Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1307/2025 07.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Beyləqan rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə işləri üzrə komissiya qarşı 13 may 1997-ci ildə anadan olmuş X3 fəaliyyət qabilliyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Beyləqan rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə işləri üzrə komissiya qarşı qızı 13 may 1997-ci ildə anadan olmuş X3 fəaliyyət qabilliyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəsini müdafiə etdi və göstərdi ki, X2 13.*5.1997-ci ildə anadan olmuşdur. Hazırda qızı subaydır və onunla birlikdə yaşayır. Qızı Xasagövhər zəif iradəli uşaqdır, onda ruhi xəstəlik əlamətləri vardır. Qızı hər şeydən qorxan, özünə qapanan, öz dərdini danışmayan, öz-özlüyündə olan qız uşağıdır və özünü tam ifadə edə bilmir. X2 *7 avqust 2*23-cü ildən *1 sentyabr 2*23-cü il tarixədək «şizafreniya əlamətləri ilə müşayət olunan kəskin polimorf psixotik pozuntu F23.1» diaqnozu ilə, 19 sentyabr 2*23-cü il tarixdən 1* oktyabr 2*23-cü il tarixədək «Üzvi şizofreniyayabənzər pozuntu F*6.2» diaqnozu ilə, 15.11.2*23-cü il tarixdən 27.11.2*23-cü il tarixədək «Üzvi şizofreniyayabənzər pozuntu F*6.2» diaqnozu ilə, *8 aprel 2*24-cü il tarixdən 21 may 2*24- cü il tarixədək «Şizofreniya əlamətləri ilə müşayət olunan kəskin polimorf psixotik pozuntu» diaqnozu stasionar müalicədə olmuşdur. Həmçinin qızı Xasagövhər “Beyləqan RMX”-nin psixiatrik kabinetində «şizofreniya əlamətləri ilə müşayət olunan kəskin polimorf pozuntu. Üzvi şizofreniyaya bənzər pozuntu” diaqnozu ilə dispanser qeydiyyatındadır. X1* Əsəb dispanserinə də aparmışlar. X2 12.*6.2*24-cü il tarixdən 24.*6.2*24-cü il tarixədək «Üzvi şizofreniyaya bənzər pozuntu koqnifiv funnksiyaların enməsi F*6.2» diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin X11 dispanserində də stasionar müalicədə olmuşdur. Qızını mütəmadi olaraq müalicələrə aparır. Ona görə də qızı 13 may 1997-ci ildə anadan olmuş X3 fəaliyyət qabilliyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Beyləqan rayon İHB yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyası nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, X6 13.*5.1997-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən verilən 9249/23 nömrəli xəstəlik tarixindən çıxarışdan göründür ki, X6 *7 avqust 2*23-cü ildən *1 sentyabr 2*23-cü il tarixədək «şizcfreniya əlamətləri ilə müşayət olunan kəskin polimorf psixotik pozuntu F23.1» diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən verilən 11115/23 nömrəli xəstəlik tarixindən çıxarışdan görünür ki, X6 19 sentyabr 2*23-cü il tarixdən 1* oktyabr 2*23-cü il tarixədək «Üzvi şizofreniyayabənzər pozuntu F*6.2» diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən verilən 14217/23 nömrəli xəstəlik tarixindən çıxarışdan görünür ki, X6 15.11.2*23-cü il tarixdən 27.11.2*23-cü il tarixədək «Üzvi şizofreniyayabənzər pozuntu F*6.2» diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 5561/24 nömrəli xəstəlik tarixindən çıxarışdan görünür ki, X6 *8 aprel 2*24-cü il tarixdən 21 may 2*24-cü il tarixədək «Şizofreniya əlamətləri ilə müşayət olunan kəskin polimorf psixotik pozuntu» diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası TƏBİB” Publik Hüquqi şəxsi “Beyləqan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 979 saylı, 31 may 2*25- ci il tarixli tibbi arayışından da görünür ki, qızı Xasagövhər həqiqətən “Beyləqan RMX”-nin psixiatrik kabinetində «şizofreniya əlamətləri ilə müşayət olunan kəskin polimorf pozuntu. Üzvi şizofreniyaya bənzər pozuntu” diaqnozu ilə dispanser qeydiyyatındadır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin X11 dispanserinin 9/İ/12968*5 nömrəli xəstənin ambulator, stasionar və tibbi kartasından çıxarışdan görünür ki, X6 12.*6.2*24-cü il tarixdən 24.*6.2*24-cü il tarixədək «Üzvi şizofreniyaya bənzər pozuntu koqnifiv funnksiyaların enməsi F*6.2» diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olmuşdur. İş üzrə alınmış Azərbaycan Respuplikası Səhiyyə Nazirliyi “ Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 18.*9.2*25-ci il tarixli, 3168 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X4 hal- hazırda “Üzvi mənşəli yüngül koqnitiv pozuntu, dissosiativ konversion pozuntu əlamətləri ilə” (F *6.7) müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işdəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası”-da «Şizofreniya əlamətləri ilə müşayət olunan kəskin polimorf psixotik pozuntu» diaqnozu stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi’də “Üzvi mənşəli yüngül koqn'ıtiv pozuntu, dissosiativ konversion pozuntu əlamətləri ilə” diaqnozunun qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (apanlan müayinə gedişində narahat və gərgin görünməsi, söz ünsiyyəti zamanı sualları yubanaraq, bəzən qəzəbli şəkildə cavablandırması, təfəkkürünün ləng tempdə olmaqla torpid xarakter daşıması, müfəssəlliyin müşahidə edilməsi, mühakimələrində səthilik və primitivliyin müşahidə edilməsi, maraq dairəsinin adi təlabatlan ödəməklə məhdudlaşması, emosional reaksiyalannın ümumən dəyişkən olması, psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləməməsi və s.) sübut edir. Yoxlanılan şəxs X6 öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə edə bilmək qabiliyyətində deyildir. Yoxlanılan şəxs X5 hazırki psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Yoxlanılan şəxs X4 “Üzvi mənşəli yüngül koqnitiv pozuntu, dissosiativ konversion pozuntu əlamətləri ilə” (F *6.7) müəyyən edilir. Yoxlanılan şəxs X4 müəyyən edilən pozuntu anadangəlmə psixi xəstəlik deyildir. X1 fəaliyyət qabiliyyətinin olmaması işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası MPM-nin 318.2-ci madəssinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin üz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 318, 321, 213, 22*. 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 13 may 1997-ci ildə anadan olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1307/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1307/2025
07.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver