Məhkəmə qərarları › İş №2(020)-1315/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1315/2023

10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1315/2023 10.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi vəkalətli nümayəndəsi X1 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə verilmiş A 370170 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquq sahiblərinin adlı siyahısındakı X3 qeyidinin X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi X5 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, ərizəçi Beyləqan rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmiş. Beyləqan rayon İcra Hakimiyyətinin Başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə Torpaq sahəsinin Plan və ölçüsü ilə mülkiyyətinə 599,7 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda isə torpağa sənəd almaq istəyəndə Torpaq sahəsinin Plan və ölçüsü ilə onların sənədləri arasında fərq olduğu üçün sənədləşmə apara bilmirlər. Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə verilmiş Torpaq sahəsinin Plan və ölçüsündə ərizəçinin anası X4 səhvən X3 kimi qeyd edilmişdir. Bununla əlaqədar olaraq ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırılması üçün yalnız məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı 05 may 2010cu il tarixli, 28 nömrəli qərarı ilə verilmiş A 370170 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquq sahiblərinin adlı siyahısındakı X3 qeyidinin X2 məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 05 may 2010-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Ərizəçi 05 may 2010-cu il tarixli, 28 saylı qərara əsasən 599,7 kv metr həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sənəddə ərizəçinin anası X4 səhvən X3 kimi yazılmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 02 avqust 2022-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin sənədlərində uyğunsuzluq olduğundan müvafiq sənədləşmə işi aparılmasından imtina edilmişdir. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçilər adları Beyləqan rayon Aqrar İslahat Komissiyasının 05 may 2010-cu il tarixli, 28 saylı qərarına əsasən Torpaq sahəsinin Plan və ölçüsü tərtib edilməklə 599,7 kv metr həyətyanı torpaq sahəsi verilmişdir. Həmin plan və ölçü sənədində X4 səhvən X3 kimi qeyd edilmişdir. Bu səbəbdən ərizəçi torpaq üzrərində hər hansı bir sənədləşəmə aparılmasında çətinliklərlə üzləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Plan və ölçüdə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiyinə və həmin sənədi başqa cür əldə edə bilmədiyinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə verilmiş A 370170 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquq sahiblərinin adlı siyahısındakı X3 qeyidinin X2 məxsus olması faktı müəyyən edilsin Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar