Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1058/2025 14.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı qızının Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.88 ha pay torpaq sahəsinin X1 dair olan Beyləqan rayonu 2 nömrəli Dövlət Notariat Kontorunun 19 yanvar 2003-ü il tarixli 4- Ə-06 reyestr nömrəli Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmə qaydasında təmin edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu Aqrar İslahat komissiyasının 15 fevral 1999-cu il, 178 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 1.88 ha kənd təsərrüfatı məhsulları istehsal edilməsi üçün pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə Kod 60709038 olan JN: 178 nömrəli “Torpağa mülkiyyət hüququna dair “ Dövlət Aktı verilmişdir. O, torpaq sahəsindən cavabdehlər Cavabdeh və X6 çıxarılması barədə iddia qaldırdığı vaxtı iş üzrə ekspertizanın rəyinin alınmasından və 2025-ci ilin fevral ayında ünvanına göndərilməsindən və iş üzrə qətnamənin çıxarılmasından (qətnamə hələ ünvanına göndərilməmişdir), sonra bilmişdir ki, mülkiyyətlərinə verilmiş 1.88 ha pay torpaq sahəsi Beyləqan rayonu 2 nömrəli Dövlət Notariat Kontorunun 19 yanvar 2003-ü il tarixli 4- Ə-06 nömrəli Alqı-satqı müqaviləsi əsasında X3, Beyləqan rayonu 1 nömrəli Dövlət Notariat ofisinin notariusu X13 təsdiq etdiyi 03 sentyabr 2024-ü il tarixli 2V-599 nömrəli və 03 sentyabr 2024-cü il tarixli 2V-600 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh mülkiyyətinə verilmiş və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlaklın Dövlət reyestrindən reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il tarixli çıxarışa əsasən 0.4765 ha torpaq sahəsi, reyest nömrəsi **********82, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il tarixli çıxarışa əsasən isə 1.3682 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır. Halbuki o, heç bir vaxt Notariat Kontorunda olmamış və pay torpaq sahəsini satmamışdır. O, hazırda heç bir əsas olmadam mülkiyyətindən məhrum edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.Həmçinin suallara cavab olaraq bildirmişdir ki, anası 2005-ci il tarixdə vəfat etmiş və o, 2005-ci il tarixədək Beyləqan rayonuda yaşamışdır. Onun mülkiyyətində torpaq sahəsi olmasından və həmin torpaq sahəsinin anası tərəfindən satılmasından xəbəri olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi(vəkili) X19 ərizə təqdim edərək, həmin ərizənin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddia müqavilə tərəfi olmayan şəxsə qarşı qaldırılmışdır. X4 adlı şəxs qaldırsada, mübahisəli torpaq sahəsinə dair KOD 607090** JN *** nömrəli Dövlət Aktında birgə mülkiyyətçi kimi İddiaçı Qubad oğlu qeyd edilmişdir ki bu eyni şəxs hesab edilə bilməz. İddiaçı həmin hüquqmüəyyənedici sənədin ona məxsus olması barədə məhkəmə aktı təqdim etməli idi. İddiaçı həmin KOD 607090** JN *** nömrəli-Dövlət Aktında adı göstərilmiş şəxs olsa belə, onun həmin torpaq sahəsinin satılmasından xəbəri olmaya bilməzdi. Cavabdehin alası X14 uzun müddət həmin torpaq sahəsində çoxillik bitki olan üzüm bağı salmış. 2020-ci ildə öldükdən sonra, onun oğlu Cavabdeh həmin torpaq sahəsini istifadə etməyə başlamışdır. Bu müddət ərzində iddiaçının ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin başqası tərəfindən istifadə edilməsini bilməməsi mümükünsüz olmaqla, məntiqli deyildir. Həmin KOD 607090** JN *** nömrəli Dövlət Aktında başqa iddiaçının ailə üzləri olan başqa mülkiyyətçilərdə vardır ki, həmin şəxslər məhkəmədə həmin alqı-satqı müqaviləsini mübahisələndirmirlər, ona görə ki onlar vicdanlı olmaqla, hamısı həmin alqı-satqının real olmasından xəbərdar olublar və həmin əqdi bəyəniblər. Alqı-satqı müqaviləsinin baş tutmasından 20 ildən artıq bir müddət keçmişdir ki’buda cavabdehin həmin əqdin qanuni olması barədə sübut ləqim etməsinə mane olur. İşin hallarından da göründüyü kimi 20 il ərzində torpaq sahəsini tələb etməyən şəxs həmin əqddən xəbərdar olub və əqdin hər iki tərəfinin dünyasının dəyişdikdən sonra iddia qaldırması buna sübutdur. Bundan başqa Cavabdeh torpaq sahəsini qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında əldə elmiş, mübahisəli əqdin tərəfi olmamış, ona görə də həmin əqd ona münasibətdə etibarsız hesab edilə bilməz. Hesab edir ki, iddiaçı həm mübahisənin subyekti olmayan tərəfə qarşı iddia qaldırıb, həmdə göstərdiyi arqumentlər əsassız olmaqla, əqdin etibarsız hesab olunması üçün əsas ola bilməz. Əqdin bağlanması üçün məcburi olan heç bir şərt pozulmamışdır və əqdi mübahisələndirmək üçün iddia müddəti keçmişdir. Ona görə də, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: JN-178 KOD 60709038 №-li Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 15 fevral 1999-cu il tarixli 65 saylı qərarı əsasında 1.88 ha torpaq sahəsi Beyləqan rayonu, Yeni Mil kənd sakini X5, X15, X16, X10, X18 mülkiyyətinə verilmişdir. 19 yanvar 2003-cü il tarixli “Torpaq alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X11 mülkiyyətində olan Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 65 saylı qərar ilə JN-178 KOD 60709038 №-li Torpağın mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Beyləqan rayon, Yeni Mil kəndində yerləşən 1.88 ha torpaq sahəsini 11422440 manata X2 və həmin müqavilə Beyləqan rayon saylı notariat ofisində xx.xx.2003-cü il tarixdə 4-Ə-06 reyestr nömrəsi ilə rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayışdan görünür ki, Beyləqan rayonu Yeni Mil qəsəbəsində yerləşən 0.4765 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tam mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə mərhum X7 adına rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayışdan görünür ki, Beyləqan rayonu Yeni Mil qəsəbəsində yerləşən 1.3986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tam mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə mərhum X7 adına rəsmiləşdirilmişdir. 03 sentyabr 2024-cü il tarixli 2V-600 nörəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh və X9r və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – DƏDKR publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə X8 verilmiş **********82 reyestr nömrəsi ********** qeydiyyat nömrəli Hüququn ölmuş şəxsə məxsus olması haqqında dövlət reestrindən arayışa əsasən Beyləqan rayon, Yeni Mil qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1.3986 ha olan torpaq sahəsindən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2024-cü il tarixli arayıça əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Beyləqan rayon, Yeni Mil qəsəbəsi qnvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgənəşdirilməsinə qadağan qoyulmuşdur. 03 sentyabr 2024-cü il tarixli “Miras payın Bağışlanması müqaviləsi”ndən görünür ki X17 03 sentyabr 2024-cü il tarixli 2V-600 nörəsi ilə təsdi qedilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını Cavabdeh bağışlamışdır. 03 sentyabr 2024-cü il tarixli 2V-599 nörəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” sürətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh və X9r və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – DƏDKR publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə X8 verilmiş **********83 reestr nömrəsi ********** qeydiyyat nömrəli Hüququn ölmuş şəxsə məxsus olması haqqında dövlət reestrindən arayışa əsasən Beyləqan rayon, Yeni Mil qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.4765 ha olan torpaq sahəsindən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2024-cü il tarixli arayıça əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Beyləqan rayon, Yeni Mil qəsəbəsi qnvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgənəşdirilməsinə qadağan qoyulmuşdur. 03 sentyabr 2024-cü il tarixli “Miras payın Bağışlanması müqaviləsi”ndən görünür ki X17 03 sentyabr 2024-cü il tarixli 2V-599 nörəsi ilə təsdi qedilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonu Yeni Mil qəsəbəsində yerləşən ümumi sahəsi 1,3682 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə 194 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində ********** nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonu Yeni Mil qəsəbəsində yerləşən ümumi sahəsi 0.4765 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə 194 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində ********** nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 15 fevral 1999-cu il tarixli 65 saylı qərarı əsasında JN-178 KOD 60709038 №-li Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən 1.88 ha torpaq sahəsi Beyləqan rayonu, Yeni Mil kənd sakini X5, X15, X16, X10, X18 mülkiyyətinə verilmiş və X12 tərəfindən həmin torpaq sahəsi 19 yanvar 2003-cü il tarixli “Torpaq alqı-satqı müqaviləsi”nə əsasən X3 və X14 vəfat etdiyindən vərəsəlik qaydasında həmin torpaq sahəsi sonuncunun vərəsəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Hal-hazırda İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun razılığı olmadan torpaq sahəsi satıldığı üçün 19 yanvar 2003-cü il tarixli “Torpaq alqı-satqı müqaviləsi”nin etibarsızlığını tələb edir, cavabdeh tərəf isə iddia tələbinin təmin edilməsinə etiraz edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Hal-hazırki iddia tələbi ilə bağlı məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, etibarsızlığı tələb edilən alqı-satqı müqaviləsi 19 yanvar 2003-cü il tarixdə, yəni 22 il bundan əvvəl bağlanmış və bu 22 il ərzində müqavilə tərəfi olan X14 və daha sonra onun vərəsəsi Cavabdeh həmin torpaq sahəsindən istifadə etmiş və iddiaçı tərəf bununla bağlı onlara qarşı hər hansı bir etiraz bildirməmişdir. Eyni zamanda həmin alqısatqı müqaviləsinin bir tərəfi məhz iddiaçının anası olmuşdur. Bu hal isə, ona dəlalət edir ki, iddiaçı tərəfindən həmin alqı-satqı müqaviləsindən məlumatlı olmuş və həmin alqı satqı müqaviləsi bəyənilmişdir. İddiaçı tərəfin iddia tələbində və məhkəmədə qeyd etdiyi hal, yəni onun ümumiyyətlə mülkiyyətində torpaq sahəsi olması ilə bağlı hər hansı məlumatının olmaması ilə bağlı qeyd etdikləri inandırıcı deyil və bu qeyd edilən dəlillər mötəbər sübutlarla sübuta yetirilməmişdir. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhhkəməsinin B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarında da qeyd edilir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 2-ci qrup əlildir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1058/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1058/2025
14.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver