Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1158/2023 18.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, İclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Ərizəçi X1 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: Ərizəçi X1 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinin tələbinə əsasən öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməlidir. Lakin hazırki ərizəyə ərizəçi öz tələblərini əsaslandırdığı hallara dair sənədləri, yəni ölüm sənədinin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini ərizəsinə əlavə etməmişdir. Ərizəçi ərizəsinə əlavə etdiyi ölüm haqqında şəhadətnamə notarial qaydada təsdiq edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinin tələbinə görə iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinin tələbinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi X1 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Seyfəli Seyfullayev.
Məhkəmə qərarları › İş №2(020)-1158/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1158/2023
18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver