sfera Şura qızı, Əsgərova (Vəliyeva) Günel Məmməd qızı, X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəliu Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar