Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1210/2023 08.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı tərtib olunmuş aktların etibarsız hesab edilməsi və təyin olunmuş cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərişıq ASC-nin 11 may 2023-cü il tarixli 301181 saylı aktın etibarsız hesab edilməsi və akt üzrə hesablanmış 605,41 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq izahatında göstərdi ki, o, Beyləqan rayonu 2-ci Açıqlı kəndində özünə məxsus evdə yaşayır. Evdə X1yə görə işıq sayğacı quraşdırlmışdır. İddiaçı həmin sayğacdan istifadə etmiş, istifadə etdiyi enerji haqqını hər ay vaxtlı-vaxtında ödəmişdir. Azərişıq ASC-nin əməkdaşları tərəfindən iddiaçıya hazırda 605,41 manat akt üzrə cərimə borcu olduğu bildirilmişdir. 2023-cü ilin may ayında verilən abonentin ödəniş saldosu haqqında cədvəldən sonra məlum olub ki, iddiaçıya cərimə yazılmışdır. Cərimə aktında cərimənin səbəbi olaraq guya iddiaçı tərəfindən EEİQ-ni pozaraq sayğaca müdaxilə edilmişdir. İddiaçı bu göstərilənlərlə razı deyildir. Çünki ödəniş saldosuna baxarkən də görmək olur ki, onun elektrik enerjisindən aylıq ödənişində heç bir azalma yoxdur. Demək olar ki, illər boyu eyni miqdarda X1 etmiş və borcunu da hər ay ödəmişdir. Həmçinin aktlar tərtib olunarkən onun iştirakı olmamış və o, həmin akta imza etməmişdir. Akta onun və ailə üzvlərinin iştirakı salınmamışdır. Sayğaca müdaxilə etməmişdir. Yazılmış akdan məlumatı olmamışdır. Odur ki, cavabdeh Azərişıq ASC-in 11 may 2023-cü il tarixli 301181 saylı aktının etibarsız hesab edilməsi və akt üzrə hesablanmış 605,41 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərişıq ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstrəmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. "xxxx" ASC-nin nümayəndəsi Zeyqan Mərdəliyev məhkəməyə iddiaya qarşı etiraz göndərərək iddiaçının sayğacdan kənar xəttdən elektirik enerjisindən istifadə etməsinin aşkar edildiyini və barəsində düzgün olaraq akt tərtib edildiyini, iddianın təmin edilməsini xahiş etmişdir. İşdə olan 11 may 2023-cü il tarixli 301181 saylı aktların surətindən görünür ki, istehlakçılar tərəfindən İşıqdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı yaşadığı Beyləqan rayonunda yerləşən fərdi yaşayış evində quraşdırlmış sayğaca (abonent kodu- **********00031) baxış keçrilərkən sayğacdan kənar xəttdən elektirik enerjisindən istifadə etməsi aşkar olunmuşdur. İşdə olan Abonentin Saldosunun surətindən görünür ki, İddiaçı akt üzrə 605,41 manat məbləğində ziyan (cərimə) hesablanmışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, iddiaçının nümayəndəsinin izahatını dinləyib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 11 may 2023-cü il tarixdə Beyləqan rayonun, 2-ci Aşıqlı kəndində yaşayan İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçrilmişdir. Baxış zamanı İddiaçı fərdi yaşayış evindəki sayğaca kənar xəttdən elektirik enerjisindən istifadə edilməsi müəyyən edilməsi barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş X1 Qaydalarının 7.10-cu maddəsində qeyd olunmuşdur ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinəşərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinəəsasən mülki hüquqi və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görəmüqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dovlət hakimiyyəti və yerli ozunuidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın uzərinə düşür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə iddiaçı izahatında etiraf etməsə də sayğacdan kənar xətdən istifadə edilməsi iş materialları ilə qismən də olsa sübuta yetmişdir. İddiaçının evinə quraşdırılmış sayğacdan kənar xətdən istifadə etməsi nəticəsində onun evinə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələməsi və sayğacdan çıxarması halı müəyyən edilməmişdir. Cavabdeh təşkilatın nümayəndələrinin tərtib etdiyi aktda da belə bir halın mövcud olması öz əksini tapmamışdır. Bütün bu hallarla yanaşı cavabdeh təşkilata iddiaçının sayğacdan kənar xətdən istifadə edilməsi nəticəsində zərər vurulması qismən də olsa sübuta yetmişdir. Ona görə də iddiaçı qismən də olsa həmin sayğaca müdaxiləyə görə məsuliyyət daşımalıdır. Lakin cavabdeh təşkilat tərəfindən iddiaçıya hesablanmış ziyanın (cərimənin) məbləği həddən artıq yüksəkdir. Çünki iddiaçı sayğaca müdaxilə etmədən X1 etdikdə sayğacın göstəricilərinə uyğun olaraq hər ay 8-10 manatdan artıq enerjidən istifadə etməmişdir. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən ona əsasız olaraq 4656.96 kv ts itirilmiş elektrik enerjisinin dəyəri 605,41 manat ziyan hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli iddiaçının vurduğu ziyanın məbləği azaldılaraq 40 manat həcmində saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı barəsində sayğacdan kənar xətdən istifadə etməsi ilə bağlı "xxxx" ASC-nin tərtib etdiyi 11 may 2023-cü il tarixli 301181 saylı aktı qismən etibarsız hesab edilsin. 11 may 2023-cü il tarixli 301181 saylı aktla İddiaçı hesablanmış ziyanın məbləği azaldılaraq 40 (qırx) manat həcmində saxlanılsın. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1210/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1210/2023
08.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver