Məhkəmə qərarları › İş №2(020)-1251/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1251/2023

24.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1251/2023 24.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçiərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 may 1998-ci il tarixli 46 saylı qərarı ilə X7 və X4 adına verilmiş JN- 227 A kodu 60704018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi və X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkalətli nümayəndəsi Nümayəndə ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 may 1998-ci il tarixli 46 saylı qərarı ilə bacısı X6 və ailə üzvlərinə 0.19 ha fərdi yaşayış evinin tikintisi üçün həyatyanı torpaq sahəsi JN- 227 A, kodu 60704018 olan 2002-ci il tarixli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmişdir. Həmin X1 səhvən X5, Ərizəçi səhvən X2 yazılmışdır. Hazırda ərizəçi mülkiyyətində olan torpaq sahəsini sənədləşdirmək istəyir. Lakin Şəhadətnamə ilə şəxsiyyət vəsiqəsinin üst-üstə düşməməsi səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşir. Bununla əlaqədar olaraq ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 may 1998-ci il tarixli 46 saylı qərarı ilə X7 və X4 adına verilmiş JN- 227 A kod 60704018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi və X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkalətli nümayəndəsinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN 227A; kod: 60704018 saylı Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 may 1998-ci il tarixli 46 saylı qərarı ilə X6 və ailə üzvlərinə yaşayış evinin tikintisi üçün. 019 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmin X1 səhvən X5, Ərizəçi səhvən X2 yazılmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1928-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2004-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçi Torpağın mülkiyyətə verilməsinə dair» J№-196F saylı Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 may 1998-ci il tarixli 46 saylı qərarı ilə X6 və ailə üzvlərinə 0.19 ha fərdi yaşayış evinin tikintisi üçün həyatyanı torpaq sahəsi JN- 227 A, kodu 60704018 olan 2002-ci il tarixli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmişdir. Həmin X1 səhvən X5, Ərizəçi səhvən X2 yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 may 1998-ci il tarixli, 46 saylı qərarı ilə X7 və X4 adına verilmiş JN- 227 A kodu 60704018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi və mərhum X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar