Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1153/2023 20.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Azərişıq ASC-nin vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı tərtib olunmuş aktın ləğv edilməsi və maddi ziyanın silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərişıq ASC-nin satışa nəzarət şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 11 aprel 2023-cü il tarixli, 032531 saylı aktının ləğv edilməsi və akt üzrə hesablanmış maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır, evi üçün X1 üçün işıq sayğacı quraşdırılmışdır. Həmin sayğacdan istifadə etməklə istifadə etdiyi enerji haqqını hər ay vaxtlı-vaxtında ödəmişdir. Heç vaxt ona borclu olduğu bildirilməmişdir. Azərişıq ASC-inin İmişli RETSİ-nin əməkdaşları tərəfindən ona hazırda akt üzrə cərimə borcu olduğu bildirilmişdir. Ona 2023-cü ilin may ayında abonentin ödəniş saldosu haqqında cədvəl verilmişdir. Həmin 11 aprel 2023-cü il tarixli 032531 saylı cərimə aktına görə guya onun tərəfindən EEİQ-in pozaraq sayğaca daxil olan elektrik veriliş xəttini yaralayaraq kənar xətt çəkmişdir. O, aktla razı deyildir. Azərişıq ASC-inin İmişli RETSİ-nin əməkdaşları tərəfindən 11 aprel 2023-cü il tarixdə akt tərtib olunan zaman onun iştirakı olmamış və o, həmin akta imza etməmişdir. Ona 2022-ci ildə abonentin ödəniş saldosu haqqında cədvəl veriləndən sonra ona cərimə yazılması məlum olmuşdur. Odur ki, Azərişıq ASC-nin satışa nəzarət şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 11 aprel 2023-cü il tarixli 032531 saylı aktının ləğv edilməsi və akt üzrə hesablanmış maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh Azərişıq ASC-nin vəkalətli nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının yaşadığı ünvanda sayğacdan kənar xətt quraşdırılması və ondan istifadə etməsi idarənin əməkdaşları tərəfindən aşkar olunmuş və bu barədə akt tərtib edilmişdir. Akt qanunun tələblərinə uyğun tərtib edilmişvə kənar xəttdən istifadə edildiyinə görə düzgün olaraq iddiaçıya ziyan hesablanmışdır. İddiaya qarşı etirazınıməhkəməyə göndərmiş və iddianın əsassızlığını etirazında göstərmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddiaya qarşı etiraz göndərərək iddiaçının sayğacdan kənar xətt vasitəsilə elektirik enerjisindən istifadə etdiyini və barəsində düzgün olaraq akt tərtib edildiyini göstərmiş, iddia əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. İşdə olan “X1 qaydalarına riayət olunmasının yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli268586 saylı aktın surətindən görünür ki, istehlakçılar tərəfindən İşıqdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən yaşayış binasına quraşdırlmış sayğaca baxış keçrilərkən onun sayğacdan kənar xətdən istifadə etdiyi müəyyən edilmişdir. İşdə olan Abonentin Saldosunun surətindən görünür ki, İddiaçı akt üzrə 585.20 manat məbləğində sayğacdan kənar xətdən istifadə ilə bağlı ziyan (cərimə) hesablanmışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 11 aprel 2023-cü il tarixdə Beyləqan şəhəri, M.Ə.Sabir küçəsi ev 5-də yaşayan İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçrilmişdir. Baxış zamanı İddiaçı sayğacdan kənar xətdən istifadə etdiyi müəyyən edilmişdir. Tərtib edilmiş akta İddiaçı imza etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş X1 Qaydalarının 7.10-cu maddəsində qeyd olunmuşdur ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görəöhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinəəsasən mülki hüquqi və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görəmüqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dovlət hakimiyyəti və yerli ozunuidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın uzərinə düşür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə iddiaçı izahatında etiraf etməsə də onun sayğacdan kənar xətdən istifadə etməsi iş materialları ilə qismən də olsa sübuta yetmişdir. İddiaçının kənar xətdən istifadə etməsi nəticəsində onun qeyri-yaşayış binasına quraşdırılmış hesablaşma elektrik sayğacını zədələməsi və sayğacdan çıxarması halı müəyyən edilməmişdir. Cavabdeh təşkilatın nümayəndələrinin tərtib etdiyi aktda da belə bir halın mövcud olması öz əksini tapmamışdır. Bütün bu hallarla yanaşı cavabdeh təşkilata iddiaçının sayğacdan kənar xətdən istifadə etməsi nəticəsində zərər vurulması qismən də olsa sübuta yetmişdir. Ona görə də iddiaçı qismən də olsa həmin sayğaca müdaxiləyə görə məsuliyyət daşımalıdır. Çünki iddiaçının həmin sayğaca olan müdaxiləsindən məlumatlı olması, lakin cavabdeh təşkilata məlumat verməməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmədə müəyyən edildi ki, iddiaçı sayğacdan kənar xətdən istifadə etmədiyi halda hər ay təxminən 10-25 manat dəyərində X1 etmiş və istifadə etdiyi enerjinin dəyərini ödəmişdir. Belə olan halda ona həddən artıq yüksək məbləğdə, yəni 585.20 manat məbləğində ziyan(cərimə) hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərar ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 8.16-cı maddəsinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Ona görə də, iddia qismən təmin edilməli, iddiaçıya hesablanmış ziyanın məbləği azaldılaraq 100 manat məbləğində saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı barəsində sayğacdan kənar xətdən istifadə etməsi ilə bağlı Azərişıq” ASC-nin tərtib etdiyi 11 aprel 2023-cü il tarixli 032531 saylı aktı qismən ləğv edilsin. 11 aprel 2023-cü il tarixli 032531 saylı aktla ziyanın (cərimənin) məbləği azaldılaraq 100 (yüz) manat həcmində saxlanılsın. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1153/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1153/2023
20.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver