Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1282/2023 04.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair işə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarına əsasən X3, Ərizəçi2 Mahmud qızı, Ərizəçi3 Sehliman oğlu, Ərizəçi1 Sehliman qızının adına 5,38 ha torpaq sahəsinin verilməsinə dair JN: 109 KOD 60714018 nömrəli Dövlət akt qeyidlərinin Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1 məxsus olması, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarına əsasən X4, X8, X6, X2 adına verilmiş JN-267A KOD 60714018 nömrəli olan şəhadətnamədəki qeydlərin Ərizəçi4, Ərizəçi2ı, Ərizəçi3, Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi4 məhkəmədə ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonunun Şərq kəndində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN: 109 KOD 60714018 nömrəli olan Dövlət aktı ilə 5,38 ha kənd təsərrüfatı istehsal təyinatlı torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında X1 Ərizəçi4 kimi, Ərizəçi2 Mahmud qızı səhvən Ərizəçi2 kimi, Ərizəçi3 Sehliman oğlu səhvən Ərizəçi3 kimi, Ərizəçi1 Sehliman qızı səhvən Ərizəçi1 kimi qeyd edilmişdir. Bundan başqa Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarına əsasən“Torpağın mülkiyyətə verilməsinə dair ” JN-267A KOD 60714018 olan şəhadətnaməyə əsasən 0,21 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə X1 Ərizəçi4 kimi, Ərizəçi2 Mahmud qızı səhvən Ərizəçi2 kimi, Ərizəçi3 Sehliman oğlu səhvən Ərizəçi3 kimi, Ərizəçi1 Sehliman qızı səhvən Ərizəçi1 kimi qeyd edilmişdir. Onlar bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırılması üçün yalnız məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarına əsasən X3, Ərizəçi2 Mahmud qızı, Ərizəçi3 Sehliman oğlu , Ərizəçi1 Sehliman qızının adına 5,38 ha torpaq sahəsinin verilməsinə dair JN: 109 KOD 60714018 nömrəli Dövlət akt qeyidlərinin Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 , Ərizəçi1, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarına əsasən X4, X8, X6, X2 adına verilmiş JN-267 A KOD 60714018 nömrəli olan şəhadətnamədəki qeydlərin Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəflər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndəsini göndərməmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-267 A KOD 60714018 nömrəli saylı, 01 noyabr 1997-ci il tarixli 32 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətlərindən görünür ki, Beyləqan rayonunun Şərq kəndində torpaq sahələri islahata gedərkən ərizəçiyə və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN: 109 KOD 60714018 saylı, Dövlət aktı ilə 5,38 ha pay torpaq sahəsi və Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair JN-267 A KOD 60714018 nömrəli şəhadətnamə ilə 0,21 ha həyətyanı sahəsi ərizəçilərə verilmişdir. Həmin dövlət aktında X1 Ərizəçi4 kimi, Ərizəçi2 Mahmud qızı səhvən Ərizəçi2 kimi, Ərizəçi3 Sehliman oğlu səhvən Ərizəçi3 kimi, Ərizəçi1 Sehliman qızı səhvən Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 Beyləqan rayonun Şərq qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki,, Ərizəçi2 Beyləqan rayonun Şərq qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki,, Ərizəçi3 Beyləqan rayonun Şərq qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şıxaliyeva Pərvan ə Sehriman qızı Beyləqan rayonun Şərq qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, dövlət aktında və şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarına əsasən X3, Ərizəçi2 Mahmud qızı, Ərizəçi3 Sehliman oğlu , Ərizəçi1 Sehliman qızının adına 5,38 ha torpaq sahəsinin verilməsinə dair JN: 109 KOD 60714018 nömrəli Dövlət akt qeyidlərinin Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 , Ərizəçi1, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarına əsasən X4, X8 , X6, X2 adına verilmiş JN-267 A KOD 60714018 nömrəli olan şəhadətnamədəki qeydlərin Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1282/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1282/2023
04.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver