Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1073/2023 03.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi vəkalətli nümayəndəsi X4 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 adına verilmiş Beyləqan rayon Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli 68 saylı qərarı ilə verilmiş JN-016A KOD 60708028 saylı ‘Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkalətli nümayəndəsi X5 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayonun Yuxarı Aran kəndində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli 68 saylı qərarı ilə JN-016A KOD 60708028 saylı ‘Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,18 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə bacısı Ərizəçi səhvən X1 yazılmışdır. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyir. Lakin Şəhadətnamə ilə şəxsiyyət vəsiqəsinin üst-üstə düşməməsi səbəbindən ərizəçi sənədləşmə işlərində çətinliklərlə üzləşir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün ərizəçiyə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, X2 adına verilmiş Beyləqan rayon Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli 68 saylı qərarı ilə verilmiş JN-016A KOD 60708028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkalətli nümayəndənin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-016A KOD 60708028 saylı Şəhadətnamədən görünür ki, Beyləqan rayonun Yuxarı Aran kəndində torpaq sahələri islahata gedərkən ərizəçi və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli 68 nömrəli qərarına əsasən 0.18 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə Ərizəçi səhvən X1 yazılmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi xx xxxx 1996-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçi Torpağın mülkiyyətə verilməsinə dair» JN-016A saylı Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi və onun ailə üzvlərinə Beyləqan rayonun Yuxarı Aran kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli 68 nömrəli qərarına əsasən JN-016A KOD 60708028 saylı şəhadətnamə ilə təsdiq edilmiş 0.18 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə Ərizəçi səhvən X1 yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçi müvafiq sənədləşmə işləri apara bilmədiyinə və həmin sənədi başqa cür əldə edə bilmədiyinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X2 adına verilmiş Beyləqan rayon Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli, 68 saylı qərarı ilə verilmiş JN-016A KOD 60708028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki qeydin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1073/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1073/2023
03.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver