Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1055/2024 29.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçilər- Ərizəçi1 və Ərizəçi3 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-cı il tarixli 58 saylı qərarına əsasən X6, X7, X9, X11 və X10 Beyləqan rayonunun 1-ci Şahsevən kəndində 0,16 ha həyətyanı torpaq sahəsi verilməsinə dair JN-191F KOD 60713018 nömrəli Şəhadətnamədəki qeydlərin X8, Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayonun 1-ci Şahsevən kəndində torpaq sahələri islahata gedərkən ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-cı ıl tarixli 58 saylı qərarına əsasən JN-191F, KOD 60713018 nömrəli şəhadətnamə ilə təsdiq edilmiş 0.16 ha fərdi yaşayış evi tikilməsi üçün həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə o, Ərizəçi1 olduğu halda səhvən X20 oglu kimi, X1 X2, Ərizəçi3 səhvən X3, Ərizəçi4 səhvən X5, Ərizəçi2 isə səhvən X4 qeyd edilmişdir. X12 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Hazırda mülkiyyətlərində olan həyətyanı torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin şəhadətnamədə olan uyğunsuzluq səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Onlar DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə sənədlərini təqdim etmiş, DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin adlarda olan uyğunsuzluğa görə onların sənədləri qəbul edilməmiş və onlara məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-cı il tarixli 58 saylı qərarına əsasən X6, X7, X9, X11 və X10 Beyləqan rayonunun 1-ci Şahsevən kəndində 0 16 ha həyətyanı torpaq sahəsi verilməsinə dair JN-191F. KOD 60713018 nömrəli Şəhadətnamədəki qeydlərin ona, yəni Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 X8, məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Ərizəçi3 ərizəni müdafiə etdi və ərizəsinin təmin edilməsini məhkəmədən xaahiş etdi. Ərizəçilər Ərizəçi4 və Ərizəçi2 məhkəməyə teleqrama göndərərək işə onların iştirakı olmadan ərizələrinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkalətli nümayəndəsiin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Beyləqan rayonun 1-ci Şahsevən kəndində torpaq sahələri islahata gedərkən Ərizəçi1 və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998cı ıl tarixli 58 saylı qərarına əsasən JN-191F, KOD 60713018 nömrəli şəhadətnamə ilə təsdiq edilmiş 0.16 ha fərdi yaşayış evi tikilməsi üçün həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə Ərizəçi1 səhvən X20 oglu kimi, X1 X2, Ərizəçi3 səhvən X3, Ərizəçi4 səhvən X5, Ərizəçi2 isə səhvən X4 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi1 xx.xx.1960-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi3 xx.xx.1967-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi4 xx.xx.1990-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X17 xx.xx.1993-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X12 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçi «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonun 1-ci Şahsevən kəndində torpaq sahələri islahata gedərkən Ərizəçi1 və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-cı ıl tarixli 58 saylı qərarına əsasən JN-191F, KOD 60713018 nömrəli şəhadətnamə ilə təsdiq edilmiş 0.16 ha fərdi yaşayış evi tikilməsi üçün həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə Ərizəçi1 səhvən X20 oglu kimi, X1 X2, Ərizəçi3 səhvən X3, Ərizəçi4 səhvən X5, Ərizəçi2 isə səhvən X4 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-cı il tarixli 58 saylı qərarına əsasən X6, X7, X9, X11 və X10 Beyləqan rayonunun 1-ci Şahsevən kəndində 0,16 ha həyətyanı torpaq sahəsi verilməsinə dair JN-191F KOD 60713018 nömrəli Şəhadətnamədəki qeydlərin Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, və Ərizəçi2 və mərhum X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1055/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1055/2024
29.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver