Məhkəmə qərarları › İş №2(020)-1273/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1273/2023

31.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1273/2023 31.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quluyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 may 1998-ci il tarixli 46 nömrəli qərarına əsasən X6 və X5 Beyləqan rayonunun Aşıqalılar kəndində 0,35 ha torpaq sahəsi verilməsinə dair JN-152 A KOD 60704018 kod nömrəli Şəhadətnamədəki qeydlərin Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi2 məhkəmədə ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonunun Aşqallar kəndində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 may 1998-ci il tarixli 46 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-152 A KOD 60704018 saylı Şəhadətnaməyə əsasən 0,35 ha torpaq sahəsi verilmişdir. X4 Emin Ələsgər oğlu səhvən X1, Ərizəçi1 isə səhvən X2 qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan 6 saylı ərazi İdarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırılması üçün yalnız məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Həmin yalnışlığa görə torpaq sahəsi üzərində hər hansı bir hüquqlarını həyata keçirə bilmirlər. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 may 1998-ci il tarixli 46 nömrəli qərarına əsasən X6 və X5 Beyləqan rayonunun Aşqallar kəndində 0,35 ha torpaq sahəsi verilməsinə dair JN-152 A KOD 60704018 kod nömrəli şəhadətnamədəki qeydlərin Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Digər Ərizəçi1 məhkəmə iclasında ərizəsini müdafiə etdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizəni əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-152 A KOD 60704018 saylı, 01 may 1998-ci il tarixli 46 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Beyləqan rayonunun Aşqallar kəndində torpaq sahələri islahata gedərkən ərizəçilərə və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 may 1998-ci il tarixli 46 saylı qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair JN-152 A KOD 60704018 saylı Şəhadətnamə ilə 0,35 ha torpaq sahəsi verilmişdir. X4 Emin Ələsgər oğlu səhvən X1, Ərizəçi1 isə səhvən X2 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və doğum akt qeydindən görünür ki, Ərizəçi2 xx.xx.1996-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və doğum akt qeydindən görünür ki, Ərizəçi1 xx.xx.1971-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqn ərazi idarəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, ərizəçi JN-152 A KOD 60704018 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqən ərazi idarəsinə müraciət etmiş, ona ərizəsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonun Aşqallar kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 may 1998-ci il tarixli 46 saylı qərarı ilə Ərizəçi2 və onun ailə üzvlərinə 0,35 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-152 A KOD 60704018 saylı Şəhadətnamə təsdiq edilmişdir. Tərtib olunmuş Şəhadətnamədə Ərizəçi2 səhvən X1, Ərizəçi1 isə səhvən X2 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən X6 və X3 adına Beyləqan rayonunun Aşqallar kəndində 0,35 ha torpaq sahəsi verilməsinə dair JN-152 A KOD 60704018 saylı Şəhadətnamədəki qeydlərin Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar