Məhkəmə qərarları › İş №2(020)-12/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-12/2024

30.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-12/2024 30.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı vəkalətli nümayəndəsi- Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 qarşı su yolunun açılması, su yolundan istifadəyə maneənin qadağan edilməsi və zərər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Quliyev X7 rayonu Aşağı Çəmənli kəndində yaşayan cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Məhərəm oğlu, X1 birgə mülkiyyətində olan və KOD: 60700038 JN-151A saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş torpaq sahəsindən əvvəllər təbii yola onun və ailə üzvlərinin mülkiyyətində olan, KOD: 60700038 JN=150A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş torpaq sahəsinə gələn su arxının açılması, həmin su yolundn istifadəyə cavabdehlər Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 tərəfındən olan maneələrin qadağan edilməsi, yol xərci üçün ödədiyi 100 (bir yüz) və dövlət rüsumu kimi ödədiyi 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, qardaşı, yəni İddiaçı Beyləqan rayonu Aşağı Çəmənli kəndində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 ilə qonşuluqda yaşayır və həyətləri sıra ardıcıllığı ilə qonşudur. Qardaşı Əfqanın həyətinə gələn su arxı qonşuların həyətindən keçərək onun həyətinə daxil olur. 2020-ci ildə qonşular qonşuluq qaydalarına zidd olaraq Əfqanın həyətinə daxil olan su arxının qarşısını bağlayaraq həyətinə su daxil olmasını əngəlləmişdir. Əfqanın həyətinə suyun gəlmədiyinə görə bu müddət ərzində həyətində heç nə əkib becərə bilməmişdir. Qardaşı da məcbur olub həyətinə gələn su yolunun bərpası üçün bələdiyyəyə müraciət etmiş, bələdiyyə isə öz növbəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri, Aşağı Çəmənli bələdiyyəsi və Beyləqan RİHB-nın Aşağı Çəmənli inzibati Ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə avqust 2020-ci il tarixdə mübahisəli torpaq sahələrində ölçmə işlərinə başlamış, lakin digər tərəf ölçmə işlərinin aparılmasına mane olaraq, öz həyətinin ölçülməsinə razılıq verməyərək, su arxının yerinin müəyyən edilməsinə imkan verməmişdirlər. Mütəxəssislər ölçmə işlərinin aparılmasının mümkün olmaması səbəbindən işlərini dayandıraraq akt tərtib edərək getmişlər və 02 sentyabr 2022-ci il tarixli məktubla həyətyanı torpaq sahələri arasında olan su yolunun müəyyən olunması üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Hal-hazırki vaxtadək qardaşının həyətinə əvvəllər olan su arxı ilə su gəlmir, cavabdeh həmin su arxını dolduraraq onun həyətinə su buraxmır. Ouna görə də, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan cavabdehlərin birgə mülkiyyətində olan və KOD: 60700038 JN-151A saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş torpaq sahəsindən əvvəllər təbii yola qardaşının və ailə üzvlərinin mülkiyyətində olan, KOD: 60700038 JN=150A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş torpaq sahəsinə gələn su arxının açılması, həmin su yolundan istifadəyə cavabdehlər Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 tərəfındən olan maneələrin qadağan edilməsi, yol xərci üçün ödədiyi 100 (bir yüz) və dövlət rüsumu kimi ödədiyi 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Cavabdehlərin vəkili Vəkil2 məhkəmə ərizə göndərərək 30 aprel 2024-cü il tarixdə təyin edilmiş məhkəmə iclaslarına Bakı şəhərində başqa məhkəmə iclasları ilə üst-üstə düşdüyündən işin başqa vaxta təyin edilməsini xahiş etmiş, lakin Bakı şəhərində başqa məhkəmə iclaslarında iştirakı ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Hənçinin o, məhkəməyə vəsatətlə müraciət edərək təkrar ekspertiza təyin edilməsini xahiş etmiş, onun həmin vəsatəti təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər və onların vəkili məhkəmə iclasına gəlmədilklərindən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan Torpağın Mülkiyyətə verilməsinə dair JN 141F, kod 60700038 saylı şəhadətnamədən görünür ki, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN 141F, kod 60700038 saylı şəhadətnamə ilə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Torpağın Mülkiyyətə verilməsinə dair KOD:607000** JN ***A saylı şəhadətnamədən görünür ki, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən Cavabdeh3,Cavabdeh2 , Cavabdeh1, X2 birgə mülkiyyətinə 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı vəsatəti əsasında məhkəmənin 15 may 2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 mart 2024-cü il tarixli, 10/941 saylı ekspertiza və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN 141 F, kod 60700038 saylı şəhadətnamə ilə mülkiyyətdə olan 0.09 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən Cavabdeh3.Cavabdeh2, Cavabdeh1, X2 birgə mülkiyyətində olan və KƏD:607000** JN ***A saylı şəhadətnamə ilə mülkiyyətdə olan 0.11 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN141F, kod 60700038 saylı şəhadətnamə ilə mülkiyyətində olan 09 ha həyətyanı torpaq sahəsinə gedən su yolu (65 kv.m) cavabdehlər tərəfindən bağlanmışdır və həyətyanı torpaq sahəsinin suvarılmasına cavabdehlər tərəfindən maneəçilik törədilir. Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN 141F, kod 60700038 saylı şəhadətnamə ilə mülkiyyətində olan09 ha həyətyanı torpaq sahəsinə gedən başqa su yolu mövcud deyildir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN 141F, kod 60700038 saylı şəhadətnamə ilə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş üzrə alınmış ekspertizanın rəyinə əsasən Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN141F, kod 60700038 saylı şəhadətnamə ilə mülkiyyətində olan 09 ha həyətyanı torpaq sahəsinə gedən su yolu (65 kv.m) cavabdehlər tərəfindən bağlanmışdır və həyətyanı torpaq sahəsinin suvarılmasına cavabdehlər tərəfindən maneəçilik törədilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Məhərəm oğlu, X3 tərəfindən KOD: 60700038 JN-151A saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, torpaq sahəsinə gedən ( 65 kv.m) su arxı açılmalı, həmin su yolundan istifadəyə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 tərəfındən olan maneə aradan qaldırılmalıdır. İddiaçı yol xərci üçün cavabdehlərdən 100 manat pul tələb etsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdiirlməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iddiaçınını həyətyanı torpaq sahəsinə gedən su yolunun cavabdehlər tərəfindən tutulduğundan məhkəmə iddianın həmin hissədə təmin edilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İşdə olan qəbzdən görünür ki, İddiaçı mütəxəssis rəyinin dəyirini təşkil edən 95 manat pulu KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin hesabına ödəmişdir. Həmçinin mütəxəssis rəyinin dəyirini təşkil edən 95 manat məbləğində pulun 80 manatı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qayadada alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Məhərəm oğlu, X3 tərəfindən KOD: 60700038 JN-151A saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, torpaq sahəsinə gedən (65 kv.m) su arxı açılsın, həmin su yolundan istifadəyə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 tərəfındən olan maneə aradan qaldırılsın. İş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən 95 manat və dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qayadada alınıb İddiaçı verilsin. İddia 100 (yüz) manat yol xərci tələbinə dair hissədə rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar