Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1223/2024 04.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, Ərizəçilərin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək,X6,X2, X7 və X3 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-394 A KOD ********* saylı şəhadətnamədəki qeydin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar ailəlikcə Beyləqan rayonunun Dünyamalılar kəndində yaşayırlar. Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq ona və ailə üzvlərinə yaşadıqları kənddə Beyləqan rayon Aqrar islahat komissiyasının qərarı ilə həyətyani torpaq sahəsi ayrılmışdır. Onların da adlarında səhvlər vardır. Ona görə də yeni çıxarış ala bilmirlər və torpağa sahiblik hüquqlarını yerinə yetirməkdə çətinlik çəkirlər. Belə ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN°- 394A ; kod: 60700018 saylı. Şəhadətnamədə səhvən X9, X10, X17 , X1 yazılmışdır. Əslində isə adları Ərizəçi1 Əzrulla qızı, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4dır. Bu səhvlər aradan qaldırılmalıdır. Həmin torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin sənədlərdəki uyğunsuzluğa görə çətinliklərlə üzləşir. Sənədlərin məhkəmədən kənar həll edilməsi mümkün deyildir. Bundan ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişlər. Lakin adlarında səhvlər olduğu üçün məhkəmə yolu ilə həmin səhvin düzəldilərək yenidən onlara müraciət etməkləri tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Beyləqan Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin və iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1962-ci il tarixdə, İmişli şəhərində anadan olmuş, yaşayış yeri Beyləqan rayonu, Dünyamalılar kəndidir. AA******* №-li Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. AA******* №-li Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. AA******* №-li Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. AЗ 342436 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X18 atası X19, anası isə X13r. AZ-İ seriyalı 896381 №-li Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 ilə X15 arasında rəsmi nikah xx.xx.2014-cü il tarixdə Beyləqan rayonu Dünyamalılar İƏD-si üzrə Nümayəndəliyində bağlanılmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra avada “Səfərova” soyadı verilmişdir. XV-ЖГ 496339 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Ərizəçi2 atası Nümayəndə, anası Ərizəçi1h qızıdır. XVİ-ЖГ 389744 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi3 atası Nümayəndə, anası Ərizəçi1dır. Xİİİ-ЖГ 340923 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X4 atası Nümayəndə, anası Ərizəçi1h qızıdır. JN-394A KOD 60700068 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, bu şəhadətnamə əsasında Beyləqan rayonu, Dünyamalılar kənd sakini Nümayəndə və onun ailə üzvləri-X16, X10, X8 və X3 mülkiyyətinə Beyləqan rayon Aqrar İslahat komissiyasının 30 aprel 1999-cu il tarixli 70 saylı qərarı əsasında 0.13 ha torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, JN-394A nömrəli torpaq sahəsinin DTXK tərəfindən verilmiş “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə” sənədinin adlı siyahısında X5 dəyişdirilərək Ərizəçi1 kimi, X2 dəyişdirilərək Ərizəçi2 kimi, X7 dəyişdirilərək Ərizəçi3 kimi, X3 dəyişdirilərək Ərizəçi4 kimi qeyd edilməsi üçün müvafiq icra hakimiyyəti orqan tərəfindən həmin səhvin eyniləşdirilməsinə dair “Akt” sənədi təqdim edilmədiyinə əsasən icrası mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi2 tərəfindən hazırki ərizənin verilməsi üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN- 394A KOD 60700068 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 adı və ata adı yanlış olaraq “Radə” və “Ərzullah”, Ərizəçi2 soyadı yanlış olaraq “Hüseynov”, Ərizəçi3 soyadı yanlış olaraq “Hüseynov”, Fərhadova(Səfərova) Könül Mübariz qızının soyadı yanlış olaraq “Hüseynova” kimi göstərilmişdir. Hazırki faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Göründüyü kimi, ərizəçilərin JN-394A KOD 60700068 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən adı, ata adı və soyadı şəxsiyyətlərini təsdiq edən sənəddəki, habelə digər rəsmi sənədlərdəki adı, ata adı və soaydı ilə düz gəlmir, həmin şəhadətnamə isə hüquqmüəyyənedici sənəddir və ərizəçilər müvafiq dövlət qurumuna sənəddə olan səhvin aradan qaldırılmasını (düzəldilərək) xahiş etsə də, lakin dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, JN-394A KOD 60700068 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Səfərova (Fərhadova) Könül Mübariz qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu Ərizəçi2 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN-394A KOD 60700068 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Səfərova (Fərhadova) Könül Mübariz qızına məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi2 aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1223/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1223/2024
04.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver