Məhkəmə qərarları › İş №2(020)-1250/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1250/2023

28.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1250/2023 28.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2, Ərizəçi4, Ərizəçi1, Ərizəçi3 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi2, Ərizəçi4, Ərizəçi1, Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi2 Sahib oğlunun, Ərizəçi4 X5 Ərizəçi3 Yolçu oğlunun və X3 adına verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» J№- 1055A; kod: 60713018 saylı, Şəhadətnamədək qeydin Ərizəçi2, Ərizəçi4, Ərizəçi1, Ərizəçi3 və mərhum X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon Aqrar islahat komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair»1055A, kod 60713018 saylı Şəhadətnamə ilə onlara 0,27 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə o, Ərizəçi2 olduğu halda səhvən Ərizəçi2 Sahib oğlu kimi, Ərizəçi4 səhvən Ərizəçi4 kimi, Ərizəçi1 səhvən X4, Ərizəçi3 səhvən Ərizəçi3 Yolçu oğlu kimi, X2 X1 qeyd edilmişlər. Hazırda isə torpağı sənədləşdirmək istəyirlər, Lakin sənədlərində səhvlər olduğu üçün sənədləşmə işləri apara bilmirlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Ərizəçi2 Sahib oğlunun, Ərizəçi4, X5 Ərizəçi3 Yolçu oğlunun və X3 adına verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» J№- 1055A; kod: 60713018 saylı Şəhadətnamədək qeydin Ərizəçi2, Ərizəçi4, Ərizəçi1, Ərizəçi3 və mərhum X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» 1055A; kod: 60713018 Şəhadətnamədən görünür ki, ərizəçi və ailə üzvlərinin mülkiyyətinə Beyləqan rayon Aqrar islahat komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair»1055A, kod 60713018 saylı Şəhadətnamə ilə 0,27 ha həyətyanı torpaq sahəsi verilmişdir. X8 Hüseyn Yolçu oğlu səhvən Ərizəçi2 Sahib oğlu kimi, Ərizəçi4 səhvən Ərizəçi4 kimi, Ərizəçi1 səhvən X4, Ərizəçi3 səhvən Ərizəçi3 Yolçu oğlu kimi, X2 X1 qeyd edilmişlər. İş mteriallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi3 xx.xx.1990-cı ildə andan olmuşdur. İş mteriallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi2 xx.xx.1960-cı ildə andan olmuşdur. İş mteriallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi4 xx.xx.1964-cü ildə andan olmuşdur. İş mteriallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi1 xx.xx.1968-ci ildə andan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2001-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçi Torpağın mülkiyyətə verilməsinə dair» 1055A saylı Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi , Beyləqan rayon Aqrar islahat komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair»1055A, kod 60713018 saylı Şəhadətnamə ilə ərizəçi və ailə üzvlərinə 0,27 ha həyətyanı torpaq sahəsi verilmişdir. X8 Hüseyn Yolçu oğlu səhvən Ərizəçi2 Sahib oğlu kimi, Ərizəçi4 səhvən Ərizəçi4 kimi, Ərizəçi1 səhvən X4, Ərizəçi3 səhvən Ərizəçi3 Yolçu oğlu kimi, X2 X1 qeyd edilmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçi müvafiq sənədləşmə işləri apara bilmədiyinə və həmin sənədi başqa cür əldə edə bilmədiyinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi2 Sahib oğlunun, Ərizəçi4, X5, Ərizəçi3 Yolçu oğlunun və X3 adına verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» J№-1055A; kod: 60713018 saylı, Şəhadətnamədəki qeydin Ərizəçi2, Ərizəçi4, Ərizəçi1, Ərizəçi3 və mərhum X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar