Məhkəmə qərarları › İş №2(020)-1319/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1319/2023

18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1319/2023 18.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi: Ərizəçi1 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək X12 adına verilmiş JN:429 saylı, KOD 60713018 seriyalı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında olan qeydlərin xx.xx.2020-ci il tarixdə ölmüş X10, Ərizəçi1, X2, X7 və X11 adına verilmiş JN:430 saylı, KOD 60713018 seriyalı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında qeydlərin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, ona və ailə üzvlərinə Torpağa Mülkiyyət hüququna dair JN:429 saylı, KOD 60713018 seriyalı və JN:430 saylı, KOD 60713018 seriyalı Dövlət Aktları ilə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 59 saylı qərarları ilə 0.34 ha və 0.71 ha kənd təsərrüfatı məhsullarının istifadəsi üçün pay torpaq sahəsi verilmişdir. Lakin hər iki mülkiyyət hüququnu təsdiq edilən sənəd verildikdən sonra onlara məlum olmuşdur ki, Dövlət aktlarında adları səhv qeyd edilmişdir. Belə ki, JN:429 saylı, KOD 60713018 seriyalı Dövlət Aktında xx.xx.2020-ci il tarixdə ölmüş mərhum anasının adı X16 olduğu halda yanlışlıqla X8, həmçinin Torpağın Mülkiyyətə verilməsinə dair JN:430 saylı, KOD 60713018 seriyalı Dövlət Aktında o, Ərizəçi1 olduğu halda yanlışlıqla X9, Ərizəçi2 yanlışlıqla X1, Ərizəçi3 yanlışlıqla X4, Ərizəçi4 yanlışlıqla X6 qeyd edilmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin Dövlət aktı ilə şəxsiyyət vəsiqələrinin üst-üstə düşməməsi səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, X12 adına verilmiş JN:429 saylı, KOD 60713018 seriyalı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında olan qeydlərin xx.xx.2020-ci il tarixdə ölmüş X10, X14, X2, X7 və X11 adına verilmiş JN:430 saylı, KOD 60713018 seriyalı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında qeydlərin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəmə iclasına gəlməmişlər. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət hüququna dair Dövlət aktılarından görünür ki, ərizəçi və ailə üzvlərinə Torpağa Mülkiyyət hüququna dair JN:429 saylı, KOD 60713018 seriyalı və JN:430 saylı, KOD 60713018 seriyalı Dövlət Aktları ilə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 59 saylı qərarları ilə 0.34 ha və 0.71 ha kənd təsərrüfatı məhsullarının istifadəsi üçün pay torpaq sahəsi verilmişdir. JN:429 saylı, KOD 60713018 seriyalı Dövlət Aktında mərhum X3 X8, JN:430 saylı, KOD 60713018 seriyalı Dövlət Aktında Ərizəçi1 səhvən X9, Ərizəçi2 səhvən X1, Ərizəçi3 səhvən X4, Ərizəçi4 səhvən X6 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1962-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1962-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi3 xx.xx.1990-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətlərindən görünür ki, X16 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçilər Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktlarında düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçilərin mülkiyyətlərinə ərizəçi və ailə üzvlərinin mülkiyyətlərinə Torpağa Mülkiyyət hüququna dair JN:429 saylı, KOD 60713018 seriyalı və JN:430 saylı, KOD 60713018 seriyalı Dövlət Aktları ilə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 59 saylı qərarları ilə 0.34 ha və 0.71 ha kənd təsərrüfatı məhsullarının istifadəsi üçün pay torpaq sahəsi verilmişdir. JN:429 saylı, KOD 60713018 seriyalı Dövlət Aktında mərhum X3 X8, JN:430 saylı, KOD 60713018 seriyalı Dövlət Aktında Ərizəçi1 səhvən X9, Ərizəçi2 səhvən X1, Ərizəçi3 səhvən X4, Ərizəçi4 səhvən X6 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X12 adına verilmiş JN:429 saylı, KOD 60713018 seriyalı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında olan qeydlərin xx.xx.2020-ci il tarixdə ölmüş X10, X14, X2, X7 və X11 adına verilmiş JN:430 saylı, KOD 60713018 seriyalı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında qeydlərin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar