Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1043/2023 08.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək maraqlı tərəf Maraqlı şəxs ilə arasında 19 yanvar 2012-ci ildə Beyləqan rayon İHB-nin İ Şahsevən kənd İƏD üzrə nümayəndəliyində bağlanmış nikahlarının pozulması, cavabdeh Maraqlı şəxs onun xeyrinə üç uşağın saxlanması üçün hər ay hər uşağa 130 manat, cəmi 390 manat aliment ödənilməsi və uşaqlarının onun himayəsində qalması barədə 04 fevral 2023-cü il tarixli MŞC/1/00073 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağladıqları barışıq sazişini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, maraqlı tərəf Maraqlı şəxs ilə ailə quraraq, nikahlarını 19 yanvar 2012-ci ildə Beyləqan rayon İHB-nin İ Şahsevən kənd İƏD üzrə nümayəndəliyində qeydə aldırmışlar. Birgə nikahlarından 11 dekabr 2011-ci ildə Raya, 20 may 2014-cü ildə Xədicə və 10 iyun 2017-ci ildə isə Cəmil adlı üç uşaqları anadan olmuşdur. Maraqlı tərəflə ailə qurduqları vaxtdan ailə münasibətləri yaxşı olsada sonradan uyğun gəlməmişdir. Xasiyyət və xarakterləri bir-birinə uyğun gəlmir. Bu səbəbdən Maraqlı şəxslə ayrılmışlar. Hazırda uşaqları ilə birlikdə yaşayır. Nikahları formal xarakter daşıyır. Maraqlı tərəf bir ailədə yaşamaq və ailəni qoruyub saxlamaq mümkün deyildir. Ailəsinin saxlanması və bərpası qeyri-mümkündür. O, mediyasiya şurasına nikahın pozulması ilə bağlı müraciət etmişdir. Maraqlı tərəflə aralarında nikahın pozulması və alimentin ödənilməsinə dair razılığa gəlmişlər. Mediatorun iştirakı ilə aralarında barışıq sazişi bağlanmışdır. Ona görə də, onunla cavabdeh Maraqlı şəxs arasında 19 yanvar 2012-ci ildə Beyləqan rayon İHB-nin İ Şahsevən kənd İƏD üzrə nümayəndəliyində bağlanmış nikahlarının pozulması, Maraqlı şəxs onun xeyrinə üç uşağın saxlanması üçün hər ay hər uşağa 130 manat, cəmi 390 manat aliment ödənilməsi və uşaqlarının onun himayəsində qalması barədə 04 fevral 2023-cü il tarixli MŞC/1/00073 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağladıqları barışıq sazişini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs iddianı qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi ilə 19 yanvar 2012-ci ildə Beyləqan rayon İHB-nin İ Şahsevən kənd İƏD üzrə nümayəndəliyində qeydə aldırmışlar. Birgə nikahdan üç uşaqları dünyaya gəlmişdir. Ərizəçi ilə aralarında mediasiya şurasında bağlanmış 04 fevral 2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını etirazı yoxdur. Ərzənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki,ərizə təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs nikahlarını 19 yanvar 2012-ci ildə Beyləqan rayon İHB-nin İ Şahsevən kənd İƏD üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından 11 dekabr 2011-ci ildə Raya, 20 may 2014-cü ildə Xədicə və 10 iyun 2017-ci ildə isə Cəmil adlı üç uşaqları anadan olmuşdur. Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, Maraqlı şəxs ilə 19 yanvar 2012-ci ildə Beyləqan rayon İHB-nin İ Şahsevən kənd İƏD üzrə nümayəndəliyində bağlanmış nikahın pozulmasına və Maraqlı şəxs 11 dekabr 2011-ci ildə anadan olan Raya, 20 may 2014-cü ildə anadan olan Xədicə və 10 iyun 2017-ci ildə anadan olan Cəmil adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 130 manat alimentin onun xeyrinə tutulmasına və həmin uşaqların onun himayəsində qalmasına razılaşmışdırlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı tərəf Maraqlı şəxs arasında 19 yanvar 2012-ci ildə Beyləqan rayon İHB-nin İ Şahsevən kənd İƏD üzrə nümayəndəliyində bağlanmış nikahlarının pozulması, maraqlı tərəf Maraqlı şəxs onun xeyrinə üç uşağın saxlanması üçün hər ay hər uşağa 130 manat, cəmi 390 manat aliment ödənilməsi və uşaqlarının onun himayəsində qalması barədə 04 fevral 2023-cü il tarixli MŞC/1/00073 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağladıqları barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 66,80 (altmış altı manatsəksən qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1043/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1043/2023
08.05.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver