Məhkəmə qərarları › İş №2(020)-1093/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1093/2023

07.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1093/2023 07.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı məhkəmədə cavabdeh X1 Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair iddia qaldırmışdır. İş baxılması üçün *7 iyul 2*23-cü il tarixə təyin olunaraq iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişləri göndərilməklə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və ya vəkalətli nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. İddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş, həmçinin cavabdeh məhkəmə iclasına gəlməmiş, işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. İşdə olan poçt xəbərnaməsindən görünür ki, məhkəmə bildirişi iddiaçı və cavabdeh təşkilat tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.*.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə iddiaçı məhkəmə iclasına gəlmədiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. İddiaçıya adı çəkilən məcəllənin 26*.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-26*, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı cavabdeh X1 Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair mülki iş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasına üzürlü səbəb olmadan gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan onun surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar