Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1021/2023 23.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək X5, X24 və X6, X19, X14 adına verilmiş «Torpağa mülkiyyət hüququna dair» J№-197; kod: 60713018 saylı Dövlət aktındakı qeydlərin mərhum X7, X25 və Ərizəçi3, Ərizəçi1 qızma, Ərizəçi2, eyni zamanda X5 və X24 adına verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN 1305F, kod 60713018 saylı şəhadətnamədəki qeydlərin X7 və X25 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi3 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonunun İ Şahsevən kəndində torpaq sahələri islahata gedərkən onun və ailə üzvlərinin mülkiyyətinə Beyləqan rayon Aqrar islahat komissiyasının 16 noyabr 1998-ci il tarixli qərarına əsasən «Torpağa mülkiyyət hüququna dair» J№-197; kod: 60713018 saylı Dövlət aktı ilə 1,08 ha pay, Beyləqan rayon Aqrar islahat komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarına əsasən «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1305F; kod: 60713018 saylı Şəhadətnamə ilə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Dövlət aktında o, Ərizəçi3 olduğu halda səhvən X4, X12 X18, X2 X3, Ərizəçi1 səhvən X16, Ərizəçi2 səhvən X9, JN-1305F; kod: 60713018 saylı X1 səhvən X3, X12 X18 yazılmışdır. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin sənədlərdəki uyğunsuzluğa görə çətinliklərlə üzləşir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, X5 və X24 və X10, X26, X14 adına verilmiş «Torpağa mülkiyyət hüququna dair» J№-197; kod: 60713018 saylı Dövlət aktındakı qeydlərin mərhumlar X7, X25, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2, eyni zamanda X5 və X15 verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN 1305F, kod 60713018 saylı şəhadətnamədəki qeydlərin mərhum X7 və X25 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağa mülkiyyət hüququna dair» J№-197; kod: 60713018 saylı Dövlət aktından görünür ki, ərizəçilərə və onların ailə üzvlərinə Beyləqan rayon Aqrar islahat komissiyasının 16 noyabr 1998-ci il tarixli qərarına əsasən 1,08 ha pay torpaq sahəsi verilmişdir. Dövlət aktında Ərizəçi3 səhvən X4, X12 X18, X2 X3, Ərizəçi1 səhvən X16, Ərizəçi2 səhvən X9 yazılmışdır. iş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1305F; kod: 60713018 saylı Şəhadətnamədən görünür ki, ərizəçilərə və onların ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin X1 səhvən X3, X12 X18 yazılmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi3 xx.xx.1967-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi1 25.12.73-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1995-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X27 03 aprel 2006-cı ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X11 13.08. 2010-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, ərizəçilər Torpağa Mülkiyyət Hüququna dair J№- 289F; kod: 60704018 saylı Şəhadətnamədə və J№-128; kod: 60704028 seriyalı Dövlət aktından düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçilər və ailə üzvlərinin mülkiyyətinə yaşadıqları Beyləqan rayonunun İ Şahsevən kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar islahat komissiyasının 16 noyabr 1998-ci il tarixli qərarına əsasən «Torpağa mülkiyyət hüququna dair» J№-197; kod: 60713018 saylı Dövlət aktı ilə 1,08 ha pay, Beyləqan rayon Aqrar islahat komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarına əsasən «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1305F; kod: 60713018 saylı Şəhadətnamə ilə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Dövlət aktında Ərizəçi3 səhvən X4, X12 X18, X2 X3, Ərizəçi1 səhvən X16, Ərizəçi2 səhvən X9, JN-1305F; kod: 60713018 saylı X1 səhvən X3, X12 X18 yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X5, X24 və X6, X19, X14 adına verilmiş «Torpağa mülkiyyət hüququna dair» J№-197; kod: 60713018 saylı Dövlət aktındakı qeydlərin Ərizəçi3, Ərizəçi1, Ərizəçi2, mərhumlar X7 və X25; X5 və X24 adına verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN 1305F, kod 60713018 saylı şəhadətnamədəki qeydlərin mərhumlar X7 və X25 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1021/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1021/2023
23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver