Məhkəmə qərarları › İş №2(020)-1285/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1285/2023

03.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1285/2023 03.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçi X2 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi X3 ərizə ilə məhkəməyə müraciət edərək XX.XX.*935-ci il tarixdə anadan olmuş X* fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş baxılması üçün 03 oktyabr 2023-cü il tarixə təyin olunaraq ərizəçi və maraqlı tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər. Buna baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş, maraqlı tərəf nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Həmçinin ərizəçi işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizəçiyə adı çəkilən Məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.*-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçi və maraqlı tərəfin vəkalətli nümayəndəsi məhkəmə iclasına üzürlü səbəb olmadan gəlmədiklərindən ərizə baxılmamış saxlanılsın. Ərizəçilər tərəfindən dövlət rüsumu kimi ödənilmiş *00 manat pul özünə qaytarılsın. Ərizəçilərə izah edilsin ki, ərizənin baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan təqdim edildikdən və ya alındıqdan sonra *0 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar