Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1284/2023 12.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 28 nömrəli qərarı ilə X3 adına verilmiş A №293939 nömrəli “Torpaq sahəsinin plana və ölçüsü"nün X8 kitabının adlı siyahısında olan qeydin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı ilə ona və ailə üzvlərinə yaşadıqları Beyləqan şəhəri ərazisindən 524.18 kv.m həyətyani torpaq sahəsi verilmişdir. Lakin həmin həyətyani torpaq verildikdən sonra onun adına gələn həyətyani torpaq sahəsinin planı və ölçüsündə olan siyahıda adı X4 olduğu halda səhvən X2 qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin torpaq sənədinin plan və ölçüsündə olan ad səhvliyinə görə çətinliklərlə üzləşirlər. Faktın müəyyən edilməsi ona torpaq sahəsinin sənədləşdirilməsi üçün Ləzimdır. Odur ki, Beyləqan rayon İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 28 nömrəli qərarı ilə X3 adına verilmiş A №293939 nömrəli “Torpaq sahəsinin plana və ölçüsü” nün X8 kitabının adlı siyahısında olan qeydin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 28 nömrəli qərarı ilə ərizəçi və ailə üzvlərinə yaşadıqları Beyləqan şəhəri ərazisindən 524.18 kv.m həyətyani torpaq sahəsi verilmişdir. Lakin həmin həyətyani torpaq verildikdən sonra onun adına gələn həyətyani torpaq sahəsinin planı və ölçüsündə olan siyahıda adı X4 olduğu halda səhvən X2 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçilər Torpaq sahəsinin planı və ölçüsündə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 28 nömrəli qərarı ilə ərizəçi və ailə üzvlərinə yaşadıqları Beyləqan şəhəri ərazisindən 524.18 kv.m həyətyani torpaq sahəsi verilmişdir. Lakin həmin həyətyani torpaq verildikdən sonra onun adına gələn həyətyani torpaq sahəsinin planı və ölçüsündə olan siyahıda adı X1 X2 qeyd edilmişdir. Ərizəçi torpaq sənədinin plan və ölçüsündə olan ad səhvliyinə görə çətinliklərlə üzləşir. Faktın müəyyən edilməsi ərizəçiyə torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı ilə X3 adına verilmiş A №293939 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" nün X8 kitabının adlı siyahısında olan qeydin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1284/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1284/2023
12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver