Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1091/2023 05.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi Talib qızının iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Talib qızı ərizə ilə məhkəməyə müraciət edərək X6 və X4 adıncı verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN- 0065; kod: 60712018 saylı, Dövlət aktındakı qeydin mərhum bacısı X7 və mərhum anası X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Talib qızı ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 2000-ci il tarixli, 03 saylı qərarı ilə ona və ailə üzvlərinə JN 0065 KOD 60712018 saylı Torpağın Mülkiyyət hüququna dair dövlət aktına əsasən 3.57 ha torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında mərhum bacısı X1 X3, mərhum anası X8 isə X2 yazılmışdır. Ölüm sənədi ilə dövlət aktında yazılar üst-üstə düşmədiyindən o, çətinliklərdə üzləşir. Hazırda o, həmin yanlışlıqla əlaqədar olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirə bilmir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, X6 və X4 adına verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0065; kod: 60712018 saylı, Dövlət aktındakı qeydin mərhum bacısı X7 və mərhum anası X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN 0065 KOD 60712018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, ərizəçi və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 2000-ci il tarixli, 03 saylı qərarı ilə 3.57 ha torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında mərhum X1 X3, mərhum X8 isə X2 yazılmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X11 xx.xx.2004-cü ildə, X8 xx.xx.1994-cü ildə ölmüşlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqn ərazi idarəsinin məktubundan görünür ki, ərizəçi JN 0065 KOD 60712018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqən ərazi idarəsinə müraciət etmiş, ona köməklik edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonun Yuxarı Çəmənli kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 2000-ci il tarixli, 03 saylı qərarı ilə ona və ailə üzvlərinə JN 0065 KOD 60712018 saylı Torpağın Mülkiyyət hüququna dair dövlət aktına əsasən 3.57 ha torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında mərhum bacısı X1 X3, mərhum anası X8 isə X2 yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X6 və X4 adına verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0065; kod: 60712018 saylı, Dövlət aktındakı qeydin mərhum X10 və X5 maxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1091/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1091/2023
05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver