Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1271/2024 23.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “maddi ziyanın silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “maddi ziyanın silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 mart 2024-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 777,60 manat maddi ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab ki, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “maddi ziyanın silinməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.3-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında İddiaçı iddia ərizəsinin onun tərəfindən imzalanmadığını və kim tərəfindən imzalanması barədə isə məlumatının olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “maddi ziyanın silinməsi” tələbinə dair iddia ərizəsi səlahiyyətli olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “maddi ziyanın silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1271/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1271/2024
23.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver