Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-105/2024 19.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin sədri Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçı Ərizəçi iştirakı ilə, Ərizəçi oğlu *0 avqust 2005-ci ildə anadan olmuş, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, yəni şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu oğlu *0 avqust 2005-ci ildə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəsini müdafiə etdi və göstərdi ki, oğlu *0 avqust 2005-ci ildə anadan olmuş X6 ilə birlikdə yaşayır. Dövlət tərəfindən İ qrup əlilliyə görə pensiya alır. Əmlaklarının sənədləşməsi üçün lazımdır. *0 avqust 2005-ci ildə anadan olmuş, oğlu X6 anadan gəlmə xəstədir. Hazırda əmlaklarını sənədləşdirmək istəyir. Həmin sənədləşmələrin aparılması üçün Notariat ofisinə, Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasına müraciət etmişdir. Ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Sənədləşmə işləri aparmaq üçün Nahid tam fəaliyyət qabiliyyətsizdir. Sənədləşmə işlərini aparmaq, yəni dinləmək, yazı yazmaq, imza etmək iqtidarında deyildir. Özünü idarə edə bilmir. Ona görə də oğlu *0 avqust 2005-ci ildə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və X*0 Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X6 *0 avqust 2005-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası “TƏBİB” Publik Hüquqi şəxsi “Beyləqan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 2300 nömrəli, 02 noyabr 2023-ci il tarixli tibbi arayışından görünürki, Beyləqan rayonu, Aşağı Çəmənli kənd sakini, *0.08.2005-ci il təvəllüdlü X7 08.0*.2007-ci il tarixdə “Beyləqan RMX”-da “Uşaq Serebral iflici, hiperkinetik forma, ikili atetos. Psixatrik epizotlarla gedən ağır dərəcəcli ağıl zəifliyi” diaqnozu ilə xəstədir və disponser qeydiyyatındadır. İş üzrə məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respuplikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinə göndərilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respuplikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixli, 532 saylı rəyindən görünür ki, X3 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X7 onda müəyyən edilən uşaq serebral iflici, ağır əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. X3 müəyyən edilən Uşaq qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə diaqnozu anadangəlmədir. X* fəaliyyət qabiliyyətinin olmaması işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası MPM-nin 3*8.2-ci madəssinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin üz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 3*7.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi oğlu *0 avqust 2005-ci ildə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-105/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-105/2024
19.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver