Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1162/2023 12.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi1 və Ərizəçi3 iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Beyləqan şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X8, X7, Ərizəçi2ının Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə Ərizəçi2 İsrafil qızı, Ərizəçi1 Bahadur oğlu, X10, X4 adına verilmiş A 294439 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquq sahiblərinin adlı siyahısındakı qeydlərin onlaraa yəni Ərizəçi3, Ərizəçi1, Ərizəçi2, Eyvazova (Əliyeva) Təranə Radil qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X8 məhkəmədə ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 05 may 2010-cu il tarixli nömrəli qərarı ilə onun adına A 294439 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində əsasən 527,19 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq torpaq sahəsi verilmişdir.Həmin Torpaq sahəsinin adlı siyahısında adları səhv qeyd edilmişdir. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə A 294439 nömrəli adına verilmiş Torpaq sahəsinin Plan və ölçüsü sənədinin hüquq sahiblərinin adlı siyahısında Ərizəçi3 olmasına baxmayaraq səhvən Ərizəçi2 İsrafil qızı kimi, Ərizəçi1 olmasına baxmayaraq səhvən Ərizəçi1 Bahadur oğlu kimi, Ərizəçi2 olmasına baxmayaraq səhvən X1, Eyvazova (Əliyeva) Təranə Radil qızı olmasına baxmayaraq səhvən X2 qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırılması üçün yalnız məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, X9 adına verilmiş A 294439 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquq sahiblərinin adlı siyahısındakı qeydin ona yəni X8 qızına məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Digər ərizəçi X7 məhkəmə iclasında ərizəsini müdafiə etdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Maraqlı tərəflər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndəsini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin və digər ərizəçilərin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır. Ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş dair 05 may 2010-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsünun surətlərindən görünür ki, ərizəçi X5 05 may 2010-cu il tarixli, 28 saylı qərarına əsasən Torpaq sahəsinin planı və ölçüsünə əsasən 527,19 kv metr həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sənəddə ərizəçilər Ərizəçi3 olmasına baxmayaraq səhvən Ərizəçi2 İsrafil qızı kimi, Ərizəçi1 olmasına baxmayaraq səhvən Ərizəçi1 Bahadur oğlu kimi, Ərizəçi2 olmasına baxmayaraq səhvən X1, Eyvazova (Əliyeva) Təranə Radil qızı olmasına baxmayaraq səhvən X2 yazılmışdır. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və doğum akt qeydindən görünür ki, X8 xx.xx.1975-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və doğum akt qeydindən görünür ki, Abdullayeva (Ərizəçi3 xx.xx.1952-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və doğum akt qeydindən görünür ki, (Ərizəçi2 xx.xx.1997-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AA 14737613 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və doğum akt qeydindən görünür ki, X13 xx.xx.1986-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin 20 iyun 2022-ci il tarixli məktubundan görünür ki, ərizəçinin sənədlərində uyğunsuzluq olduğundan müvafiq sənədləşmə işi aparılmasından imtina edilmişdir. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi X3 adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 05 may 2010-cu il tarixli, 28 saylı qərarına əsasən Torpaq sahəsinin Plan və ölçüsü tərtib edilməklə 527,19 kv metr həyətyanı torpaq sahəsi verilmişdir. Həmin plan və ölçü sənədində ərizəçilər Ərizəçi3 olmasına baxmayaraq səhvən Ərizəçi2 İsrafil qızı kimi, Ərizəçi1 olmasına baxmayaraq səhvən Ərizəçi1 Bahadur oğlu kimi, Ərizəçi2 olmasına baxmayaraq səhvən X1, Eyvazova (Əliyeva) Təranə Radil qızı olmasına baxmayaraq səhvən X2 qeyd edilmişdir. Bu səbəbdən ərizəçilər torpaq üzrərində hər hansı bir sənədləşəmə aparılmasında çətinliklərlə üzləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hazırda ərizəçilər torpaq sənədində qeyd olunan yanlışlıq üzərində həmin torpaq sahəsinə olan hüquqlarını həyata keçirə bilmədiyindən məhkəmə hesab edir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə Ərizəçi2 İsrafil qızının, Ərizəçi1 Bahadur oğlunun, X6 və X4 adına verilmiş A 294439 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquq sahiblərinin adlı siyahısındakı qeydlərin Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 və Eyvazova (Əliyeva) Təranə Radil qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1162/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1162/2023
12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver