Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-29/2025 15.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X26 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı maddi və mənəvi ziyan, öhdəliklərin icra edilməsi, əmlakın təhvil verilməsi tələbinə dair ilkin, iddiaçılar Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan, öhdəliklərin icra edilməsi, əmlakın onlara təhvil verilərək sahibliyə qaytarılması barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onun əmlakına gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən əlavə nəqliyyat və işçilik xərcləri ilə bağlı vurulmuş maddi zərərə görə 360 manat, həmin səbəbdən tikinti işlərinin 12 gün müddətində tam dayanması ilə bağlı vurulmuş mənəəvi zərərə görə 1200 manat, məhkəmə xərclərinə görə 679.45 manat vəsaitin cavabdehlərdən alınaraq ona ödənilməsi, torpaq sahəsinin ondan əvvəlki sahibi X9 tərəfindən hörülən, onun tərəfindən isə dəyəri tam ödənilməklə notarial qaydada alqı-satqı yolu ilə əldə edilən əmlakın qonşu ilə ara hasarının cavabdehlər tərəfindən sökülən 2 sıra hissəsinin cavabdehlərin maddi vəsaiti hesabına bərpa edilməsi, mübahisə predmeti olan və ortaq istifadədə olan yolda (dalanda) mülkiyyətdə olan torpaq sahəsinə giriş-çıxışa mane olacaq şəkildə nəqliyyat vasitələrinin saxlanılmasının və digər yollarla maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi, ortaq istifadədə olan yola (dalana) zibillərin, tullantı materiallarının və digər şəxsi əşyaların yığılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə, eyni zamanda, əlavə cavabdehin cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X20 cavabdeh qismində cəlb olunmaqla Cavabdeh2 paxıl niyətlə haqsız tələbi və diktəsi əsasında onun evinin Azər Bəlizadənin həyətyanı sahəsinə tərəf olan fasadındakı hörülmüş pəncərə yerinin Azər Vəlizadənin maddi vəsaiti hesabına sökülərək bərpa edilməsi, qərəzli və mütəşəkkil şəkildə ona qarşı sataşma xarakterli, dincliyi pozan hərəkətlərə yol verdikləri üçün onunla haqsız və vicdansızcasına mübahisə etmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və X16 ona vurduqları mənəvi zərərə görə 1500 manat məbləğində vəsaitin alınaraq 10 gün ərzində ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə, eyni zamanda, əlavə cavabdehlərin cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 və Cavabdeh3 cavabdeh qismində cəlb olunmaqla, məhkəmə ekspertizası təyin edərək və ya aidiyyatı qurumdan mütəxəssis dəvət edərək Cavabdeh3 və onun torpaq sahəsinin ayrılma sərhədlərinin qanuni koordinatlar üzrə dəqiqləşdirilməsi, Cavabdeh3 ilə onun torpağını ayıran ara hasar və onun həyətinin giriş darvazasının yerinin Cavabdeh3 maddi vəsaiti hesabına qanuni yerində, eyni keyfiyyət, ölçü və səliqə ilə bərpa edilməsi, Cavabdeh3 tərəfindən zəbt olunmuş ona məxsus torpaq sahəsinin bütün yararsız əşya, tullantı və zibillərdən təmizlənərək 10 gün ərzində tam səliqəli formada ona təhvil verilməsi, Cavabdeh3 həyətyanı torpaq sahəsindən ortaq istifadələrində olan 3 m enindəki yola (dalan) açılmış kiçik yardımçı qapının yerinin 10 gün ərzində cavabdehin maddi vəsaiti hesabına dəyişdirilərək onun öz mülkiyyətinə giriş-çıxışına mane olmamaq məqsədilə onun darvazasından minimum 3 m məsafədə olmaqla irəli sürüşdürülməsi, Cavabdeh3 tərəfindən onun torpağının zəbt olunması səbəbindən su və kanalizasiya xətti çəkilişi ilə bağlı məruz qaldığı 1320 manat xərcin cavabdehdən alınaraq 5 gün ərzində, torpaq sahəsini notarial qaydada aldığı xx.xx.2022-ci il tarixdən ona məxsus torpaq sahəsinin təhvil verilməsi tarixinədək keçən müddət ərzində onun əmlakından istifadə edərək faydalandığına görə ödənməli olan hər ay üçün 500 manat və ya hər gün üçün 17 manat haqqın Cavabdeh3 alınaraq 10 gün ərzində, ona məxsus torpaq sahəsinin Cavabdeh3 tərəfindən zəbt olunması səbəbindən dəymiş mənəvi zərərə görə 8000 manat kompensasiya məbləğinin 5 gün ərzində ödənilməsi, məhkəmə ekspertizası təşkil edərək aldığı torpaq sahəsinin real bazar qiymətinin müəyyən edilməsi, etibardan sui-istifadə etmə və aldatma yolu ilə alınmış artıq məbləğin Cavabdeh4 alınaraq 10 gün ərzində geri qaytarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun torpaq sahəsinə gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən əlavə nəqliyyat və işçilik xərcləri ilə bağlı vurulmuş maddi zərərə görə 360 manat vəsaitin, eyni zamanda, həmin səbəbdən tikinti işlərinin 12 gün müddətində tam dayanması ilə bağlı ona vurulmuş mənəvi zərərə görə 1200 manat vəsaitin həmin cavabdehlərdən alınaraq 10 gün ərzində ona ödənilməsi, məhkəmə prosesləri ilə bağlı ödənilmiş rüsumlar və hüquqi xidmət ilə bağlı çəkdiyi xərclərə görə 679.45 manat vəsaitin cavabdehlərdən alınaraq 10 gün ərzində ona ödənilməsi, cavabdehlər tərəfindən ona ödənilməli olan məbləğlərin qeyd olunan müddətlərdə ödənilməsi gecikdirilərsə, gecikdirilən hər gün üçün borc məbləğinin 0.5%-i nisbətində dəbbə pulunun hesablanması, həmin ödənişlər 30 gündən daha uzun müddətə gecikdirilərsə isə məcburi icra tədbiri olaraq tələbin cavabdehlərin pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi, mübahisə predmeti olan və ortaq istifadədə olan yolda (dalanda) mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışa mane olacaq şəkildə nəqliyyat vasitələrinin saxlanılmasının və digər yollarla maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi, ortaq istifadədə olan yola (dalana) zibil, tullantı və digər şəxsi əşyaların yığılması, yolu öz şəxsi mülkiyyəti kimi istifadə edərək əkin işlərinin aparılması və yolun darlaşdırılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 torpaq sahəsinin və onun torpaq sahəsinin ayrılma sərhədlərinin qanuni koordinatlar üzrə dəqiqləşdirilməsi, cavabdehlə onun torpağını ayıran ara hasar və onun həyətinin giriş darvazasının yerinin Cavabdeh3 maddi vəsaiti hesabına qanuni yerində eyni keyfiyyət, ölçü və səliqə ilə bərpa edilməsi, onun tərəfindən zəbt olunmuş ona məxsus torpaq sahəsinin bütün yararsız əşyalardan, tullantılardan, zibillərdən və s. Vəlizadələrə məxsus hər şeydən təmizlənərək tam səliqəli formada ona təhvil verilməsi, cavabdeh Vəlizadə ailəsi tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilərək, onun üçün ayrılmış 3 (üç) metr enindəki yola (dalana) sonradan açılmış kiçik yardımçı qapının və cavabdehlərin açıq eyvanından yola açılmış pəncərənin cavabdehin maddi vəsaiti hesabına tamamilə ləğv edilməsi, Vəlizadə ailəsi tərəfindən onun torpağının zəbt olunması səbəbindən su və kanalizasiya xətti çəkilişi ilə bağlı məruz qaldığı 1320 AZN (min üç yüz iyirmi manat) məbləğində xərcin cavabdehlərdən alınaraq ona ödənilməsi, torpaq sahəsini notarial qaydada aldığı xx.xx.2022-ci il tarixindən ona məxsus torpaq sahəsinin ona təhvil verilməsi tarixinədək keçən müddət ərzində onun əmlakından istifadə edərək faydalandığına görə ona ödənməli olan hər ay üçün 600 AZN (altı yüz manat) və ya hər gün üçün 20 AZN (iyirmi manat) məbləğində haqqın Cavabdeh3 alınaraq ona ödənilməsi, ona məxsus torpaq sahəsinin Cavabdeh3 tərəfindən zəbt olunması səbəbindən ona dəymiş maddi zərərə görə 23400 AZN və mənəvi zərərə görə 25000 AZN məbləğində vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi, məhkəmə, icra və ekspertiza prosesləri ilə bağlı iş yerində olmadığı saatlara görə onun maaş və bonus ödənişlərindən tutulmuş 2400 AZN məbləğində haqqın cavabdeh Vəlizadə ailəsindən alınaraq ona ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun torpaq sahəsinə gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən əlavə nəqliyyat və işçilik xərcləri ilə bağlı ona vurulmuş maddi zərərə görə 360 AZN (üç yüz altmış manat) məbləğində vəsaitin cavabdehlərdən alınaraq ona ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun torpaq sahəsinə gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən tikinti işlərinin 12 gün müddətində tam dayanması ilə bağlı ona vurulmuş mənəvi zərərə görə 1200 AZN (min iki yüz manat) məbləğində vəsaitin cavabdehlərdən alınaraq ona ödənilməsi; Məhkəmə, mütəxəssis rəyi və ekspertiza prosesləri ilə bağlı ödədiyi rüsumlar və hüquq məsləhəti xidməti ilə bağlı çəkdiyi xərclərə görə 1480 AZN (min dörd yüz səksən manat) məbləğində vəsaitin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi, onun həyətyanı sahəsinin hasarı və darvazasının yerinin dəyişməsi ilə bağlı işıq, su, qaz sayğaclarının, boru və kabellərinin yerinin dəyişdirilərək Vəlizadələrin maddi vəsaiti hesabına darvazanın yeni yerindən çölə, yəni yola çıxarılması, bunun üçün lazımı qurumlardan icazələrin alınması üçün itirilən vaxta görə Vəlizadələrdən 3500 AZN (üç min beş yüz manat) vəsaitin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona ödənilməli olan məbləğlərin qeyd olunan müddətlərdə ödənilməsi gecikdirilərsə, gecikdirilən hər gün üçün borc məbləğinin 0.5%-i nisbətində dəbbə pulu hesablanması, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona edilməli olan ödənişlər 30 (otuz) gündən daha uzun müddətə gecikdirilərsə, məcburi icra tədbiri olaraq tələbin cavabdehlərin pul vəsaitlərinə və bütün əmlakına yönəldilməsi, mübahisə predmeti olan və ortaq istifadədə olan yolda (dalanda) mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışa mane olacaq şəkildə nəqliyyat vasitələrinin saxlanılmasının və digər yollarla maneələrin yaradılmasının cavabdeh Vəlizadə ailəsinin bütün üzvlərinə və onların evinə gəlmiş istənilən şəxsə həmişəlik qadağan edilməsi, ortaq istifadədə olan yola (dalana) zibillərin, tullantı materialların və digər şəxsi əşyaların yığılmasının, yolu öz şəxsi mülkiyyəti kimi istifadə edərək əkin işlərinin aparılmasının, kol və ağac əkərək yolun darlaşdırılmasının cavabdeh Vəlizadə ailəsinin bütün üzvlərinə və onlara gəlmiş istənilən şəxsə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ilkin iddia üzrə İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 torpaq sahəsinin və özünün torpaq sahəsinin ayrılma sərhədlərinin qanuni koordinatlar üzrə dəqiqləşdirilməsi, cavabdehlə onun torpağını ayıran mövcud ara hasar və onun həyətinin giriş darvazasının cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 maddi vəsaiti hesabına sökülməsi və qanuni yerində eyni keyfiyyət, ölçü və səliqə ilə bərpa edilməsi, Vəlizadələr tərəfindən zəbt olunmuş ona məxsus torpaq sahəsində tikib-quraşdırdıqları yardımçı dam, heyvan damı sökülməsi, ona məxsus Vəlizadələr tərəfindən zəbt edilmiş torpaq sahəsinin bütün yararsız əşyalardan, tullantılardan, zibillərdən təmizlənərək tam səliqəli formada ona təhvil verilməsi, cavabdeh Vəlizadə ailəsi tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilərək onun üçün ayrılmış yola (dalana) sonradan açdıqları kiçik yardımçı qapının Cavabdeh3 maddi vəsaiti hesabına sökülməsi, yerinin hörülməsi, suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması, yenidən əlavə qapı açılmasının həmişəlik qadağan edilməsi, cavabdeh Vəlizadə ailəsi tərəfindən onların açıq eyvanından onun üçün ayrılmış yola (dalana) açılmış pəncərənin Cavabdeh3 maddi vəsaiti hesabına sökülməsi, hörülməsi, suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması, onun evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) Vəlizadələr tərəfindən əkilmiş ağacların və kolların cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 maddi vəsaiti hesabına çıxarılaraq onların öz həyətyanı torpaq sahəsinə və ya başqa yerə köçürülməsi, həmin yolda (dalanda) istənilən əkmə, becərmə, bitkilərə qulluq işlərinin Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan edilməsi, onun evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) və yolun giriş hissəsinin önündə avtomobil və digər bütün nəqliyyat vasitələrinin, texnikanın dayanması və saxlanılmasının Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan edilməsi, Vəlizadə ailəsi tərəfindən onun torpağının zəbt olunması səbəbindən su və kanalizasiya xətti çəkilişi ilə bağlı məruz qaldığı 1320 manat məbləğində xərcin cavabdehlərdən alınaraq ona ödənilməsi, torpaq sahəsini notarial qaydada aldığı xx.xx.2022 tarixindən ona məxsus torpaq sahəsinin ona təhvil verilməsi tarixinədək keçən müddət ərzində onun əmlakından istifadə edərək faydalandığına görə ona ödənilməli olan hər ay üçün 600 manat və ya hər gün üçün 20 manat məbləğində haqqın cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 alınaraq ona ödənilməsi, ona məxsus torpaq sahəsinin Vəlizadələr tərəfindən zəbt olunması səbəbindən evinin çıxarış sənədini ala bilməyərək evinin girov qoyulması qarşılığında əldə etməli olduğu 120000 manat məbləğində vəsait əsasında 2023-cü ilin iyul ayında Fond Birjasının satışa çıxardığı 18 aylıq tədavül müddətli, illik 13% gəlirli istiqrazların alınması ilə bağlı biznes planının baş tutmamasına görə məruz qaldığı 23400 manat məbləğində zərər (əldən çıxmış fayda) üzrə 23400 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 alınaraq ona ödənilməs, məhkəmə proseslərinin başladığı 2022-ci ilin noyabr ayından indiyədək məhkəmə və icra prosesləri ilə əlaqədar işdən icazə almalara görə onun əmək haqqı, əmək haqqına əlavə və mükafat ödənişlərindən tutulmuş ümumilikdə 6453,54 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 alınaraq ona ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun torpaq sahəsinə gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən material daşınması prosesində əlavə nəqliyyat və işçilik xərcləri ilə bağlı ona vurulmuş maddi zərərə görə 360 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun torpaq sahəsinə gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən tikinti işlərinin 12 gün müddətində tam dayanması ilə bağlı vaxt itkisi üzrə ona vurulmuş zərərə görə 1200 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi, məhkəmə, mütəxəssis rəyi və ekspertiza prosesləri ilə bağlı ödədiyi rüsumlar ilə bağlı çəkdiyi xərclərə görə 1376,40 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi, onun həyətyanı sahəsinin hasarı və darvazasının yerinin dəyişməsi ilə bağlı işıq, su, qaz sayğaclarının, boru və kabellərinin yerinin dəyişdirilərək Vəlizadələrin maddi vəsaiti hesabına darvazanın yeni yerindən çölə, yəni yola çıxarılması, bunun üçün lazımı qurumlardan icazələrin alınması üçün itirilən vaxta görə 4500 manat məbləğində vəsaitin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona ödənilməli olan məbləğlərin qeyd olunan müddətlərdə ödənilməsi gecikdirilərsə, gecikdirilən hər gün üçün borc məbləğinin 0.5%-i nisbətində dəbbə pulu hesablanması, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona edilməli olan ödənişlər 30 gündən daha uzun müddətə gecikdirilərsə, məcburi icra tədbiri olaraq tələbin cavabdehlərin pul vəsaitlərinə və bütün əmlakına yönəldilməsi, mübahisə predmeti olan onun evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) və yolun giriş hissəsinin önündə müxtəlif işlərin aparılması, yola zibillər atılması, yola şəxsi əşyalar yığılması, yola boş su, kanalizasiya, qaz borularının çəkilməsi, abadlaşdırma adı ilə yola (dalana) dövlətin abadlaşdırma proqramından kənar müdaxilələr edilməsi və s. qonşuluq prinsiplərinə zidd olan, onun və valideynlərinin hüquqlarını pozan, onlara maneəçilik yaradan bütün işlərin Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan olunması, onun evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) Vəlizadələr tərəfindən yığılmış bütün şəxsi əşyaların, dibçəklərin, boruların və s. digər bütün əşyaların cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 maddi vəsaiti hesabına yığışdırılması və onun üçün ayrılmış yolun tam təmizlənərək və səliqəyə salınaraq ona təhvil verilməsi, bugünədək ona və onun yaşlı valideynlərinə qarşı nümayiş etdirdikləri bütün vicdansız davranışlara, dincliklərini pozduqlarına, dəfələrlə şər ataraq vaxtlarını aldıqlarına, yaşlı valideynlərinə yaşatdıqları stresslərə, əsassız iddialarla onun evinin tikintisinə, torpağının qaytarılmasına, evinin çıxarışının alınmasına maneəçilik törətdiklərinə, anasına qarşı sərgilədikləri qeyri-insani hərəkətlərə görə onlara vurduqları mənəvi zərər üzrə 20000 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı xx.xx.2025-ci il tarixində məhkəmə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh3 torpaq sahəsinin və onun torpaq sahəsinin ayrılma sərhədlərinin qanuni koordinatlar üzrə dəqiqləşdirilməsi, qarşı tərəflə onun torpağını ayıran mövcud ara hasar və onun həyətinin giriş darvazasının cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 maddi vəsaiti hesabına sökülməsi və qanuni yerində eyni keyfiyyət, ölçü və səliqə ilə bərpa edilməsi, Vəlizadələr tərəfindən zəbt olunmuş ona məxsus torpaq sahəsində tikib quraşdırdıqları yardımçı dam, heyvan damının sökülməsi, ona məxsus onlar tərəfindən zəbt edilmiş torpaq sahəsinin bütün yararsız əşyalardan, tullantılardan, zibillərdən təmizlənərək tam səliqəli formada ona təhvil verilməsi; cavabdeh Vəlizadə ailəsi tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilərək onun üçün ayrılmış yola (dalana) sonradan açdıqları kiçik yardımçı qapının Cavabdeh3 maddi vəsaiti hesabına sökülməsi, yerinin hörülməsi, suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması, yenidən əlavə qapı açılmasının həmişəlik qadağan edilməsi; cavabdeh Vəlizadə ailəsi tərəfindən onların açıq eyvanından onun üçün ayrılmış yola (dalana) açılmış pəncərənin Cavabdeh3 maddi vəsaiti hesabına sökülməsi, hörülməsi, suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması; onun evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) Vəlizadələr tərəfindən əkilmiş ağacların və kolların cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 maddi vəsaiti hesabına çıxarılaraq onların öz həyətyanı torpaq sahəsinə və ya başqa yerə köçürülməsi, həmin yolda (dalanda) istənilən əkmə, becərmə, bitkilərə qulluq işlərinin Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan edilməsi; onun evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) və yolun giriş hissəsinin önündə avtomobil və digər bütün nəqliyyat vasitələrinin, texnikanın dayanması və saxlanılmasının Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan edilməsi; Vəlizadə ailəsi tərəfindən onun torpağının zəbt olunması səbəbindən su və kanalizasiya xətti çəkilişi ilə bağlı məruz qaldığı 1320 manat məbləğində xərcin cavabdehlərdən alınaraq ona ödənilməsi, torpaq sahəsini notarial qaydada aldığı xx.xx.2022-ci il tarixindən ona məxsus torpaq sahəsinin ona təhvil verilməsi tarixinədək keçən müddət ərzində onun əmlakından istifadə edərək faydalandığına görə ona ödənilməli olan hər ay üçün 600 manat və ya hər gün üçün 20 manat, yəni indiyədək keçmiş 35 aylıq müddət üzrə ümumilikdə 21000 manat məbləğində haqqın cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 alınaraq ona ödənilməsi, ona məxsus torpaq sahəsinin Vəlizadələr tərəfindən zəbt olunması səbəbindən evinin çıxarış sənədini ala bilməyərək evinin girov qoyulması qarşılığında əldə etməli olduğu 120000 manat məbləğində vəsait əsasında 2023-cü ilin iyul ayında Fond Birjasının satışa çıxardığı 18 aylıq tədavül müddətli, illik 13 % gəlirli istiqrazların alınması ilə bağlı biznes planının baş tutmamasına görə məruz qaldığı 23400 manat məbləğində zərər (əldən çıxmış fayda) üzrə 23400 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 alınaraq ona ödənilməsi, məhkəmə proseslərinin başladığı 2022-ci ilin noyabr ayından indiyədək məhkəmə və icra prosesləri ilə əlaqədar işdən icazə almalara görə onun əmək haqqı, əmək haqqına əlavə və mükafat ödənişlərindən tutulmuş ümumilikdə 7340,71 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 alınaraq ona ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun torpaq sahəsinə gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən material daşınması prosesində əlavə nəqliyyat və işçilik xərcləri ilə bağlı oə vurulmuş maddi zərərə görə 360 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun torpaq sahəsinə gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən tikinti işlərinin 12 gün müddətində tam dayanması ilə bağlı vaxt itkisi üzrə ona vurulmuş zərərə görə 1200 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi, məhkəmə, mütəxəssis rəyi, icra və ekspertiza prosesləri ilə bağlı ödədiyi rüsumlar ilə bağlı çəkdiyi xərclərə görə 1394,50 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi, onun həyətyanı sahəsinin hasarı və darvazasının yerinin dəyişməsi ilə bağlı işıq, su, qaz sayğaclarının, boru və kabellərinin yerinin dəyişdirilərək Vəlizadələrin maddi vəsaiti hesabına darvazanın yeni yerindən çölə, yəni yola çıxarılması, bunun üçün lazımı qurumlardan icazələrin alınması və işlərin icrası üçün itiriləcək vaxta görə təxmini hesablanmış 4500 manat məbləğində vəsaitin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona ödənilməli olan məbləğlərin qeyd olunan müddətlərdə ödənilməsi gecikdirilərsə, gecikdirilən hər gün üçün borc məbləğinin 0.5 %-i nisbətində dəbbə pulu hesablanması, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən oə edilməli olan ödənişlər 30 gündən daha uzun müddətə gecikdirilərsə, məcburi icra tədbiri olaraq tələbin cavabdehlərin pul vəsaitlərinə və bütün əmlakına yönəldilməsi, mübahisə predmeti olan onun evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) və yolun giriş hissəsinin önündə müxtəlif işlərin aparılması, yola zibillər atılması, yola şəxsi əşyalar yığılması, yola boş su, kanalizasiya, qaz borularının çəkilməsi, abadlaşdırma adı ilə yola (dalana) dövlətin abadlaşdırma proqramından kənar müdaxilələr edilməsi və s. qonşuluq prinsiplərinə zidd olan, onun və valideynlərinin hüquqlarını pozan, onlara maneəçilik yaradan bütün işlərin Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan olunması, onun evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda), həmin yoldakı hasarların dibində və üstündə Vəlizadələr tərəfindən yığılmış bütün şəxsi əşyaların, dibçəklərin, boruların və s. digər bütün əşyaların cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 maddi vəsaiti hesabına yığışdırılması və onun üçün ayrılmış yolun tam təmizlənərək və səliqəyə salınaraq ona təhvil verilməsi, bugünədək ona və onun yaşlı valideynlərinə qarşı nümayiş etdirdikləri bütün vicdansız davranışlara, dincliklərini pozduqlarına, dəfələrlə şər ataraq vaxtlarını aldıqlarına, yaşlı valideynlərinə yaşatdıqları stresslərə, əsassız iddialarla onun evinin tikintisinə, torpağının qaytarılmasına, evinin çıxarışının alınmasına maneəçilik törətdiklərinə, anasına qarşı sərgilədikləri qeyri-insani hərəkətlərə görə onlara vurduqları oəvi zərər üzrə 20000 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçının dəqiqləşdirilmiş tələbləri onunla əsaslandırılmışdır ki, 2022-ci ilin avqust və sentyabr aylarında Abşeron rayonu, Masazır kəndi, Nəsrəddin Tusi küçəsində yerləşən ona və valideynlərinə məxsus fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı notarial hərəkətləri icra edərkən Xırdalan şəhərində yerləşən 1 nömrəli notariat kontorunun əməkdaşı Cavabdeh4 öncə onun valideynlərini, sonra isə onu tanımış, orada rəhbərliyi tərəfindən ona tapşırılmış işləri icra edərkən onun ailə üzvləri ilə ünsiyyət yaratmış, evi satdıqları məbləğ, torpaq sahəsi axtarışında olduğu və maksimum hansı qiymətə torpaq sahəsi axtardıqları barədə məlumatlar toplamış, daha sonra onlara həmin vaxt məlum olmayan öz şəxsi maraqları naminə onun və ailəsinin etibarından süi-istifadə edərək Novxanı kəndində onun valideynlərinin qonşuluğunda torpaq sahəsinin satıldığını, həmin yerin çox yaxşı olduğunu, sənədlə 0.04 ha olsa da faktiki 0.05 ha olduğunu və həmin əlavə hissənin də qanunla 0.04 ha hissəyə sahib olan şəxsin torpaq sahəsinin faktiki sərhədləri (hasarları) içərisində olduğu üçün dövlət tərəfindən yalnız 0.04 ha hissəyə sahib olan mülkiyyətçiyə təklif olunmasının və onun tərəfindən sənədləşdirilməsinin mümkün olduğunu izah edərək, yəni çox sərfəli təklif olduğuna onları inandıraraq həmin torpaq sahəsinin onlara 32000 AZN (otuz iki min manat) və əlavə 1000 AZN (min manat) olmaqla, ümumilikdə 33000 AZN (otuz üç min manat) müqabilində satılmasını təşkil etmişdir. Yalnız çox sonradan ona məlum olmuşdur ki, əslində həmin torpaq sahəsi 2018ci ildə Cavabdeh4 və onun anası Cavabdeh2 tərəfindən onun torpağı aldığı şəxs X8 20000 AZN (iyirmi min manat) müqabilində satılmışdır. O, məsələnin bu cür olduğunu öyrənən kimi Cavabdeh4 zəng edərək niyə həmin torpağın əslində onun tərəfindən satıldığını və 20000 AZN (iyirmi min manat) müqabilində satıldığını ondan gizlətdiyini soruşaraq açıqlama istədiyində Cavabdeh4 ona “sən savadlı adamsan, özün araşdırardın, o təklif etmişəm, istəmirdin, almayardın, torpağı odən almamısan, Sevincdən almısan, get, artıq ödədiyin pulu ondan istə” deyərək maddi maraq əldə etdiyini inkar etmişdir. Daha sonra eyni sualı Cavabdeh2 yönləndirdiyində o da eyni şəkildə reaksiya vermiş, “o torpağı ucuz satmışam, sən baha almısansa, bu sənin öz işindir, sən pulu Sevincə vermisən, Samir yazığa heç ordan pul çatmayıb, get məsələni Sevinclə öz aranda həll elə” deyərək əlbir şəkildə onu aldatma yolu ilə maddi maraq əldə etdiklərini inkar etmişdir. Cavabdeh4 və Cavabdeh2 əlbir olaraq onun etibarından süi-istifadə etmə yolu ilə onu aldatması və torpaq sahəsinin faktiki dəyərindən xeyli yüksək qiymətə ona satılmasını təşkil etməsi Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq tərkibi ehtiva edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Abşeron rayonu Novxanı kəndində Ş.Qurbanov küçəsindəki dalanda xx.xx.2022 tarixində X6 notarial qaydada aldığı, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ona məxsus olan torpaq sahəsində cari ilin xx.xx.2022 –ci il tarixindən etibarən aidiyyatı qurumların razılığı əsasında tam qanuni şəkildə işlər apararkən qonşuluqda yaşayan Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 küçəyə çıxaraq səs-küy salmış, “bu yol ona məxsusdur, əlimdə sənədim var, bu yoldan keçərkən, istifadə edərkən məndən icazə almaq lazımdır, mən istəsəm, burada yola körpü atıb ikinci mərtəbə qaldıra bilərəm” kimi iddialar səsləndirərək dincliyi pozmuş, işin gedişatı prosesinə mane olmuş, polisləri çağıraraq “onun icazəsi varmı, yoxlayın, yoxdursa, iş görməyə qoymayın” deyərək səs-küy yaratmağa davam etmişdir. Gələn polis əməkdaşları işin tam qanuni olduğunu aşkar etməklə həmin şəxslərə işlərin qanuni olduğunu izah edərək getmişdir. O cümlədən, Cavabdeh2 və Cavabdeh1 yolun onların mülkiyyətində olduğunu “sübut edən sənəd” deyərək adlandırdıqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən Cavabdeh2 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda onlara məxsus olduğunu iddia etdikləri yolun əslində “özgəninkiləşdirilməmiş ümumi istifadədə olan yol” olduğu qeyd olunmuşdur. Bu isə həmin yolun onlara aid olmasını təsdiq etməməklə yolun onların mülkiyyətində olması iddialarının əsassız olmasını sübut edir. Həmin məktubun surətini daha öncə xx.xx.2022-ci il tarixində cavabdehlərin oğlu Cavabdeh4 WhatsApp mobil tətbiqi vasitəsilə ona göndərmiş, valideynlərinin hərəkətinə görə ondan səbirli davranmağı xahiş etmişdir. Əsassız tələblərinin boş qaldığını görən həmin şəxslər onun aldığı torpaq sahəsinin illər öncə onlara məxsus olduğunu, maddi ehtiyac səbəbindən öz həyətyanı sahələrini bölgü əsasında ondan əvvəl torpağın sahibi olan şəxsə satmağa, üstəlik də həmin torpaq sahəsini sata bilmək üçün öz torpaq sahələrindən müəyyən hissəni ümumi istifadədə olan yola ayırmağa məcbur olduqlarını deyərək şikayətlənə-şikayətlənə və öz aralarında mübahisə edə-edə öz həyət darvazalarından içəri girmişlər. Əllərinə heç nə keçmədiyini görən Cavabdeh1 sanki heç nə olmamış kimi sonradan təkrar yola çıxaraq iş prosesinə baxmağa gəlmiş, özünü kömək etməyə çalışırmış kimi göstərmiş, özü isə harayasa gedərək özünə su çəkmək üçün borular alıb gətirmiş və yer qazılmışkən o da özünə əlavə su xətti çəkmək istədiyini bildirmişdir. O isə qazıntının özünün aldığı icazələr əsasında və özünün maddi vəsaiti hesabına icra edildiyini bildirərək onun icazə almadan su çəkməsinin qanunsuz olduğunu vurğulamağına baxmayaraq, o, daha sonra icazə alacağını deyərək özü üçün hazırlıq işləri görməyə davam etmişdir və özünün su çəkdiyi yerin yanından özünə yeni su xətti çəkmişdir. O da bu barədə su idarəsinin mühəndisinə zəng edərək şifahi məlumat verdikdə həmin mühəndis icazəsiz əlavə su xətti çəkməyə görə məsuliyyətin onların üzərində olduğunu, yoxlama edilərsə, aşkar olunduğunda onlara cərimə yazılacağını bildirmişdir. Əlavə olaraq, 2022-ci ilin oktyabr ayında Cavabdeh4 onunlə söhbət edərək bildirmişdir ki, anasının davranışlarına görə təəssüflənir, anasını öz hərəkətlərindən çəkindirməyə çalışsa da buna nail ola bilmir, atasının da məcbur qalaraq anasını dəstəkləməsi səbəbindən atasına yazığı gəlir. Həmçinin, o daha öncə Cavabdeh2 qanunsuz hərəkətlərinə görə məhkəməyə müraciət etmək istəyərkən Cavabdeh4 ondan sonuncu dəfə səbirli davranmağı, bir daha valideynlərinin qanunsuz hərəkətləri təkrarlanarsa, yalnız ondan sonra məhkəməyə müraciət etməyini xahiş etmişdir. Cavabdeh4 bu xahişi də WhatsApp mobil tətbiqi vasitəsilə ona yazdığı mesajda öz əksini tapır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, 2022-ci ilin noyabr ayında onun evinin yeganə giriş-çıxış yeri olan yolun cavabdehlər tərəfindən bağlanması, ona qarşı qərəzli hərəkətlər sərgiləməsi ilə bağlı yaranmış və davam edən mübahisələrin həllinə istiqamətlənmiş proseslər zamanı əraziyə dəvət olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşının yerində ölçmə etməsindən və cavabdeh tərəfindən onun evinin yeganə giriş-çıxış yeri olan yola dair bölgü sazişi təqdim edildikdən sonra ona məlum olmuşdur ki, hazırda ona məxsus torpaq sahəsinin 11.2 metr * 4.4 metr = 49.28 kvadrat metr hissəsi Vəlizadə ailəsi tərəfindən zəbt edilmişdir. Cavabdeh3 ilə onun torpaq sahələrinin qanuni koordinatlar üzrə ayrılma sərhəddi, yəni onun mülkiyyət hüquqları Vəlizadə ailəsinin üzvləri tərəfindən kobud şəkildə pozulmuşdur. Bu hal onun digər əlaqədar məsələlərdə ciddi maddi ziyana məruz qalmağına səbəb olmuşdur. Belə ki, o öz torpaq sahəsinə su və kanalizasiya xətti çəkilişi üçün müvafiq quruma müraciət etdikdən sonra yerində baxış zamanı onun torpaq sahəsindən oradakı ən yaxın su təchizatı və kanalizasiya sistemlərinin paylayıcı şəbəkə və qurğusuna qədər məsafə 34 metr olduğu üçün “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 2.2-ci bəndinə əsasən texniki şərtin verilməsinə uyğun olmadığı bildirilmişdir. Bu səbəbdən də o su və kanalizasiya xəttinin çəkilişini tamamilə öz maddi vəsaiti hesabına həyata keçirmək məcburiyyətində qalaraq 1320 AZN (min üç yüz iyirmi manat) məbləğində material və işçilik xərclərinə məruz qalmışdır. Halbuki, əgər ona məxsus torpaq sahəsi ilə Cavabdeh3 məxsus torpaq sahəsinin sərhəddi qanuni koordinatlar üzrə ayrılmış olsaydı, onun torpaq sahəsindən oradakı ən yaxın su təchizatı və kanalizasiya sistemlərinin paylayıcı şəbəkə və qurğusuna qədər məsafə 29 metr olacaqdı, bu halda isə texniki şərtin verilməsinə uyğun olacaqdı və o 1320 AZN (min üç yüz iyirmi manat) məbləğində xərcə məruz qalmayacaqdı. Ona məxsus torpaq sahəsinin Vəlizadə ailəsinin üzvləri tərəfindən zəbt edilməsi, cavabdehlərlə onun torpaq sahəsinin qanuni ayrılma koordinatlarının onlar tərəfindən pozulması sonradan da bir çox işlərlə bağlı onun əlavə maddi ziyana məruz qalmağına səbəb olmuşdur. Belə ki, təbii qaz, internet və s. xətlərinin çəkilişi zamanı məsafənin daha da uzun olması material və işçilik xərcləri ilə bağlı onun əlavə xərcə düşməyi ilə nəticələnmişdir. Odur ki, Cavabdeh3 torpaq sahəsinin və onun torpaq sahəsinin ayrılma sərhədləri qanuni koordinatlar üzrə dəqiqləşdirilməli, onunla özünün torpağını ayıran mövcud ara hasar və özünün həyətinin giriş darvazası sökülməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 maddi vəsaiti hesabına qanuni yerində eyni keyfiyyət, ölçü və səliqə ilə bərpa edilməli, onun tərəfindən zəbt olunmuş ona məxsus torpaq sahəsində tikib-quraşdırdıqları yardımçı dam, heyvan damı sökülməli, ona məxsus onlar tərəfindən zəbt edilmiş torpaq sahəsi bütün yararsız əşyalardan, tullantılardan, zibillərdən təmizlənərək tam səliqəli formada ona təhvil verilməlidir. Həmçinin, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 onun torpağının onlar tərəfindən zəbt olunması səbəbindən məruz qaldığı 1320 AZN (min üç yüz iyirmi manat) məbləğində xərci ödəməli, ona məxsus torpaq sahəsinin ona təhvil verilməsinə qədər keçən müddət ərzində onun əmlakından istifadə edərək faydalandıqlarına görə ona hər ay üçün 600 AZN (altı yüz manat) haqq ödəməli, ona vurduqları mənəvi zərərə görə isə 20000 AZN (iyirmi min manat) məbləğində kompensasiya ödəməlidirlər. Bu kompensasiya məbləği onun torpağının cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 tərəfindən zəbt olunması səbəbindən öz mülkiyyətindən səmərəli istifadə, tikinti, bağ yeri və əkin yeri üçün optimal planlaşdırma edə bilməməyi ilə bağlı əldən çıxan və bərpası mümkün olmayan faydanın əvəzini, həmçinin, yaxın gələcəkdə torpaq sahəsində müvafiq avtomatlaşdırılmış suvarma sistemi qurularkən onun məruz qalacağı daha çox material və işçilik xərcini ödəmək üçün nəzərdə tutulur. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 icrasına borclu olduqları hərəkətləri vaxtında yerinə yetirmədikdə tələb onların pul vəsaitlərinə və başqa əmlaklarına yönəldilməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi qarşılıqlı iddia ərizələrində yazdıqları bütün iddialar tamamilə əsassız, yalan və şər-böhtan xarakterlidir. Cavabdeh3 və Cavabdeh2 iddialarının əsassız olduğunun bariz sübutları və arqumentləri aşağıdakılardır: 1. Cavabdeh3 və Cavabdeh2 öz qarşılıqlı iddia ərizəsində onun torpaq sahəsinə və evinə girişinin onun tərəfindən məhdudlaşdırıldığını qeyd etmişdir. Bu iddia tamamilə əsassız və şər-böhtan xarakterlidir. Əsl özbaşınalıq edən, ikrah hissi yaradan hərəkətlərlə onun və valideynlərinin hüquqlarını pozan Vəlizadə ailəsinin üzvləri artıq sonuncu yola, yəni şərböhtan atmaq yoluna üz tutublar. Belə ki, Cavabdeh3 qarşılıqlı iddia ərizəsinə “sübut” qismində əlavə etdiyi fotoların heç birində onun və ya avtomobilinin onların yolunu kəsdiyi öz əksini tapmayıb. Bugünədək heç 1 saat belə onun və ya valideynləri tərəfindən onların öz torpaq sahəsinə və evinə girişi məhdudlaşdırılmamış, əksinə, onlar tərəfindən 12 (on iki) gün müddətində onun öz torpaq sahəsinə girişi məhdudlaşdırılmışdır. Cavabdeh3 öz ərizəsinə əlavə etdiyi fotolar onun tikinti işləri ilə bağlı material (daş, qum, şeben, sement, armatur və s.) daşınması və yer pompası ilə beton tökülməsi anında çəkilmiş şəkillərdir, hansı ki, həmin işlər də həmişə 1 saatdan daha az müddətə tamamlanmışdır. Bu isə tikinti işlərinin getdiyi ərazi üçün normal haldır. Cavabdeh3 həmin fotolara manipulyasiya edilmiş, saxta şərhlər verərək məhkəməni yanıltmağa, özünü haqlı qələmə verməyə, Vəlizadə ailəsinin özbaşınalıqlarına bəraət qazandırmağa cəhd etmişdir. 2. Cavabdeh3 və Cavabdeh2 öz qarşılıqlı iddia ərizəsində ortaq istifadələrində olan yolun onun tərəfindən yararsız hala salındığını qeyd etmişdir. Cavabdeh3 bu iddiası tamamilə əsassız və yalandır. Belə ki, hələ tikinti işləri başlamazdan əvvəl, xx.xx.2022 tarixində o həmin yolun videosunu çəkərək Cavabdeh3 qardaşı Cavabdeh4 WhatsApp mobil tətbiqi vasitəsilə göndərmiş və yolun onun valideynləri tərəfindən səliqəsiz, natəmiz saxlanılmasına narazılığını bildirmişdir. Həmin video görüntüdə də yolun əvvəllər Vəlizadə ailəsinin üzvləri tərəfindən yararsız hala salındığı, yolun səliqəsiz və natəmiz saxlanıldığı öz əksini tapır. Əksinə, hazırda yola baxış keçirilərkən əvvəlki ilə müqayisədə yolun onun tərəfindən xeyli dərəcədə abadlaşdırıldığı, səliqə yaradıldığı bariz şəkildə görünür. 3. Cavabdeh3 və Cavabdeh2 öz qarşılıqlı iddia ərizəsində ümumi yola onun tərəfindən darvaza qoyularaq yolun bağlandığını qeyd etmişdir. Bu iddia tamamilə yalan və şər-böhtan xarakterlidir. Belə ki, ortaq istifadədə olan yol o torpaq sahəsini aldığı ilk günlərdən belə Vəlizadə ailəsinin üzvləri tərəfindən dəmir setka ilə səliqəsiz şəkildə bağlanmışdı, hətta o torpaq sahəsinə ilk baxış keçirən zaman da həmin yol bağlı olduğu üçün qonşu həyətdən girərək Vəlizadə ailəsinin həyətindən keçməklə həmin torpaq sahəsinə baxa bilmişdi. O həmin setkanın götürülməsini istədikdə isə Cavabdeh4 ona bildirmişdi ki, setkanı kənar şəxslərin və maşınların oraya girişini əngəlləmək üçün qoyublar. O isə setkanın ağır olduğunu, hər dəfə onu açıb-bağlamağın ona və valideynlərinə çətinlik yaratdığını bildirdiyində Cavabdeh4 əslində həmin setkanın onun üçün də faydalı olduğunu, yaxında oraya tikinti materialları gətirdikdən sonra oğurluq ehtimalını azaltmaq üçün gərəkli olduğunu izah etmiş, o isə onunla razılaşaraq bu halda setkanı səliqəli dəmir çərçivəyə saldıraraq açılıbbağlanmasının daha rahat formaya gətirilməsinin uyğun olacağını bildirmişdi. Məhz ondan sonra onun maddi vəsaitim hesabına həmin səliqəsiz setka qaynaqçı tərəfindən dəmir çərçivələrə alınmış müvəqqəti qapı formasına salınmışdır və Cavabdeh1 də iştirakı ilə onun atası tərəfindən yerinə montaj edilmişdir. Ondan sonra da həmin qapı həm Vəlizadə ailəsi tərəfindən, həm də onun tərəfindən ortaq istifadə edilmiş, hər ikisi sərbəst şəkildə lazım gəldikdə qapını açmışıq, lazım gəldikdə isə qapını bağlamışlar. Odur ki, Cavabdeh3 bu dəfə də reallığı saxta və yalan şəkildə şərh etməklə məhkəməni aldatmağa, özünün və ailə üzvlərinin ikrah hissi yaradan hərəkətlərini ört-basdır etməyə cəhd etmişdir. Əgər həmin dəmir setka qapı onun tərəfindən bağlanmış və onun girişi məhdudlaşdırılmış olsaydı, onlar gecə-gündüz orada öz avtomobillərini saxlaya bilməzdilər. 4. Cavabdeh3 və Cavabdeh2 öz qarşılıqlı iddia ərizəsində onun tərəfindən onun valideynlərinin şərəfləyaqətinə toxunulduğunu, əsəbiləşdirildiyini qeyd etmişdir. Cavabdeh3 bu iddiası da tamamilə əsassız və şər-böhtan xarakterlidir. Belə ki, Cavabdeh3 bu iddiasına dair heç bir sübut təqdim etməmiş, şər atmaq yolu ilə öz ailə üzvlərinin qanunsuz, özbaşına hərəkətlərinə haqq qazandırmağa növbəti dəfə cəhd etmişdir. 5. Cavabdeh3 və Cavabdeh2 öz qarşılıqlı iddia ərizəsində onun tərəfindən ona məxsus torpaq sahəsinin ümumi yol kimi istifadə edildiyini qeyd etmişdir. Bu iddia da tamamilə yalandır və reallığı əks etdirmir. Belə ki, hətta Cavabdeh3 özünün qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, qeyd edilən 3 (üç) metr enindəki yol 2018-ci ildən etibarən ümumi istifadədə olan yoldur, həmin yol onun torpaq sahəsi deyil. Əksinə, hazırda Cavabdeh3 oə məxsus torpaq sahəsinin 11.2 metr * 4.4 metr = 49.28 kvadrat metr hissəsini zəbt etmişdir.
6. Cavabdeh3 və Cavabdeh2 öz qarşılıqlı iddia ərizəsində onun tərəfindən onun evinin divarının zədələndiyini qeyd etmişdir. Cavabdeh3 bu iddiası da tamamilə əsassızdır və reallığı əks etdirmir. Belə ki, Cavabdeh3 iddiasına dair müvafiq sübutlar təqdim etməmiş, o tikinti işlərinə başlamazdan əvvəlki tarixə zədələndiyini iddia edən divarın müqayisəli video və foto görüntülərini əlavə etməmiş, hər hansı məhkəmə tikinti ekspertizasının rəyini almamış, sadəcə yalan və şər-böhtan xarakterli iddia irəli sürməklə bu dəfə də əsassız maddi qazanca sahib olmağa cəhd etmişdir. Vəlizadə ailəsi özü 2018-ci ildə torpaq sahəsini odən əvvəlki mülkiyyətçi X2 müvafiq qanunların tələbinə uyğun olaraq yol açmaq məqsədilə həmin yerə ağır texnika cəlb etmiş, orada tikili evinin bir hissəsini dağıtmış və dağıntı qalıqlarını yola yaymışdır. Hazırda da Vəlizadə ailəsi ortaq istifadələrində olan yola ağır çəkili nəqliyyat vasitələri salaraq müxtəlif tikinti materialları gətirir və tikinti işləri aparır. Odur ki, əgər onun evində hər hansı zədə varsa, həmin zədə Vəlizadə ailəsinin özünün apardığı dağıntı işləri, tikinti materiallarının daşınması zamanı yaranmış ola bilər. Cavabdeh3 öz iddiasını, yəni əgər evində hər hansı zədə varsa, həmin zədənin məhz onun tikinti işləri ilə əlaqədar yarandığını əsaslı dəlillərlə sübuta yetirməli, tarixi ardıcıllıqla video və foto görüntülər təqdim etməli, öz iddia etdiyi zərər məbləğini əsaslandırmalıdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-29/2025 nömrəli mülki iş üzrə xx.xx.2023 tarixli tarixli saat 10:00-a təyin edilmiş və keçirilmiş məhkəmə iclasında bəyan etdiyi kimi, xx.xx.2023 tarixində səhər saat 11:18də Cavabdeh1 qardaşı ünvan 3i, Ş.Qurbanov küçəsində qonşuluqda yaşayan X25 ona zəng edərək onunla görüşmək və danışmaq istədiyini bildirmişdir. Elə həmin gün saat 16:26-da o Novxanı kəndinə gedərək Azər Vəlizadə ilə görüşdü. Görüş zamanı Azər Vəlizadə görüşməkdə ilk olaraq məqsədinin e-2(012)-1045/2023 (e-2(012)-6573/2022) nömrəli mülki iş üzrə cavabdeh Vəlizadə ailəsi ilə barışıq təklif etməsi olduğunu bildirdi. O isə ona qarşı bu qədər qanunsuzluq, sataşma xarakterli hərəkətlər etdikləri üçün, ona külli miqdarda mənəvi və maddi ziyan vurduqları üçün, ona və valideynlərinə qarşı qonşuluq və ümumiyyətlə insanlıq prinsiplərinə sığmayan davranışlar sərgilədikləri üçün onlarla barışığın mümkün olmadığını bildirdi. Azər Vəlizadə isə bildirdi ki, bu halda o, arada qalır, qardaşı Cavabdeh1 və onunla birgə yaşayan Cavabdeh2 ona təzyiq edir, ondan mülki etibarnamə verməsini tələb edir və onun adından ona qarşı prinsip apararaq vaxtını almağı, şantaj etməyi, dövlət qurumlarını öz çirkin məqsədləri üçün oyuncaq etməyi, bununla məhkəmə prosesini yubatmaq üçün müəyyən vaxt əldə etməyi hədəfləyir. Azər Vəlizadə bildirdi ki, o, qardaşının və Cavabdeh2 əməllərindən bezib, onların haqsız tələblərinə əməl etmək istəmir, lakin Cavabdeh1 və Cavabdeh2 onun və ailəsinin dincliyini pozduğu, bezdirdiyi üçün, həmçinin qardaşı olduğu üçün ondan keçə, onu tapdaya bilmir, yaxasını qurtarmaq üçün onların diktəsi ilə hərəkət etmək məcburiyyətində qalır. Görüş zamanı Azər Vəlizadə həmçinin öz fikrini bildirdi ki, qardaşı Cavabdeh1 və Cavabdeh2 düz hərəkətlər etmir, onların davranışları haqsızdır və onların cəzası Allah tərəfindən veriləcəkdir. Azər Vəlizadə ilə olan bütün söhbətlər onun avtomobilimin videoregistratorunun qeydə aldığı video və səs qeydlərində öz əksini tapır. Həmçinin, Azər Vəlizadə bildirdi ki, Cavabdeh2 və Cavabdeh1 onun adından ərizə ilə müxtəlif dövlət qurumlarına müraciət edərək onun Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş layihə əsasında tikilən evinin sağ fasadının Azər Vəlizadənin həyətyanı sahəsi ilə ara hasardan məsafəsinin az olduğunu bəhanə edərək müxtəlif iddialar qaldırmağı hədəfləyir, iddiasının qanunsuz olduğunu bildiyi halda sırf onu narahat etmək, vaxtını almaq, onunlə prinsip aparmaq məqsədilə bunu etmək istəyir. O isə bildirdi ki, Azər Vəlizadə özü noyabr ayında şəxsən ərizə verərək onun evinin onun həyətyanı sahəsinə tərəf olan fasadında pəncərə qoyulmasını istəmədiyini, məsafə ilə bağlı isə heç bir iradının olmadığını ifadə etmiş, həmçinin onunlə söhbət zamanı da məsafə ilə bağlı heç bir şikayəti olmadığını etiraf etmişdir. Onun bu etirafı da onun avtomobilimin videoregistratorunun qeydə aldığı video və səs qeydlərində öz əksini tapır. Həmin vaxt mübahisənin uzanmaması məqsədilə o həmin fasadda pəncərə yerinin bağlanması ilə razılaşsa da onun bu tələbi haqsız və sırf Cavabdeh2 diktəsi ilə olduğu üçün onun hüquqları kobudcasına pozulmuş, evinin səlahiyyətli orqan tərəfindən təsdiq olunan layihəsinin yerində icrasında evimin görünüşünə, otaqların işıqlanması və havalanmasına ofi təsir edən hallar yaranmışdır. Bu da məhz Cavabdeh2 diktəsi ilə sırf paxıllıq və qərəzli münasibət nəticəsində oə vurulan maddi və mənəvi ziyanlardan biridir. Əlavə olaraq o Azər Vəlizadəyə bildirdi ki, Mülki Məcəllənin 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o şəxsən işlədiyi halda və xüsusilə də işlədiyi şirkətdə çox məsuliyyətli vəzifə tutduğu halda, cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən külli miqdarda öz iş vaxtından, şəxsi vaxtından, qazancından itirərək məhkəmə proseslərinə vaxt, əsəb, enerji, maddi vəsait sərf etmək məcburiyyətində qalmışdır. Belə ki, məhkəmə proseslərinin başladığı 2022-ci ilin noyabr ayından indiyədək məhkəmə və icra prosesləri ilə əlaqədar işdən icazə almalara görə ümumilikdə 7340.71 AZN (yeddi min üç yüz qırx manat yetmiş bir qəpik) məbləğində vəsait onun əmək haqqı, əmək haqqına əlavə və mükafat ödənişlərindən tutulmuşdur. Cavabdehlərin qanunsuz və özbaşına hərəkətləri səbəbindən o və valideynlərim ciddi şəkildə maddi və mənəvi zərərlərə məruz qalmışdır. Buna görə də itirdiyi vaxta görə, ona və valideynlərinə dəymiş maddi və mənəvi zərərə görə müvafiq məbləğ cavabdehlərdən tutularaq ona ödənilməlidir. Başqalarının əmlakına və şəxsi həyatına icazəsiz müdaxilə etməyi özləri üçün həyat tərzi seçən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus əmlaka müdaxilə etmişlər. Belə ki, ona məxsus torpaq sahəsinin onların həyətyanı sahəsi ilə arasında olan hasarın ən yuxarı 2 sıra daş hörgüsünü sökmüşlər. O Cavabdeh1 “bu hasarın daşları hara olub, daha öncə hasar hündür idi, indi niyə aşağı oldu?” sualını verdikdə, o, hasarı onların həyətinə hava axınının qarşısını aldığı üçün sökdüyünü dedi, o isə bunun əsassız və qanunsuz olduğunu vurğuladığında, o, hasarı indi yox, daha əvvəl, o torpaq sahəsini almadan öncə sökdüyünü bildirdi. Həmçinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dəfələrlə ortaq istifadədə olan yola zibil, tullantı materiallar yığaraq günlərlə yolda saxlamaqla yolda səliqəsizlik, natəmizlik yaratmışlar. xx.xx.2022 tarixində o yolun səliqəsiz və natəmiz saxlanılması ilə bağlı Cavabdeh4 zəng edərək narazılığını ifadə etdiyində o, ona yolun o cür səliqəsiz və natəmiz hala salınmasında torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Sevinc Turovskayanın təqsirkar olduğunu bildirmişdir. O isə oradakı vəziyyəti telefon vasitəsilə videoya çəkərək yoldakı səliqəsizlik və natəmizliyin Sevinc Turovskaya tərəfindən yaradılmadığına dair fikrini bildirmiş və həmin video görüntünü WhatsApp mobil tətbiqi vasitəsilə Cavabdeh4 göndərmişdir. Hər dəfə yeni bəhanələrlə və əsassız iddialarla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun və valideynlərinin dincliyini pozmağa davam etmiş, tikinti işləri gedən ona məxsus torpaq sahəsinə yaxınlaşaraq “bax gör, 4 yanında qonşularda ikimərtəbəli ev görürsənmi, sən göydən düşmüsən ki, gəlib ikimərtəbəli ev tikirsən, sənin nəyin bizdən artıqdır?” şəklində fikirlər səsləndirərək, “o imkan verməyəcəyəm ki, sən burda ev tikəsən, görəcəksən sən” şəklində hədə-qorxu səsləndirərək getmişdir. Hər cür səylə, əsassız və qanunsuz iddialarla tikinti işlərinə mane olmağa çalışan Cavabdeh2 Abşeron Rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng edərək, daha sonra isə gedərək tikinti işlərinin dayandırılması ilə bağlı tələb irəli sürmüşdür. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kəndi üzrə nümayəndəsi və Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin əməkdaşı əraziyə gəlmiş, tikinti işlərinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz layihə əsasında aparıldığını, həmin qonşu tərəfdən evin fasad divarının tikinti norma və qaydalarına uyğun olaraq qonşu ilə ara hasardan 2.2 metr məsafədə olduğunu bildirmiş, bu halda evin həmin hissəyə düşən fasadında pəncərə və ya qapı qoyulmasının qanunauyğun olduğunu izah etmiş, əslində evin ona tərəf olan fasadında normal pəncərə əvəzinə sanitar qovşaqlar üçün nəfəsliklərin qoyulmasının onun üçün sevindirici hal olduğunu bildirmişlər. Lakin Cavabdeh2 bununla qane olmayaraq səsküy salmağa davam etmiş, bu dəfə onun tikintisi davam edən evinin digər qonşuya tərəf olan fasadı ilə bağlı məsafənin az olmasına qarışaraq öz tələbini qəbul etdirməyə çalışmışdır. Cavabdeh2 digər qonşunu da şikayət etməyə təşviq etmiş, Cavabdeh2 qohumu (qaynı) olan digər qonşu Azər Vəlizadə isə məsafə ilə bağlı heç bir iradının olmadığını, yalnız evin ikinci mərtəbəsində ona tərəf olan fasadda pəncərə qoyulmasını istəmədiyini ifadə etmişdir. Bundan sonra xx.xx.2022 tarixində o özü Novxanıya gedərək həm Cavabdeh2, həm də Azər Vəlizadə ilə söhbət edərkən Cavabdeh2 onun tərəfdən məsafə normal olduğu üçün artıq razılaşdığını bildirmiş, Azər dayıya isə o onun istəyinə uyğun olaraq evin ikinci mərtəbəsində onun tərəfə düşən fasadda pəncərə qoymayacağını söz verdikdən sonra o, heç bir iradı qalmadığını bildirmişdir. Lakin daha sonra xx.xx.2022 tarixində Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kəndi üzrə nümayəndəsi Rövşən Rüstəmov əraziyə gedərkən Cavabdeh2 bir gün öncə dediyi sözləri dəyişdirərək bu dəfə digər iddialarla (bu yol ona məxsusdur, bu yoldan onun icazəsi olmadan keçmək olmaz, buradan maşınlar keçərkən onun evi titrəyir, evinə ziyan dəyir, yol dağılır kimi əsassız iddialarla) tikintini dayandırmağını tələb etmişdir. Həmçinin, digər qonşu Azər Vəlizadəni evin birinci mərtəbəsində də pəncərə yerinin bağlanmasını tələb etməyə məcbur etmişdir. O isə Azər Vəlizadəyə bu tələbin həm haqsız, həm də Mülki Məcəllənin 172.3-cü maddəsinə zidd olduğunu bildirərək izah etmişdir ki, həm birinci mərtəbənin pəncərəsi tamamilə ara hasarın arxasında qaldığı üçün onun həyəti görünmür, həm də Mülki Məcəllənin 172.3-cü maddəsinə əsasən tikinti zamanı qonşu pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirdiyi hallardan başqa, digər hallarda həmin pozuntuya dözməlidir. Belə ki, Azər Vəlizadə tikinti başlamazdan öncə də, tikinti başladıqdan sonra da hər gün onların həyətdə olmuş, bəzi hallarda işlərə yardım etmiş, işin bütün gedişatından tam məlumatlı və xəbərdar olmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun və valideynlərinin dincliyini müntəzəm olaraq pozmağa davam etmiş, işlərin gedişatına mane olmuş, xx.xx.2022 tarixindən etibarən öz ** TO ***, ** BC ***, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobillərini növbə ilə onun əmlakına giriş olan yeganə yolda saxlayaraq yolu bağlamış, ona məxsus əmlaka nəqliyyat vasitələrinin girişini əngəlləyərək işlərin gedişatının dayanmasına səbəb olmuş, ona xeyli miqdarda maddi ziyan və hədsiz dərəcədə oəvi ziyan vurmuşdur. xx.xx.2022-ci il tarixində səhər saat 09:19-dan etibarən dəfələrlə polisə müraciət etsə də, sahə rəisi əraziyə gəlmiş, tədbir görmək iqtidarında olmadığını, məsələnin mülki məsələ olduğunu, yalnız məhkəmə qaydasında həll olunmasını bildirərək getmişdir. Yaranmış vəziyyətlə bağlı o xx.xx.2022-ci il tarixində təxirəsalınmaz tədbir görülməsi zərurəti ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və məxsus əmlaka gedən yolu bağlamalarının, onun və valideynlərinin dincliyini pozmalarının, əmlakına nəqliyyat vasitələrinin girişini əngəlləmələrinin qadağan edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixində Abşeron Rayon Məhkəməsinin qərardadı ilə oə məxsus torpaq sahəsinə gedən yola girişin bağlanması Cavabdeh2 və Cavabdeh1 qadağan edilmişdir. xx.xx.2022-ci il tarixində İcra Şöbəsinin əməkdaşlarının iştirakı ilə icra məmuru tərəfindən məhkəmə qərarının icrası həyata keçirilmiş və qərarın icrası ilə bağlı yerində akt tərtib edilmişdir. Cavabdeh2 və Cavabdeh1 icra məmurlarını məhkəmə qərarının icrasından yayındırmağa çalışmış, manipulyasiya edərək sanki orada 2 ayrı ev varmış, hər birinin girişi ayrı imiş, biri özlərinə, digəri isə qızlarına aid imiş kimi yalan məlumatlar verməklə, qadağanın özlərinin avtomobilinə (** TO ***), yoxsa övladları Cavabdeh4 (** ZT ***) və Cavabdeh3 (** BC ***) avtomobilinə aid olduğunu soruşmaqla icra məmurlarını çaş-baş salmaq istəmiş, məhkəmə qərarının icrasından boyun qaçırmaq üçün yollar axtarmağa cəhd etmişlər. İcra məmurları isə qadağanın avtomobilə deyil, məhz onların özlərinə, yola girişi bağlamalarına aid edildiyini izah etmişlər. Halbuki ona məxsus torpaq sahəsinə qonşuluqda olan, Cavabdeh2 və Cavabdeh1 yaşadığı həmin yerdə yalnız bir ev mövcuddur, ev və torpaq sahəsi rəsmi qaydada onların qızı Cavabdeh3 tam mülkiyyətindədir. Cavabdeh3 tam mülkiyyətində olan həmin evin və həyətin çıxış darvazası birbaşa Ş.Qurbanov küçəsinə açılır. Onun əmlakımın yeganə çıxış darvazası isə Cavabdeh2 və Cavabdeh1 zəbt etməyə və ələ keçirməyə çalışdığı həmin dalana açılır. Cavabdeh2 və Cavabdeh1 qızlarına məxsus həyətyanı sahədən həmin dalana qərəzli və məqsədli şəkildə ayrıca kiçik qapı açmaqla oradan istifadə ilə bağlı iddia irəli sürməyi hədəfləmişlər. Beləliklə, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan müddətdə cavabdehlərin onun əmlakına gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən ona məxsus torpaq sahəsində tikinti işləri 12 gün müddətində dayanmış, ondan sonra da havanın temperaturu xeyli dərəcədə aşağı düşdüyü üçün işlər dəfələrlə zəif sürətlə yenidən başlamış, işlərin yubanması səbəbindən ona xeyli miqdarda maddi ziyan və hədsiz dərəcədə oəvi ziyan vurulmuş, 4 dəfə onun əmlakına material daşınmasını həyata keçirməyə çalışan nəqliyyat vasitələrinin oraya gələrək material boşaltmadan geri qayıtmağa məcbur olması səbəbindən ona 240 AZN məbləğində maddi ziyan dəymiş, həmçinin 2 dəfə onun əmlakına material gətirən nəqliyyat vasitəsi materialı yol kənarına boşaltdığından və materialın əllə daşınmasını təşkil etmək məcburiyyətində qaldığından o əlavə olaraq 120 manat məbləğində işçilik xərcinə məruz qalmışdır. Məhkəməin nəzərinə onu da çatdırmaq istəyir ki, mübahisə predmeti olan yolun ölçülərini və rəsmi qaydada kimə məxsus olmasını dəqiqləşdirmək üçün o xx.xx.2022 tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək məlumat təqdim edilməsini xahiş etmişdir. Müraciəti ilə əlaqədar olaraq yerində dəqiqləşmə edilməsi üçün əraziyə mühəndis göndərilmiş, həmin vaxt ona məlum olmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 də həmin quruma müraciət etmişdir. Gələn mühəndis onun də iştirakı ilə yerində ölçmə etmiş, onun yanında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bildirmişdir ki, onların faktiki həyətyanı sahəsi 407 kvadrat metr təşkil edir, mülkiyyəti təsdiq edən sənəddə isə onlara məxsus torpaq sahəsi 360 kvadrat metr olmalıdır, bu isə onların əlavə 47 kvadrat metr sahəni zəbt etdiklərini göstərir. Həmçinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 izah olunmuşdur ki, qanunvericiliyin tələbinə uyğun olaraq hər hansı torpaq sahəsinin bölgü əsasında alqı-satqısı zamanı bölünən torpaq sahəsinə minimum 3 metr enində yol təmin olunmadığı halda həmin torpaq sahəsinin alqı-satqısı həyata keçirilmir və müvafiq qaydada mülkiyyəti təsdiq edən sənəd (çıxarış) verilmir. Bu izahla razılaşmaq istəməyən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bölgü sənədində yolun 40 kvadrat metr qeyd olduğunu əsas gətirərək faktiki yolun daha çox olduğunu və qalan yolun onlara məxsus olduğunu iddia etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı isə qalan yolun da əslində onların mülkiyyətində olmadığını, daha öncə onlar tərəfindən zəbt olunaraq istifadə edildiyini, lakin 4 il öncə torpaq sahəsi bölgü sazişi və eskizi əsasında notarial qaydada satılarkən onların daha öncə zəbt etdiyi torpaq sahəsinin ümumi istifadədə olan yola qaytarıldığını ifadə etmişdir. Həmin vaxtdan bəri isə qeyd olunan yolun “ümumi istifadədə olan yol” statusu daşıdığını bildirmişdir. Bu izahdan hiddətlənən Cavabdeh2 və Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşına müxtəlif ittihamlarla təzyiq etməyə başlamış, onların başına oyun açacağını deyərək hədəqorxu gəlmişdir. Onların təzyiqlərinin və hədə-qorxu ifadə edən sözlərinin qarşısında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı təmkinli davranmış, o, bütün məlumatları idarəyə ötürəcəyini, idarədə araşdırılaraq onların və onun müraciətinə yazılı cavab veriləcəyinə bildirməklə ərazidən getmişdir. Beləliklə, ona bəlli olmuşdur ki, mübahisə predmeti olan yol həqiqətən də ümumi istifadədə olan yoldur, cavabdehlərin mülkiyyətində deyil, onlar sadəcə zəbt yolu ilə həmin yolu ələ keçirməyə, paxıllıq və həsəd hissi ilə onun ev tikintisi işlərinə mane olmağa, hər cür yolla qanunsuz və haqsız fayda əldə etməyə çalışırlar. Belə ki, torpaq sahəsinin bölgü əsasında Cavabdeh2 tərəfindən X8 notarial qaydada satıldığı 2018-ci ildən bəri mübahisə predmeti olan yol faktiki olaraq ümumi istifadədə olan yol olaraq istifadə edilmiş, cavabdehlər tərəfindən həmin yola mülkiyyət, sahiblik hüququnun tanınması ilə bağlı qanunamüvafiq qaydada heç bir hüquqi addım atılmamış, o torpaq sahəsinə baxış keçirərkən də həmin yol (dalan) ona ümumi istifadədə olan yol olaraq təqdim edilmiş, o da təqdim edilən torpaq sahəsini və onun ətraf şəraitini qənaətbəxş hesab edərək həmin torpaq sahəsini notarial qaydada alqı-satqı əsasında almağa razı olmuşdur. Həmçinin, xx.xx.2022-ci il tarixində onun tərəfindən Abşeron Rayon Məhkəməsində Vəlizadə ailəsinin üzvlərinə qarşı iddia qaldırılaraq onlar tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinin onlardan alınaraq ona qaytarılması, Vəlizadə ailəsinin üzvləri Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 ona və yaşlı valideynlərinə qarşı nümayiş etdirdikləri özbaşınalıqlar, qərəzli hərəkətlərə son qoyulması, onlar tərəfindən yaradılmış onun və valideynlərinin öz mülkiyyətlərindən sərbəst istifadəni məhdudlaşdırmağa yönəldilmiş maneələrin aradan qaldırılması, onların qanunsuz əməlləri və qərəzli hərəkətləri səbəbindən ona dəymiş maddi və mənəvi zərərin Vəlizadələr tərəfindən ödənilməsinin təmin olunması xahiş edilmişdir. Bundan sonra Vəlizadələr məhkəmə prosesini yubatmaq və zəbt etdikləri torpaq sahəsini qaytarmaqdan yayınmaq üçün xx.xx.2023 tarixində əsassız iddia ilə Sumqayıt İnzibati Məhkəməsində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı tələb irəli sürmüşlər. Keçən müddət ərzində Vəlizadə ailəsinin üzvləri müntəzəm olaraq dincliyi və asayişi pozmuş, müxtəlif qanunsuz və qərəzli hərəkətlər nümayiş etdirmiş, onlar öz çirkin əməllərini ən yüksək həddə çatdıraraq şər-böhtan, təhqir, fiziki hücum etmə, anasının üzərinə qaynar su atmaqla yanıq xəsarəti yetirməkdən çəkinməmişlər. Onlara qarşı qoyulmuş məhkəmə qadağalarına da məhəl qoymayan Vəlizadələr onlara sataşmaq üçün 2023-cü ilin iyun ayında maşınlarını yenidən ona məxsus evin yeganə giriş-çıxış yolu dalanda saxlayaraq onun və valideynlərimin öz mülkiyyətlərindən sərbəst istifadə hüquqlarını kobud şəkildə pozmuş, anasıın üzərinə qaynar su ataraq yanıq xəsarəti törətmiş, qabaqdangəlmişlik edərək ona şər-böhtan atmaqla onun tərəfindən döyüldüklərini iddia etmiş, iddialarını sübuta yetirə bilməyincə rüşvət və tapşırıq yolu ilə onun xəbəri olmadan öz şikayətlərini geri götürmüş, güya ki, onun onlardan üzr istədiyini, onlara hansısa ödəniş etdiyini qeyd edərək şikayətlərinə xitam verilməsini təşkil etmişlər. O bu barədə məhz cari ayda, yəni 2024-cü ilin iyun ayında Sumqayıt İnzibati Məhkəməsi tərəfindən elektron məhkəmə sisteminə yüklənmiş sənədlərlə tanış olarkan xəbər tutmuş və dərhal Baş Prokurorluğa müraciət edərək işin yenidən açılmasını, əgər onun tərəfindən törədilmiş əməl varsa, sübuta yetirilməsini, əks halda onun təqdim etdiyim dəlillər əsasında Vəlizadə ailəsinin şər-böhtan, xuliqanlıq ehtiva edən əməllərinə görə məsuliyyətə cəlb edilməsini, anasına yetirdikləri yanıq xəsarətinə görə Cavabdeh3 barəsində cinayət işi açılaraq barəsində qanunamüvafiq tədbir görülməsini, həmçinin, saxtakarlığa yol verərək onun iştirakı və xəbəri olmadan onun adından həqiqətə uyğun olmayan məlumatlarla, heç bir dəlilə əsaslanmayan qərar verdiyi üçün korrupsiyaya yol vermiş müstəntiq barəsində ciddi tədbir görülməklə xidmətdən uzaqlaşdırılmasını tələb etmişdir. Abşeron Rayon Məhkəməsində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyi ilə onun bütün iddiaları öz təsdiqini tapdığı üçün, Vəlizadələrin bütün iddalarının isə əsassız olduğu ortaya çıxdığı üçün yekun məhkəmə qərarının təxirə salınmasına nail olmaq üçün Abşeron Rayon Məhkəməsinə vəsatət verərək Sumqayıt İnzibati Məhkəməsində icraatda olan iş üzrə yekun məhkəmə aktı çıxanadək işin dayandırılmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024 tarixli e-2(012)- 81/2024 nömrəli qərardadı ilə iş üzrə icraat Sumqayıt İnzibati Məhkəməsindəki iş üzrə üzrə yekun məhkəmə aktı çıxanadək dayandırılmışdır. Məhkəmə proseslərinin, mübahisənin həlli müddətinin uzanması səbəbindən ona dəymiş maddi və mənəvi zərər həddindən artıq artmış, ədalətin bu qədər gecikməsi Vəlizadələrin özbaşınalıqlarını davam etdirməsinə rəvac vermişdir. Vəlizadə ailəsinin üzvləri tərəfindən onun və yaşlı valideynlərinin hüquqları müntəzəm olaraq kobudcasına pozulmuş, paxıllıq və xain niyyətlərlə onun evinin tikinti işlərinə ardıcıl olaraq maneələr törətmiş, tikinti və təmir işlərinin gecikməsi səbəbindən valideynləri kirayə evdə daha uzun müddət yaşamaq məcburiyyətində qalmaqla Vəlizadə ailəsi tərəfindən ona və valideynlərinə həm maddi, həm mənəvi ziyan vurulmuşdur. Valideynləri planlaşdırılandan 2 (iki) ay daha uzun müddət kirayə evdə qaldıqları üçün 400 (dörd yüz) manatdan çox əlavə xərcə düşmüşdürlər. Həmçinin, evinin tikintisi 2023-cü ilin may ayında bitməsinə baxmayaraq ona məxsus torpaq sahəsinin Vəlizadə ailəsi tərəfindən zəbt olunması səbəbindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bugünədək evinin çıxarış sənədi ona təqdim edilməmiş, yalnız Vəlizadə ailəsi tərəfindən ona məxsus torpaq sahəsinin qaytarılaraq məhkəmə prosesinin yekunlaşmasından sonra çıxarış sənədinin ona təqdim edilməsinin mümkünlüyü bildirilmişdir. Evinin çıxarış sənədini almaq mümkün olmadığından evini icbari və könüllü sığorta etdirə bilməmiş, bu da öz növbəsində onun əmlakı üçün ciddi risk faktoru yaratmaqla cavabdeh Vəlizadə ailəsi tərəfindən bu risklə bağlı və təzminat ödənilməsini labüd edir. Əlavə olaraq, evinin çıxarış sənədini alaraq evinin girov qoyulması qarşılığında əldə etməli olduğu 120000 AZN (bir yüz iyirmi min manat) məbləğində vəsait əsasında 2023-cü ilin iyul ayında Fond Birjasının satışa çıxardığı 18 (on səkkiz) aylıq tədavül müddətli, illik 13% (on üç faiz) gəlirli istiqrazların alınması ilə bağlı biznes planının baş tutmamasına görə məruz qaldığı 23400 AZN (iyirmi üç min dörd yüz manat) məbləğində zərər (əldən çıxmış fayda) üzrə 23400 AZN (iyirmi üç min dörd yüz manat) məbləğində vəsaitin onlardan alınaraq ona təhvil verilməsi təmin edilməlidir. Vəlizadə ailəsi ona və yaşlı valideynlərinə qarşı törətdiyi vicdansızca, paxıl və xain niyyətli hərəkətlərə görə tam məsuliyyətə cəlb edilməli, onların bir daha bu cür əməllər törətməsinin qarşısını almaq üçün onların ona məxsus torpaq sahəsini zəbt edərək oradan onun üçün ayrılmış yola sataşmaq məqsədilə açdığı əlavə qapı onların öz maddi vəsaitləri hesabına tamamilə ləğv edilməli, onun üçün ayrılmış yola onların açıq eyvanından açılmış, sadəcə oə və valideynlərimə sataşmaq üçün istifadə etdikləri pəncərə bağlanmalı, oə narahatçılıq törətmək üçün dar yolda əkdikləri kol və ağaclar oradan çıxarılaraq yol abadlaşdırılmalı, onun yolumun abadlaşdırılması (asfaltlanması) üçün yaratdıqları bütün maneələr ortadan qaldırılaraq onlara bir daha onun üçün ayrılmış yoldan istifadə etmələri qadağan olunmalı, Vəlizadə ailəsinin bütün üzvlərinin və onların evinə gəlmiş istənilən şəxsin onun evinin yeganə çıxışı olan yolda avtomobil saxlayaraq, yola çirkab suları axıdaraq, yolda ağac və kollar əkərək, yola şəxsi əşyalar və zibil yığaraq, digər müxtəlif yollarla və qərəzli hərəkətlərlə sərbəst giriş-çıxışa maneələr törətməsi həmişəlik qadağan edilməlidir. Vəlizadə ailəsinin üzvlərinin hüquqdan süi-istifadə etməsinin qarşısının alınmaması, səlahiyyətli və məsul orqan və qurumların onlar barəsində qətiyyətli tədbir görməməsi səbəbilə onun və yaşlı valideynlərinin hüquqları ciddi şəkildə pozulmuş, Vəlizadə ailəsinin özbaşınalıqları, cinayət tərkibli əməlləri səbəbindən onun və valideynlərinin həyat şəraiti çətinləşmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin Sumqayıt İnzibati Məhkəməsinə təqdim etdiyi ekspert rəyindən də göründüyü kimi, Vəlizadələrin iddialarının əksinə onların faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi onun sənəd üzrə mülkiyyətindədir, həmçinin mövcud yolun bir hissəsi onun sənəd üzrə mülkiyyətindədir, qalan hissəsi isə heç bir vətəndaşın mülkiyyətində deyil. Bundan başqa, onun faktiki sahibliyində və istifadəsində olan əlavə torpaq sahəsinin də onlara heç bir aidiyyatı olmadığını onlar özləri Abşeron Rayon Məhkəməsinə təqdim etdikləri etiraz ərizələrində açıq şəkildə bəyan etmişlər. Beləliklə, öncə onun valideynlərini, sonra isə onu notariusda əvvəlki evin satışını həyata keçirərkən tanıyan, öz iş şəraitindən makler fəaliyyəti üçün istifadə edən Cavabdeh4 2022-ci ilin sentyabr ayında yaşlı valideynlərinin və onun etibarından sui istifadə etmə və aldatma yolu ilə öncədən planlanmış və məqsədli şəkildə bu torpaq sahəsinin faktiki 5 sot olduğunu deyərək, sənəddə 4 sot olmasına baxmayaraq qalan 1 sotun çox asan şəkildə sənədləşdiriləcəyini bildirərək əsl dəyəri 20 min manat olan torpaq sahəsinin ona dəyərindən xeyli baha, yəni 33 min manata satışını təşkil etmişdir. Bundan sonra isə xain niyyətlərinə uyğun olaraq hər cür qanunsuz yolla, hüquqdan süni istifadə edərək, əsassız iddialarla onların evinin tikintisinə mane olmağa çalışmışlar. Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, ilkin iddia ərizəni “Elektron məhkəmə sistemi” vasitəsilə təqdim edərkən digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 şəxsiyyət vəsiqəsi məlumatları onda mövcud olmadığı üçün sistemdə onları cavabdeh qismində seçə bilməmişdi. Daha sonra Cavabdeh3 təqdim etdiyi qarşılıqlı iddia ərizəsi və əlavə edilmiş qoşma sənədlərdən Cavabdeh3 və Cavabdeh4 şəxsiyyət vəsiqəsi məlumatları oə məlum olmuşdur. “Elektron məhkəmə sistemi” vasitəsilə vətəndaş (iddiaçı) tərəfindən sonradan digər cavabdehlər barədə məlumatların sistemə əlavə edilməsi texniki baxımdan mümkün olmadığından məhkəmədən xahiş edir ki, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 e-2(012)-6573/2022 nömrəli mülki iş üzrə cavabdeh qismində sistemdə qeydə alınmasını, ilkin iddiasının mətninin hazırkı ərizəmin (vəsatətimin) mətni ilə birləşdirilərək yekun tam iddia mətni şəklində mülki işə baxılması təmin edilsin. Həmçinin, diqqətə çatdırmaq istəyir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025 tarixli 2-1(105)-371/2025 nömrəli qərarı ilə iddiaçı Cavabdeh3 apellyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar xx.xx.2025-ci il tarixində elektron kabinetə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixində iş üzrə tərəfin nümayəndəsi Cavabdeh2 Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında “Dəftərxana” bölməsində qərarın kağız daşıyıcıda surətini şəxsən əldə etmiş, qərardan kassasiya şikayəti verilməsi üçün təyin olunmuş 1 (bir) ay müddət keçmiş, qərardan kassasiya şikayəti verilməmiş, beləliklə, xx.xx.2025 tarixində qərar qanuni qüvvəsini almış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025 tarixli məktubu ilə iş baxıldıqdan sonra birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə proseslərinin, mübahisənin həlli müddətinin uzanması səbəbindən ona dəymiş maddi və mənəvi zərər həddindən artıq artmış, ədalətin bu qədər gecikməsi Vəlizadələrin özbaşınalıqlarını bugünədək davam etdirməsinə rəvac vermişdir. Vəlizadə ailəsinin üzvlərinin hüquqdan süi-istifadə etməsinin qarşısının alınmaması, səlahiyyətli və məsul orqan və qurumların onlar barəsində qətiyyətli tədbir görməməsi səbəbilə onun və yaşlı valideynlərinin hüquqları ciddi şəkildə pozulmuş, Vəlizadə ailəsinin özbaşınalıqları, cinayət tərkibli əməlləri səbəbindən onun və valideynlərinin həyat şəraiti çətinləşmişdir İlk iddia üzrə Cavabdeh3 isə öz növbəsində, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ona dəymiş maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 5000 manat pulun tutulması, ümumi yola qoyulmuş darvazanın iddiaçının öz vəsaiti hesabına sökülməsi, həmin yoldan onun istifadə etməsinə maneçilik törədilməsi, həmin yolun yararsız hala salınması, yola ağır çəkili texnikaların salınmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində ünvan 3ində yerləşən 0,036 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi anası Cavabdeh2 Oktay qızının adına olmuşdur. Anasının adına ümumilikdə 0,08 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin 0,04 ha hissəsini X9 adlı şəxsə satmışdır, yerdə qalan hissəsi olan 0,036 ha hissəsini ona bağışlamış, 0,004 ha hissəsini isə ümumi yola vermişdir. X3 torpaq sahəsi isə sonradan İddiaçı satılmışdır. İddiaçı Fərzulla qızı ümumi yol vasitəsilə onun torpaq sahəsinə, torpaq sahəsində tikdiyi evə girişini məhdudlaşdırır. Həmin yola turbalar yığır, yola ağır maşınlar gətirərək yararsız hala gətirir. Həmin yola qapı qoyaraq istədiyi vaxt həmin qapını açıb bağlayır. Bu hərəkətlərlə onun ümumi yoldan istifadəsini məhdudlaşdırır və mülkiyyətindən sərbəst istifadə etməyinə maneələr yaradır. İddiaçı onun valideynlərini şərləyərək şərəf ləyaqətinə toxunur. Onun anası ürək xəstəsidir. Anası anası ilə birlikdə dəfələrlə əsəbiləşdiriblər. Bununla bağlı dəfələrlə polisə müraciət etmişlər. Bildirir ki onların hərəkəti nəticəsində ona maddi ziyan dəymiş, bundan başqa isə onun torpaq sahəsinin bir hissəsi isə ümumi yol kimi onun tərəfindən istifadə olunur. Bundan başqa İddiaçı ümumi istifadədə olan yola ağır texnika salaraq yolu yararsız hala salmış, özünü torpaq sahəsinin darvazası olduğu halda ümumi yola darvaza qoyaraq həmin yolu bağlamış və ona məxsus olan evin divarını zədələmişdir.İlkin İddiaçı ona və anasına qarşı iddia qaldıraraq ona vurulmuş maddi ziyanın ödənilməsini və ona olan maneəçiliklərin ona qadağan eilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, İddiaçı iddiasını qəbul etmir. Dedikləri həqiqəti əks etdirmir. Daha sonra, ilk iddia ərizəsi üzrə Cavabdeh3 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə İddiaçı tərəfindən yerləşdirilmiş və onun həyətinə baxan kameraların sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiası üzrə cavabdeh onu və digər ailə üzvlərini təhqir edir, qonşuların adı ilə onlara nalayiq ifadələr işlədir (bildirir ki, qonşular deyir ki, biz guya problemli insanlarıq, hər kəsə əsassız olaraq iddialar edirik). Lakin həmin qonşuların kim olduğunu ona bildirmir ki, o onlara qarşı qanunla tədbirlər görsün. Valideynləri yaşlı olduğu hala onların əsəblərini korlamışdır. Hər gün müxtəlif söz-söhbətlər salır. Anası Cavabdeh2 zəng etmiş, cürbəcür ifadələrlə təhqir və şərləyir. Bundan başqa o, onların həyətini göstərən hissədə kameralar yerləşdirərək qonşuluq qaydalarını pozur, mülkiyyətindən rahat istifadə etməyinə maneəçiliklər yaradır. Daha sonra, ilk iddia ərizəsi üzrə Cavabdeh3 nümayəndəsi Cavabdeh2 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə ilk iddia ərizəsi üzrə İddiaçı onun səhhətinə vurduğu maddi ziyana görə 8000 manat, məhkəmə xərclərinə görə 500 manat, mənəvi ziyana görə 10000 manat olmaqla, cəmi 18500 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə tələbkar İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, qızı Cavabdeh3 və eyni zamanda ona və ailəsinin digər üzvlərinə qarşı törətdiyi əməllərinə görə ailəvi şəkildə ciddi maddi və mənəvi ziyan çəkməkdədilər. Buna görə MPM-nin 53-cü maddəsinin tələbinə əsasən qarşılıqlı iddia üzrə qarşılıqlı iddianı müdafiə edərək iddia tələbinin artırılmasına dair iddia tələbinə əlavə ərizəsini məhkəməyə təqdim edərək bildirir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı uydurma yalanları ilə ona və ailəsinə qarşı vəsatətlər verərək tələblər irəli sürür. O, onların xəbəri olmadan ailə üzvlərinin videolarını çəkir, montaj edir. Nurlana bununla qane olmayıb, küçəyə, onun evinin gediş-gəliş yoluna, həyətinə və evinə istiqamətlənmiş kameralar quraşdırıb ailəsini qanunsuz olaraq kamera nəzarətinə götürmüşdür. İddiaçı dəfələrlə onun və ailəsinin şərəf və ləyaqətini alçaldan ifadələrlə qonşularla danışır. Şikayətlərə əsasən mübahisəli yerə baxış keçirmək üçün gələn icra məmurları qarşısında danışaraq onları ictimaiyyət arasında təhqir edir. Bununla bağlı Cavabdeh3 etiraz və vəsatətlərlə müraciət etmişdir. Buna baxmayaraq 25 yanvar 2023-cü ilə İddiaçı məhkəməyə təqdim etdiyi vəsatətdə faktiki sənədlə onu və ailəsini vicdansızlar yazaraq təhqir etmişdir. 2 həftə öncə o məsələ ilə əlaqədar olaraq Abşeron RİH-nə getmişdi. İlkin müəllimin qəbulunda oldu. İlkin müəllim onun şikayətinə əsasən Nurlanaya telefon etdi. Ondan şikayət olduğunu bildirdi. Nurlana qonşuların adından ifadələr işlədərək onu və ailəsini ağır ifadələrlə təhqir etdi. Belə ki, guya onlar haqqında onun işlətdiyi ifadələri qonşular işlədib. O həddə çatdırdı ki, İlkin müəllim eşitdiyinə görə utandığından telefonu söndürdü. O 2 ildən artıqdır ürək çatışmazlığından əziyyət çəkir. Həkimin kəskin tövsiyyəsi o idi ki, əsəb, gərginlikdən qəti şəkildə uzaq olsun. Nurlananın yaratdığı vəziyyət onun səhhətinə ciddi mənfi təsir göstərirdi. xx.xx.2023-cü ilə təyin olunmuş məhkəmə iclasından sonra ağır sarsıntı və iztirab keçirtdi. Vəziyyəti ağırlaşdı. Həkimi evdə baxış keçirtdikdən sonra bildirdi ki, anju olmalıdır və ürəyə stend qoyulmalıdır. Hesab edir ki, İddiaçı ona vurduğu maddi və mənəvi ziyan göz qabağındadır. Daha sonra, ilk iddia ərizəsi üzrə Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək, anası Cavabdeh2 qarşılıqlı iddia üzrə əlavə iddiaçı kimi cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə Cavabdeh3 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə İddiaçı tərəfindən yerləşdirilmiş və onun həyətinə baxan kameraların sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə Cavabdeh3 nümayəndəsi Cavabdeh2 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə ilk iddia ərizəsi üzrə İddiaçı onun səhhətinə vurduğu maddi ziyana görə 8000 manat, məhkəmə xərclərinə görə 500 manat, mənəvi ziyana görə 10000 manat olmaqla, cəmi 18500 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ona və ailə üzvlərinə dəymiş maddi və mənəvi ziyana görə pulun tutulmasını, onun həyətinə və evinə gedən 3.60 metr enində yeganə giriş, çıxışı olan yolda aftomobil və böyük həcmli maşınlar saxlayaraq (öz darvazası olaraq) və ya digər yollarla onun və yaşlı valideynlərinin həyətinə və evinə ümumi istifadə olunan yolda sərbəst giriş, çıxışılarına, onlara aid olan öz vəsaitlə tikdirdikləri hasarın yol boyu daş qırıqları, tullantılar yığmaq və yolun səliqəli saxlanmasını və evinə baxan kameraların sökülməsi, faktiki olan torpaq sahəsini 0.0158 ha hissəsinin üzərində onlara miras qalan quyu da ora daxil olmaqla, İddiaçı tərəfindən zəbt olunmuş, illərlə onların istifadələrində olan torpaq sahəsi, bütün yararsız əşyalardan, tullantılardan, zibillərdən təmizlənərək tam səliqəli formada ona və ailəsinə təhvil verilərək, sahibliklərinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sonuncu dəqiqləşdirilmiş tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 ilkin iddianı qəbul etməyərək rədd edilməsini, dəqiqləşdirilmiş qarşılıqlı iddia tələblərini isə müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizələrinin dəlillərini nəzərə alaraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, ünvan 3i ərazisində yeləşən 0,036 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3i ərazisində yeləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi, **********40 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3i ərazisində yeləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 və Cavabdeh4 payı müəyyən edilməklə adlarına xx.xx.2014-cü il tarixində ********** qeydiyyat nömrəsi, **********96 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Abşeron Rayonu 1 Saylı Notariat Ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-208 nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, hədiyə verən Cavabdeh2 ünvan 3i ərazisində yerləşən 0,036 ha torpaq sahəsini hədiyyə alan Cavabdeh3 mülkiyyətinə vermişdir. - Sumqayıt “ASAN Xidmət” Mərkəzində bağlanmış xx.xx.2018-ci il tarixli beh müqaviləsindən görünür ki, X5 rayonu, Novxanı kəndi ərazisində yerləşən torpaq sahəsinin 0,04 hissəsinə görə ödəməli olduğu 22000 manat pul məbləğinin 2000 manat hissəsini beh olaraq Cavabdeh2 verməyi, qalan məbləği isə xx.xx.2018-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. - Abşeron Rayonu 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişdən görünür ki, ünvan 3i ərazisində yerləşən torpaq sahəsinin bölgü eskizində göstərilən qaydada, yerdə qalan hissəsinin birinci tərəflər Cavabdeh2 və Cavabdeh4, 0,04 ha hissəsinin isə ikinci tərəf X8 verilməsinə dair razılığa gəlinmişdir. - DTXK Abşeron Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, JN-1157A, Kod 30800118 nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədən görünür ki, Abşeron Rayonu Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarı ilə verilmiş 0,08 ha torpaq sahəsi Cavabdeh2 və Cavabdeh4 mülkiyyətinə verilmişdir. - DTXK Abşeron Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, JN-1156A, Kod 30800118 nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədən görünür ki, Abşeron Rayonu Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarı ilə verilmiş 0,12 ha torpaq sahəsi X12, X25, X24, X17 mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3ində yerləşən torpaq sahəsinə müayinə baxışı (inentarlaşdırma-çöl ölçmə) keçirilmiş və elektron baza məlumatlarında araşdırılmışdır. Məlum olmuşdur ki, ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən ona və Cavabdeh4 oğunun adına verilmiş JN-1157A nömrəli «Torpağın mülkiyyətinə verilməsinə dair» şəhadətnamə əsasında xx.xx.2014-cü ildə tarixli **********6 reyestr nömrəli 0,08 ha torpaq sahəsi qeydiyyata alınaraq çıxarış və plan və ölçü sənədi verilmişdir. Sözügedən 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi və bölgü eskizi əsasında X7 adına xx.xx.2018-ci il tarixli **********40 reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin 0,036 ha hissəsi notarial qaydada təsdiqlənmiş bağışlanma müqaviləsi və bölgü eskizi əsasında Cavabdeh3 xx.xx.2019-cu il tarixli, **********02 reyestr nömrəli ilə qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Onun **********96 reyestr nömrəsi ilə mülkiyyətinə əsasən özgəninkiləşdirilməmiş yerdə qalan 0,004 ha torpaq sahəsi təsdiqlənmiş bölgü sazişində qeyd olunan bölgü eskizinə əsasən hal-hazırda ümumi istifadə olan yoldur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3ində yerləşən torpaq sahəsinə müayinə baxışı ( inentarlaşdırma-çöl ölçmə) keçirilmi və elektron baza məlumatlarında araşdırılmışdır. Məlum olmuşdur ki, ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən ona və Cavabdeh4 oğunun adına verilmiş JN-1157A nömrəli «Torpağın mülkiyyətinə verilməsinə dair» şəhadətnamə əsasında xx.xx.2014-cü ildə tarixli **********6 reyestr nömrəli 0,08 ha torpaq sahəsi qeydiyyata alınaraq çıxarış və plan və ölçü sənədi verilmişdir. Sözügedən 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi və bölgü eskizi əsasında X7 adına xx.xx.2018-ci il tarixli **********40 reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin 0,036 ha hissəsi notarial qayada təsdiqlənmiş bağışlanma müqaviləsi və bölgü eskizi əsasında Cavabdeh3 xx.xx.2019-cu il tarixli, **********02 reyestr nömrəli ilə qeydiyyata alınaraq çıxarış və torpaş sahəsinin planı və ölçüsü sənədi verilmişdir. X1 adına **********40 reyestr nömrəli torpaq sahəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Ona və Cavabdeh4 **********96 reyestr nömrəsi ilə mülkiyyətinə əsasən özgəninkiləşdirilməmiş yerdə qalan 0,004 ha torpaq sahəsi təsdiqlənmiş bölgü sazişində qeyd olunan bölgü eskizinə əsasən hal-hazırda ümumi istifadə olan yol kimi ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3ində yerləşən 0,08 ha torpaq sahsinə dair bölgü eskizində 0,004 ha yolun (keçidin) düzgün ayrılmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Çagrı Mərkəzinə daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətinə baxılmış və araşdırma zamanı məlum olmuşdur ki, onun və Cavabdeh4 oğunun adına verilmiş JN-1157A nömrəli «Torpağın mülkiyyətinə verilməsinə dair» şəhadətnamə əsasında xx.xx.2014-cü ildə tarixli **********6 reyestr nömrəli 0,08 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Sözügedən 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi və bölgü eskizi əsasında digər şəxsin adına, 0,036 ha hissəsi isə onun adına qeydiyyata alınmışdır. Sonradan 0,036 ha hissəsi notarial qayada təsdiqlənmiş bağışlanma müqaviləsi və bölgü eskizi əsasında Cavabdeh3 adına qeydiyyata alınmışdır. Özgəninkiləşdirilməmiş yerdə qalan 0,004 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli «Torpaq sahəsinin bölgüsü haqqında Saziş»də istinad olunan və əlavə olunan bölgü eskizinə əsasən yol (keçid) üçün saxlanılmışdır. Nəzərə çatdırılır ki, bölgü eskizi əlavə olunmuş Saziş müqaviləsi tərəfindən təsdiq edilmişdir. Müraciətdə qeyd olunan məsələ ilə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsində qəbul edilərək qanunvericiliyin tələbi ona izah edilmiş, həmçini çoxsaylı şikayətləri nəzərə alınaraq yol (keçid) üçün ayrılmış 0,004 ha torpaq saəsi naturada ona bir daha tanıdılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3i ərazisində yeləşən 0,036 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi, **********02 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinin surətindən görünür ki, Abşeron rayonu, Novxanı qəsəbəsindəki qonşuluqda yerləşən 0,036 ha torpaq sahəsi Cavabdeh2 və Cavabdeh4, 0,04 ha torpaq sahəsi isə S.M.Turovskayaya (hazırda isə İddiaçı) məxsusdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-32/2-14700/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulan suallar 1. Faktiki vəziyyətdə ünvan 3ində yerləşən İddiaçı adına xx.xx.2022-ci il tarixli çıxarışa əsasən rəsmiləşdirilən **********40 reyestr, ********** qeydiyyat nömrəli 0.04 ha ölçüdə sahəsi olan və ünvan 3ində yerləşən Cavabdeh2 və Cavabdeh4 adlarına xx.xx.2014-cü il tarixli çıxarışa əsasən rəsmləşdirilən **********96 reyestr, ********** qeydiyyat nömrəli 0.08 ha ölçüdə olan torpaq sahələri onları ayıran faktiki sərhəd (sərhəd dedikdə, iki torpağı ayıran daş hasar nəzərdə tutulur) nəzərə alınmaqla naturada üst-üstə düşmürmü, 2. Düşmürsə sərhəddə torpaqların birinə keçməsi varsa hansı ölçüdədir. Suallar üzrə elekron GPS aləti vasitəsilə yerölçmə işləri aparılmış və sözüdedən torpaq sahələri barədə məlumatlar idarənin elekron baza məlumatları əsasında araşıdırılmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, **********96 reyestr nömrəli çıxarışla Cavabdeh2 sənəl üzrə mülkiyyətində olmuş (xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.08 ha) torpaq sahəsi ilə **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş ( xx.xx.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.04 ha) torpaq sahəsi tam olaraq üst-üstə düşür. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrində **********40 reyestr nömrəli ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış ünvan 3ində yerləşən ümumi sahəsi sənəd üzrə 0,04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə Cavabdeh3 faktiki istifadəsinə olan torpaq sahəsinin koordinatları ilə üstüstə düşən hissəsi 0,0037 ha təşkil edir. 2-ci sualın cavabı 1-ci sualın cavabında cavablandırılmışdır. Qeyd: **********40 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi 0,04 ha, faktiki istifadəsində olan torpaq sahəsi 0,0435 ha təşkil edir. **********02 reyestr nömrəli çıxarışa əsasən, Cavabdeh3 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi 0,036 ha, faktiki istifadəsində olan torpaq sahəsi 0,0412 ha təşkil edir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 0,0435 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üstə düşməyən hissəsi 0,0082 ha təşkil edir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-32/2-14700/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulan suallar: 1. Faktiki vəziyyətdə ünvan 3ində yerləşən İddiaçı adına xx.xx.2022-ci il tarixli çıxarışa əsasən rəsmiləşdirilən **********40 reyestr, ********** qeydiyyat nömrəli 0.04 ha ölçüdə sahəsi olan və ünvan 3ində yerləşən Cavabdeh2 və Cavabdeh4 adlarına xx.xx.2014-cü il tarixli çıxarışa əsasən rəsmləşdirilən **********96 reyestr, ********** qeydiyyat nömrəli 0.08 ha ölçüdə olan torpaq sahələri onları ayıran faktiki sərhəd (sərhəd dedikdə, iki torpağı ayıran daş hasar nəzərdə tutulur) nəzərə alınmaqla naturada üst-üstə düşmürmü, 2. Düşmürsə sərşhəddə torpaqların birinə keçməsi varsa hansı ölçüdədir. Suallar üzrə elekron GPS aləti vasitəsilə yerölçmə işləri aparılmış və sözüdedən torpaq sahələri barədə məlumatlar idarənin elekron baza məlumatları əsasında araşıdırılmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, faktiki vəziyyətdə ünvan 3ində yerləşən İddiaçı adına xx.xx.2022-ci il tarixli çıxarışa əsasən rəsmiləşdirilən **********40 reyestr, ********** qeydiyyat nömrəli 0.04 ha ölçüdə sahəsi olan və ünvan 3ində yerləşən Cavabdeh2 və Cavabdeh4 adlarına xx.xx.2014-cü il tarixli çıxarışa əsasən rəsmləşdirilən **********96 reyestr, ********** qeydiyyat nömrəli 0.08 ha ölçüdə olan torpaq sahələri onları ayıran faktiki sərhəd (sərhəd dedikdə, iki torpağı ayıran daş hasar nəzərdə tutulur) nəzərə alınmaqla naturada üst-üstə düşmür. 2.Sərhəddə torpaqların bir-birinə keçməsi 0.0046 ha təşkil edir. Qeyd: **********40 reyestr nömrəli çıxarışa əsasən İddiaçı sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi 0.04 ha, faktiki istifadəsində olan torpaq sahəsi 0.0452 ha təşkil edir. **********02 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh3 sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi 0.036 ha, faktiki istifadəsində olan torpaq sahəsi isə 0.0406 ha təşkil edir. İddiaçı sənəd üzrə mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin, cavabdeh, Cavabdeh3 faktiki istifadəsində olan 0.0406 ha torpaq sahəsinə düşən hissəsi 0.0046 ha (46 kv.metr) təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8103 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-12234/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasındakı fərqin 0.0035 ha (35 kv.metr) təşkil etdiyi müəyyən olundu. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2019cu il tarixli **********02 reyestr nömrə ilə qeydiyyat çıxarışına əsasən, Cavabdeh3 adına mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.036 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə Cavabdeh3 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasındakı fərqin 0.0052 ha (52 kv.metr) təşkil etdiyi müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən İddiaçı faktiki istifadəsinə 0,0435 ha, Cavabdeh2 faktiki istifadəsində isə 0,0412 ha torpaq sahəsinin olduğu müəyyən olundu. Qərardadın dördüncü sualı üzrə: Qərardadın dördüncü sualının cavabı birinci ikinci sualların cavabındda öz əksini tapmışdır. Qərardadın on ikinci sualı üzrə: Mütəxəssis rəyinə, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi arasında olan sərhəd hasarında tamamilə dağılma müşahidə olunmadı. Həmçinin qeyd olunur ki, baxış zamanı iddiaçının bildirdiyinə, aparılan müşahidəyə və mülki iş materiallarında olan məlumatlara əsasən həmin hasarın 0,4 metr hündürlüyündə (2 cərgə) və 11 metr uzunluğunda hissəsi sökülmüşdür (faktiki izləri mövcuddur). Həmin sökülmüş hissənin bərpası üçün görülməli işlərin mövcud orta bazar qiymətinə uyğun dəyərinin 136 manat məbləğində olduğu müəyyən olundu. Qərardadın on üçüncü sualı üzrə: Mütəxəssis rəyinə, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, Cavabdeh2 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin dağıdılması müşahidə olunmamışdır. Lakin fərdi yaşayış evinin divarında çatlar olduğu müşahidə olundu. Bununla bağlı qeyd olunur ki, fərdi yaşayış evində yaranmış çatlar üzrə müvafiq qurumun (FHN TTNDA) konstruktoru tərəfindən müayinə tədqiqat işləri aparıldıqdan və layihə smeta sənədləri hazırlandıqdan sonra fərdi yaşayış evinə dəymiş ziyanı müəyyən etmək mümkün olacaqdır. Qərardadın ondördüncü sualı üzrə: Mütəxəssis rəyinə, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, Cavabdeh2 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən tərəflərin ortaq istifadələrində olan yola düşən divarda dağılma müşahidə olunmasa da, cavabdehin fərdi yaşayış evinin tərəflərin ortaq istifadələrində olan yola düşən xarici divarında çatlar müşahidə olundu. Lakin həmin çatların hansı səbəbdən yaranmasınının müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-32/2-14700/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, 1. Faktiki vəziyyətdə ünvan 3ində yerləşən İddiaçı adına xx.xx.2022-ci il tarixli şıxarışa əsasən rəsmiləşdirilən **********40 reyestr, ********** qeydiyyat nömrəli 0.04 ha ölçüdə sahəsi olan və ünvan 3ində yerləşən Cavabdeh2 və Cavabdeh4 adlarına xx.xx.2014-cü il tarixli çıxarışa əsasən rəsmləşdirilən **********96 reyestr, ********** qeydiyyat nömrəli 0.08 ha ölçüdə olan torpaq sahələri onları ayıran faktiki sərhəd (sərhəd dedikdə, iki torpağı ayıran daş hasar nəzərdə tutulur) nəzərə alınmaqla naturada üst-üstə düşmür. 2. Sərhəddə torpaqların bir-birinə keçməsi 0.0046 ha təşkil edir. Qeyd: **********40 reyestr nömrəli çıxarışa əsasən İddiaçı sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi 0.04 ha, faktiki istifadəsində olan torpaq sahəsi 0.0452 ha təşkil edir. **********02 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh3 sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi 0.036 ha, faktiki istifadəsində olan torpaq sahəsi isə 0.0406 ha təşkil edir. İddiaçı sənəd üzrə mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin, cavabdeh, Cavabdeh3 faktiki istifadəsində olan 0.0406 ha torpaq sahəsinə düşən hissəsi 0.0046 ha (46 kv.metr) təşkil edir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-32/2-14700/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, 1. **********96 reyestr nömrəli çıxarışla Cavabdeh2 sənəd üzrə mülkiyyətində olmuş (xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.08 ha) torpaq sahəsi ilə **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş (xx.xx.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.04 ha) torpaq sahəsi tam olaraq üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə Cavabdeh3 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0037 ha (37kv.metr) təşkil edir. 2. 2-ci sualın cavabı 1-ci sualın cavabında cavablandırılmışdır. Qeyd: **********40 reyestr nömrəli çıxarışa əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi 0.04 ha, faktiki istifadəsində olan torpaq sahəsi 0.0435 ha təşkil edir. **********02 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh3 sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi 0.036 ha, faktiki istifadəsində olan torpaq sahəsi isə 0.0412 ha təşkil edir. İddiaçı faktiki istifadəsində olan 0.0435 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üstə düşməyən hissəsi 0.0082 ha təşkil edir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2033/2023 saylı, xx.xx.2023-cü il tarixli bildirişinin surətindən görünür ki, iddiaçı Cavabdeh3 DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və ya onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlər etmək öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi üzrə tədqiat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. -Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-343/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, iddiaçı Cavabdeh3 DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və ya onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlər etmək öhdəliyinin qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. - Sumqayıt «Asan xidmət» Mərkəzinin notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2018-ci il tarixli beh müqaviləsindən görünür ki, X4 İradə Oqtay qızına ünvan 3i ünvanında yerləşən ümumibirgə mülkiyyətdə olan 0,08 ha torpa sahəsindən 0,04 ha torpaq sahəsinə görə ödəməli olduğu 22000 manat pul məbləğinin 2000 manat hissəsini beh olaraq verdi. Qalan 20000 manat hissəsini isə xx.xx.2018-ci ildədək ödəməyi öhdəsinə götürür. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X14 Xidmətinin Cavabdeh1 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, «qonşusu tərəfindən üzüm tənəklərinin qırılması və korlanması barədə» Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olmuş xx.xx.2025-ci il tarixli məlumatı əməkdaşı tərəfindən yerində araşdırılmışdır. Anası Cavabdeh2 yazılı izahat verərək, müraciətin onun tərəfindən edildiyini, məqsədinin qeyd etdiyi ərazidə olan yaşıllıqların qeydiyyata alınaraq aktlaşdırılmasını və nəzarətdə saxlanılmasını xahiş etmişdir. Araşdırma zamanı ünvan 3i, Ş.Qurbanov küçəsində yerləşən Novxanı bələdiyyəsinin balansında olan qeyd etdiyiniz 3,6 m enindəki yolun kənarında hasar boyu 7 ədəd üzüm tənəyinin və 2 ədəd ağac tinginin bioloji inkişafında olduğu müəyyən edilmiş, yaşıllığın məhv olması halları aşkar olunmamışdır. Sözügedən ərazidə olan yaşıllıqlar qeydiyyata alınaraq, xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş, yaşıllıqların qorunub mühafizə olunması üçün Novxanı bələdiyyəsinə məktub göndərilmişdir. - Bağlar Sukanal İdarəsinin əməkdaşlarının tərtib etdikləri aktlan görünür ki, xx.xx.2023-cü il tarixində vətəndaş Cavabdeh2 məxsus evə baxış keçirimiş Azərsu ASCyə məxsus su şəbəkəsinə qoşulma aşkarlanmadı. - Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin X21 ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məutubundan görünür ki, qonşuluqda tikinti aparaq vətəndaş İddiaçı Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə dəvət olunmuş, vətəndaşa ətraflı söhbət aparılmış və izah olunmuşdur ki, qonşular arasında yaşama prinsiinə uyğun olaraq fərdi yaşayış evi tikənlər ara məsafəsini qorumaq şərti ilə tikinti apara bilər. Qeyd olunanları nəzərə alaraq İddiaçı inşa etdiyi fərdi yaşayış evinə qonşusu tərəfdən pəncərənin ləğv olunması barədə yazılı ərizə təqdim edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC-də biznesin idarəedilməsi üzrə direktor vəzifəsində çalışır. 2025-ci il ərzində o 32 dəfə ərizə ilə müraciət dərək öz hsabına işən icazə almışdır. Onun işdə olmadığı müddətlər üzrə hesablanmış cəmi 4078,89 AZN məbləğində vəsait onun maaş və bonus ödənişlərindən çıxılmışdır. Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəoin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnaoin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnaoin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 3i ərazisində yeləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 və Cavabdeh4 payı müəyyən edilməklə adlarına xx.xx.2014-cü il tarixində ********** qeydiyyat nömrəsi, **********96 reyestr nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixli 4Ə-208 nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən Cavabdeh2 ünvan 3i ərazisində yerləşən 0,036 ha torpaq sahəsini hədiyyə alan Cavabdeh3 mülkiyyətinə vermiş, xx.xx.2018-ci il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişə əsasən ünvan 3i ərazisində yerləşən torpaq sahəsinin bölgü eskizində göstərilən qaydada, yerdə qalan hissəsinin birinci tərəflər Cavabdeh2 və Cavabdeh4, 0,04 ha hissəsinin isə ikinci tərəf X8 verilməsinə dair razılığa gəlinmiş, xx.xx.2018-ci il tarixli beh müqaviləsinə görə X5 rayonu, Novxanı kəndi ərazisində yerləşən torpaq sahəsinin 0,04 hissəsinə görə ödəməli olduğu 22000 manat pul məbləğinin 2000 manat hissəsini beh olaraq Cavabdeh2 verməyi, qalan məbləği isə xx.xx.2018-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüş, xx.xx.2018-ci il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişinə əsasən ünvan 3i ərazisində yerləşən torpaq sahəsinin bölgü eskizində göstərilən qaydada, yerdə qalan hissəsinin birinci tərəflər Cavabdeh2 və Cavabdeh4, 0,04 ha hissəsinin isə ikinci tərəf X8 verilməsinə dair razılığa gəlinmişdir. Yəni, ünvan 3i ərazisində yeləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi, **********40 reyestr nömrəsi ilə qeydiyyata alınmamışdan əvvəl, X7 mülkiyyətində olmuşdur. Sonuncu isə həmin torpaq sahəsini Cavabdeh2n 2018-ci ildə əldə etmiş və sonradan 2022-ci ildə ilk iddiaçıya satmışdır. İlk iddiaçı ilə cavabdehlər arasında mübahisə ilk iddiaçının dəlillərinə əsasən Cavabdeh4 2022-ci ilin sentyabr ayında yaşlı valideynlərinin və onun etibarından sui istifadə etmə və aldatma yolu ilə öncədən planlanmış və məqsədli şəkildə bu torpaq sahəsinin faktiki 5 sot olduğunu deyərək, sənəddə 4 sot olmasına baxmayaraq qalan 1 sotun çox asan şəkildə sənədləşdiriləcəyini bildirərək əsl dəyəri 20 min manat olan torpaq sahəsinin ona dəyərindən xeyli baha, yəni 33 min manata satışını təşkil etməsi, bundan sonra isə əsassız iddialarla onların evinin tikintisinə mane olmağa çalışmaları əsasında başlamışdır. Beləliklə də müəyyən edilmişdir ki, ilk iddiaçı hazırda yaşadığı torpaq sahəsini 2022ci ildə əldə edərkən sənədlə 0.04 ha olsa da faktiki 0.05 ha olduğu barədə məlumatlı olmuş, başqa sözlə torpaq sahəsini bu vəziyyətdə almaqla razılaşmışdır. Tərəflər arasında ilk mübahisəli vəziyyət ilk iddiaçının əldə etdiyi torpaq sahəsinin 20 min manata satıldığı halda torpaq sahəsinin ona dəyərindən xeyli baha, yəni 33 min manata satışını təşkil etməsi ilə bağlı olsa da, bu hal üzrə hər hansı iddia qaldırılmamış və bu faktın mövcud olub-olmamasına hüquqi qiymət verilməmişdir. Daha sonra tərəflər arasında mübahisə ilk iddiaçının ona məxsus olan torpaq sahəsində xx.xx.2022 tarixindən etibarən aidiyyatı qurumların razılığı əsasında işlər aparılması zamanı baş vermiş və 2022-ci ilin noyabr ayında onun evinin yeganə giriş-çıxış yeri olan yolun cavabdehlər tərəfindən bağlanması, ona qarşı qərəzli hərəkətlər sərgiləməsi ilə bağlı yaranmış və davam edən mübahisələrin həllinə istiqamətlənmiş proseslər zamanı əraziyə dəvət olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşının yerində ölçmə etməsindən və cavabdeh tərəfindən onun evinin yeganə girişçıxış yeri olan yola dair bölgü sazişi təqdim edildikdən sonra ilk iddiaçıya məlum olmuşdur ki, hazırda ona məxsus torpaq sahəsinin 11.2 metr * 4.4 metr = 49.28 kvadrat metr hissəsi Vəlizadə ailəsi tərəfindən zəbt edilmiş, Cavabdeh3 ilə onun torpaq sahələrinin qanuni koordinatlar üzrə ayrılma sərhəddi, yəni onun mülkiyyət hüquqları Vəlizadə ailəsinin üzvləri tərəfindən kobud şəkildə pozulmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1045/2023 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, rəy verilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Həmin mərkəzin vəsatətinə əsasən İş üzrə əvvəlcə mütəxəssis rəyi verilməsi üçün iş materialları Daşınmaz Əmlakın Dövlət Katasdırı vəReyestri publik hüquqi şəxsin 4 saylı Abşeron ərazi idarəsinə göndərilmişdir. Həmin idarə vəsatət verməmiş iş materiallarını geri qaytararaq rəy verilməsi üçün bəzi hüquqmüəyyənedici sənədlərin verilməməsi səbəbindən qərardadı icra etməmişdi. Məhkəmə icraatı təzələyərək işə yenidən baxmaq qərarına gəlmişdir. Abşeron rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(012)-6573/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən, mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8103 saylı rəyi Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Qeyd edilən rəyə əsasən Cavabdeh3 adına mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.036 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə Cavabdeh3 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasındakı fərqin 0.0052 ha (52 kv.metr) təşkil etmiş, İddiaçı faktiki istifadəsinə 0,0435 ha, Cavabdeh2 faktiki istifadəsində isə 0,0412 ha torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. Abşeron rayon Məhkəməsinin digər qərardadı ilə mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən, mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin rəyi Abşeron rayon Məhkəməsinə daxil olduqdan sonra işin icraatı təzələnmişdir. Məhkəmə qeyd edir ki, işin materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı maneələrin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, bu zaman öz adına olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa istinad etmişdir. Bununla belə, işdə olan sənədlərdən görünür ki, İddiaçı öncə onun torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olan S.M.Turovskayanın torpaq sahəsinin konfiqurasiyası xx.xx.2018ci il tarixdə tərtib edilmiş bölgü eskizinə əsasən tərtib edilmişdir. Bu sənəd, habelə torpaq sahəsinin plan və ölçüsü məhkəmə qaydasında mübahisəlndirilmişdir. Belə ki, işdən görünür ki, iddiaçı Cavabdeh3 DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və ya onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlər etmək öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə isə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İşin materiallarından görünür ki, iddiaçı Cavabdeh3 DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və ya onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlər etmək öhdəliyinin qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-32/2-14700/2025 nömrəli mütəxəssis rəylərindən aydın olur ki, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış ünvan 3ində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə Cavabdeh3 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0037 ha (37kv.metr) təşkil edir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabeh tərəfindən Cavabdeh3 tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsində 0,0037 ha torpaq sahəsi zəbt edilmiş və buna görə məhkəmə ilk iddianı qeyd edilən hissədə əsaslı sayır və hesab edir ki, ilk iddia üzrə cavabdehlər 0,0037 ha torpaq sahəsi daxilində olan tikililər ilkin iddia üzrə cavabdehlərin hesabına sökülərək, torpaq sahəsindən çıxarılmalı və sərhəd üzrə hasar tikili ilkin iddia üzrə cavabdehlər tərəfindən bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona osub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X15 haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi çıxarışa əsasən ilk iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmış və bununla da iddiaçının həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək onun barəsində sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Məhkəmə ilk iddianın digər dəlillərinə qiymət verərək qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala - qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Məhkəmə hesab edir ki, ilk iddiaçı Cavabdeh3 torpaq sahəsinin və özünün torpaq sahəsinin ayrılma sərhədlərinin qanuni koordinatlar üzrə dəqiqləşdirilməsi tələbi ilə müraciət etməkdə haqlı olsa da, bununla bağlı digər tələbləri olan ona məxsus onlar tərəfindən zəbt edilmiş torpaq sahəsinin bütün yararsız əşyalardan, tullantılardan, zibillərdən təmizlənərək tam səliqəli formada ona təhvil verilməsi iddiası ona görə əsaslı sayıla bilməz ki, qeyd edilən halların həqiqətən mövcud olmasına dair sübutlar təqdim edilməmişdir. Məhkəmə bu qənaətə gələrkən 0,0037 ha torpaq sahəsi daxilində olan tikililər ilkin iddia üzrə cavabdehlərin hesabına sökülərək, torpaq sahəsindən çıxarılarkən özlərinə məxsus əşya və əmlaklarını çox güman ki, götürəcəklərini də nəzərə alır. Məhkəmə tələbin digər hissələri olan ona məxsus torpaq sahəsinin zəbt edilərək ilk iddiaçı üçün ayrılmış yola (dalana) sonradan açdıqları kiçik yardımçı qapının Cavabdeh3 maddi vəsaiti hesabına sökülməsi, yerinin hörülməsi, suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması, yenidən əlavə qapı açılmasının həmişəlik qadağan edilməsi hissəsi üzrə qeyd edir ki, 0,0037 ha torpaq sahəsi daxilində olan tikililər ilkin iddia üzrə cavabdehlərin hesabına sökülərək, torpaq sahəsindən çıxarılmaları, sərhəd üzrə hasar tikili ilkin iddia üzrə cavabdehlər tərəfindən bərpa edilməsi (hörülməsi,) icra edildikdən sonra həmin yerin suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması tələbi əsaslı sayıla bilməz. Belə ki, qətnamə göstərilən qaydada icra edildikdən sonra hörülmüş yerin suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması zövq işi olmaqla bunu ilk iddia üzrə cavabdehlərin üzərinə qoymaq olmaz. Bu iş sonradan ilk iddiaçı tərəfindən öz mülahizəsinə əsasən həyata keçirilə bilər. Tələbin yenidən əlavə qapı açılmasının həmişəlik qadağan edilməsi tələbini də məhkəmə əsassız sayır. Belə ki, cavabdehlər tərəfindən qətnamənin göstərilən qaydada icrasından sonra qapı açılması halının qarşısı alınmış olur və əgər açılarsa hazırki qətnamə qanuni qüvvəsini almaqla yaranmış mübahisəyə qaldırılmış iddia üzrə yenidən hüquqi qiymət verilə bilər. Məhkəmə cavabdeh Vəlizadə ailəsi tərəfindən onların açıq eyvanından ilk iddiaçı üçün ayrılmış yola (dalana) açılmış pəncərənin Cavabdeh3 maddi vəsaiti hesabına sökülməsi, hörülməsi, suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması tələbini də əsaslı saymır. Belə ki, bu pəncərə onun mülkiyyətinə aid olmaqla onun yola (dalana) baxması ilə ilk iddiaçının mülkiyyət hüquqlarının pozulması müəyyən edilmir. Məhkəmə tələbin ilk iddiaçının evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) Vəlizadələr tərəfindən əkilmiş ağacların və kolların cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 maddi vəsaiti hesabına çıxarılaraq onların öz həyətyanı torpaq sahəsinə və ya başqa yerə köçürülməsi, həmin yolda (dalanda) istənilən əkmə, becərmə, bitkilərə qulluq işlərinin Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan edilməsi hissəsinin əsassız olması qənaətinə gəlir və qeyd edir ki, yol ümumi istifadədə olan sahə olmaqla mülkiyyətə daxil olmadığı üçün həmin sahədən istifadə edən şəxsi istəyinə görə yaşıllıqların çıxarılması və məhv edilməsi yol verilməzdir. Lakin məhkəmə həmçinin nəzərə alır ki, əgər yoldan yalnız bir şəxs giriş –çıxış üçün istifadə edərsə digər şəxslər həmin yoldan daima istifadə edən şəxs kimi oranı yaşıllıqlarla abadlaşdırmasında maraqlı olmazlar. Məhkəmə həmçinin tələbin ilk iddiaçının evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) və yolun giriş hissəsinin önündə avtomobil və digər bütün nəqliyyat vasitələrinin, texnikanın dayanması və saxlanılmasının Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan edilməsi hissəsinin də təmin edilməsini mümkün saymır. Belə ki, qeyd edildiyi kimi yol heç kimin mülkiyyəti olmamaqla ümumi istifadədir və əgər yoldan yalnız bir şəxs giriş–çıxış üçün istifadə edilirsə digər şəxslər həmin yoldan istifadəyə maraqlı olmazlar və tələb edilən qadağaların qoyulması üçün yolun giriş hissəsinin önündə avtomobil və digər bütün nəqliyyat vasitələrinin, texnikanın dayanması və saxlanılmasının mütamadiliyi və bununla həmin yegənə yoldan istifadə edən şəxsin hüqularının pozulmasına dair sübutlar təqdim edilməlidir ki, bu sübutlar da təqdim edilməmişdir. İlk iddiaçının yalnız mülahizələrinə və şəxsi istəklərinə görə cavabdehlərə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə nələrinsə həmişəlik qadağan edilməsi yol verilməzdir. Məhkəmə tələbin Vəlizadə ailəsi tərəfindən ilk iddiaçının torpağının zəbt olunması səbəbindən su və kanalizasiya xətti çəkilişi ilə bağlı məruz qaldığı 1320 AZN (bir min üç yüz iyirmi manat) məbləğində xərcin cavabdehlərdən alınaraq ödənilməsi hissəsinin təmin edilməməsi qənaətinə gəlir və bunu qeyd edilən dəlilin təsdiqi olaraq hər hansı sübutun təqdim edilməməsi ilə əsaslandırır. Eləcə də məhkəmə tələbin torpaq sahəsini notarial qaydada aldığı xx.xx.2022 tarixindən ilk iddiasıya məxsus torpaq sahəsinin ona təhvil verilməsi tarixinədək keçən müddət ərzində onun əmlakımdan istifadə edərək faydalandığına görə ona ödənilməli olan hər ay üçün 600 AZN (altı yüz manat) və ya hər gün üçün 20 AZN (iyirmi manat), yəni indiyədək keçmiş 35 (otuz beş) aylıq müddət üzrə ümumilikdə 21000 AZN (iyirmi bir min manat) məbləğində haqqın cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 alınaraq ona ödənilməsi hissəsini də əsassız sayır və qeyd edir ki, cavabdehlər tərəfindən ona məxsus sahənin zəbt faktı təsdiqini tapsa da, nəzərə alınmalıdır ki, ilk iddiaçı torpaq sahəsini alarkən çıxarışdan artıq sahədə torpaq almasını və artıq sahənin də özünün çıxarışına daxil olmamasını bilmiş və xeyli müddət bununla razılaşaraq oradan istifadə etmişdir. Məhkəmə ilk iddiaçıya məxsus torpaq sahəsinin Vəlizadələr tərəfindən zəbt olunması səbəbindən evinin çıxarış sənədini ala bilməyərək evinin girov qoyulması qarşılığında əldə etməli olduğu 120000 AZN (bir yüz iyirmi min manat) məbləğində vəsait əsasında 2023-cü ilin iyul ayında Fond Birjasının satışa çıxardığı 18 (on səkkiz) aylıq tədavül müddətli, illik 13% (on üç faiz) gəlirli istiqrazların alınması ilə bağlı biznes planının baş tutmamasına görə məruz qaldığı 23400 AZN (iyirmi üç min dörd yüz manat) məbləğində zərər (əldən çıxmış fayda) üzrə 23400 AZN (iyirmi üç min dörd yüz manat) məbləğində vəsaitin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 alınaraq ona ödənilməsi hissədə də tələbi əsassız sayır və hesab edir ki, bu hesablamalar iddiaçının subyektiv mülahizəsi olmaqla bu hissə üzrə cavabdehlərin ilk iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcısı olması sübuta yetirilməmişdir. Məhkəmə proseslərinin başladığı 2022-ci ilin noyabr ayından indiyədək məhkəmə və icra prosesləri ilə əlaqədar işdən icazə almalara görə mənim əmək haqqı, əmək haqqına əlavə və mükafat ödənişlərimdən tutulmuş ümumilikdə 7340.71 AZN (yeddi min üç yüz qırx manat yetmiş bir qəpik) məbləğində vəsaitin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 alınaraq ona ödənilməsi hissəsində də tələbi məhkəmə əsassız sayır və qeyd edir ki, hüquqlarının pozulmasını iddia edərək məhkəməyə ilk olaraq ilk iddiaçı müraciət etmiş və təyin edilmiş məhkəmə iclaslarında onun iştirakı məsələsi prosessual qanunvericiliyə görə hüququ olmuşdur. Onun bu hüququndan yararlanaraq məhkəmə iclaslarında iştirak etməklə işdən icazə almalara görə əmək haqqı, əmək haqqına əlavə və mükafat ödənişlərindən tutulmuş vəsatlərə görə cavabdehlər məsuliyyət daşıya bilməz. Məhkəmə tələbin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun torpaq sahəsinə gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən material daşınması prosesində əlavə nəqliyyat və işçilik xərcləri ilə bağlı ona vurulmuş maddi zərərə görə 360 AZN (üç yüz altmış manat) məbləğində vəsaitin, eləcə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun torpaq sahəsinə gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən tikinti işlərinin 12 (on iki) gün müddətində tam dayanması ilə bağlı vaxt itkisi üzrə ona vurulmuş zərərə görə 1200 AZN (bir min iki yüz manat) məbləğində vəsaitin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi hissələrini də buna dair mötəbər sübutların təqdim edilməməsi əsası ilə əsassız sayır. Məhkəmə tələbin məhkəmə, mütəxəssis rəyi, icra və ekspertiza prosesləri ilə bağlı ödədiyim rüsumlar ilə bağlı çəkdiyi xərclərə görə 1394.50 AZN (bir min üç yüz doxsan dörd manat əlli qəpik) məbləğində vəsaitin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi hissəsini də bu məbləğlərin ümumlikdə göstərilən məbləğdə olmasının tam əsaslandırılmadığından təmin edilməsini mümkün saymır. Məhkəmə tələbin ilk iddiaçının həyətyanı sahəsinin hasarı və darvazasının yerinin dəyişməsi ilə bağlı işıq, su, qaz sayğaclarının, boru və kabellərinin yerinin dəyişdirilərək Vəlizadələrin maddi vəsaiti hesabına darvazanın yeni yerindən çölə, yəni yola çıxarılması, bunun üçün lazımı qurumlardan icazələrin alınması və işlərin icrası üçün itiriləcək vaxta görə təxmini hesablanmış 4500 AZN (dörd min beş yüz manat) məbləğində vəsaitin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi hissəsi üzrə qeyd edir ki, tələbin bu hissəsindən görünür ki, iddiaçı bunları təxmin edərək ehtimal üzərində tələb irəli sürmüşdür. Məhkəmə isə ehtimallara və təxminənlərə əsaslanan hallar üzrə deyil, təqdim edilmiş sübutlar əsasında və işin araşdırılmış həqiqi halları üzrə qətnamə qəbul edir. Məhkəmə eyni halın tələbin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona ödənilməli olan məbləğlərin qeyd olunan müddətlərdə ödənilməsi gecikdirilərsə, gecikdirilən hər gün üçün borc məbləğinin 0.5%-i nisbətində dəbbə pulu hesablanması; onlar tərəfindən ona edilməli olan ödənişlər 30 (otuz) gündən daha uzun müddətə gecikdirilərsə, məcburi icra tədbiri olaraq tələbin cavabdehlərin pul vəsaitlərinə və bütün əmlakına yönəldilməsi hissəsinə də aid olmasını qeyd etmək vurğulayır ki, hazırki qətnamə ilə cavabdehlərdən ilk iddiaçının xeyrinə pul tutulması qət edilməmiş və ümumilikdə məcburi icra tədbiri olaraq tələbin cavabdehlərin pul vəsaitlərinə və bütün əmlakına yönəldilməsi hissəsi yalnız icra hərəkətləri başlayan vaxt icra qanunvericiliynin tələblərinə uyğun həyata keçirilir. Buna görə də qeyd edilən iddia tələbləri də əsassızdır. Məhkəmə iddianın bugünədək ilk iddiaçıya və onun yaşlı valideynlərinə qarşı nümayiş etdirdikləri bütün vicdansız davranışlara, dincliklərini pozduqlarına, dəfələrlə şər ataraq vaxtlarını aldıqlarına, yaşlı valideynlərinə yaşatdıqları streslərə, əsassız iddialarla onun evinin tikintisinə, torpağının qaytarılmasına, evimin çıxarışının alınmasına maneəçilik törətdiklərinə, anasına qarşı sərgilədikləri qeyri-insani hərəkətlərə görə onlara vurduqları mənəvi zərər üzrə 20000 AZN (iyirmi min manat) məbləğində vəsaitin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 alınaraq ilk iddiaçıya ödənilməsi hissələrinə ümumilikdə qiymət verərək əvvəla onu qeyd etməyi zəruri sayır ki, ilk iddia üzrə iddiaçının valideynləri iddia qaldırmamışlar. Həmçinin ilk iddiaçının valideynəri ona onların adından çıxış edərək cavabdehlərə qarşı hər hansı iddia qaldırmaq səlahiyyətini verməmişlər. Beləliklə də, ilk iddiaçının valideynlərinin adından çıxış etməklə onların mənafeyi baxımından onlara vurulmuş mənəvi ziyan məbləğinin öz xeyrinə tutulmasını tələb etməyə həm haqlı deyil, həm də subyektiv hüquqa malik olmamışdır. O ki qaldı ilk iddiaçının özünə vurulan mənəvi ziyanla bağlı iddiasına, bu hissədə məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, ilk iddiaçı baş verənlərlə bağlı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində də rədd edilməlidir. Tələbin digər hissələri olan mübahisə predmeti olan onun evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) və yolun giriş hissəsinin önündə müxtəlif işlərin aparılması, yola zibillər atılması, yola şəxsi əşyalar yığılması, yola boş su, kanalizasiya, qaz borularının çəkilməsi, abadlaşdırma adı ilə yola (dalana) dövlətin abadlaşdırma proqramından kənar müdaxilələr edilməsi və s. qonşuluq prinsiplərinə zidd olan, onun və valideynlərinin hüquqlarını pozan, onlara maneəçilik yaradan bütün işlərin Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan olunması; sözügedən yolda (dalanda), həmin yoldakı hasarların dibində və üstündə Vəlizadələr tərəfindən yığılmış bütün şəxsi əşyaların, dibçəklərin, boruların və s. digər bütün əşyaların cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 maddi vəsaiti hesabına yığışdırılması və onun üçün ayrılmış yolun tam təmizlənərək və səliqəyə salınaraq ona təhvil verilməsi hissələri üzrə məhkəmə qeyd edir ki, bu tələblər də ehtimallar və təxminlər üzərində qurulmaqla iddiaçının şəxsi istəyinin təzahurləridir ki, yuxarıda qeyd edildiyi kimi, məhkəmə yalnız qanunvericiliklə müəyyən edilmiş hallar üzrə qətnamə qəbul edir. Məhkəmə qarşılıqlı iddia üzrə irəli sürülən tələblərə də qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından qarşılıqlı iddiaçı tərəf hüquqi mövqeyini sübut edə bilməmiş, yəni, İddiaçı ona və ailə üzvlərinə dəymiş maddi və mənəvi ziyana görə pulun tutulmalı olması, onun həyətinə və evinə gedən 3.60 metr enində yeganə giriş, çıxışı olan yolda avtomobil və böyük həcmli maşınlar saxlayaraq (öz darvazası olaraq) və ya digər yollarla onun və yaşlı valideynlərinin həyətinə və evinə ümumi istifadə olunan yolda sərbəst giriş, çıxışılarına, onlara aid olan öz vəsaitlə tikdirdikləri hasarın yol boyu daş qırıqları, tullantılar yığmaq və yolun səliqəli saxlanması və evinə baxan kameraların sökülməsi, faktiki olan torpaq sahəsini 0.0158 ha hissəsinin üzərində onlara miras qalan quyu da ora daxil olmaqla, İddiaçı tərəfindən zəbt olunmuş, illərlə onların istifadələrində olan torpaq sahəsi, bütün yararsız əşyalardan, tullantılardan, zibillərdən təmizlənərək tam səliqəli formada ona və ailəsinə təhvil verilərək, sahibliklərinə qaytarılması kimi dəlilləri üzrə hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə bu qənaətə gələrkən qarşılıqlı iddiaçı tərəfin ilk iddiaçı ilə aralarında uzun müddət münaqişəli vəziyyətin davam etməsi fonunda onlara qarşı ilk iddia qaldırılmasından sonra hazırki qarşılıqlı iddianın qaldırılmasını da nəzərə alır və qeyd edir ki, İddiaçı tərəfindən hüquqları pozulması faktı mövcud olduğu təqdirdə qarşılıqlı iddiada sadalanan tələblər tutarlı sübutlar müqabilində əvvəlcədən iddia qaldırmaq imkanlarından istifadə olunardı. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu oada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə məhkəmə sübutları qiymətləndirib hesab edir ki, ilk iddiaçının iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 tərəfindən İddiaçı mülkiyyətində olan zəbt olunmuş 0,0037 ha torpaq sahəsi alınaraq ilkin iddia üzrə İddiaçı qaytarılmalı, 0,0037 ha torpaq sahəsi daxilində olan tikililər ilkin iddia üzrə cavabdehlərin hesabına sökülərək, torpaq sahəsindən çıxarılmalı, sərhəd üzrə hasar tikili ilkin iddia üzrə cavabdehlər tərəfindən bərpa edilməli, ilkin iddia tələbləri qalan hissələrdə, qarşılıqlı iddia ərizəsi isə bütünlüklə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İlkin iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh3 tərəfindən İddiaçı mülkiyyətində olan zəbt olunmuş 0,0037 ha torpaq sahəsi alınaraq ilkin iddia üzrə İddiaçı qaytarılsın. 0,0037 ha torpaq sahəsi daxilində olan tikililər ilkin iddia üzrə cavabdehlərin hesabına sökülərək, torpaq sahəsindən çıxarılsın. Sərhəd üzrə hasar tikili ilkin iddia üzrə cavabdehlər tərəfindən bərpa edilsin. İlkin iddia tələbləri qalan hissələrdə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada tə 6qdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov