Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-997/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələblər (neqator tələb). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 qarşı “su yolunun açılması, su yolundan istifadəyə maneənin qadağan edilməsi və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il t arixli, 2(106)-1291/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpağın Mülkiyyətə verilməsinə dair JN-141F saylı, KOD:60700038 şəhadətnaməyə əsasən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsi Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə verilmişdir.
2. Torpağın Mülkiyyətə verilməsinə dair JN-151A saylı, KOD:60700038 şəhadətnaməyə əsasən Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X1 birgə mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinc i instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Məhərəm oğlu, X2 birgə mülkiyyətində olan və “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş torpaq sahəsindən əvvəllər təbii yola onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə gələn su arxının açılması, həmin su yolunun istifadəyə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 tərəfındən olan maneələrin qadağan edilməsi, yol xərci üçün ödədiyi 100 (bir yüz) və dövlət rüsumu kimi ödədiyi 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən alınaraq ona verilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, qardaşı, yəni iddiaçı Beyləqan rayo nu Aşağı Çəmənli kəndində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 ilə qonşuluqda yaşayır və həyətləri sıra ardıcıllığı ilə qonşudur. Qardaşı Əfqanın həyətinə gələn su arxı qonşuların həyətindən keçərək onun həyətinə daxil olur. 2020-ci ildə qonşular qonşuluq qaydalarına zidd olaraq Əfqanın həyətinə daxil olan su arxının qarşısını bağlayaraq həyətinə su daxil olmasını əngəlləmişdir. Əfqanın həyətinə suyun gəlmədiyinə görə bu müddət ərzində həyətində heç nə əkib becərə bilməmişdir. Qardaşı da məcbur olub həyətinə gələn su yolunun bərpası üçün bələdiyyəyə müraciət etmiş, bələdiyyə isə öz növbəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri, Aşağı Çəmənli bələdiyyəsi və Beyləqan RİHB-nın Aşağı Çəmənli inzibati Ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə avqust 2020-ci il tarixdə mübahisəli torpaq sahələrində ölçmə işlərinə başlamış, lakin digər tərəf ölçmə işlərinin aparılmasına mane olaraq, öz həyətinin ölçülməsinə razılıq verməyərək, su arxının yerinin müəyyən edilməsinə imkan verməmişdirlər. Mütəxəssislər ölçmə işlərinin aparılmasının mümkün olmaması səbəbindən işlərini dayandıraraq akt tərtib edərək getmişlər və 02 sentyabr 2022-ci il tarixli məktubla həyətyanı torpaq sahələri arasında olan su yolunun müəyyən olunması üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Hal-hazırki vaxtadək qardaşının həyətinə əvvəllər olan su arxı ilə su gəlmir, cav abdeh həmin su arxını dolduraraq onun həyətinə su buraxmır. Ona görə də, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan cavabdehlərin birgə mülkiyyətində olan və KOD:60700038 JN-151A saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş torpaq sahəsindən əvvəllər təbii yola qardaşının və ailə üzvlərinin mülkiyyətində olan, KOD:60700038 JN=150A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş torpaq sahəsinə gələn su arxının açılması, həmin su yolundan istifadəyə cavabdehlər Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 tərəfındən olan maneələrin qadağan edilməsi, yol xərci üçün ödədiyi 100 (yüz) və dövlət rüsumu kimi ödədiyi 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində pulun müştər ək qaydada cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 mart 2024-cü il tarixli, 10/941 saylı ekspertiza və mütəxəssis rəyinə əsasən, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-141F, KOD-60700038 saylı şəhadətnamə ilə mülkiyyətdə olan 0.09 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X1 birgə mülkiyyətində olan və KOD:60700038, JN-151A saylı şəhadətnamə ilə mülkiyyətdə olan 0.11 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-141F, kod 60700038 saylı şəhadətnamə ilə mülkiyyətində olan 09 ha həyətyanı torpaq sahəsinə gedən su yolu (65 kv.m) cavabdehlər tərəfindən bağlanmışdır və həyətyanı torpaq sahəsinin suvarılmasına cavabdehlər tərəfindən maneəçilik törədilir. Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-141F, kod 60700038 saylı şəhadətnamə ilə mülkiyyətində olan 09 ha həyətyanı torpaq sahəsinə gedən başqa su yolu mövcud deyildir.
4. Beyləqan Rayon Məhkəməsinin (hakim R. Nurullayev) 2(020)-12/2024 saylı, 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Məhərəm oğlu, X3 tərəfindən KOD:60700038 JN151A saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, torpaq sahəsinə gedən (65 kv.m) su arxının açılması, həmin su yolundan istifadəyə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 tərəfindən olan maneənin aradan qaldırılması, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manatın cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada alınıb Azərbaycan Resp ublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, mütəxəssis rəyinin dəyərini təşkil edən 95 manat və dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manatın cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada alınıb İddiaçı verilməsi, iddianın 100 (yüz) manat yol xərci tələbinə dair hissədə rədd edilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN 141F, kod 60700038 saylı şəhadətnamə ilə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş üzrə alınmış ekspertizanın rəyinə əsasən Beyləqan rayonu A şağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN141F, kod 60700038 saylı şəhadətnamə ilə mülkiyyətində olan 09 ha həyətyanı torpaq sahəsinə gedən su yolu (65 kv.m) cavabdehlər tərəfindən bağlanmışdır və həyətyanı torpaq sahəsinin suvarılmasına cavabdehlər tərəfindən maneəçilik törədilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Məhərəm oğlu, X3 tərəfindən KOD: 60700038 JN-151A saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, torpaq sahəsinə gedən ( 65 kv.m) su arxı açılmalı, həmin su yolundan istifa dəyə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 tərəfındən olan maneə aradan qaldırılmalıdır. İddiaçı yol xərci üçün cavabdehlərdən 100 manat pul tələb etsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilə bilməz
6. Məhkəmə gəldiyi qənaətini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə, 111-ci maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.2, 164.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh1 nümayəndəsi və vəkili Həsənov X11 Rayon Məhkəməsinin 2(020)12/2024 saylı, 30 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı mütəxəssis və ekspert rəylərinə əsaslanaraq çıxarılmışdır. Lakin, bu rəylər qərəzli və həqiqətə uyğun deyildir. Belə ki, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən cavabdehlərin birgə mülkiyyətində olan və KOD:60700038 JN-151A saylı şəhadətnamə ilə mülkiyyətdə olan 0.11 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir və həmin sərhədlər daxilində su arxı nəzərdə tutulmamışdır. Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X5 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nö mrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-141F, KOD:60700038 saylı şəhadətnamə ilə mülkiyyətdə olan 0.09 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir və həmin torpaq sahəsinə gedən su arxı iddiaçının bacısının əri X10 həyətindən keçmişdir. Bu barədə müvafiq dövlət qurumlarından da məlumat əldə etmək olar. Ekspert və mütəxəssis öz rəyində bildirmişdir ki, 0.09 ha hayatyanı torpaq sahəsinə gedən su yolu (65 kv.m) cavabdehlər tərəfindən bağlanmışdır və həyətyanı torpaq sahəsinin suvarılmasına cavabdehlər tərafindən maneəcilik törədilir. Ekspertin hansı əsasla belə qənaətə gəlməsi ekspertin əməlində korrupsiya faktının olmasına dəlalət edir.
9. Həmçinin Beyləqan rayon X6 arayışından da məlum olur ki, Cavabdeh4 məxsus KOD:607000** JN ***A sa ylı şəhadətnamə ilə mülkiyyətdə olan 0.11 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir və həmin sərhədlər daxilində su arxı nəzərdə tutulmamışdır.
10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər T. Heydərov (sədrlik edən və məruzəçi), İ.Əsədov və S. Mayılov) 2(106)-1291/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2024 saylı, 30 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən işdə olan sübutlara istinad edərək qeyd etmişdir ki,, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyab r 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN 141F, kod 60700038 saylı şəhadətnamə ilə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş üzrə alınmış ekspertizanın rəyinə əsasən Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN141F, kod 60700038 saylı şəhadətnamə ilə mülkiyyətində olan 09 ha həyətyanı torpaq sahəsinə gedən su yolu (65 kv.m) cavabdehlər tərəfindən bağlanmışdır və həyətyanı torpaq sahəsinin suvarılmasına cavabdehlər tərəfindən maneəçilik törədilir.
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Məhərəm oğlu, X3 tərəfindən KOD: 60700038 JN-151A saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, torpaq sahəsinə gedən ( 65 kv.m) su arxı açılmalı, həmin su yolundan istifadəyə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 tərəfındən olan maneə aradan qaldırılmalıdır.” qənaətinə gəlməsi mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür.
13. Kollegiya hesab etmişdir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəki l2 tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur.
14. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 158.1, 158.2, 170.2, 170.3-cü, Torpaq Məcəlləsinin 18-ci maddəsinin 1 və 2-ci hissələrinə, 47-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə, 111-ci maddəsinin 1-3-cü hissələrinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 217.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1291/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib iddia tələ binin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə ədalətli qərar verməmişdir. Belə ki, mülki iş üzrə mütəxəssis rəyinin verilməsinə Dövlət Kadastrı və Reysteri publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılaraq rəy verilmişdir. Lakin, mütəxəssis rəyi və mütəxəssis rəyinə əsaslanan ekspert rəyi ilə razı deyillər. Hesab edirlər ki, ekspert qərəzli və həqiqəti əks etdirməyən rəy vermişdir. Belə ki, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən Cavabdeh3, Cavabdeh2 qizi, X2 və onun birgə mülkiyyətlərində olan və KOD:607000** JN ***A saylı şəhadətnamə ilə mülkiyyətdə olan 0.11 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir və həmin sərhədlər daxilində su arxı nəzərdə tutulmamışdır. Beyləq an rayonu Aşağı Çəmənli kəndində yerləşən X5 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN 141F, kod 60700038 saylı şəhadətnamə ilə mülkiyyətdə olan 0.09 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir və həmin torpaq sahəsinə gedən su arxı iddiaçının bacısının əri X10 həyətindən keçmişdir. Bu barədə müvafiq dövlət qurumlarından da məlumat əldə etmək olar. Ekspert və mütəxəssis öz rəyində bildirir ki, Beyləqan rayonu Aşaği Çəmənli kəndində yerləşən X5 və ailə üzvlərinə məxsus Beyləqan rayon X7 31 oktyabr1997-ci il tarixli, 15 nömrəli qərari ilə Azərbaycan Respublikasi Torpağın Mülkiyyətə verilməsinə dair JN141F, kod 60700038 saylı şəhadətna mə ilə mülkiyyətində olan 0.09 ha hayətyanı torpaq sahəsinə gedən su yolu (65 kv.m) cavabdehlər tərəfindən bağlanmışdır və həyətyanı torpaq sahəsinin suvarılmasına cavabdehlər tərafindən maneəçilik törədilir. Ekspertin hansı əsasla belə qənaətə gəlməsi ekspertin əməlində korrpsiya faktının olmasına dəlalət edir. Ekspert belə rəy verməklə ittihamçı rolunda çıxış etmişdir. Ekspert necə müəyyən etmişdir ki, onlar su yolunu bağlamışlar və iddiaçıya həyətini suvarmağa mane olurlar? Əvvəllər su yolunun haradan olması eksperti maraqlandırmamışdır. Qeyd edilənlərə və ekspertizanın onların dəfələrlə xahiş etməsinə baxmayaraq iştirakları olmadan keçirilməsini və ekspertizanın qərəzli olmasını, ittiamçı mövqedə iddiaçını müdafiə etməsini nəzərə alaraq təkrar ekspertiza keçirilməsi zərurəti yarandığın dan bu barədə Beyləqan Rayon Məhkəməsinə xx.xx.2024cü il tarixdə vəsatət vermələrinə baxmayaraq məhkəmə xx.xx.2024-cü il tarixli qətnamə qəbul edərək Qətnaməni xx.xx.2024-cü il tarixdə elektron kabinetə yükləmişdir. Qətnamədən 7 gün sonra-27.05. 2024-cü il tarixdə vəsatətin rədd edilməsi haqqında qərardadı yükləməklə prosessual pozuntuya yol vermişdir. Həmçinin Beyləqan rayon X6 arayışından da məlum olur ki, Cavabdeh4 məxsus KOD:607000** JN ***A saylı şəhadətnamə ilə mülkiyyətdə olan 0.11 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir və həmin sərhədlər daxilində su arxı nəzərdə tutulmamışdır.
17. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 170.2-ci, Azərbaycan Respublikasının MPM-in, 9.1, 9.3, 14.2-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əml ak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.
22. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
23. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
24. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
25. Maddə 18
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir:... ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri;...
26. Maddə 47
1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
27. Maddə 111.
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin möv qeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2024-cü il tarixli 2(106)-1291/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.