Məhkəmə qərarları › İş №2(020)-1235/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1235/2023

24.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1235/2023 24.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 adına verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN- 799A saylı, KOD 60707018 seriyalı Şəhadətnamədə olan qeydin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, ona və ailə üzvlərinə Torpağın Mülkiyyətə verilməsinə dair JN-799A saylı, KOD 60707018 seriyalı Şəhadətnamə ilə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 24 oktyabr 1997-ci il tarixli, 31 saylı qərarı ilə 0.28 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin Şəhadətnamədə adı Şamil olduğu halda yanlışlıqla Samir kimi qeyd edilmişdir. Hazırda mülkiyyətində olan torpaq sahəsini sənədləşdirmək istəyir. Lakin Şəhadətnamə ilə şəxsiyyət vəsiqəsinin üst-üstə düşməməsi səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, X2 adına verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN- 799A saylı, KOD 60707018 seriyalı Şəhadətnamədə olan qeydin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN 799A; kod: 60707018 saylı saylı Şəhadətnamədən görünür ki, ərizəçi və ailə üzvlərinin mülkiyyətinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1997-ci il tarixli 31 nömrəli qərarına əsasən 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi səhvən X1 yazılmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi 08.03. 1985-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçi Torpağın mülkiyyətə verilməsinə dair» J№-799A saylı Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi və ailə üzvlərinin mülkiyyətinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1997-ci il tarixli 31 nömrəli qərarına əsasən 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi səhvən X1 yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X2 adına verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN- 799A saylı, KOD 60707018 seriyalı Şəhadətnamədəki qeydin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar