Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1247/2023 29.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların vəkalətli nümayəndəsi- İddiaçı2, Cavabdehlər- Cavabdeh və Beyləqan rayonu İ saylı Notariat Ofisinin natariusu X1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh və Beyləqan rayonu İ saylı Notariat Ofisinə qarşı xx.xx.2022-ci il tarixli, V-461/2021 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestr nömrəsi **********55 və **********60-10301 olan Çıxarışların etibarsız hesab edilməsi tələbinə dair işə Beyləqan şəhərində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı1 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon İ saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, V- 461/2021 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********55 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021 -ci il olan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********60-10301 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların vəkalətli nümayəndəsi İddiaçı2 hazırda mülki işə baxılmasını istəmədiyini göstərdi, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş üzrə cavabdehlər Cavabdeh və Beyləqan rayonu İ saylı Notariat Ofisinin natariusu X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin nümayəndəsi X4 mülki işin baxılmamış saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci madənin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə iddiaçı və digər iddiaçıların nümayəndəsi iddianın baxılmamış saxlanılması xahiş etmiş, cavabdehlər isə mahiyyəti üzrə işə baxılmasını tələb etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçılara adı çəkilən məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh və Beyləqan rayonu İ saylı Notariat Ofisinə qarşı xx.xx.2022-ci il tarixli, V-461/2021 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestr nömrəsi **********55 və **********60-10301 olan Çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki iş qərardadın tərkib hissəsində göstərilənlərə əsasən baxılmamış saxlanılsın. İddiaçılar tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul özlərinə qaytarılsın. İddiaçılara izah edilsin ki, iddianın baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1247/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1247/2023
29.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver