Məhkəmə qərarları › İş №2(020)-1276/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1276/2023

19.06.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1276/2023 19.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək maraqlı tərəf Maraqlı şəxs arasında 19 noyabr 2011-ci ildə Bakı nikah evində bağlanmış nikahlarının pozulması və xx.xx.2012-ci ildə doğulmuş Zərxanım, xx.xx.2014-cü ildə doğulmuş Fatimə və xx.xx.2018-ci ildə doğulmuş Mirsəttar adlı uşaqlarının Maraqlı şəxs himayəsində qalmaları barədə 26 may 2023-cü il tarixli MŞC/1/00701 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağladıqları barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək üzürlü səbbədən məhkəməyə gələ bilmədiyini bildirmişvə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinin onunla əsaslandırmışdır ki, maraqlı tərəf Maraqlı şəxs ilə ailə quraraq, nikahlarını 19 noyabr 2011-ci ildə Bakı nikah evində qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2012-ci ildə Zərxanım, 01,10.2014-cü ildə Fatimə və xx.xx.2018-ci ildə Mirsəttar adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə ailə qurduqları vaxtdan ailə münasibətləri yaxşı olsada sonradan uyğun gəlməmişdir. Bu səbəbdən Maraqlı şəxs ayrılmışlar. Hazırda Maraqlı şəxs uşaqları birlikdə yaşayır. Nikahları formal xarakter daşıyır. Maraqlı şəxs ilə bir ailədə yaşamaq və ailəni qoruyub saxlamaq mümkün deyildir. Maraqlı şəxs ilə aralarında bağlanmış nikah barışıq üçün vaxt verilmədən və boşanmanın səbəbləri araşdırılmadan ləğv edilməsində israrlıdır. Mediasiyada barışıq sazişində uşaqlarının Maraqlı şəxs himayəsində qalması və Maraqlı şəxs könüllü olaraq yetkinlik yaşına çatmayan uşağımın saxlanması üçün alimentdən imtina etmişdir. Odur ki, Maraqlı şəxs arasında 19 noyabr 2011-ci ildə Bakı nikah evində bağlanmış nikahlarının pozulması və xx.xx.2012-ci ildə doğulmuş Zərxanım, xx.xx.2014-cü ildə doğulmuş Fatimə və xx.xx.2018-ci ildə doğulmuş Mirsəttar adlı uşaqlarının Maraqlı şəxs himayəsində qalmaları barədə 26 may 2023-cü il tarixli MŞC/1/00701 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağladıqları barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Maraqlı şəxs məhkəməyə teleqrama göndərərək iddianı qəbul etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs nikahlarını 19 noyabr 2011-ci ildə Bakı nikah evində qeydə aldırmışlar. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə Zərxanım, 01,10.2014-cü ildə Fatimə və xx.xx.2018-ci ildə Mirsəttar adlı uşaqları anadan olmuşdur. Ərizəçi ("Birinci tərəf") və Maraqlı şəxs ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş 26 may 2023-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 19 noyabr 2011-ci ildə Bakı nikah evində bağlanmış nikahlarının pozulması və xx.xx.2012ci ildə doğulmuş Zərxanım, xx.xx.2014-cü ildə doğulmuş Fatimə və xx.xx.2018-ci ildə doğulmuş Mirsəttar adlı uşaqlarının Maraqlı şəxs himayəsində qalmalarının müəyyən edilməsinə razılaşmışlar. Maraqlı tərəf uşaqların saxlanması üçün alimentdən imtina etmişdir. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büir. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə biər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə Ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə maraqlı tərəf tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı tərəf Maraqlı şəxs arasında 19 noyabr 2011-ci ildə Bakı nikah evində bağlanmış nikahın pozulması və xx.xx.2012-ci ildə doğulmuş Zərxanım, xx.xx.2014-cü ildə doğulmuş Fatimə və xx.xx.2018-ci ildə doğulmuş Mirsəttar adlı uşaqlarının Maraqlı şəxs yanında qalmalarının müəyyən edilməsi barədə 26 may 2023-cü il tarixli MŞC/1/00701 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar