Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1112/2023 15.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Xankişiyev Tural Şahsevar oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair işə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 nömrəli qərarına əsasən X4, X5, X6 adına 1,61 ha torpaq sahəsinin verilməsinə dair JN:338 KOD 60709038 nömrəli Dövlət akt qeyidlərinin Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 məxsus olması, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 85 nömrəli qərarına əsasən X4, X5, X6 adına verilmiş JN-226A KOD 60709036 nömrəli olan şəhadətnamədəki qeydlərin Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi1 oğlu məhkəmədə ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonunun Yeni Mil qəsəbəsində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 nömrəli qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN:338 KOD 60709038 nömrəli olan Dövlət aktı ilə 1,61 ha kənd təsərrüfatı istehsal təyinatlı torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında Ərizəçi2 səhvən X1, Ərizəçi1 səhvən X2, Ərizəçi3 səhvən X3 qeyd edilmişdir. Bundan başqa Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 85 nömrəli qərarına əsasən“Torpağın mülkiyyətə verilməsinə dair ” JN-226A KOD 60709036 olan şəhadətnaməyə əsasən 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi2 səhvən X1, Ərizəçi1 səhvən X2, Ərizəçi3 səhvən X3 qeyd edilmişdir. Ərizəçilər bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırılması üçün yalnız məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 nömrəli qərarına əsasən X4, X5, X6 adına 1,61 ha torpaq sahəsinin verilməsinə dair JN:338 KOD 60709038 nömrəli Dövlət akt qeyidlərinin Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 məxsus olması, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 85 nömrəli qərarına əsasən X4, X5, X6 adına verilmiş JN-226A KOD 60709036 nömrəli olan şəhadətnamədəki qeydlərin Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəflər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndəsini göndərməmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-226A KOD 60709036 nömrəli saylı, 15 fevral 1999-cu il tarixli 85 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətlərindən görünür ki, Beyləqan rayonunun Şərq kəndində torpaq sahələri islahata gedərkən ərizəçiyə və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN:338 KOD 60709038 saylı, Dövlət aktı ilə 1,61 ha pay torpaq sahəsi sahəsi ərizəçilərə verilmişdir. Həmin dövlət aktında və Şəhadətnamədə Ərizəçi2 səhvən X1, Ərizəçi1 səhvən X2, Ərizəçi3 səhvən X3 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 oğlu Beyləqan rayonun Yeni Mil qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki,, Vəliyeva( Abuzərova) X8 rayonun Yeni Mil qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, dövlət aktında və şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 nömrəli qərarına əsasən X4, X5, X6 adına 1,61 ha torpaq sahəsinin verilməsinə dair JN:338 KOD 60709038 nömrəli Dövlət akt qeyidlərinin Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 məxsus olması, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 85 nömrəli qərarına əsasən X4, X5, X6 adına verilmiş JN-226A KOD 60709036 nömrəli olan şəhadətnamədəki qeydlərin Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəliu Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1112/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1112/2023
15.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver