Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-125/2024 09.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçilər- Ərizəçi2, Rüstəmova (Ağalarova) Sitarə Bəhrəm qızının iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi2, Rüstəmova (Ağalarova) Sitarə Bəhrəm qızı, Quliyeva (Ağalarova) Radə Bəhrəm qızı, Ərizəçi1, Məhərrəmova (Rüstəmli) Mətanət Teyyub qızı ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon İHB-nin 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə X16 mülkiyyətinə verilmiş A293656 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədinin adlı siyahısındakı X10, X17, X12, X13, X18, X19 və X14 qeydlərinin X11, X20, Ərizəçi2, Rüstəmova (Ağalarova) Sitarə Bəhrəm qızı, Quliyeva (Ağalarova) Radə Bəhrəm qızı, Ərizəçi1, Məhərrəmova (Rüstəmli) Mətanət Teyyub qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon İHB-nin 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə X16 mülkiyyətinə 293656 nömrəli Torpaq sahəsinin Planı və ölçüsünə əsasən Beyləqan şəhərində 599.84 kv metr həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi X33 kitabında xx.xx.2010-cu il tarixdə 62 nömrə ilə uçota alınmışdır. Qeyd olunan Torpaq sahəsinin Plan və ölçüsündəki adlı siyahıda o, Ərizəçi2 olduğu halda səhvən X4, X1 X2, X3 X7, Rüstəmova(Ağalarova) Sitarə Bəhrəm qızı səhvən X5, Quliyeva (Ağalarova) Radə Bəhrəm qızı səhvən X8, Ərizəçi1 səhvən X9, Məhərrəmova (Rüstəmli) Mətanət Teyyub qızı səhvən X6 qeyd edilmişdir. X11 xx.xx.2007ci ildə X20 xx.xx.2021- ci ildə ölmüşlər. Hazırda sözügedən torpaq sahəsini sənədləşdirmək istəsələr də, Torpaq sahəsinin Plan və ölçüsündə adlarının digər sənədlərlə uyğunsuzluğu səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Faktın müəyyən edilməsi onlara torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Odur ki, Beyləqan rayon İHB-nin 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə X16 mülkiyyətinə verilmiş A293656 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədinin adlı siyahısındakı X10, X17, X12, X13, X18, X19 və X14 qeydlərinin X11, X20, Ərizəçi2, Rüstəmova (Ağalarova) Sitarə Bəhrəm qızı, Quliyeva (Ağalarova) Radə Bəhrəm qızı, Ərizəçi1, Məhərrəmova (Rüstəmli) Mətanət Teyyub qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər ərizəçi Rüstəmova (Ağalarova) Sitarə Bəhrəm qızı ərizəni müdafiə etdi və eyni məzmunlu ifadə verdi. Ərizəçilər Quliyeva (Ağalarova) Radə Bəhrəm qızı, Ərizəçi1, Məhərrəmova (Rüstəmli) Mətanət Teyyub qızı məhkəmə iclasına gəlməmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan rayon İHB-nin 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə X16 mülkiyyətinə 293656 nömrəli Torpaq sahəsinin Planı və ölçüsünə əsasən Beyləqan şəhərində 599.84 kv metr həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi X33 kitabında xx.xx.2010-cu il tarixdə 62 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin Plan və ölçüsündəki adlı siyahıda o, Ərizəçi2 olduğu halda səhvən X4, X1 X2, X3 X7, Rüstəmova(Ağalarova) Sitarə Bəhrəm qızı səhvən X5, Quliyeva (Ağalarova) Radə Bəhrəm qızı səhvən X8, Ərizəçi1 səhvən X9, Məhərrəmova (Rüstəmli) Mətanət Teyyub qızı səhvən X6 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi2 07.0.1971-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Rüstəmova (Ağalarova) Sitarə Bəhrəm qızı xx.xx.1973-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X15 xx.xx.1992-ci ildə X21 ilə nikahlarını rəsmiləşdirdikdən sonra Rüstəmova soyadını daşımışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Quliyeva (Ağalarova) Radə Bəhrəm qızı xx.xx.1970-ci ildə anadan olmuşdur. İş materiallarına nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 15 may 1992-ci ildə Nizami Quliyevlə ailə qurduqdan sonra Quliyeva soyadını daşımışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi1 xx.xx.1999-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Məhərrəmova (Rüstəmli) Mətanət Teyyub qızı xx.xx.1993-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrdən görünür ki, X11 xx.xx.2007-ci ildə, X20 xx.xx.2021- ci ildə ölmüşlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçi Torpaq sahəsinin planı və ölçüsündə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayon İHBnin 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə X16 mülkiyyətinə 293656 nömrəli Torpaq sahəsinin Planı və ölçüsünə əsasən Beyləqan şəhərində 599.84 kv metr həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi X33 kitabında xx.xx.2010-cu il tarixdə 62 nömrə ilə uçota alınmışdır. Qeyd olunan Torpaq sahəsinin Plan və ölçüsündəki adlı siyahıda o, Ərizəçi2 olduğu halda səhvən X4, X1 X2, X3 X7, Rüstəmova(Ağalarova) Sitarə Bəhrəm qızı səhvən X5, Quliyeva (Ağalarova) Radə Bəhrəm qızı səhvən X8, Ərizəçi1 səhvən X9, Məhərrəmova (Rüstəmli) Mətanət Teyyub qızı səhvən X6 qeyd edilmişdir. Faktın müəyyən edilməsi ərizəçiyə torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən Ləzimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307-308, 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon İHB-nin 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə X16 mülkiyyətinə verilmiş A293656 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədinin adlı siyahısındakı X10, X17, X12, X13, X18, X19 və X14 qeydlərinin X11, X20, Ərizəçi2, Rüstəmova (Ağalarova) Sitarə Bəhrəm qızı, Quliyeva (Ağalarova) Radə Bəhrəm qızı, Ərizəçi1, Məhərrəmova (Rüstəmli) Mətanət Teyyub qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-125/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-125/2024
09.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver