Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1317/2023 11.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi: Hüseynova (Quliyeva) Tünzalə Tahir qızının iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair işə Beyləqan şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X10 və X6 adına verilmiş JN-332 F saylı, KOD 60711018 serıyalı Şəhadətnamədəki qeydlərin ona yəni, Hüseynova (Quliyeva) Tünzalə Tahir qızına və mərhum X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 saylı qərarına əsasən JN-332F saylı, KOD 60711018 seriyalı Şəhadətnamə ilə yaşadıqları Beyləqan rayonunun 1-ci Aşıqlı kənd ərazisindən ona və ailə üzvlərinə 0,26 ha torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə o, Ərizəçi olduğu halda səhvən X2, X1 X3 yazılmışlar. Hazırda mülkiyyətində olan torpaq sahəsini sənədləşdirmək istəyir. Lakin sənədlərindəki səhvliyə görə sənədləşmə işlərində çətinliklərlə üzləşir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, X10 və X6 adına verilmiş JN-332 F saylı, KOD 60711018 serıyalı Şəhadətnamədəki qeydlərin ona yəni, Hüseynova (Quliyeva) Tünzalə Tahir qızına və mərhum X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, ərizəçi və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 saylı qərarına əsasən JN-332F saylı, KOD 60711018 seriyalı Şəhadətnamə ilə 0,26 ha torpaq sahəsi verilmişdir. X5 Tünzalə Tahir qızı səhvən X2, X1 X4 yazılmışlar. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X9 14 mart 2017-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçi Torpağın mülkiyyətə verilməsinə dair» J№-332F saylı Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 saylı qərarına əsasən JN-332F saylı, KOD 60711018 seriyalı Şəhadətnamə ilə 0,26 ha torpaq sahəsi verilmişdir. X5 Tünzalə Tahir qızı səhvən X2, X1 X4 yazılmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X10 və X6 adına verilmiş JN-332 F saylı, KOD 60711018 seriyalı Şəhadətnamədəki qeydlərin Hüseynova (Quliyeva) Tünzalə Tahir qızına və mərhum X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1317/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1317/2023
11.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver