Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1140/2024 21.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi Səfərova (Əliyeva) Nərmin Kərəm qızının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Səfərova (Əliyeva) Nərmin Kərəm qızının (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Səfərova (Əliyeva) Nərmin Kərəm qızı ərizə ilə məhkəməyə müraciət edərək, X5 adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 05 nömrəli qərarı əsasında verilmiş JN-265A KOD 60709028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədəki qeydlərin Səfərova (Əliyeva) Nərmin Kərəm qızına məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar ailəlikcə Beyləqan rayonunda yaşayırlar. Ehtiyacı olduğu üçün həyətyani torpaq sahəsi almaq üçün müvafiq dövlət orqanlarına müraciət etmişdir. Azərbaycan Respublikası Qanununa uyğun olaraq ona və ailə üzvlərinə yaşadıqları kənddə həyətyani torpaq sahəsi müraciətlərinə əsasən Beyləqan rayon Aqrar islahat komissiyasının qərarı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. «Torpağın mülkivvətə verilməsinə dair» JN-265A; kod: 60709028 saylı X1 yazılmaq əvəzinə səhvən X8 yazılmışdır. Bu səhvlərdə onları problemlərlə üzləşdirir. O, ərə getdikdən sonra ər soyadına uyğun olaraq Səfərova soyadını qəbul etmişdir. Onun Nəriman adlı qardaşı və ya digər yaxın qohumu yoxdur. Bundan ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin adında səhvlər olduğu üçün məhkəmə yolu ilə həmin səhvin düzəldilərək yenidən onlara müraciət etməsi tövsiyə olunmuşdur. Ona rədd məktubu verilmişdir. Həmin torpaq sahəsinin yenidən öz adına sənədləşdirmək istəyir, ona görədə faktın təsdiq edilməsi vacib lazımdır. Yuxarıda qeyd etdiyi faktın müəyyən edilməsinin məhkəmədən kənar həlli mümkün deyil. O, istəyir ki, «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə olan yanlışlıq aradan qaldırılsın ki, Şəhadətnamə əsasında mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi üzərində istifadə, sahiblik və sərəncamvericilik səlahiyyətlərini həyata keçirə bilə. Bu problemin həlli məhkəmə qaydasında olmalıdır və başqa yerdə həlli mümkün olmadığından məhkəmə müraciət edir. X5 adına verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-265A kod: 60709028 saylı Şəhadətnamədəki qeydin Səfərova (Əliyeva) Nərmin Kərəm qızına məxsus olması faktının müəyyən edilməsini dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçi Səfərova (Əliyeva) Nərmin Kərəm qızının nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etmişdir.Həmçinin bildirmişdir ki, o, ərizəçinin atasıdır, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-265A kod: 60709028 saylı Şəhadətnamədə digər ailə üzvləri ilə yanaşı, yanlış olaraq X7 əvəzinə X8 adı qeyd edilmişdir. X3 adında övladı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Beyləqan Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səfərova (Əliyeva) Nərmin Kərəm qızı xx.xx.1991-ci il tarixdə, Beyləqan rayonunun, Mil qəsəbəsində anadan olmuş, yaşayış yeri Beyləqan rayonu, Mil qəsəbəsidir. Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X7 xx.xx.1991-ci il tarixdə Beyləqan rayonun, Mil kəndində anadan olmuş və atası Nümayəndə, anası X2r. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli Arayışın sürətindən görünür ki, X9 ilə X7 arasında nikah 01 avqust 2009-cu il tarixdə Sumqayıt şəhəri Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1065 № ilə akt qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Səfərova” soyadı verilmişdir. JN-265A KOD 60709028 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Beyləqan rayonu, Mil kənd sakini Nümayəndə, X10, X11, X6 Beyləqan rayon Aqrar İslahat komissiyasının 15 fevral 1999-cu il tarixli 05 saylı qərarı əsasında 0.16 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, JN-265A nömrəli torpaq sahəsinin DTXK tərəfindən verilmiş “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə” sənədinin adlı siyahısında X5 dəyişdirilərək, Səfərova (Əliyeva) Nərmin Kərəm qızı kimi qeyd edilməsi üçün müvafiq icra hakimiyyəti orqan tərəfindən həmin səhvin eyniləşdirilməsinə dair “Akt” sənədi təqdim edilmədiyinə əsasən icrası mümkün olmamışdır. 14 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN- 265A KOD 60709028 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Səfərova (Əliyeva) Nərmin Kərəm qızının adı yanlış olaraq “Nəriman” kimi göstərilmişdir. Hazırki faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Göründüyü kimi, ərizəçinin JN-265A KOD 60709028 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən adı şəxsiyyətini təsdiq edən sənəddəki, habelə digər rəsmi sənədlərdəki adı, ilə düz gəlmir, həmin şəhadətnamə isə hüquqmüəyyənedici sənəddir və ərizəçi müvafiq dövlət qurumuna sənəddə olan səhvin aradan qaldırılmasını (düzəldilərək) xahiş etsə də, lakin dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, JN-265A KOD 60709028 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Səfərova (Əliyeva) Nərmin Kərəm qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN-265A KOD 60709028 №-li “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Səfərova (Əliyeva) Nərmin Kərəm qızına məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçi Səfərova (Əliyeva) Nərmin Kərəm qızına aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1140/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1140/2024
21.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver