Məhkəmə qərarları › İş №2(020)-1199/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1199/2024

01.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1199/2024 01.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ kredit müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə 2 saylı Bakı «Asan» Xidmət mərkəzinin notariat ofisində aralarında bağlanmış 3M-535 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 2021-ci il tarixdən tanıyır. Şəxsi tanışlıq münasibətlərindən sonra bir-birlərinə inam, etibar və qarşılıqlı hörmətləri olmuşdur. Belə ki, 2022-ci ilin dekabr ayında şəxsi ehtiyacları üçün təcili olaraq ona 8000 manat məbləğində pul lazım olduğunu yaxın tanışı Cavabdeh bildirmişdir. O, isə bu işdə ona kömək olacağını demişdir. Aralarında olan qarşılıqlı razılığa görə Cavabdeh ona verəcəyi borca görə hər ay həmin məbləğin 10 faizini ona qaytarmalı idi. Ona təcili pul lazım olduğu üçün onun bu şərti ilə razılaşmışdır. Bu məqsədlə onunla xx.xx.2022-ci il tarixdə 2 saylı Bakı «Asan»Xidmət Mərkəzinin notariat Ofisində 3M-535 Reyestr nömrəli kredit müqaviləsi imzalamışlar. Müqavilənin şərtlərinə görə borcunu tam olaraq xx.xx.2023-cü il tarixdə tam qaytarmalı idi. Eyni zamanda Cavabdeh ilə aralarında olan qeyri-rəsmi və şifahi razılığa görə aldığı 8000 manat faiz qaytarmalı idi. Belə ki, 2023-cü ilin yanvar və fevral ayları üzrə üzərinə götürdüyü şifahi öhdəliyə riayət edərək, iki ay ərzində (yanvar-fevral) hər ay 800 manat olmaqla 1600 manat məbləğində pul qaytarmışdır. 2023-cü ilin mart ayında isə 8000 manat əsas borcu və 600 manat faiz borcunu qaytarmışdır. Aralarında olan səmimiyyətə və inama görə ona qaytardığı borclar barəsində heç bir rəsmi qeyd aparmamışdır. Lakin telefon danışıqları, votsap yazışmaları və bu işi bilən şahidləri var. Belə ki, sonradan Cavabdeh ilə aralarında mübahisə yaranmışdır. O, bu mübahisədən suiistifadə edərək, 2024-cü ilin iyun ayında ona şər və böhtan ataraq guya borcunu qaytarmadığına görə ondan yenidən 8.000 manat məbləğində pul tələb edəcəyini bildirdi. Bu məqsədlə o, 2 saylı Bakı «Asan» Xidmət mərkəzinin notariat ofisində müraciət edərək, «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən icra qeydinin aparılacağı barədə ona rəsmi bildiriş göndərmişdir. Xüsusilə qeyd edir ki, əlində olan mötəbər və təkzibolunaz sübutları olduğu üçün «kredit müqaviləsinin etibarsız hesab edilməsi» barədə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Göründüyü kimi, müqavilə şərtlərinə görə üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməyinə baxmayaraq, Cavabdeh əsassız olaraq «Notariat haqqında»Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən icra qeydinin aparılacağı barədə ona rəsmi bildiriş göndərmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, müqavilənin etibarsız olması üçün əsaslar olmadığından məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh «borc verən», İddiaçı «borc verən» olmaqla notarial qaydada bağlanmış 01 dekabr 2022-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 8000 manat məbləğində borc pul vermişdir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, Borc alan krediti xx.xx.22023-cü il tarixinədək Borc Verənə qaytarmağı öhdəsinə götürmüşdür. 2 saylı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Bakı şəhərinin notariusu X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, borclu İddiaçı Xalid oğlu 3M-535 reyestrli 01 dekabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən Cavabdeh 10 iyul 2024-cü il tarixədək notariusun depozit hesabı vasitəsi ilə pul qaytarmamışdır. Tərtər rayonunun notariat ofisinin xüsusi notariusu X1 xx.xx.2024-cü il tarixli 8İ-2458 nömrəli icra qeydindən görünür ki, Cavabdeh xeyrinə İddiaçı cəmi 8025 manat məbləğində pul vəsaiti tutulmalıdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə də,məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən, İddiaçı Cavabdeh tərəfindən 8000 manat məbləğində borc pul vermişdir. Hal-hazırda iddiaçı həmin borcu ödədiyi üçün, müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırkı mübahisə üzrə isə 01 dekabr 2022-ci il tarixli Kredit Müqaviləsinin etibarlılığını şübhə altına alan belə bir hallar müəyyən edilməmişdir. Belə ki, həmin müqavilə bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun bağlanmış, müqavilə tərəflərinin arasında iradə vahidliyinin yoxluğu isə müəyyən olunmamışdır. Halhazırda iddiaçı tərəf 01 dekabr 2022-ci il tarixli Kredit Müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar müqavilənin etibarsızlığını tələb etmiş olsa da, həmin hal müqavilənin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, müqavilə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığı halda etibarsız hesab edilə bilər. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar